Month: July 2020

  • Emil Əliyev: “Bu cinayəti törədənlərin cəzalandırılmasına nail olmalıyıq” – VİDEO

    “Ermənilər yerli vaxtla saat 3 radələrində Belçikada Azərbaycan Səfirliyinin qarşısında toplaşmağa başladılar. Azərbaycanlılar da binanın həyətinə toplaşmışdı, lakin polislər saat 2-dən sonra insanları içəri buraxmamağa başlamışdı. Təəssüf ki, gecikənlər içəri buraxılmadı və ətrafda yüzlərlə erməninin əhatəsində qalan azərbaycanlı vətəndaşlarımız oldu”.

    Bu sözləri Oxu.Az-a Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri, Niderland və Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev 22 iyul tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu tərəfindən kəskin vandalizm aktına münasibət bildirərkən deyib.

    E.Əliyev bildirib ki, hadisə baş verən gün orada olub və hadisələri canlı yayımlayıb:

    “Ermənilərdən 10 metr aralıda səfirliklə üzbəüz dayanmışdım. Bir qədər keçdikdən sonra polislər erməniləri toplaşdıqları yerdən dağıtmağa başladı. Artıq yavaş-yavaş onlar mən olan istiqamətə gəldi. Demək olar ki, onların arasında yeganə azərbaycanlı mən qaldım. Başladılar provokasiya etməyə. Belçika polisi, Los-Anceles polisi bu məsələdə çox zəiflik nümayiş etdridilər. Hətta deyərdim ki, kənardan baş verənləri sadəcə izləməklə kifayətləndilər.

    Azərbaycan səfirliyinin qarşısına gələn ermənilər hazırlıqlı gəlmişdi. Ətrafdakı polislər onların çantalarını yoxladıqda içərisindən daşlar çıxırdı. Bir an heç kim gözləmədiyi anda ermənilər kütləvi şəkildə azərbaycanlılara daş atmağa başladılar. Üç-dörd dəqiqə ərzində səfirliyin binası daşlandı. Bu zaman ciddi xəsarət alanlar oldu. Hətta beş-altı nəfərin vəziyyəti daha ağır idi. Əraziyə təcili tibbi yardım çağırıldı. Yaralılara yerində yardım göstərildi, vəziyyəti ağır olanlar isə təcili xəstəxanaya yerləşdirildi”.

    O bildirib ki, ermənilərin əllərində Azərbaycan bayrağı olduğu üçün həmvətənlərimiz səfirliyin qarşısından uzaqlaşan ermənilərin ardınca getdi:

    “Biz istəmirdik ki, ermənilər kənarda bizim bayrağımızı yandırsınlar, bayraqları onların əlindən almaq istəyirdik. Başqa bir qrup ermənilər isə bizim soydaşlarımızı kənardan güdüb, onları mühasirəyə alaraq, xəsarət yetirməyə başlayıblar. Bir qrup erməni yaxınlıqdakı kafedə həmvətənlərimizin qarşısını kəsərək, onlara hücum etdi. Lakin yaxınlıqda olan azərbaycanlıların dəstəyi ilə ermənilərin hücumu dəf edildi.

    Amma bir neçə dəqiqədən sonra hər yerdən ermənilər toplaşmağa başladı. Bizim uşaqlar çox ciddi yaralandı. Soydaşlarımızın əksəriyyətinin daxili orqanlarında problem yaşanıb. Niderlanddan yüzlərlə azərbaycanlı Belçikadakı həmvətənlərimizə dəstəyə gedib. Bu, artıq ciddi narahatlıq yaradır. Səfirlik nümayəndələrimiz polislərlə danışıqlar aparıb, ermənilərin azərbaycanlılara etdiyi hücumlarla bağlı görüntüləri, bütün materialları təqdim etməlidir. Bu cinayətkarlığa səbəb olan 15 erməni saxlanılıb, lakin bu azdır. Hər biri cəzalandırılmaldır. Biz buna nail olacağıq. Həbs olunan ermənilərin çoxu mitinq vaxtı döyülmə hadisələrinə görə yox, sadəcə olaraq, şəhərdə erməni bayrağı ilə gəzdiklərinə görə saxlanılıb.

