Month: July 2020

  • Onlayn dərs üçün hər gün dörd kilometr yüksəyə çıxırlar – VİDEO

    Peruda koronavirus səbəbindən təhsilə onlayn davam edilir.

    Bununla bağlı “Euronews” məlumat yayıb.

    Bildirilir ki, onlayn təshsilə görə dörd şagird hər gün dörd kilometr yüksəkliyə çıxmağa məcbur olurlar.

    Buna səbəb isə internetin yoxluğudur.

    Ölkənin Manazo bölgəsində, Titikaka gölünün sahilində yerləşən Konaviri ətrafdakı bir çox kənd kimi internet əlçatanlığına sahib deyil.

    Kənddəki şagirdlər onlayn təhsil ala bilmək üçün bölgənin ən yüksək təpəsi olan Andesə çıxmaq məcburiyyətindədirlər.

    Perulu ana Raymunda Çarka bu səbəbdən hər gün dörd oğlunu da götürüb kilometrlərlə məsafə qət edir.

    Ölkənin təhsil nazirinin elan etdiyi “evdə öyrənirəm” proqramına qarşı ananın alternativi “dağda öyrənirəm”dir.

  • Messi dünyanın ən yaxşı futbolçusu adlandırıldı

    Madridin “Real” futbol klubunun keçmiş məşqçisi, tanınmış mütəxəssis Fabio Kapello dünyanın ən yaxşı futbolçusunun adını çəkib.

    “Marca” nəşri yazır ki, məşqçinin sözlərinə görə, Argentina millisinin və “Barselona”nın forvardı Lionel Messinin tayı-bərabəri yoxdur.

    “O dahidir, tarixin ən yaxşısıdır. Mənim fikrimcə, belədir.

    O gedəndən sonra futbolun necə dəyişəcəyini görəcəyik”, – F.Kapello deyib.

  • “Telegram”da videozəng funksiyası təqdim olundu

    Populyar “Telegram” messencerində videozəng funksiyası testdən keçirilir.

    “Kod Durova” kanalının məlumatına görə, hələlik bu funksiya yalnız iOS əməliyyat sistemində işləyən smartfonlarda aktivdir.

    Videozəng etmək üçün istifadəçilər “AppStore”dan messencerin son versiyasını endirməlidirlər. Bundan sonra tətbiqdə “Ayarlar” işarəsini 10 dəfə tıklamaq və Debug-menyunu açmaq tələb olunur, burada isə “Experimental Feature” bölməsinə daxil olmaq lazımdır.

    Messencerin yeni funksiyası aktivləşdirildikdən sonra ondan istifadə etmək mümkündür.

    Qeyd olunur ki, videozəng funksiyası görüntülü söhbət etmək istəyən hər iki istifadəçidə aktiv olmalıdır.

  • Karantinə rəğmən kafe işlədən sahibkar həbs edildi

    Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisində fəaliyyət göstərən “Qrand” kafesində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.

    Karantin qaydalarını kobud şəkildə pozan həmin obyektin sahibi R.Süleymanov inzibati qaydada həbs edilib, müştəriləri olan digər dörd nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.

    Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

  • Vətəndaşlara səhv göndərilən koronavirus nəticələrinin ümumi statistikaya təsiri ilə bağlı RƏSMİ AÇIQLAMA

    “İyunun 25 və 26-da its.gov.az portalından koronavirus testinin nəticələri ilə bağlı vətəndaşlara göndərilən səhv SMS-lərin ümumi statistikaya heç bir təsiri yoxdur”.

    Bu barədə Oxu.Az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

    Məlumatda qeyd edilib ki, yanlışlıq, sadəcə, SMS-lərlə bağlı olub:

    “SMS-lərin göndərilməsində yanlışlıq isə texniki xəta ilə əlaqədardır. İyulun 27-dən başlayaraq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək”.

    Qeyd edək ki, agentliyin iyulun 25-i və 26-da vətəndaşlara göndərilən SMS-lərdə texniki səbəbdən səhv olması ilə bağlı açıqlamasından sonra sosial şəbəkələrdə baş verən yanlışlığın ümumi statistikaya təsiri haqqında iddialar yer alıb.

  • Erməni hərbçi snayperlə vuruldu

    Düşmən ordu Azərbaycan – Ermənistan sərhədində növbəti itki ilə üzləşib.

    Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunur ki, iyulun 27-də saat 01:00 radələrində Ermənistan ordusunda müqavilə ilə xidmət edən hərbi qulluqçu Aşot Gevorkoviç Mikaelyan Ermənistan sərhədlərinin şimal-şərq istiqamətində snayper gülləsi ilə məhv edilib.

  • David de Xea məşhur qapıçının rekordunu təzələdi

    “Mançester Yunayted”in qapıçısı David de Xea “Lester”lə görüşdə (2:0) qapısından top buraxmayaraq, çıxış etdiyi futbol klubunun tarixinə düşüb.

    Sports.ru xəbər verir ki, bununla ispaniyalı qolkiper Premyer Liqada 113-cü “quru” oyununu keçirib.

    Əvvəlki rekord danimarkalı Peter Şmeyxelə (112 oyun) məxsus idi.

  • Pivə gecikdi, qan töküldü: Qazaxda kişi ofisiant sevgilisini bıçaqlayanları qana boyadı – TƏFƏRRÜAT

    Qazax rayonunda dörd nəfərin bıçaqlanması ilə nəticələnən hadisə barədə bəzi detallar məlum olub.

    Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə müştərinin sifariş verdiyi pivənin gecikməsi səbəbindən baş verib.

    Kafedə müşətir olan Elvin Abbasov və digər iki dostu pivə sifariş ediblər.

    Onlara qulluq edən ofisiant Türkan Şamayeva sifarişi gec gətirib və E.Abbasovla aralarında mübahisə baş verib. Nəticədə o, T.Şamayevanı bıçaqlayıb.

    Hadisəni eşidən Türkanın sevgilisi İsrafil Camalov E.Abbasovu və iki nəfəri bıçaqlayıb.

    Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

    İsrafil Camalov saxlanılıb, faktla bağlı araşdırma davam etdirilir.

    Qeyd edək ki, ötən gün Qazaxda dörd nəfərin xəsarət alması ilə nəticələnən iki bıçaqlanma hadisəsi olub.

    Belə ki, aralarında yaranan mübahisə davaya çevrilən 1971-ci il təvəllüdlü Qazax rayon sakini Əsliyev Mərdan Mehrəli oğlu qabırğasından, 1987-ci il təvəllüdlü Abbasov Elvin Zeynal oğlu sağrı nahiyəsindən, 1964-cü il təvəllüdlü Aslanov Şahid İsmayıl oğlu sol bud nahiyəsindən bıçaqlanıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

    Bundan başqa, 1994-cü il təvəllüdlü Şamayeva Türkan Mehdi qızı sol bud nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

  • Azərbaycanda 27 yaşlı kişi dəhşət saçdı: Bir qohumunu öldürdü, birini yaraladı

    İyulun 26-da gecə saat 23 radələrində Şəmkir rayonu, Bayramlı kəndində 1994-cü il təvəllüdlü Ruslan Nağıyevin bıçaqlanaraq aldığı xəsarətlərdən ölməsi, 1986-cı il təvəllüdlü Xalid Nağıyevə isə bıçaqla xəsarət yetirilməsi barədə məlumat daxil olub.

    Bu barədə Şəmkir Rayon Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    İlkin araşdırmalarla 1993-cü il təvəllüdlü İsmət Cəfərovun həmin gün saat 22 radələrində aralarında yaranmış mübahisə zamanı qohumları – Ruslan Nağıyevə bıçaqla zərbə vurub öldürməsinə, Xalid Nağıyevə isə həyat üçün təhlükəli olan ağır xəsarət yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

    İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

    Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində İsmət Cəfərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Gölün ortasında konsert verdilər – FOTO

    Fransanın Rikbur şəhərində Evelin Zu adlı müğənni və Sesil Vuter adlı pianoçu gölün ortasında “Melting Flotte” adlı konsertlə çıxış ediblər.

    “HaberGlobal” məlumat verir ki, onlar Rikbur qalası yanında performans göstəriblər.

    Musiqiçilərin çıxışlarında fransızca mahnılarla yanaşı, feminist musiqilərə də yer verilib.

    Təşkilatçılar bilet satmayıblar, əvəzində ianə üçün 10 avro təyin ediblər.