Month: July 2020

  • Astarada meşədə adam öldürməyə cəhd edən gənc həbs edildi

    İyulun 21-də Astara rayonu ərazisində 1990-cı il təvəllüdlü Nadir Rüstəmovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

    Astara Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Araşdırmalarla 1993-cü il təvəllüdlü Həbib Şabanovun rayonun Bəndəsər kəndində yerləşən meşədə aralarında baş vermiş mübahisə nəticəsində Nadir Rüstəmova bıçaq xəsarətləri yetirməklə onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Astara Rayon Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə Həbib Şabanov Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində həbs-qətimkan tədbiri seçilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

  • DTX-dən sosial şəbəkədə yalan məlumat yayanlarla bağlı AÇIQLAMA

    Bəzi internet resurslarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətdə, guya istifadəçilərə hərbi məsələlərlə bağlı paylaşım etməməyə çağırışlar yer alıb.

    Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla qeyd olunan məlumatların saxta profillərdən istifadə edilməklə ictimai rəyi çaşdırmaq və sensasiya naminə yayımlandığı və belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyətinin olmadığı müəyyən edilib.

    Bildiririk ki, hazırda sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımları edən şəxslərin müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün fəaliyyət davam etdirilir.

  • Bəhram Bağırzadənin xəstəxanadan yola salınma görüntüləri – FOTO

    Əməkdar artist Bəhram Bağırzadə xəstəxanadan evə buraxılıb.

    Unikal.org xəbər verir ki, Bərham Bağırzadə onu müalicə edən həkimlər tərəfindən yola salınıb.

    Həmçinin, onu komanda yoldaşları Tahir və Cabir İmanovlar qarşılayıb. Onlar qeyd edib ki, nəhayət, Bəhram Bağırzadə yenə aralarındadır:

    “Hamıya dəstək üçün təşəkkür edirik. Hər birinizə can sağlığı, bütün xəstələrə Allahdan şəfa diləyirik”.

    Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülmüşdü.




  • AQTA koronavirusun profilaktikası çərçivəsində reydləri davam etdirir

    Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

    Qurumdan verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 26 iyul 2020-ci ildə Bakıda, eləcə də, regionlarda fəaliyyət göstərən 34-ü ictimai iaşə obyekti, 151-i ərzaq satışı mağazası olmaqla, ümumilikdə 185 müəssisədə reyd keçirilib.

    Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

    Reyd keçirilən obyektlərdən 73-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

    Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

    Bakı şəhəri üzrə:

    “Pepsi”, “İlmart”, “TT”, “Səbət”, “Orion” marketləri, Məmmədova Çimnaz Qara qızına, Məmmədova Aygün Həmid qızına, Əliyev Mübariz Həsən oğluna məxsus ərzaq mağazaları;

    Digər şəhər və rayonlar üzrə:

    Quba rayonunda Azibəkova Nadidə Aysel qızına, Səfərəliyev Vüqar Mayıl oğluna, Talıbov Ceyhun Eldar oğluna məxsus kafelər, Həmzəliyev Qafar Əhəd oğluna məxsus market;

    İsmayıllı rayonunda “Dostluq”, “Mican”, “Bənövşə”, “Qoşa samovar”, “Halal”, “Relax”, “Samovar” kafeləri, Əhmədov Yunis Yusif oğluna, Əliyev Tamerlan İntiqam oğluna, Nağıyev Ramiz Mirəhməd oğluna, Mustafayev Adəm Bahadur oğluna və Kərimli Elxan Yavər oğluna məxsus kafelər, “Xəyal”, “Qız qalası” restoranları, Hüseynov Elşən Eldar oğluna və Cəfərov Müqbil Raiz oğluna məxsus ət satışı mağazaları, “Sərhəd”, “Girdiman” “Ucuz” marketləri, Həsrətov Vüsal Sehran oğluna, Dəmirov Sübhan Xalı oğluna məxsus ərzaq mağazaları, Kərimli Elxan Yavər oğluna məxsus yeməkxana;

    Şamaxı rayonunda Novruzov Süleyman Əlikazım oğluna məxsus “Ülvi” marketi;