    Avropada bu cür hadisələrdə heç vaxt azərbaycanlıların adı hallanmayıb. Həmvətənlərimiz heç vaxt, heç bir ölkədə yaşayan insanlara qarşı bu cür vəhşilik göstərməyib. Lakin hər dəfə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən vəhşiliyə adekvat cavab verilir. Təəssüf ki, bu dəfə polis hər zaman göstərdiyi mövqeyi sərgiləmədi. Polis çox ləng müdaxilə edir. Niderland polisi isə, əksinə, çox ciddi yanaşdı. Azərbaycanlıları son dərəcə ciddi mühasirəyə alaraq, ermənilərin hücumlarından qorudu. Ermənilərin aqressiyasının qarşısını almaq üçün xüsusi təlim almış itlərdən istifadə edildi”.

    E.Əliyev deyir ki, ilk dəfə ermənilər iki uşağı ilə yolda gedən azərbaycanlıya hücum edib:

    “Bu hadisələr həm Los-Ancelesdə olub, həm də Belçikada olub. Küçədə gedən azərbaycanlılara bir anda hücum edirlər, maşınları yandırırlar. Onlar arasında xanımların olması bizi daha çox narahat edir. Biz onlar kimi cavab vermək, münaqişə yaratmaq istəmirik. Tələbimiz Avropa ölkələrində bu məsələyə qanunvericilik səviyyəsində reaksiya verilməsidir. Qanuni yollarla bu cinayəti törədən ermənilərin cəzalandırılmasına nail olmalıyıq. Xarici işlər nazirlikləri bu məsələyə münasibət bildirməli, bu hadisələrin baş verdiyi ölkələrin hüquq-mühafizə orqanlarına laqeyd münasibətə görə nota verilməlidir. Məhz bu səbəbdəndir ki, onlarla azərbaycanlı bu gün çox ağır xəsarətlər alıb”.

  • Nazirlikdən iki vəzifəlinin işdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

    Mədəniyyət Nazirliyi iki əməkdaşının işdən çıxarılması ilə bağlı məsələyə münasibət bildirib.

    Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hər iki əməkdaşın işdən çıxarılması bir müddət əvvəl baş verib:

    “Nazirliyin İncəsənət şöbəsinin Musiqi sektorunun aparıcı məsləhətçisi Rəsulova Aysel Məhərrəm qızı 2020-ci il mart ayında öz ərizəsi əsasında vəzifəsindən azad edilib.

    Eyni zamanda, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin baş mütəxəssisi-inspektoru Şahbazbəyova Zemfira Nadir qızı da 2019-cu ildə öz ərizəsi ilə vəzifəsindən azad edilib. Yəni adıçəkilən şəxslər nazirlikdəki son dəyişikliklərdən əvvəl işdən çıxıblar”.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) mayın 12-də mədəni-tarixi irs hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində araşdırma aparıb.

    Aparılan araşdırmalarla Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

    Prezident İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

    Qeyd edək ki, bəzi mətbu orqanlarda hər iki şəxsin Prezidentin nazirliyə son təyinatından sonra vəzifələrindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

  • Bakıda təmir edilmiş bəzi küçələrdə yollar niyə daralıb? – RƏSMİ AÇIQLAMA

    Vətəndaşlar Bakının Xətai rayonunun ərazisində yeni təmir olunmuş yoldan narazıdır.

    Bu barədə Oxu.Az-ın redaksiyasına daxil olan məlumatda bildirilib.

