Month: July 2020

  • Baş nazirdən tibb işçilərinin əməkhaqları ilə bağlı VACİB QƏRAR

    Baş nazir Əli Əsədov Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərar imzalayıb.

    Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

    Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının üç misli məbləğində müddətli əlavə müəyyən edilib.

    Bildirilib ki, müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il iyulun 1-dən oktyabrın 1-dək olan müddət üçün ödənilir.

    Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn digər məsələləri həll edəcəklər.

  • Belçikada ermənilərin azərbaycanlılara hücumunun təfərrüatı – VİDEO

    Belçikada ermənilərin hücumuna məruz qalan Cahandar Zahid İTV kanalına hadisənin təfərrüatı barədə məlumat verib.

    Qafqazinfo-nun məlumatına görə, soydaşımız 50 nəfər erməninin hücumuna məruz qaldıqlarını, bununla belə onların istədiklərini yerinə yetirmədiklərini bildirib:

    “Ayın 23-ü Brüssel səfirliyində ermənilərin mitinqi var idi. O mitinqə qarşı olaraq azərbaycanlılar ora yığılmışdı. Qanun var idi ki, darvazadan keçdinsə, oradan çıxa bilmərsən. Biz bunu qəbul etmədik. Biz oradan çıxdıqdan sonra darvazalar bağlandı və ermənilər içəridəki azərbaycanlıları daşlamağa başladılar. Polislər heç bir müdaxilə etmədilər, meydanı ermənilərə buraxdılar. Sanki ermənilərin tərəfində idilər. İki saat aksiya davam etdikdən sonra yumurta atmağa başladılar, azərbaycanlı xanımı yaraladılar. Orada qardaşlarımızı yaraladılar. Mitinq dağıldıqdan sonra biz öz yolumuzla gedərkən 10 nəfər erməni qarşımıza çıxdı. Biz dörd dost onları zərərsiz hala gətirdik, üzləri tanınmaz hala qalmışdı. Onlar iki maşına minib qaçdılar və o anda gördük ki, arxamızda 50 nəfər var. Biz Azərbaycan oğulları olaraq, şəhidlərimizin qanı qarşısında utanmamaq üçün qaçmadıq. 50 nəfərin içinə girdik, əlimizdən gələn qədər savaşdıq. Heyif ki, taqətimiz qalmadı, yerə yıxıldıq, ermənilər vəhşicəsinə üstümüzə cumdular. Sonda polislər insafa gəlib müdaxilə etdilər. Daha da pis nəticələr ola bilərdi. Biz orada fiziki cəhətdən ağır xəsarətlər aldıq, lakin mənəvi cəhətdən qalib gəldik. Biz onların dediklərini etmədik”.

    Cahandar Zahid “Ermənilərin istədikləri nə idi?” sualına belə cavab verib:

    “Onların istədikləri Azərbaycanı, Azərbaycan Prezidentini, əsgərlərimizi təhqir etməyimiz, Ermənistandan üzr istəməyimiz, haqlı olduğumuz halda işğalçı, quldur milləti tanınmayan məxluqlarıdan üzr istəməyimiz idi. Son nəfəsimizə qədər vuruşduq və heç birimizdən istədikləri videonu ala bilmədilər. Biz məğlub olmadıq. Onların istədiklərini əllərinə vermədik”.

  • Gizli fəaliyyət göstərən kafe aşkarlandı

    Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayonun Qarazəncir kəndində fəaliyyət göstərən “Rövşən” kafesində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb. Karantin qaydalarının pozulduğu həmin obyektin fəaliyyəti ilə bağlı 4 nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib, onlar cərimə olunublar.

    Həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

  • Soydaşlarımız Praqadakı Azərbaycan səfirliyinin önündə ermənilərin səsini batırdı – VİDEO

    Bu gün ermənilərin Azərbaycanın Çexiyadakı səfirliyi önündə aksiya keçirməklə bağlı məlumat paylaşıblar. Buna cavab olaraq, soydaşlarımız Praqa şəhərində yerləşən səfirliyimizin önünə gəliblər.

    Azərbaycan bayraqlarına bürünən həmvətənlərimiz səfirlik önünə gələn kiçik bir qrup erməniyə macal verməyiblər.

    Soydaşlarımız “Şəhidlər ölməz, vətən bölünməz”, “Azərbaycan”, “Qarabağa ədalət”, “Qarabağa bizimdir, bizim olacaq” şüarlarını səsləndirərək, erməniləri aksiya keçirmək istəmələrinə peşman ediblər.

  • Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirildi

    24 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2020-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

    Giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik siyasətini davam etdirən, Azərbaycanın sürətli inkişaf strategiyasını uğurla həyata keçirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni və digər sahələrdə əldə olunmuş nəaliyyətlərdən bəhs edərək, ölkədə aparılan islahatlar və mütərəqqi dəyişikliklər nəticəsində dövlətimizin daha da qüdrətlənməsini bildirib.

    Eyni zamanda, Baş Prokuror dövlətimizin güclənərək əldə etdiyi uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm rolunu qeyd etməklə, Azərbaycanla beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaranması, milli-mənəvi dəyərlərimizin, o cümlədən mədəniyyətimizin bütün dünyaya tanıdılmasında misilsiz xidmətlərini xüsusi vurğulayıb.

