Month: July 2020

  • “ASAN xidmət”də yeni təyinat

    Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə təyinat olub.

    Adıçəkilən vəzifəyə Turanə Qasımova gətirilib.

    T.Qasımova daha əvvəl ABAD-ın Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsidə çalışıb.

    Onun yerinə hələlik təyinat yoxdur.

  • 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanov apelyasiya şikayəti verdi

    Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirin uzadılmasından apelyasiya şikayəti verilib.

    Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev məlumat verib.

    O bildirib ki, şikayət Nəsimi rayon Məhkəməsinin qərarından verilib. Şikayət yaxın günlərdə icraata veriləcək.

    Xatırladaq ki, bir neçə gün bundan qabaq Nəsimi rayon Məhkəməsində hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı əsasında İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 5 ay artırılıb.

    Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

    Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

    İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

  • Səfirlik: “Bəzi saytlar Polad Bülbüloğlunun fikirlərini kontekstdən çıxararaq, təxribata əl atıb”

    İyulun 15-də Rusiyada yaşayan bir qrup soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan – Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törədilmiş hərbi təcavüzlə bağlı Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini bildirmək məqsədilə Səfirliyin binasının önünə gəliblər.

    Azərbaycanın Rusiyadakı Səfirliyindən APA-ya verilən məlumata görə, səfir Polad Bülbüloğlu onlarla görüşüb.

    “Bu barədə kütləvi informasiya vasitələrinə geniş məlumat da verilib. Lakin çox təəssüflə qeyd etmək istəyirik ki, səfirliyin sözügedən məlumatını təkrar yayan bəzi saytlar Polad Bülbüloğlunun həmvətənlərimizlə görüşündə söylədiyi fikirləri kontekstdən çıxararaq, təxribata əl atıb və bu fikirlərin sanki 24 iyulda səsləndirildiyi barədə yanlış xəbər veriblər.

    Bildiririk ki, bu gün səfirliyin qarşısında heç bir toplaşma olmayıb.

    Hesab edirik ki, bu ağır və birlik nümayiş etdirməli olduğumuz günlərdə belə təxribatyönlü məlumat yayanlar səfirliyin onsuz da gərgin işinə mane törədirlər”, – deyə məlumatda qeyd olunub.

  • Mehriban Əliyevadan erməni vandalizmi ilə bağlı beynəlxalq təşkilatlara ÇAĞIRIŞ

    Birinci vitse-prezident Mehriban Əliyeva beynəlxalq insan haqları təşkilatlarına çağırış edib.

    Çağırış mətnində deyilir:

    “Əziz həmvətənlər!

    Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib.

    Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, vətənpərvərlik aksiyaları erməni diasporunun nümayəndələri tərəfindən fiziki zorakılıq, aqressiya və qeyri-insani nifrət hissi ilə üzləşib.

    Yaxşı hazırlıq və təlim keçmiş təhrikçilər sayca xeyli üstün olmalarından istifadə edib dinc nümayişçilərə hücum çəkərək onlara xəsarət yetiriblər. Bir sıra hallarda aqressiv əhval-ruhiyyəli erməni qrupları həmin vaxt azlıqda qaldığına görə azğınlaşmış kütləyə müqavimət göstərə bilməyən azərbaycanlılara hücum ediblər.

    Onilliklər boyu aşılanan nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsini” verir – ermənilərin bir qismi dinc azərbaycanlı nümayişçilərə dünya paytaxtlarının mərkəzində daş atır, digərləri Azərbaycan vətəndaşlarının evlərinə ağır artilleriya silahlarından atəş açırlar.

    Tarixdə Azərbaycan xalqına qarşı bu cür cinayətlər törədilməsi nümunələri çox olub.

    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinin Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilməsini xatırlamaq kifayətdir. Bu faciəli hadisələr 10-dan çox dövlət tərəfindən soyqırımı kimi tanınıb və beynəlxalq təşkilatlar səviyyəsində pislənib.

    O qanlı gecədə təpədən dırnağa qədər silahlanmış erməni döyüşçülər xüsusi qəddarlıqla 613 nəfəri qətlə yetirib, 421 dinc sakin işgəncələrə və təhqirlərə məruz qalıb, 1275 nəfər itkin düşüb və ya girov götürülüb, şəhər özü isə tamamilə yandırılıb.

    Mindən çox dinc vətəndaş odlu silah yaraları nəticəsində şikəst olub. Öldürülənlər arasında 106 qadın, 63 uşaq, 70 ahıl şəxs olub.

    Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılıb.

    İki yaşlı Zəhra Quliyevanın erməni təcavüzkarlar tərəfindən qətlə yetirilməsini də qeyd etməmək olmaz. Zəhra 2017-ci il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin iriçaplı silahlardan atəşə tutulması nəticəsində nənəsi ilə birlikdə həlak olub. Başqa bir misal. 2020-ci il iyulun 14-də Tovuz rayonunun 76 yaşlı dinc sakini Əziz Əzizov erməni silahlı qüvvələri tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması nəticəsində həlak olub.

    Erməni təbliğat-təşviqat şəbəkəsi 30 ildən artıqdır ki, bu amansız cinayətlərə haqq qazandırmağa çalışaraq çoxsaylı diasporunun köməyi ilə məkrli anti-Azərbaycan təbliğatı aparır. Sirr deyil ki, ölkəmizə qarşı böhtan kampaniyalarının mütləq əksəriyyəti də məhz erməni diasporu tərəfindən inspirasiya edilir və maliyyələşdirilir.

    Nifrət və aqressiya dərəcəsi o qədər artıb ki, bu diasporun bəzi nümayəndələri özlərini demokratiyanın beşiyi hesab edən Qərb ölkələrinin paytaxtlarında qanunsuzluq və hərc-mərclik törədirlər.