    Kürdəmir rayonunda “Gözəl məkan”, “Laçın”, “Orxan”, “Çinar”, “Elsevər”, “İdeya” kafeləri, “Tunar” marketi, İsmayılov Vasif Ziyad oğluna məxsus ərzaq mağazası;

    Göyçay rayonunda Zülfüqarov Əhmədağa Əlisahib oğluna, İsrafilov Ənvər Sirac oğluna, İbadov Varis Maarif oğluna, Kərimov Elşad Aqil oğluna, Ələkbərov İkram Şaban oğluna məxsus ərzaq mağazaları, Quliyev Ülvi Tahir oğluna məxsus kafe, Süleymanov Pünhan İlham oğluna məxsus şirniyyat mağazası;

    Neftçala rayonunda Əliyev Ramiz Xankişi oğluna məxsus ərzaq mağazası;

    Mingəçevir şəhərində “Qarabağ” marketi, Kazımova Rüxsarə Manaf qızına, Hüseynov Elmir İmdad oğluna məxsus ərzaq mağazaları;

    Yevlax rayonunda Qəribov Cuma Xurşud oğluna və Əliyev Nicat Əmirxan oğluna məxsus kafelər;

    Lənkəran şəhərində Səmədov Azad Yaşar oğluna, Məmmədov Elxan Səfər oğluna, Məhərrəmov Şükür Rəcəb oğluna məxsus ət satışı mağazaları;

    Gəncə şəhərində “Mətanət”, “Ülvi”, “Moskva” marketləri;

    Tovuz rayonunda “Cənnət məkan”, “Antares” kafeləri, “Tovuz” və “Həyat” ərzaq mağazaları;

    Qazax rayonunda “Dostluq”, “Emil”, “Buta” kafeləri, “Tacir”, “Yeddi gözəl”, “Murad”, “Ayxan” marketləri.

    Qeyd edək ki, AQTA Bakıda, eləcə də, regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

  • В Азербайджане выявлено 396 новых случаев инфицирования COVID-19, скончались еще шесть человек

    В Азербайджане выявлено 396 новых случаев инфицирования коронавирусом, еще 558 человек вылечились и были выписаны домой.

    Об этом 27 июля сообщает оперативный штаб при Кабинете министров.

    За последние сутки от COVID-19 скончались еще шесть пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 30 446 человек, 423 из которых скончались, 23 242 – излечились, 6 781 – продолжает лечение в больницах особого режима.

    В республике на сегодняшний день проведено 690 386 тестов (за последние 24 часа – 6 838) на COVID-19.

  • Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 396 yeni yoluxma

    Azərbaycanda koronavirus infeksiyasına 396 yeni yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, 558 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.

  • Türkiyə hərbçiləri Naxçıvana gəldi – VİDEO

    Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.

    Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək.

    Təlimlərə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.

    Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda Türkiyə Respublikasının bayraq taqımı da Doğu Bəyazid şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.

    “Ümid” körpüsü üzərində Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib.

    Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin təlimlərə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları təlim yerlərinə doğru hərəkəti davam etdiriblər.

    Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində qardaş ölkənin hərbi qulluqçularının təntənəli qarşılanma mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən və hərbi-texniki əməkdaşlıqdan danışıblar.

    Sonra təlimə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində yerləşiblər.

  • В Азербайджане утвержден План мероприятий по обеспечению рационального использования водных ресурсов

    Президент Азербайджана Ильхам Алиев 27 июля подписал распоряжение о дополнительных мерах по обеспечению рационального использования водных ресурсов.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    В распоряжении говорится, что, учитывая нехватку воды, существующую на территории страны, и ситуацию, сложившуюся в водохранилищах, в целях увеличения водных ресурсов, улучшения снабжения потребителей питьевой и оросительной водой утверждается “План действий по обеспечению рационального использования водных ресурсов на 2020-2022 годы”.

