Month: July 2020

  • Qaxda polislər ilan sancmış şəxsin həyatını xilas ediblər

    Qax Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları rayonun Qıpçaq kəndi ərazisində xidmətdə olan zaman yol kənarında dayanan avtomobildəki sürücü və sərnişinlərin təlaş içində olduğunu görüb, həmin nəqliyyat vasitəsinə yaxınlaşıblar.

    Sürücü avtomobildə sərnişin qismində olan şəxsi ot biçən zaman ilan sancdığını və təcili olaraq xəstəxanaya çatdırılmalı olduğunu, ancaq avtomobilindəki nasazlıq səbəbindən vaxt itirdiklərini bildirib.

    Polis əməkdaşları Mansur Rəsulov və Bəhruz Qurbanlı dərhal həmin şəxsi öz xidməti avtomobillərinə əyləşdirərək, tez bir zamanda Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər tərəfindən ilan sancmış şəxsə lazımi tibbi yardım göstərilib və həyatını xilas etmək mümkün olub.

  • 2032-ci il Yay Olimpiya Oyunlarına hansı dövlətlərin ev sahibliyi etmək istədiyi məlum oldu

    Qətər 2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün müraciət edəcək.

    “RİA Novosti” xəbər verir ki, Yaxın Şərq ölkələsi Beynəlxalq Olimpiya Komitəsinə müvafiq müraciət göndərib.

    Bu, Qətərin Olimpiadaya ev sahibliyi etmək üçün üçüncü cəhdidir. Ölkə əvvəllər 2016 və 2022-ci il Oyunlarına ev sahibliyi etmək üçün müraciət etsə də, hər iki cəhdi uğursuz olub.

    Qətər Milli Olimpiya Komitəsinin prezidenti Şeyx Hoaan bin Hamad bin Xəlifə Əl-Tani Olimpiya Oyunlarının ölkənin inkişafına töhfə verəcəyini hesab edir.

    Qətərə kimin rəqib olacağı da bilinir. Çin, Hindistan, Avstraliya, həmçinin, KXDR və Cənubi Koreya da oyunlara ev sahibliyi etmək istəyirlər.

  • Bəhram Bağırzadə ilk dəfə koronavirusa yoluxması barədə danışdı – FOTO

    Koronavirusa yoluxduğu üçün Mərkəzi Gömrük Hospitalında müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə “Facebook” səhifəsində paylaşım edib.

    Paylaşımda deyilir:

    “Dünyadakı bütün peşələr insanlardandır. Və yalnız üçü Allahdandır – müəllim, hakim və həkim”.

    Bu sözləri 2000 il əvvəl dünyanın ən böyük filosoflarından biri Sokrat demişdi. Gəncliyimdə Azərbaycanın gözəl müəllimlərindən bilik əldə etməyimdə bəxtim gətirib. Onların bir çoxu taleyimdə çox böyük rol oynadı və mənim dostlarım oldu… Şükürlər olsun ki, hakimlərlə ünsiyyət qurmaq mənə nəsib olmayıb, amma təsəvvür edə bilərəm ki, onların çiyninə nə qədər böyük məsuliyyət düşür… Tibbə qaldıqda isə, məhz həkimlər bizə dünyaya gəlməyimizdə kömək edir və həyatımız boyu bizi müşayiət edir.

    Əksər insanlar kimi, mən də vaxtaşırı həkimlərə müraciət edirdim, amma 2020-ci ilin yayı, koronavirusla xəstələndiyim dövr, mənim üçün əsl sınaq oldu və həkimlər olmasaydı, heç vaxt bunun öhdəsindən gəlməzdim… Müalicəmdə iştirak edən bütün həkimlərə təşəkkürümü bildirmək üçün hansı sözlərdən istifadə edəcəyimi də bilmirəm. Ancaq ən səmimi minnətdarlığımı xəstəliyin inkişafında ən kritik anda məni qəbul edən və günlərlə həyatım üçün mübarizə aparan Mərkəzi Gömrük Xəstəxanasının rəhbərliyinə bildirirəm!