    Avropa siyasətinin mərkəzi sayılan Brüsseldə Azərbaycan Respublikası səfirliyinin daşa basılmasını, dinc nümayişçilərə xəsarət yetirilməsini başqa necə izah etmək olar?

    Los-Ancelesdən, Brüsseldən və digər şəhərlərdən çəkilmiş, düşmənlərimizin həqiqi simasını göstərən zorakılıq və vandalizm kadrları həm haqlı olaraq hiddət, həm də əsaslı suallar doğurur.

    Həmin ölkələrin hüquq-mühafizə orqanları azğınlaşmış bandit qruplaşmalarının bu cür hərc-mərclik törətməsinə nə üçün imkan verirlər? Bu cinayətlərə necə göz yummaq olar?

    Mən bütün dünyada yaşayan milyonlarla azərbaycanlı adından ABŞ-ın, Belçikanın və digər dövlətlərin hüquq-mühafizə orqanlarını bu hadisələri hərtərəfli təhqiq etməyə, onlara müvafiq hüquqi qiymət verməyə və bütün təqsirkarları məsuliyyətə cəlb etməyə çağırıram, çünki qanunsuz əməllər cəzalandırılmalıdır.

    Mən, həmçinin çoxsaylı qeyri-hökumət təşkilatlarını, o cümlədən insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram. Lakin nədənsə biz hələ onların səslərini eşitmirik. Ümidvaram ki, bu qurumlar yetərincə prinsipiallıq nümayiş etdirərək ikili standartlar siyasətindən əl çəkəcək və faktlara əsaslanan bəyanatlarla çıxış edəcəklər.

    Əziz qardaşlar və bacılar!

    Baş verənlər Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər təhlükəli olmasını dünya birliyinə əyani şəkildə nümayiş etdirir.

    Belə hallarda bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır.

    Bizim vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir.

    Hər bir səsin əhəmiyyəti var!

    Mən bütün dünya azərbaycanlılarını birgə hərəkət etməyə, azğınlaşmış düşmənə layiqli cavab vermək üçün bizim diasporun bütün potensialını birləşdirməyə çağırıram. Bununla belə, unutmamalıyıq ki, qeyri-insani nifrət hissini əsas götürən vəhşilərə və banditlərə bənzəmək olmaz. Bizim mübarizəmiz yalnız hüquq müstəvisi çərçivəsində aparılmalıdır.

    Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm.

    Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var – Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək.

    Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!”

  • Путин назвал очень чувствительной для России ситуацию на границе Азербайджана и Армении

    Президент России Владимир Путин назвал очень чувствительной для РФ ситуацию, которая сложилась на границе Азербайджана и Армении, передает ТАСС.

    “Для нас это очень чувствительно – ситуация на армяно-азербайджанской границе”, – сказал он 24 июля на совещании с постоянными членами Совета безопасности РФ.

    По словам пресс-секретаря российского лидера Дмитрия Пескова, на совещании “обсуждались отношения России со странами СНГ, включая Азербайджан и Армению, главным образом в свете продолжающегося обострения на границе этих республик”.

  • Vladimir Putin Azərbaycan – Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi

    Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Azərbaycanla Ermənistan arasında sərhəddəki vəziyyəti müzakirə edib.

    TASS bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskovun açıqlamasına istinadla xəbər yayıb.

    “Onlar bu respublikaların sərhədində davam edən kəskinləşmə fonunda Rusiyanın MDB ölkələri, o cümlədən, Azərbaycan və Ermənistanla münasibətlərini müzakirə etdilər”, – deyə o qeyd edib.

    Rusiya lideri iclasda deyib:

    “Bizim üçün Azərbaycan – Ermənistan sərhədindəki vəziyyət çox həssas məsələdir”.

    İclasda Baş nazir Mixail Mişustin, parlamentin hər iki palatasının spikerləri Valentina Matviyenko və Viaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, ətraf mühitin qorunması, ekologiya və nəqliyyat üzrə prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.

  • В Азербайджане выявлено 332 новых случая инфицирования COVID-19, скончались еще девять человек – ФОТО

    В Азербайджане выявлено 332 новых случая инфицирования коронавирусом, еще 573 человека вылечились и были выписаны домой.

    Об этом 23 июля сообщает оперативный штаб при Кабинете министров.

    За последние сутки от COVID-19 скончались еще девять пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 28 312 человек, 400 из которых скончались, 21 547 – излечились, 7 365 – продолжают лечение в больницах особого режима.

    В республике на сегодняшний день проведено 667 819 тестов (за последние 24 часа – 9 037) на COVID-19.

  • Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 332 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirus infeksiyasına 332 yeni yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, 573 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış doqquz nəfər vəfat edib.

  • В Баку женщина свела счеты с жизнью

    Самоубийство зарегистрировано в Сураханском районе Баку.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    23 июля, в 19:00, в поселке Говсан во дворе собственного дома повесилась Нушаба Алескерова (1987 г.р.). Причина суицида пока не установлена.

    По факту прокуратурой района возбуждено уголовное дело по статье 125 (доведение до самоубийства) УК АР.

  • Bakıda 33 yaşlı qadın intihar edib

    Bakının Suraxanı rayonunda intihar hadisəsi qeydə alınıb.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    İyulun 23-də saat 19:00 radələrində 1987-ci il təvəllüdlü Nüşabə Ələsgərova Hövsan qəsəbəsində evinin həyətində özünü asıb. İntiharın səbəbi hələlik müəyyənləşdirilməyib.

    Faktla bağlı rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işinə başlanılıb.