Month: July 2020

  • Britaniyada bir gündə 767 nəfərdə koronavirus aşkarlanıb

    Son sutkada Böyük Britaniyada 61 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

    Median.Az bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bununla da Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 45 738 nəfərə çatıb. Son gündə daha 767 nəfərdə virus aşkarlanıb. İndiyə kimi ölkədə 298 681 koronavirusa yoluxma halı qeydə alınıb.

    Bundan bir gün əvvəl 123 nəfər virusun qurbanı olub, 768 nəfərinsə virusa yoluxması təsdiqlənib.

  • Bakıda kişi bacısına və yeznəsinə çox sayda bıçaq zərbəsi vurdu

    Bakıda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az-ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

    1987-ci il təvəllüdlü Həmidov İsmayıl Kamil oğlu və həyat yoldaşı, 1994-cü il təvəllüdlü Sadıqova Zümrüd Vədud qızı çoxsaylı bıçaq xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı İ.Həmidovun bədənində 12, Z.Sadıqovanın bədənində isə altı ədəd kəsilmiş-deşilmiş bıçaq yarasıı aşkarlanıb.

    Hər iki yaralının vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

    İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində baş verib. Hadisəni Z.Sadıqovanın qardaşı törədib.

    Cinayətin təfərrüatı araşdırılır.

  • Gəncə sakini naməlum şəraitdə bıçaqlanıb

    Gəncədə bıçaqlanma hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə, 1987-ci il təvəllüdlü Cəfərov Ceyhun Arif oğlu döş qəfəsinin sol tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

    C.Ceyhunun hansı şəraitə bıçaqlanması məlum deyil. Hadisə ilə bağlı polisə məlumat verilib.

    Faktla bağlı araşdırma aparılır

  • Dünyada koronavirusa yoluxanların sayı 16 milyonu ötdü

    Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların ümumi sayı 16 milyonu ötüb.

    Bu ana olan statistikaya görə, yoluxanların ümumi sayı 16 074 384 nəfərdir. Onlardan 645 214 nəfər vəfat edib.

    Koronavirusdan sağalanların dünya üzrə sayı isə 9 821 781-ə bərabərdir.

    Yoluxanların ümumi sayına görə ilk yerdə ABŞ qərarlaşıb. Bu ölkədə 4 281 314 nəfər COVID-19 xəstəsi var. Sonrakı yerləri isə Braziliya və Hindistan paylaşırlar.

    Azərbaycanda koronavirusa yoluxan şəxslərin ümumi sayı isə 29 633 nəfərdir.

  • Qubada 66 yaşlı kişi süni göldə batdı

    Quba rayonunun Vəlvələ kəndində 1954-cü il təvəllüdlü Quliyev Surəddin Heydər oğlu süni göldə batıb.

    Median.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Quliyev Surəddin Heydər oğlunun axtarışları başa çatıb.
    S.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

  • Almaniyada təyyarə evə çırpılıb, ölənlər və xəsarət alanlar var

    Almaniyada kiçik mühərrikli təyyarə yaşayış evinə çırpılıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Vezel şəhərində, Şimali Reyn-Vestfaliyada baş verib.

    Məlumata görə, hadisə zamanı azı 3 nəfər həlak olub. Nəşr qeyd edib ki, qəza nəticəsində daha bir neçə nəfər xəsarət alıb. Onlar arasında uşaq da var.
    “Frankfurter Allgemeine Zeitung” qəzeti isə bildirib ki, hadisə zamanı 2 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

    Qəzanın başvermə səbəbi hələ məlum deyil.

  • İmişlidə iki avtomobil toqquşdu

    İmişlidə yol qəzası baş verib.

    “Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Pənah Həsənov və Lətif Vəliyev küçələrinin kəsişməsində qeydə alınıb.

    Belə ki, “Mercedes” markalı minik maşını ilə “VAZ-2107” markalı avtomobil toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib.

  • Reanimasiyada olan koronavirus xəstələrinin sayı azaldı

    Azərbaycanda xəstəxanaların reanimasiya şöbələrində olan koronavirus xəstələrinin sayı azalıb.

    “Report”un məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.

    Məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 313 nəfərdir. Qeyd edək ki, dünən reanimasiyada olanların sayı 335 nəfər idi.

    Qeyd edilir ki, hazırda ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 76 nəfərdir. Ötən gün ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 69 nəfər idi.

    Azərbaycanda koronavirus infeksiyasına 321 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

    İndiyədək ölkədə ümumilikdə 29 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 082 nəfər müalicə olunaraq sağalıb, 408 nəfər vəfat edib, 7 143 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 98 433, ötən müddət ərzində isə ümumilikdə 676 252 test aparılıb.

  • Moskvada ermənilər öz həmvətənlərini döyüb, azərbaycanlıların üstünə atmaq istədilər – VİDEO

    Rusiyada bir qrup erməni küçədən keçən soydaşlarına hücum edərək onları döyüblər.

    Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

    Göründüyü kimi, ermənilər öz xislətlərindən əl çəkmirlər. Onlar azərbaycanlıları günahkar, vəhşi kimi göstərmək üçün belə üsullara əl atırlar. Buna görə öz soydaşlarını vəhşicəsinə döyməkdən də çəkinmirlər.

    Sözügedən videonu təqdim edirik:

  • Ağstafada partlamamış altı hərbi sursat, mərmilər və patronlar aşkarlanıb – FOTO

    İyulun 25-də saat 10:23-də Daxili İşlər Nazirliyinin 102 – Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Tatlı kəndində patron və mərminin tapılması barədə məlumat daxil olub.

    ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və polis əməkdaşları ərazidə yol kənarına baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində altı ədəd partlamamış hərbi sursat, üç ədəd təlim məqsədli mərmi, tərkibində partlayıcı maddə olmayan beş ədəd mərmi və 8770 ədəd müxtəlif çaplı patron aşkarlanıb. Onlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Hərbi təyinatlı sursatların tapıldığı yerin ətrafında 180 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.