    Vətəndaşlar qeyd edib ki, Xətai rayonunun ərazisində S.Ə,Şirvani, Məzahir Rüstəmov, İnqilab İsmayılov, Qabaq Nəbi küçələri təmir olunan zaman yollar daraldılıb:

    “Yollarda bordürlər çıxarılıb. Dörd zolaqlı yollar iki zolaqlı edilib. Yolun ortasına çıxarılmış bordürlər qəza şəraiti yaradır. Yolda əks istiqamətdən gələn avtomobil iri qabaritli olarsa, keçmək mümkün olmur. Bundan başqa, həmin küçələrə yad olan insanlar artıq avtomobillərini dəfələrlə bordürlərə çırpıblar”.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, sözügedən küçələrdə hərəkətin təşkili və təhlükəsizliyi Bakı Nəqliyyat Agentliyinin təqdim etdiyi layihə əsasında həyata keçirilir: “AAYDA, sadəcə olaraq, icraçıdır”.

    Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev isə bildirib ki, Məzahir Rüstəmov, İnqilab İsmayılov, Seyid Əzim Şirvani və Qaçaq Nəbi küçələrində aparılan işlər zamanı piyada təhlükəsizliyi əsas amil kimi götürülüb:

    “Təmir işləri artıq yekunlaşan Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələrində daha öncə səkilərlə bağlı ciddi problemlər müşahidə olunurdu, İnqilab İsmayılov küçəsində isə, ümumiyyətlə, səkilər mövcud deyildi. Piyadaların hərəkətləri çox təhlükəli hal almışdı. Lakin indi vəziyyət daha fərqlidir. Piyadalarımız daha rahat və təhlükəsiz formada küçə boyunca hərəkət imkanı əldə ediblər.

    Qeyd edilən küçələrdə təmir işləri aparılan zaman bu gün nəqliyyat sahəsində qabaqcıl, inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun olaraq, yeni küçə dizaynı elementlərindən istifadə olunub. Belə ki, səki çıxıntılarından istifadə edilməklə parklanma yerləri cib formasında təşkil edilib, bunun vasitəsilə də həm piyada keçidlərinin daha təhlükəsiz şəkildə təşkili təmin edilib, həm də nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunmasının qarşısı alınıb”.

    “Təmir işləri yekunlaşan küçələrdə nişanlanma işləri də həyata keçirilib. Qeyd edilən küçələrdə səki çıxıntılarının işıq qaytarıcılarla da təmin edilməsi istiqamətində iş aparılır”, – deyə, BNA rəsmisi əlavə edib.




  • Россия с 1 августа возобновляет международное авиасообщение

    Премьер-министр РФ Михаил Мишустин сообщил о возобновлении международного авиасообщения с 1 августа, рейсы будут выполняться из Москвы, Московской области, Санкт-Петербурга и Ростова-на-Дону, передает РИА Новости.

    “Принято решение о возобновлении международного авиасообщения. И при этом мы руководствовались эпидемиологической обстановкой, показателями заболеваемости и принципами взаимности”, – сказал он на совещании в правительстве.

    По его словам, это решение также позволит ускорить возвращение россиян из-за рубежа.

    Вице-премьер Татьяна Голикова уточнила, что принятым критериям пока что отвечают только три страны. С 1 августа можно будет улететь в столицу Великобритании, в Танзанию и в турецкие Анкару и Стамбул. Чуть позднее – с 10 августа – начнутся перелеты в такие курортные города Турции, как Анталья, Бодрум и Даламан.

  • Rusiya beynəlxalq uçuşları bərpa edir

    Avqustun 1-dən etibarən Rusiya digər ölkələrlə beynəlxalq reysləri bərpa edəcək.

    “Rossiya-24” xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin məlumat verib.

    M.Mişustin qeyd edib ki, qərar digər ölkələrdəki epidemioloji vəziyyət təhlil ediləndən sonra verilib.

    İlkin mərhələdə uçuşlar Moskva, Moskva vilayəti, Sankt-Peterburq və Rostovdan həyata keçiriləcək.

    Lakin Rusiyanın baş naziri uçuşların həyata keçiriləcəyi ölkələrin adını çəkməyib.

  • ÜST: “2021-ci ildən tez peyvənd olmayacaq”

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı təsirli peyvəndin ancaq 2021-ci ildə istifadəyə verilə biləcəyini açıqlayıb.

    Bu barədə “Hürriyet” məlumat yayıb.