    Xəstəxana həkimlərinə sonsuz minnətdaram! Səkkiz saat xüsusi geyimdə olmaq, ən ağır xəstələr üçün daim məsləhətləşmələr aparmaq, vacib qərarlar qəbul etmək və həyatlarını qurtarmaq üçün bir çox tədbirlər görməklə həyatlarını təhlükə altına qoymaq üçün necə də böyük cəsarət və biliklərə sahib olmaq lazımdır, çünki virus heç kimə rəhm etmir! Sizə dərin təşəkkürümü bildirirəm – reanimatoloqlar, yoluxucu xəstəliklər üzrə mütəxəssislər, kardioloqlar, fizioterapevtlər! Hər biriniz özünüzə zərbə götürür və müəyyən bir orqanın müalicəsi ilə məşğul olursunuz və hamınız birlikdə görünməz bir düşməni məğlub edərək şəfa möcüzəsi edirsiniz!

    Ayrıca, kiçik tibb işçilərinə böyük təşəkkür edirəm. Bu gözəl insanlar bütün sutka boyu xəstələrin yanındadırlar və istisnasız olaraq bütün xəstələrə öz yaxınlarına olduğu kimi münasibət göstərirlər. Sənin kim olduğun, müəyyən xidmətlərin olduğun və ya adi bir insan olmağının onlar üçün fərqi yoxdur. Onların fədakar işlərinin əsas məqsədi xəstələrə ən çətin müalicənin bütün mərhələlərini mümkün qədər ağrısız keçməyə kömək etməkdir. Həkimlərin göstərişlərinin yerinə yetirməkdə əsas yükü çiyinlərində daşıyan məhz kiçik tibb işçiləridir.

    Mərkəzi Gömrük Xəstəxanasının bütün işçiləri əsl Qəhrəmanlardır! Pandemiya günlərində xəstəxana koronavirusla mübarizədə ölkənin əsas dayaq məntəqəsinə çevrildi. Müalicəm zamanı Rusiya, Böyük Britaniya və Kubadan gəlmiş və xəstəxananın dəqiq, yaxşı əlaqələndirilmiş, yüksək peşəkar işinə heyrətlənən böyük tibbi heyətlərini gördüm. Dünyanın ən yaxşı memarlıq dizaynına əsasən inşa edilən binada ən müasir tibbi avadanlıqlar var ki, bunun sayəsində azərbaycanlı həkimlərimiz unikal cərrahi əməliyyatlar və mürəkkəb xəstəliklərin müalicəsini həyata keçirirlər. Allahın köməyi ilə çox yaxında vətəndaşlarımız sağlamlıqlarını yaxşılaşdırmaq üçün başqa ölkələrə getməli olmayacaqlar.

    Mərkəzi Gömrük Xəstəxanası bundan sonra Azərbaycan təbabətinə sağlam və düzgün iş ritmini verəcək ölkənin tibbi ürəyinə çevrilib. Bu da xəstəxana rəhbərliyinin böyük əməyinin bəhrəsidir! Görkəmli sovet fiziki Sergey Kapitsa deyib: “Rəhbərlik etmək yaxşı insanların işləməsinə qarışmamaqdır”. Müdrik rəhbərliyi işçilərinin hər birinin yüksək peşəkarlığını artırmağa imkan verən unikal strategiya seçən xəstəxananın işinin əsasını məhz bu prinsip təşkil edir!

    Mən həmişə tibbə dərin hörmət bəsləmişəm, çünki həkim biliyə, fədakarlığa və həyatımızın ən çətin anlarında ağrılarımızın bir hissəsini bölüşmək və öz üzərinə götürmək və xəstəliklərimizə şəfa vermək üçün böyük istəyə malik olan insan ruhunun inkişafının ən yüksək səviyyəsidir. Qarşınızda baş əyirəm, qiymətsiz Azərbaycan Qəhrəmanları!”