    Həmçinin, Baş prokuror mayın 1-də Prezident İlham Əliyevin videoformatda qəbulu zamanı verdiyi tapşırıq və tövsiyələri, bununla əlaqədar qarşıda duran vəzifələrin icrasını, o cümlədən prokurorluq orqanlarında həyata keçirilən səmərəli islahatları qeyd edərək, bu prosesin uğurlu davam etdirildiyini bildirib.

    Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev, prokurorluq orqanları əməkdaşlarının möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdə və həyata keçirilən məhkəmə-hüquq islahatlarında yaxından iştirak edəcəklərini, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin qorunması, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarını diqqətə çatdırıb.

  • Azərbaycanda vəzifəli şəxs koronavirusun qurbanı oldu – FOTO

    Sumqayıtda COVID-19 testinin nəticələri pozitiv çıxan vəzifəli şəxs dünyasını dəyişib.

    Xeberle.com-un məlumatına görə, Sumqayıt Telekommunikasiya Qovşağında əməyin mühafizəsi mühəndisi vəzifəsində işləyən Həsən Rzayev müalicə aldığı xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, şəkərli diabet xəstəsi olan 60 yaşlı H.Rzayevin həyatını xilas etmək mümkün olmayıb.

    Sumqayıt Telekommunikasiya Qovşağından verilən açıqlamada H. Rzayevin koronavirusa yoluxduğu və dünyasını dəyişdiyi təsdiq edilib.

    Qeyd edək ki, o, uzun illərdir ki, rabitə sistemində çalışırdı.

  • Поезда не будут курсировать на выходных – ОФИЦИАЛЬНО

    Электрические поезда не будут работать на выходных.

    Об этом говорится в сообщении ЗАО “Азербайджанские железные дороги”.

    Было отмечено, что в связи с продлением ужесточенного режима особого карантина до 5 августа в соответствии с решением Кабинета министров, электропоезда, курсирующие по Абшеронской кольцевой железной дороге, не будут работать по субботам и воскресеньям.

    25 и 26 июля, а также 1 и 2 августа будет полностью приостановлено движение электричек по маршруту Баку-Сумгайыт-Баку.

    В остальные дни пассажироперевозки будут осуществляться по текущему графику.

    В связи с выходными и нерабочими днями 31 июля и 3 августа, будут функционировать поезда Баку-Хырдалан-Сумгайыт, отправляющиеся в 17-30 и 18-35, и поезда Баку-Пиршаги-Сумгайыт, которые отправляются в 17-40 и 19-05.

    Также будут курсировать поезда Сумгайыт-Пиршаги-Баку, отправляющиеся в 07-40 и 09-15, поезда Сумгайыт-Хырдалан-Баку, отправляющиеся в 08-00 и 09-20.

  • Həftəsonu qatarlar işləməyəcək – RƏSMİ

    Həftəsonu elektrik qatarları hərəkətdə olmayacaq.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

    Bildirilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejiminin avqustun 5-dək uzadılması ilə əlaqədar Abşeron Dairəvi Dəmir yolu xətti üzrə işləyən elektrik qatarları şənbə və bazar günləri hərəkətdə olmayacaq.

    İyulun 25-i və 26-da, avqustun 1-i və 2-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti tam dayandırılacaq.

    Digər günlərdə isə sərnişin daşınması qüvvədə olan qrafik üzrə yerinə yetiriləcək.

    31 iyul və 03 avqust tarixləri bayram və qeyri iş günləri olduğuna görə saat 17-30 və 18-35-də yola düşən yola düşən Bakı-Xırdalan-Sumqayıt qatarları, saat 17-40 və 19-05-də yola düşən Bakı-Pirşağı-Sumqayıt qatarları işləyəcək.

    Həmçinin, saat 07-40 və 09-15-də yola düşən Sumqayıt-Pirşağı–Bakı, saat 08-00 və 09-20-də yola düşən Sumqayıt-Xırdalan-Bakı qatarları da hərəkətdə olacaq.

  • Mel Gibson koronavirusa qalib gəldi

    Məşhur kinoaktyor və rejissor Mel Gibsonun COVID-19-dan sağalıb.

    Bu barədə Britaniyanın “Evening Standard” nəşri məlumat yayıb.

    Qeyd olunur ki, bir müddət əvvəl 64 yaşlı aktyorun koronavirus testi müsbət çıxıb və o, bir həftə xəstəxanada yatıb.

    M.Gibsonun xəstəliyi barədə məlumat gizli saxlanılıb.

    Xəstəxanadan çıxdıqdan sonra bir neçə dəfə test analizlərindən keçən aktyorun nəticələri mənfi çıxıb.

  • 10 aylıq azərbaycanlı uşaq koronavirusdan sağaldı

    Gürcüstanın Telavi rayonunun azərbaycanlılar yaşayan Qaracala kəndində koronavirusa yoluxan 10 aylıq uşaq müalicə olunaraq sağalıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin Kaxeti regional bölməsindən bildirilib.

    Körpənin COVID-19-la bağlı son testi neqativ nəticələnib və o, artıq xəstəxanadan evə buraxılıb.

    Uşaq anası ilə birgə ikihəftəlik özünütəcriddə qalacaq. Ailə üzvlərinin heç birində virus aşkarlanmayıb.

    Qeyd edək ki, körpədə koronavirus iyulun 15-də müəyyən edilmişdi.