Month: July 2020

  • Azərbaycanlı tələbələr maraqlı qurğu hazırladı: “Su qıtlığının qarşısını ala biləcək” – VİDEO

    Azərbaycanın ən böyük çayı olan və su təchizatında ölkənin əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsinin kəskin azalması bir sıra ərazilərdə su qıtlığına gətirib çıxarıb.

    Nə xoş bizə ki, gənclərimiz də bu məsələyə biganə yanaşmayıb, su qıtlığının qarşısının alınması, su ehtiyatlarına təzyiqlərin azaldılması məqsədilə bir qrup tələbə birlikdə maraqlı təşəbbüsə imza atıb. Onlar Xəzərin suyunu şirin suya çevirə biləcək qurğu hazırlayıblar. Komanda üzvləri qurğunun kənardan proqram vasitəsilə idarə edilə biləcəyini də deyiblər.

    Tələbələrin fikrincə, artıq əldə edilən su həm içmək, həm də kənd təsərrüfatında suvarma üçün istifadə edilə bilər.

    Ətraflı Baku TV-nin video materialında:

  • Qucaqlaşma sevgisinin irsi olduğu müəyyənləşib

    Kişilərdən fərqli olaraq qadınlarda qucaqlaşma sevgisi irsidir.

    Median.Az xəbər verir ki, bu qənaətə ABŞ-ın Arizona Universitetinin alimləri gəliblər.

    Məlumata görə, qadınlarda toxunuş sevgisi 45% irsi, 55% isə mühitin təsiri altında formalaşır. Bununla belə, genetika kişilərdə həlledici rol oynamır. Bu, kişilərdə ətraf mühitin təsiri altında formalaşır.

    Bildirilib ki, araşdırmada yaşı 19-dan 84-dək 464 cüt əkiz iştirak edib. İştirakçılardan anket doldurmaq və onların incə hisslərdə nə dərəcədə olduqlarını qiymətləndirmək istənilib. Daha sonra alimlər nəticələri müqayisə ediblər.

    Məlum olub ki, qucaqlaşmağa meyilli olan insanlar sosial məsafə zamanı müəyyən “toxunuş aclığı” yaşayırlar.

  • Güclü külək Şəmkirdə fəsadlar törətdi – FOTO

    Şəmkir rayonunun Qaracəmilli kəndində əsən güclü külək qaz təsərrüfatına ziyan vurub.

    Bununla bağlı “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Belə ki, külək dam örtüyünü diametri 57 mm olan qaz xəttinin üstünə aşırıb. Bu səbəbdən 450 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.

  • Bakıdan Kürdəmirə yas mərasiminə gələn qadın sakinləri yoluxdurdu

    Kürdəmir rayonunun Pirili kəndində koronavirusa yoluxanların sayı 45-ə çatıb.

    “Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hazırda aidiyyəti qurumlar kənddə gücləndirilmiş iş rejimində çalışırlar.

    Qeyd edək ki, Bakının Qaradağ rayonundan kəndə yas mərasiminə gələn Güleyşə Hüseyn qızı Əhmədova kənddə koronavirusun geniş yayılmasına səbəb olub. Hazırda 5 evdə infeksiya ocağı aşkarlanıb. Artıq qonşu evlərdə dezinfeksiya işləri aparılıb və yaxma analizləri götürülüb.

    Kürdəmir Rayon İcra Hakimiyyətindən “Report”a verilən məlumata görə, kəndin karantinə alınması nəzərdə tutulur.

  • Bakıda həbsdə olan oğluna narkotik keçirmək istəyən ana tutuldu

    Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

    Bununla bağlı Pentensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

    Bildirilib ki, Cinayət Məcəlləsinin 228.4, 317-2.1, 66.2, 93.1.4, 67.1, 120.1-ci maddələrinə əsasən təqsirli bilinərək on il üç ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Abdullayev Sirxan Abdulcabbar oğluna anası Bakı şəhər sakini İbrahimova Əfruz İsa qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan paltara hopdurulmuş 1,812 qram narkotik vasitə heroin aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • ÜST: Mövsüm koronavirusun ötürülməsinə təsir göstərmir

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Marqaret Harris koronavirusun mövsümi xarakterinin hələ təsdiqlənmədiyini söyləyib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, o həm Şimal, həm də Cənub yarımkürəsində yerləşən ölkələrdə infeksiyanın yüksək sürətlə yayılmasının müşahidə olunduğunu qeyd edib.

    “Görünür, mövsüm virusun ötürülməsinə təsir göstərmir”, – M.Harris Cenevrədə keçirilən brifinqdə deyib.

    O vurğulayıb ki, COVID-19-un yayılmasına daha çox sosial məsafəyə riayət edilməməsi və insanların bir yerə toplaşması təsir edir.

    M.Harris koronavirusun hazırkı fazasının ilk olaraq nəzərdən keçirilməli olduğunu, gələcəkdə isə gah artacaq, gah da azalacaq növbəti “böyük dalğa”nın olacağını söyləyib.

