Month: July 2020

  • “Instagram”da narkotik qəbulunu təbliğ edən şəxs ələ keçdi – VİDEO

    “Instagram” sosial şəbəkəsində “m_s700” adlı profil açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Sabunçu rayon sakini Sahib Məmmədov saxlanılıb. Həmin şəxs ifadəsində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib.

    Təyin edilmiş ekspertizaların nəticəsində Sahib Məmmədovun mütəmadi olaraq narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamin qəbul etdiyi məlum olub.

    Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, Sahib Məmmədov İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində bir ay müddətinə inzibati həbs tətbiq edilıb.

  • Bakıda küçədə qalan ukraynalının köməyə ehtiyacı var – FOTOREPORTAJ

    Bakıda küçədə yaşayan Ukrayna vətəndaşına kömək lazımdır.

    Bu barədə Oxu.Az-a sakinlər tərəfindən məlumat verilib.

    Söhbət Bakının Nəsimi rayonu, Süleyman Rəhimov 184 ünvanından gedir.

    Sakinlərin sözlərinə görə, dörd aya yaxındır küçədə yatan kişi iflic olub, hərəkət etməkdə çətinlik çəkir:

    “Adının Sergey (Saşa) olduğunu deyir. Onun sözlərinə, görə, Ukrayna vətəndaşıdır. Ayağa dura bilmir. Üst-başı çirk içərisindədir. Bundan əvvəl yolun o biri tərəfində yatıb-dururdu. Pandemiya dövründə bu, təhlükəlidir. O, həm özü xəstəliyə yoluxa bilər, həm də ətrafdakı insanları yoluxdura bilər. Yaxşı olardı ki, onu buradan götürüb, yardım etsinlər”.

    Hər kəsin Saşa deyə səslədiyi 34 yaşlı Sergey iflic olduğunu deyir:

    “Mən Safarov Sergey Yuliyeviç artıq dörd aydır buradayam. Ukrayna vətəndaşıyam. Evliyəm, 14 yaşlı bir qızım var. Qızım anası ilə Şirvanda yaşayır. Əvvəl Mərdəkanda qalırdım, tikintidə işləyirdim. Sonra qəza oldu.

    Sol qolumu biləkdən kəsdim. İndi əlim işləmir. Oradan işdən çıxdım. Kirayədə qaldığım evdən də çıxdım. Bir müddətdir burada qalıram. Amma Şirvanda ailəmlə danışmışam. Gəlib məni aparacaqlar.

    Qohumum həkimdir, o, özü mənə baxacaq. Burada, sadəcə, yatıram, heç kimə heç nə demirəm. Heç kimi narahat etmirəm. Ailəmi gözləyirəm, sabah, ya biri gün gəlib aparmalıdırlar”.














  • Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya texnikaları Naxçıvana gəlib – VİDEO

    Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya texnikaları Naxçıvana gəlib.

    NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda təlimlərə cəlb edilmiş heyətin təntənəli qarşılanma mərasimində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirilib.

    Yük təyyarələri ilə gətirilmiş Türkiyə Silahlı Qüvvələrinin hərbi daşıma, hücum və döyüş vertolyotları Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunda döyüş atışlı taktiki-uçuş təlimləri üçün hazır vəziyyətə gətirilir.

  • Азербайджанцы провели акцию в Великобритании: противостояние с армянами – ОБНОВЛЕНО + ВИДЕО

    Сегодня в ходе акции протеста азербайджанцев в Лондоне против агрессивной политики Армении произошло столкновение с армянами, которые вновь хотели совершить провокацию.

    После вмешательства полиции провокаторы были вынуждены отступить.

    Наши соотечественники скандировали лозунги против оккупационной политики Армении.

    Также они спели песню “Сары гялин”.

    * * * * *

    Проживающие в Великобритании азербайджанцы 28 июля проводят в Лондоне акцию протеста против армянской агрессии в отношении Азербайджана.

    В ее рамках будет организовано шествие от здания Британской вещательной корпорации (ВВС) до парламента.