  • Prezident su ehtiyatları ilə bağlı Tədbirlər Planını təsdiqlədi

    Prezident İlham Əliyev su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, ölkə ərazisində mövcud olan su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyət nəzərə alınaraq, su ehtiyatlarının artırılması, istehlakçıların içməli su və suvarma suyu ilə təchizatının yaxşılaşdırılması məqsədilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.

    Nazirlər Kabineti hər il ölkə üzrə son üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəriciləri əsasında su təsərrüfatı balansını təsdiq etməli;

    Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, sudan ödənişli istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin və təsərrüfat subyektləri arasında sudan ödənişli istifadəyə dair uçotun həmin qaydalara uyğun təşkilini təmin etməli;

    Bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

    “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya (bundan sonra – Komissiya) bu sərəncamla təsdiq edilmiş Tədbirlər Planının icrası zamanı dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirsin və görülən işlərin nəticələri barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat təqdim etməli;

    Suvarma, içməli su təchizatı, energetika və sənaye sahələrində su ehtiyatlarından səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə elmi müəssisələrlə (təşkilatlarla), mütəxəssislərlə, qeyri-hökumət təşkilatları ilə, beynəlxalq ekspertlər və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı təmin etməlidir.

    İqtisadiyyat Nazirliyi bu sərəncamla nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı torpaqların dövlət kadastrı və daşınmaz əmlakın dövlət reyestri üzrə müvafiq məlumatların “Azmelsutəsərrüfat” ASC-yə və “Azərsu” ASC-yə təqdim olunmasını təmin etməli;

    Maliyyə Nazirliyi ilə birlikdə bu sərəncamda nəzərdə tutulan tədbirlərin icrası üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini həmin tədbirlərin icra müddətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

    “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti su ehtiyatlarının qiymətləndirilməsi və onlardan səmərəli istifadənin təmin edilməsi ilə bağlı Komissiyanın fəaliyyətinə peyk xidmətləri vasitəsilə zəruri dəstək göstərilməsini təmin etməlidir.

    Qeyd edilib ki, ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlər görülüb. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə iri layihələr icra edilib.

    Həyata keçirilən tədbirlər hesabına su təsərrüfatı sisteminin inkişafı sürətlənib, məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin fasiləsiz içməli su ilə təminatı və irriqasiya sistemi əhəmiyyətli dərəcədə yaxşılaşmış və müasirləşdirilib.

    Ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən, kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir.

    Məhdud su ehtiyatları şəraitində, yeni iqtisadi çağırışlar nəzərə alınmaqla, ölkənin su təchizatı sistemi daha da yaxşılaşdırılmalı, ekosistemin inkişafı ilə uyğunluğu təmin olunmalı və bu məqsədlər üçün innovasiyaların tətbiqi təşviq edilməlidir.

  • Azərbaycanda bir qrup vəzifəli şəxs rüşvət alarkən yaxalandılar – RƏSMİ

    Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin və Masallı rayon, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

    Baş Prokurorluqdan verilən məlumata görə, həmin məlumatlar əsasında Baş İdarə tərəfindən müvafiq məhkəmə qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib, tikintiyə icazə verilməsi müqabilində vətəndaşdan pul tələb etmiş Subhan Zalıyevin tapşırığı əsasında Əziz Ağayev tələb edilən pulun bir hissəsini 01.07.2020-ci il tarixdə, qalan hissəsini isə 23.07.2020-ci il tarixdə nümayəndəliyin inzibati binasındakı xidməti otağında vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

    Bundan əlavə, 23.07.2020-ci il tarixdə Subhan Zalıyev digər vətəndaşdan Masallı rayonu, Qarğalıq kəndində müvəqqəti qeydiyyata alınması müqabilində tələb etdiyi rüşvəti nümayəndəliyin baş mühasibi Bəhruz Musayevin vasitəsilə Masallı şəhəri ərazisində alarkən Subhan Zalıyev və Bəhruz Musayev cinayət başında yaxalanıblar.

    25 iyul 2020-ci il tarixdə Subhan Zalıyev Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) və 29, 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) maddələri, Əziz Ağayev isə həmin Məcəllənin 32.4, 312.2 və 29,178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

    Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə intensiv əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.