    ÜST-ün fövqəladə hallar şöbəsinin müdiri Mayk Rayan peyvənd yaradılması prosesində irəliləyişin əldə olunduğu qeyd edib. Lakin təşkilat rəsmisi 2021-ci ilin əvvəllərinə qədər peyvəndin tətbiqinə başlanmasını gözləməməyi tövsiyə edib.

    “Realist olsaq, gələn ilin əvvəlində insanların peyvənd olunduğunu görə biləcəyik”, – deyə, Mayk Rayan bildirib.

  • Azərbaycanda daha bir vəkil vəfat etdi – FOTO

    Azərbaycanda vəkil vəfat edib.

    Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

    Bildirilib ki, Abşeron rayon Vəkil Bürosunun əməkdaşı Asif Əjdərov həyata gözlərini yumub.

    Qeyd edək ki, bir neçə gün əvvəl də 14 saylı Vəkil Bürosunun vəkili Rəfiqə Seyidova vəfat etmişdi.

  • “Barselona”da köklü dəyişiklik: 12 futbolçu satılacaq

    “Barselona” futbol klubu heyətini yeniləməyə hazırlaşır.

    İspaniyanın məşhur “Marca” nəşri yazır ki, Kataloniya bölgəsini təmsil edən klub 12 futbolçunu satmağı planlaşdırır.

    Rəhbərliyin Neto, Nelson Semedo, Samuel Umtiti, Junior Firpo, İvan Rakitiç, Arturo Vidal, Usman Dembele və Martin Braytvaytla vidalaşacağı gözlənilir.

    Klub həmçinin icarədə olan Karles Alena, Rafinya, Jan-Kler Todibo və Filipp Koutinyo ilə də müqaviləyə xitam verməyi düşünür.

  • Ərdoğan Aya Sofiyada “Quran” oxudu – VİDEO

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofiya məbədində qılınacaq ilk cümə namazından əvvəl “Quran” oxuyub.

    Bu barədə “HaberGlobal” məlumat yayıb.

    Türkiyə Prezidenti “Fatihə” və “Bəqərə” surələrinin ilk beş ayəsini oxuyub.

  • Главы религиозных конфессий Азербайджана обратились к международным организациям

    Председатель Управления мусульман Кавказа (УМК) шейхульислам Аллахшукюр Пашазаде и руководители действующих в Азербайджане религиозных конфессий – глава Бакинской и Азербайджанской епархии Русской православной церкви архиепископ Александр, руководитель Общины горских евреев Мелих Евдаев, председатель албано-удинской христианской общины Роберт Мобили обратились к мировому сообществу.

    Как сообщили в УМК, в обращении решительно осуждаются военная провокация, совершенная 12 июля вооруженными силами Армении в направлении Товузского района азербайджано-армянской госграницы, постоянные обстрелы мирных жителей, населенных пунктов, религиозных храмов, содержится призыв к религиозным лидерам и международным организациям не оставаться равнодушными к этому, демонстрировать соответствующую позицию.

    “Мы поддерживаем международные усилия по урегулированию армяно-азербайджанского нагорно-карабахского конфликта и призываем международные организации, в том числе ООН, Минскую группу ОБСЕ, объединить усилия для выражения адекватной реакции на преступления против гражданских лиц”, – говорится в документе.

    “Соблюдение норм международного права – долг каждого без исключения. Применение оружия против мирного населения является продолжением военной агрессии Армении, этнической чистки и террористических актов против азербайджанского народа”, – отмечается в обращении.

    “Нападения армян на представителей азербайджанской диаспоры и наши дипломатические представительства за рубежом – это последствия неразрешенного конфликта, и мировое сообщество не должно оставаться равнодушным к этому. Но, к сожалению, провокации армянской стороны в очередной раз приводят к нарушению переговорного процесса в направлении мирного урегулирования конфликта. Вся политическая и правовая ответственность за эту провокацию лежит на армянской стороне.

    Призываем международное сообщество резко осудить агрессию и провокации Армении, объединить усилия для предотвращения подобных случаев, установления справедливого мира”, – говорится в документе.