  • Britaniyada azərbaycanlılar aksiya keçirir: Ermənilərlə qarşıdurma – YENİLƏNİB + VİDEO

    Bu gün azərbaycanlıların Londonda Ermənistanın təxribatlarına qarşı keçirdikləri aksiya zamanı qarşıdurma yaranıb.

    Aksiya zamanı ermənilər yenidən təxribat törətməyə çalışıblar.

    Amma polis müdaxilə etdikdən sonra ermənilər geri çəkiliblər.

    Aksiya hazırda davam edir. Soydaşlarımız Ermənistanın işğalçı və təcavüzkar olduğu barədə şüarlar səsləndirirlər.

    Onlar “Sarı gəlin” mahnısını da ifa ediblər.

    * * * *

    Böyük Britaniyada yaşayan azərbaycanlılar erməni təcavüzünə qarşı BBC-nin qarşısında aksiya keçirirlər.

    İştirakçılar daha sonra Parlamentə doğru yürüş edəcəklər.

  • Azərbaycanda rayon mərkəzi çirkab sularına qərq olub – VİDEOREPORTAJ

    Xoşagəlməz mənzərə, üfunət dolu çirkab suları Kürdəmir rayonu, Soltan Şıxəliyev küçəsindədir.

    Baku TV xəbər verir ki, həmin küçədə kanalizasiya xətti olmadığından çirkab suları küçəyə axıdılır.

    Bu isə böyükdən kiçiyə hamını narahat edir.

    Yerli sakinlərin sözlərinə görə, dəfələrlə müvafiq qurumlara müraciət edilməsinə baxmayaraq, dərdlərinə çarə tapan olmayıb.

    “Azərsu” ASC-nin 2 nömrəli Regional Su-kanal İdarəsinin Kürdəmir su-kanal sahəsindən bildirdilər ki, Kürdəmir şəhəri üzrə doqquz kilometr uzunluğunda kanalizasiya xətti var.

    1977-ci ildə çəkilən xəttin tamamilə yararsız halda olması səbəbindən 2015-ci ildə dövlət dəstəyi ilə 800 metr, hazırda “Azərsu”nun daxili imkanları hesabına isə 600 metr məsafədə yeni xətt çəkilir. Soltan Şıxəliyev küçəsinə gəldikdə isə…

    Ümid edək ki, ərazidə yeni kanalizasiya xətləri çəkilənə qədər sakinlər üçün alternativ xətt çəkilər və bu insanlar üfunətli çirkab sularından canlarını qurtara bilərlər.

  • Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi

    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

    QMİ-nin Mətbuat xidmətindən daxil olan təbrik mətnində deyilir:

    “Bismillahir-rəhmanir-rəhim!

    Əziz müsəlman bacı və qardaşlarımız, möhtərəm həmvətənlərimiz!

    Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Rəbbimizdən diləyirik.

    İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri – Eydül-Əzha-Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq, müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilib. Bəşər övladının öz Uca Yaradanına təqva və məhəbbətini, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətini təcəssüm etdirən müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

    Şükürlər olsun ki, mənəvi dəyərlərə sahib duran dövlətimizin qayğısı və himayəsi sayəsində Azərbaycan müsəlmanları bu mübarək məqamı iki gün bayram etmək şərəfinə nail olublar. Bu əziz günlərdə Azərbaycan dövlətinə, milli-mənəvi dəyərlərimizin hamisi dövlət başçımız Zati-aliləri İlham Əliyev cənablarına və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dindarlarımızın xeyir-dualarını yetirir, xalqımızın dərin minnətdarlığını ifadə edir, dövlət-din münasibətlərinin yüksək səviyyəsi yönündə bütün səylərinə uğurlar diləyirik.

    Builki Qurban bayramını dünyada davam edən pandemiya şəraitində qarşılayırıq. Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədilə ibadət məkanları müvəqqəti bağlıdır. Pandemiya dövrünün məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarətinin belə təxirə salındığı bir dövrdə bayram namazlarının ailə daxilində qılınması məqbuldur. Karantin səbəbindən ibadət məkanlarının müvəqqəti bağlı olması dindarlığa, təqvaya xələl gətirməməlidir. Xəstəlik və çətinliklər Allaha sığınmaq, səbr, təvəkkül, tövbə üçün bir vəsilə olmalıdır. Ümidvarıq ki, insanlar bu sınaqdan mənən daha güclü, ruhən daha saflaşmış çıxarlar, inşallah!

    Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə yetim, kimsəsiz, ahıl, xəstə insanlara maddi, mənəvi yardım etmək savab əməllərdəndir. Qurbаn bаyrаmının sevincini qаçqın, кöçкün, кimsəsiz sоydаşlаrımızа, mаddi sıхıntı çəкən insаnlаrа yаşаtmаq, özəlliklə pandemiya şəraitində ehtiyacı olan insanlara кönül хоşluğu ilə qeyd etməк imkanı yaratmaq Аllаhа хоş gedən sаvаb əməllərdəndir. Bayram günlərində imkansız, ehtiyacı olan insanlara qurban əti paylanması, habelə ərzaq və ya hər hansı sovqatın çatdırılması bəyənilən əməldir. Qurban kəsmək Məkkədə Həcc ziyarəti zamanı zəvvarlar üçün vacibdir, digər yerlərdə isə bu, vacib deyil, müstəhəb əməl olduğundan, bu il karantin rejimi şəraitində ictimai yerlərdə kəsim edilməməsi tövsiyə olunur. İnsanların kütləvi toplaşma ehtimalı olacaq kəsim yerlərində virusa yoluxma hallarının qarşısını almaq məqsədilə bir çox ölkələr bu addımı atır.

    Bu müqəddəs bayram günündə Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad etmək, Vətənimiz və millətimizin rifahı üçün Allaha dualar etmək hər birimizin mənəvi borcudur. Mənfur düşmənin sərhədlərimizdə törətdiyi son məkrli təxribat zamanı qəhrəman zabit və əsgərlərimiz şəhid olublar, dinc mülki əhali qətlə yetirilib. Vətəni sevmək imandandır. Haqq işimiz yolunda mücadilə aparan, Vətən torpağı uğrunda şəhid olanlar, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksəlmişlərdir. Allah doğma torpağımız uğrunda canlarını fəda etmiş bütün Vətən övladlarına rəhmət eləsin! Allah tezliklə Qarabağımızın işğaldan azad olmasını, Vətən torpağının bütövlüyünün bərpasını bizlərə nəsib etsin, inşallah!

    Bu mübarək günlərdə xalqımızın rifah və səadəti üçün dualar edir, xüsüsilə pandemiya dövründə dövlət başçımız İlham Əliyev cənablarının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan cəmiyyətini səfərbər edərək, dünyanı cənginə alan xəstəlik kabusundan müdafiə yönündə önəmli tədbirlərinə, humanitar addımlarına və nümunəvi beynəlxalq əməkdaşlıq istiqamətində BMT səviyyəsində dəstəklənən fəaliyyətlərinə Uca Allahdan uğurlar diləyirik. Bu əziz gündə dualar edirik ki, Allah-Təala möhtərəm dövlət başçımızın müstəqilliyimizi qorumaq, Azərbaycanın haqq işinin zəfər çalması yolunda dəyərli fəaliyyətinə rəvac versin!

    Bu əziz günlərdə Azərbaycan xalqına xeyir-dualarımızı yetirir, Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir, Allah-Təalanın nəzərinin hər zaman üzərimizdə bərqərar olmasını diləyirik. Uca Allah Azərbaycanı hifz etsin! Amin!”

  • Bəhram Bağırzadə koronavirusa yoluxmasından danışdı

    Koronavirusa yoluxduğu üçün Mərkəzi Gömrük Hospitalında müalicə alan, sağalaraq dünən evə buraxılan Əməkdar artist Bəhram Bağırzadə “Facebook” səhifəsində paylaşım edib.

    O, xəstəliyi dövründən danışıb:

    “Yeni ildən az sonra, koronavirus pandemiyası dünyanı bürüməyə başlayanda, mən, əksər insanlar kimi, bunun növbəti bir “dəhşət hekayəsi” olduğunu düşündüm. Mənim üçün bu, zarafat kimi bir şey idi – karantin, məsafədən işləmək, SMS ilə evdən çıxmaq, virtual məkanda görünən çox məzəli yaradıcılıq.

