Moskvanın cənubunda kütləvi davada iştirak edən beş nəfər erməni haqqında həbs qərarı istənilib.
TASS xəbər verir ki, Rusiya paytaxtının Nikulinski məhkəməsində bununla bağlı müvafiq ərizələr qəbul edilib.
Qeyd edilib ki, dələduzluq iddiası ilə saxlanılan S.M. Nikoyan, A.A. Nikoyan, A.P. Petrosyan, N.Ş. Petrosyan və A.A. Apreyan haqqında həbs-qətimkan qərarı verilib.
Karantin günlərində icazələri olmadan Qusar rayonuna istirahətə gələn 16 nəfər cərimələndi.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla Qusar rayonuna istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.
Belə ki, şöbə əməkdaşları tərəfindən qaydalarını pozan ümumilikdə 16 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1–ci maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər 200 manat miqdarında cərimələniblər.
Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edənlər də olub.
“Azərişıq” ASC sədrinin müşaviri Tanrıverdi Mustafayevə ağır itki üz verib.
“Report”un məlumatına görə, T.Mustafayevin dayısının həyat yoldaşı Fəridə Kərimova bu gün səhər saatlarında 65 yaşında dünyasını dəyişib.
F.Kərimovanın uzun müddət ürək çatışmazlığından əziyyət çəkib. Son günlər isə o, ev şəraitində pnevmoniya və koronavirusdan müalicə alsa da, F.Kərimovanın həyatını xilas etmək mümkün olmayıb.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Mərkəzi Poçt binasının zirzəmisində qeydə alınıb.
Hadisə yerinə FHN-nin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun tüstüsü binanı bürüyüb və yanğının söndürülməsinə çətinlik yaradıb. Lakin buna baxmayaraq yanğın söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Azərbaycanda xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən koronavirus xəstələrinin sayı artıb.
“Report”un məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 314 nəfərdir. Qeyd edək ki, dünən reanimasiyada olanların sayı 313 nəfər idi.
Qeyd edilir ki, hazırda ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 69 nəfərdir. Ötən gün ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 70 nəfər idi.
Azərbaycanda koronavirus infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 30 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 242 nəfər müalicə olunaraq sağalıb, 423 nəfər vəfat edib, 6 781 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 838, ötən müddət ərzində isə ümumilikdə 690 386 test aparılıb.
В целях предотвращения массового распространения коронавируса (COVID-19) в столице продолжаются усиленные контрольно-профилактические мероприятия в закрытых помещениях, деятельность которых разрешена, на дорогах.
Как сообщает Report, в ходе рейда гражданам было разъяснено, что каждый человек должен строго следовать применяемым правилам, а исходя из социальной ответственности соблюдать действующие санитарно-гигиенические правила и требования для защиты себя, своих близких и других лиц.
Пассажирам, которые не имели при себе маски, были розданы маски, не правильно пользующимся защитными средствами, передвигающимся без разрешения и приводящим необоснованные оправдания было рассказано о последствиях инфекции коронавируса, действующих правилах.
Во время проверок, проводимых столичной полицией и военнослужащими внутренних войск, в отношении лиц, покинувших место жительства без соответствующего разрешения, не использующих средства индивидуальной защиты дыхательных путей, в том числе медицинские маски, был составлен протокол по соответствующей статье Кодекса об административных проступках.
Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda fəaliyyətinə icazə verilən qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.
“Report”un xəbərinə görə, reyd zamanı vətəndaşlara izah olunub ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.
Üzərində maskası olmayan sərnişinlərə maskalar paylanılmaqla yanaşı, qoruyucu vasitədən düzgün istifadə etməyən, icazəsiz hərəkət edən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları, mövcud qaydalar izah olunub.
Paytaxt polisi və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.
Sabunçu rayon Maştağa qəsəbəsi, Nizami küçəsi, Döngə 6 ünvanında yaşayan sakinlər təxminən 20 ildir ki, içməli sudan məhrumdurlar.
Baku TV xəbər verir ki, adətən su problemi olan qəsəbələrdə məsul qurum tərəfindən səbəb kimi yaşayış massivi yeni salınıb və ya uzaqda olması göstərilir. Bura isə uzaq deyil, Maştağa qəsəbəsinin tam mərkəzidi.
Məsələ ilə bağlı Azərsu ASC-dən Abşeron yarımadası üzrə baş planın olduğunu və mərhələli şəkildə həmin əraziyə də su çəkiləcəyi bildirildi.
Problemin nə az, nə çox, düz 20 ildir ki mövcud olması artıq sakinləri də hövsələdən çıxarıb. Həm havaların istiləşməsi, həm də pandemiya onların suya olan ehtiyacını daha da artırıb.
Hər biri inamsız şəkildə aidiyyatı qurumun sözünə əməl edəcəyi günü gözləyir:
Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində kütləvi mitinq keçirəcəkləri ilə bağlı ABŞ-ın yerli mediasında və sosial şəbəkələrdə məlumatlar paylaşıb, həmvətənlərimizə qarşıdurmaya dəvət edərək, təxribat planı hazırlayan ermənilərin niyyəti puç olub.
Baku TV-nin məlumatına görə yüzlərlə erməni Nyu-Yorkun Manhetten əyalətinin mərkəzi küçələrindən olan “3th Avenue” prospektinə toplaşıblar. Onların bəzilərinin əllərində dəyənəklər də olub. Ərazidə uzun müddət hay-küy salmağa çalışan ermənilərə yerli ictimaiyyəti məhəl qoymayıb və eyni zamanda kütləvi aksiya heç bir yerli media orqanında yer almayıb.
Aksiyanın keçirildiyi əraziyə Nyu-York polisinin əməkdaşları cəlb olunub. Azərbaycanın Vaşinqtondakı Səfirliyinin çağırışına riayət edən soydaşlarımız aksiyanın keçirildiyi əraziyə getməyiblər. Mitinq üçün üç saatlıq icazəsi olan ermənilərin təxribat planları baş tutmadığından onlar bir saat sonra dağılışıblar.