  • DİM növbəti buraxılış imtahanlarını keçirəcək

    Dövlət İmtahan Mərkəzi tərəfindən 29-30 iyul 2020-ci il tarixlərində növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.

    Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, imtahanlar saat 11:00-da başlanır.

    İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

    İyulun 29-da keçiriləcək imtahanlarda 13809, iyulun 30-da keçiriləcək imtahanlarda isə 14115 nəfər olmaqla, ümumilikdə 27924 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.

  • Gömrük Komitəsi adları məlum olmayan qaçaqmalçıları axtarır – VİDEO

    Gömrük orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də qaçaqmalçılıq hallarının qarşısının alınması, xarici ticarət fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməsinə nəzarətdir.

    Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda qeyd edilib.

    Gömrük orqanları tərəfindən xarici ticarət fəaliyyəti zamanı aşkarlanan qanun pozuntuları hərtərəfli şəkildə araşdırılır, gömrük sahəsində hüquqpozmalara yol verənlər məsuliyyətə cəlb olunur və bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

    Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində hələlik adları istintaqa məlum olmayan, aşağıdakı video və fotoda gördüyünüz şəxslərin gömrük qanunvericiliyinin tələblərini ciddi şəkildə pozduğu müəyyən edilib, lakin onlar məsuliyyətdən yayınmağa müvəffəq olublar.

  • Ограничения нужно соблюдать ещё строже – чтобы карантин не был продлен!

    Пришедший в начале 2020 года невидимый враг, который начал с неимоверной скоростью убивать людей с ослабленным иммунитетом, заставил население всей планеты взглянуть на жизнь по-новому. Отсутствие вакцины против COVID-19 бросает людей в панику, они чувствуют себя обреченными на верную смерть.

    Действительно, случайный контакт на улице либо в общественном транспорте с незнакомцем, у которого обнаружен коронавирус, может стоить вам не только здоровья, но и жизни.

    Человечество переживает такой период истории, когда судьба одного индивида зависит от другого. Если нам кажется безразличным удел незнакомых людей, то мы не должны забывать, что среди людей, подверженных риску инфицирования, есть также наши друзья, родственники, родители, дети, братья и сестры. COVID-19 – это вирус, который не выбирает кого именно нужно заразить, он одинаково опасен для всех, независимо от половой принадлежности и цвета кожи человека.

    Азербайджан предпринимает решительные меры в борьбе против коронавируса. Решение о строительстве 10 больниц модульного типа безусловно заслуживает похвалы. Однако, что произойдет, если количество инфицированных из-за безответственности некоторых граждан будет продолжать расти? Количество больниц дойдет до 50, 100, 200? А дальше?

    Динамика последних дней показывает, что введенный Оперативным штабом строгий карантинный режим приносит свои плоды. Однако некоторые люди по-прежнему не хотят носить маску (либо надевают ее на подбородок, что абсолютно неэффективно), другие играют толпами на спортивных площадках, забывая о правилах социального дистанцирования, а третьи забывают использовать средства дезинфекции.

    Безусловно всем нам хочется вернуться к обычной жизни, забыть о пандемии раз и навсегда. Поэтому если после завершения строгого карантинного режима Оперштабом будет принято решение о смягчении мер – это еще не значит что полная победа над коронавирусом уже свершилась. Если граждане на следующий же день ринутся массово посещать парки, заполонять рестораны и другие места общепита – то все наши усилия будут сведены на нет.

    Граждане должны понимать, что государство в одиночку не может справиться с этим глобальным вызовом, коим является COVID-19. В какой-то момент система здравоохранения просто может не выдержать стремительно растущее число инфицированных.

    После того как суточное количество зараженных коронавирусом варьировалось в районе 500-600, сегодня ситуация имеет тенденцию к снижению инфицирований. Тем не менее, та часть населения, которая не соблюдает требования карантинного режима, должна призадуматься о дальнейших последствиях своего поведения.

