Month: July 2020

  • Aya-Sofiya məbədini 500 polis işçisi qoruyacaq

    İstanbuldakı Müqəddəs Sofiya (Aya-Sofiya) məbədinin mühafizəsinə daimi olaraq 500 polis işçisi cəlb olunacaq.

    APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

    “Bu gündən etibarən Aya-Sofiyada 500 asayiş keşikçisi davamlı olaraq növbəli şəkildə xidmət yerinə yetirəcək”, – deyə ölkə başçısı Ankarada çıxış edərkən bildirib.

  • Neftçala sakinini elektrik cərəyanı vuraraq öldürüb

    Neftçala rayonunda bədbəxt hadisə baş verib.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisə Astanlı kəndində qeydə alınıb.

    Həmin kəndin sakini, 1950-ci il təvəllüdlü Ağalarov Mirabas Mirhüseyn oğlunu elektrik cərəyanı vuraraq öldürüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Məşhur aktrisa koronavirusa qalib gəldi

    Hindistanlı aktrisa, sabiq Hindistan gözəli Aişvarya Ray Baççan koronavirusdan sağalıb.

    Median.Az
    xəbər verir ki, aktrisa qızı ilə birgə xəstəxananı tərk edib.

    Bununla belə, onun həyat yoldaşı Abhişek Baççan və qayınatası, Bollivud ulduzu Amitabh Baççan müalicələrini xəstəxanada davam etdirir.

    Qeyd edək ki, Amitabh Baççan iyulun 12-də koronavirusa yoluxduğunu açıqlamışdı. Həmin gün Aişvarya Ray Baççanın da testinin müsbət çıxdığı məlum olmuşdu.

  • Sumqayıtın Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edib

    Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzi 2020/2021-ci tədris ili üçün tələbə qəbulunu açıqlayıb.

    “Report” xəbər verir ki, peşə təhsil mərkəzi yeni tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:

    – Torna və frezer dəzgahların operatoru

    – Proqramla idarə olunan dəzgahların operatoru

    – Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru

    – Sənayedə quraşdırma işləri üzrə usta

    – Veb dizayner və proqram təminatçısı

    Təhsil müddəti 1 ildir.

    Qəbul müsahibə yolu ilə həyata keçiriləcəkdir.

    Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər.

    Sənədlərin qəbulu 15 avqust 2020-ci il tarixinədək Elektron qəbul sistemi (https://bit.ly/300YIef) vasitəsilə aparılacaqdır.

    Əlavə məlumat üçün:

    Telefon: +994 12 488 80 65 (daxili 700 və 120)

    E-poçt: ptm@economy.gov.az

  • AMEA-nın binası üzərindən sökülmüş hərflərin yerinə yeniləri quraşdırılıb – FOTO

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasının üzərindəki kiril əlifbasında olan hərflərin sökülməsi ilə bağlı məlumat vermişdik.

    Oxu.Az-ın xəbərinə görə, artıq onların yerində latın qrafikalı Azərbaycan əlifbası ilə yeni yazı quraşdırılıb.

    Bununla bağlı fotolar sosial şəbəkələrdə yayılıb.

  • Baş infeksionist: Karantinin nəticələri artıq göz qabağındadır

    Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantinin nəticələri artıq göz qabağındadır.

    Median.Az xəbər verir ki, bunu trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

    Onun sözlərinə görə, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək:

    “Karantinin nəticələri bəlli olduqdan sonra görülən tədbirlərin davamı ilə bağlı qərar qəbul edilə bilər. Hər halda karantinin nəticəsi göz qabağındadır. Karantin tədbirləri nəticəsində xəstələnmə halları azalır, sağalan insanların isə sayı artır. Bu, qaneedici vəziyyətdir. Əlbəttə, istəyərdik ki, bundan da yaxşı nəticələr olsun. Amma hələlik əldə edilən nəticələr bunu göstərir ki, karantin öz effektini verir”.

    Xatırladaq ki, təxminən son 10 gün ərzində Azərbaycanda koronavirusa yeni yoluxma hallarının sayında azalma müşahidə edilir. Ölkədə sutka ərzində qeydə alınan yoluxma hallarının sayı 500-dən aşağı enib.

    Azərbaycanda artıq koronavirusdan sağalma hallarının sayı yoluxma hallarının sayını üstələyir.

    İyulun 18-də Azərbaycanda rekord sayda – 645 sağalma sayı qeydə alınıb.

  • Siyəzəndə azyaşlı kanalda batıb

    Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində 2014-cü il təvəllüdlü Muradova Mülayim Dövlət qızı batıb.

    Median.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

    Əlavə məlumat veriləcək.//azxeber.az

  • Bakı Metropolitenində formalaşan qrunt sularından istifadə imkanları araşdırılacaq

    Bakı Metropolitenində formalaşan qrunt sularından istifadə imkanları araşdırılacaq.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda deyilir.

    Tədbirlər Planında Bakı Metropoliteni ərazisində yeraltı sular və yağış suları hesabına formalaşan qrunt sularının tullantı suları şəbəkəsinə axıdılmadan xaric edilməsi və həmin sulardan istifadə imkanlarının araşdırılması və müvafiq tədbirlər görülməsi nəzərdə tutulub.

    Bundan başqa, Tədbirlər Planında alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflərin və subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydasının layihəsinin Nazirlər Kabinetinə təqdim edilməsi öz əksini tapıb.

  • Azərbaycanda koronavirusla bağlı “sarı” statuslu insanların sayı 5000-i ötdü

    Azərbaycanda COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə yaradılan “e-Təbib” mobil tətbiq əlavəsində “sarı” statuslu insanların sayı artıb.

    Median.Az bildirir ki, bunu Trend-ə “E-Təbib” layihəsinin rəhbəri Fuad Niftəliyev deyib.

    Onun sözlərinə görə, “sarı” statuslu insanlar COVİD-19-a yoluxma riski yüksək olanlardır:

    “Onlar COVİD-19-a yoluxan şəxslərlə 2 metrdən az məsafədə və 10 dəqiqədən çox təmasda olduğu üçün “sarı” statuslu insanlar hesab edilirlər.

    F.Niftəliyev qeyd edib ki, “e-Təbib”də 150 minə yaxın insan qeydiyyatdan keçib. Hazırda 5000 nəfərdən çox “sarı” statuslu insan var.

  • Ərdoğanla Putin Azərbaycanla Ermənistanla arasında gərginliyi müzakirə etdilər

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

    Median.Az xəbər verir ki, bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb.

    Qeyd edilir ki, dövlət başçılarl Suriya və Liviyada yaranmış mövcud vəziyyəti müzakirə ediblər.