    Xəstəxanaya düşəndə heç nə bəladan xəbər vermirdi – nə olsun ki, kiçik bir temperatur və zəiflik, bu ki heç nə deyil! Telefonla çox danışırdım, postlar yazırdım, dostlara video göndərirdim, zarafatlaşırdım, inandırırdım, deyirdim ki, hər şey yaxşıdır, adi bir soyuqdəymədir və xroniki yorğunluqdur, mən də şounun məcburi iştirakçısı oldum, amma hər şey yaxşı olacaq və tezliklə evdə olacağam.

    Virus haqqında düşünmürdüm, çünki xəstəxanada belə pandemiyaya şübhə ilə yanaşırdım! Hər şey qəflətən temperatur yüksəldikdə və nəfəs problemləri başladığı bir neçə saat ərzində dəyişdi. Sonra nə oldu, bilirsiniz – məni Mərkəzi Gömrük Xəstəxanasına apardılar, medikamentoz komaya saldılar, İVL aparata, sonra ECMO-ya qoşdular. Mən təxminən bir ay yox idim…”

    “Gerçəkliyə qayıtmaq ağrılı və dəhşətli idi – hər şeydən xəbərdar idim, ancaq bir barmağımı belə qaldıra bilmirdim, nəfəs boruları isə mənə beton kimi görünürdü. “Budur, başlayır…”, – nifrət edənlər yazacaqlar. Bəli, xeyr, təəssüf və rəhm hissi yaratmaq fikrindən çox uzağam, çünki insanların illərlə dəhşətli əzab çəkdikləri, heç bir qurtuluşu olmayan və koronavirusdan daha pis olan xəstəliklər var.

    Ancaq həqiqət budur ki, bu xəstəliklər hava-damcı yolu ilə ötürülmür, məhz bu, görünməz düşmənin dəhşətidir! Pandemiya və yüngülfikirliliyim barədə düşünməyə çox vaxtım var idi… Heç kimə mənim keçdiklərimdən və keçəcəklərimdən – qarşımda hələ bərpa dövrü var – keçməyini arzulamıram.

    İndi mən, məni amansızcasına döyən “şou”nun tamhüquqlu iştirakçısıyam, hər sözümə görə cavabdehəm və sağlamlığı ilə “rus ruleti” oynamağa davam edən hər kəsə səslənirəm – xəstəlik var və heç də həmişə yüngül keçmir”, – deyə B.Bağırzadə bildirib.

    Əməkdar artist əlavə edib ki, borular və damcıtökənlərlə bürünmüş xəstəxanaya düşməmək, nəfəs almağı və yenidən danışmağı öyrənməmək üçün həkimlərin tövsiyələrini yerinə yetirmək və karantin tədbirlərinə riayət etmək lazımdır:

    “Bəli, bu, xoşagəlməzdir, bəli, qıcıqlandırıcıdır və sağlam olduğunuz müddətcə bu mövzuda zarafat da edə bilərsiniz. Ancaq Allah sizə reanimasiya şöbəsinə düşməyi nəsib etməsin, burada dəqiqələr həlledicidir və həkimlər heç də həmişə qələbə əldə edə bilmir… Buna görə də maska taxmaq və qaydalara riayət etmək sonradan özünə gəlməkdən və ya daha pis – yoluxdurmaqdan və yaxınlarınızı itirməkdən daha asandır.

    Siz, həqiqətən, elə düşünürsünüz ki, Almaniya, İsrail, Böyük Britaniya, Rusiya, ABŞ, Çin, Yaponiya və bir çox digər ölkələr iqtisadiyyatlarına çox böyük ziyan vurdular, çox milyardlıq turizm və aviasiya biznesini yıxdılar, ticarət mərkəzlərini bağladılar ki karantin “oyunu” oynasınlar? Pandemiyaya məhəl qoymasa idi, Azərbaycana nə olardı? Bir neçə ildən sonra 10 milyonun yarısı qalacaqdı, çünki yarım milyon insanın eyni vaxtda xəstələnməsinə heç bir ölkə tab gətirə bilməz! Buna görə normal, sağlam düşüncəli ölkələr virusun yayılmasını dayandırmaq və əhalisini sağlam və çalışa bilən saxlamaq üçün çoxlu dəhşətli itkilərə getdilər.