    Нужно помнить, что Азербайджан тоже входит в список стран, которым коронавирус объявил войну. В каком статусе мы выйдем из этой битвы, победителями или побежденными, будет зависеть во многом от социальной ответственности каждого отдельного гражданина. Давайте вместе бороться с пандемией коронавируса и вместе выиграем эту войну – ведь мы сильны вместе!

    //day.az

  • Karantin rejimi qaydalarını pozan kafe aşkarlandı

    Gəncədə karantin rejimi qaydalarını pozan kafe aşkarlanıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

    Gəncə BPİ əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman şəhərdə gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Arzu Bayramovla yanaşı, onun müştəriləri saxlanılaraq, Kəpəz rayon Polis İdarəsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Koronaviruslu xəstələrin görüntülü zənglər vasitəsilə diaqnostikası aparılacaq

    Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Teletəbabət» adlı pilot layihəsinin sayəsində COVID-19 və digər kəskin respirator xəstəliklərin məsafəli diaqnostikasını onlayn şəkildə aparmaq imkanı yaradılıb.

    Səhiyyə Nazirliyindən bildirilib ki, koronavirusla mübarizənin gücləndirməsi üzrə görülən tədbirlər sırasında bu yenilik son texnologiyaların təqdim etdiyi imkanlardan irəli gəlib.

    «Teletəbabət» pilot layihəsinin çərçivəsində xəstələr həkim qəbulundan onlayn video bağlantılar vasitəsilə keçmək imkanını əldə edir. Belə ki, koronavirus infeksiyasına yoluxmuş xəstələrin xüsusi mobil tətbiqin vasitəsilə məsafəli konsultasiyasına artıq başlanılıb. Üstəlik, simptomsuz və ya evdə müalicə alan yüngül simptomlu pasiyentlər tərəfindən öz evlərində, xəstəxana və ya poliklinikaya getmədən onlayn qaydada həkim məsləhətlərinin alınmasına start verilib.

    Yeni xidmətdən istifadə həm həkim, həm pasiyent üçün istifadəsi olduqca rahat və sadədir. Bunun üçün “Doctor Online” tədbiqini cihaza sadəcə yükləmək kifayətdir. Burada pasiyent onu müalicə edən həkimi ilə həm adi, həm də görünlülü zənglər vasitəsilə təmas qurub, daim ünsiyyətdə qalır. Tibbi işçilər xəstələrə onlayn şəkildə tövsiyələr və məsləhətlərini verir, mütəmadi konsultasiyaların aparılmasını və müşahidə xidmətlərini göstərir.

    Daha çox insanın bu yenilikdən istifadə etməsi məqsədilə Səhiyyə Nazirliyinin «Teletəbabət» layihəsindən yararlanmaq qaydaları haqqında ətraflı məlumat elanlar şəklində pilot layihənin tətbiq olunduğu Bakı şəhər poliklinikaların ərazi sahələri və yaşayış yerlərində artıq yerləşdirilib.

  • Erməni əsgər anasının səs yazısı: Düşmənin yalanları belə ifşa olundu – AUDİO

    Tovuz istiqamətində gedən döyüşlərdə Ermənistanın çoxsaylı itkilər verməsinin daha bir dəlili ortaya çıxıb.

    Median.Az Azvision.az-a istinadən erməni sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, ölən erməni əsgərlərindən birinin anasının səs yazısı yayılıb.

  • Jurnalistləri təhqir edən biznesmen oğlu azadlıqda – FOTO

    Xəbər verdiyimiz kimi, İsmayıl Babayev “Fairmont Baku” hotelində sərtləşdirilmiş xüsusi karantin rejimini pozduğu üçün həbs edilmişdi.

    O, iyulun 6-da Səbail rayon Məhkəməsinin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib. İ.Babayev şəxsi “İnstagram” hesabında yeni şəklini “Qanuna riayət edən vətəndaş” başlığı ilə paylaşıb.

    Xatırladaq ki, o, hoteldən çıxarkən jurnalistləri təhqir etmişdi. Məlumata görə, İ.Babayev iş adamı Fətulla Babayevin oğludur.

    ///Qaynarinfo