  • Bakıda yola dağılan maddə zəncirvari qəzaya səbəb oldu – FOTO

    Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

    Qəza zamanı iki yük və bir minik avtomobili toqquşub.

    Hadisəyə səbəb kimi yola naməlum maddənin dağılması və bunun nəticəsində sürücülərin idarəetməni itirməsi göstərilib.


  • МИД: Азербайджано-турецкие военные учения вносят вклад в укрепление мира и безопасности в регионе

    Министерство иностранных дел Армении в своих последних комментариях оценило военные учения, проводимые Азербайджаном совместно с Турцией, как провокацию, направленную на рост напряженности в регионе.

    Как сообщает во вторник Trend, отвечая на вопрос СМИ в связи с этим начальник управления пресс-службы МИД Азербайджана Лейла Абдуллаева сказала, что совместные военные учения Азербайджана и Турции, как и было отмечено министерством обороны Азербайджана, проводятся в соответствии с Соглашением о военном сотрудничестве между Азербайджанской Республикой и Турецкой Республикой согласно годовому плану.

    «Эти учения служат усилению координации и обмену передовым опытом между вооруженными силами двух стран, вносят вклад в укрепление регионального мира и безопасности», – сказала Лейла Абдуллаева.

  • Кто она – новый генконсул Азербайджана в Стамбуле?

    Президент Азербайджана Ильхам Алиев 28 июля подписал распоряжение о назначении Нармины Эльсевар гызы Мустафаевой генконсулом АР в Стамбуле, передает Median.Az.

    Ранее она занималась журналистской деятельностью и была известна общественности под фамилией Рустамова.

    Так, в конце 90-х – начале 2000-х годов работала корреспондентом телеканала ANS, ведущей передачи Xəbərçi, а позже – в службе протокола Администрации Президента.

    Отметим, что срок дипломатической службы генконсула Азербайджана в Стамбуле Масима Гаджиева истек.

  • Ermənistanın itkiləri getdikcə üzə çıxır

    Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz istiqamətində törətdiyi təxribat nəticəsində düşmənin daha çox itki verdiyini təsdiqləyən yeni aktlar ortaya çıxıb.

    “Report”un xəbərinə görə, sosial şəbəkələrdə ölən erməni əsgərlərindən birinin anasının səs yazısı yayılıb.

    Səs yazısında qadın Azərbaycan Ordusunun həyata keçirdiyi cəza tədbirləri nəticəsində övladını itirdiyini, ancaq meyitin ona müxtəlif şərtlər əsasında təhvil verildiyini, ölən əsgərlərin adlarının gizlədildiyini bildirir. Bundan başqa, yüksək rütbəli erməni hərbçilərin əsgər anaları ilə qəddar davrandığı qeyd olunub.

    Sərhədin Tovuz istiqamətində törətdiyi təxribatdan sonra Ermənistanda yaranan gərgin vəziyyəti şərh edən politoloq İlqar Vəlizadə rəsmi Yerevanın itkilərini gizlətməsinin ənənəvi xarakter daşıdığını bildirib:

    “Ermənistan tərəfinin itkilərin gizli saxlaması faktı ilə ilk dəfə rastlaşmamışıq. 2016-cı il Aprel döyüşləri zamanı da erməni tərəfi itkilərlə bağlı dəqiq məlumat verməmişdi. Sadəcə müxalifyönümlü mətbuat və ya qeyri-hökumət təşkilatlarının sayəsində bu məlumatlar cəmiyyətə çatdırılıb. 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyan hökuməti Ermənistan ordusunun Aprel döyüşlərindəki itkilərinə dair dəqiq rəqəmləri açıqlamışdı. Yəni ictimaiyyət yalnız iki ildən sonra dəqiq rəqəmləri öyrənə bildi”.

    Ekspertin sözlərinə görə, N.Paşinyan hökuməti son təxribat zamanı verdiyi itkilərin dəqiq sayını açıqlasa, bunun çox ciddi siyasi fəsadları ola bilər: “Eyni durum yenidən təkrarlanır. Buna səbəb bu cür faktların cəmiyyət tərəfindən həssas qarşılanmasıdır, üstəlik, bunun siyasi fəsadları da ola bilər. Siyasi fəsadlardan qaçmaq üçün erməni tərəfi itkilərinin dəqiq sayını gizlədir. Düşünürəm ki, tədricən məlumatlar bu və ya başqa şəkildə ictimaiyyətə sızdırılacaq. Bundan başqa, Ermənistanda müxtəlif siyasi qruplar hakimiyyətə can atırlar. Bu məlumatların sızdırılması onların hakimiyyət uğrunda mübarizəsində vacib bir elementlərdən biri ola bilər”.

    Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
    Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.

    Aktiv hərbi toqquşmalar iyulun 16-dək davam edib. Nəticədə düşmənin 100-dən artıq canlı qüvvəsi məhv edilib, xeyli sayda texnikası sıradan çıxarılıb.

    Ermənistan hökuməti itkilərinin yalnız bir neçəsini etiraf edib, qalanlarını isə gizlədib.