    Özümə kimisə inandırmaq və ya nəyisə sübut etmək vəzifəsi qoymuram. Mən, sadəcə, öz hekayəmi danışdım. Bir virusa inana, ya da inanmaya bilərsiniz, pandemiyaya inana, ya da inanmaya bilərsiniz, ancaq özünüz, yaxınlarınız və övladlarınızın xatirinə sağlamlığınıza qarşı diqqətli olun.

    Biz birlikdəyik, heç kim tək deyil və heç kim kömək və dəstəksiz qalmayacaq! Hər kəsi məsuliyyətli, düşüncəli və səbirli olmağa çağırıram! Bu, belə çətin dövrü minimal itkilərlə yaşaya biləcəyimiz yeganə yoldur! Hamınıza can sağlığı arzulayıram!”

  • В ходе рейдов полиция Абшеронского района выявила несколько сотен нарушителей – ФОТО/ВИДЕО

    В целях предотвращения массового распространения коронавируса (COVID-19) на территории Абшеронского района сотрудники полиции продолжают проводить контрольно-профилактические мероприятия на дорогах и объектах, деятельность которых разрешена.

    Как сообщили в пресс-службе Министерства внутренних дел, в ходе рейдов были выявлены и оштрафованы водители, которые выехали, не имея соответствующего разрешения.

    В рамках контрольно-профилактических мероприятий составлены протоколы по соответствующей статье Кодекса об административных проступках в отношении лиц, покинувших место жительства без разрешения, а также лиц, не использующих индивидуальные средства защиты, в том числе медицинские маски.

    В целом за нарушение правил карантина сотрудниками Абшеронского РУП в ходе последних рейдов составлено 380 административных протоколов, три нарушителя были арестованы в административном порядке. Были также выявлены три кафе и ресторан, которые работали в нарушение правил карантина, приняты жесткие меры в отношении владельцев объектов.





  • Abşeronda reyd: Üç nəfər həbs edildi, üç qanunsuz işləyən kafe və restoran aşkarlandı – VİDEO

    Koronavirusun kütləvi yayılmasının qarşısının alınması məqsədilə Abşeron rayonu ərazisində polis əməkdaşları tərəfindən yollarda, fəaliyyətinə icazə verilən obyektlərdə gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün rayon üzrə qapalı məkanlar daxil olmaqla davam etdirilən tədbirlərdə icazəsiz hərəkət edən şəxslərlə profilaktik söhbətlər aparılmaqla mövcud sanitar-gigiyenik tələblər izah olunub. Həmin şəxslərin diqqətinə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, metodiki göstərişlərə əməl etməlidir.

    Reydlər zamanı avtomobil yollarında icazəsi olmadan hərəkət edən sürücülər də müəyyən edilərək cərimələniblər. Nəzarət-profilaktik tədbirlər çərçivəsində müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən, tibbi maskalardan istifadə etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

    Ümumilikdə son reydlər zamanı Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozduqlarına görə ümumilikdə 380 nəfər barəsində inzibati protokol tərtib olunub. Həmin şəxslərdən 261-i tibbi maskalardan istifadə etmədiklərinə, 119-u isə karantin qaydalarının tələbini pozaraq icazəsiz yaşayış yerini tərk etdiklərinə görə cərimələniblər.

    Karantin qaydalarını pozan üç nəfər isə inzibati qaydada həbs edilib. Tələbləri pozaraq qanunsuz olaraq fəaliyyət göstərən üç kafe və restoran da müəyyən edilərək həmin obyektlərin sahibləri barəsində sərt tədbirlər görülüb.

    Qeyd edək ki, Abşeron rayonu ərazisində fəaliyyətinə icazə verilən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək. Təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlərin görülməsi təmin ediləcəkdir.