Month: July 2020

  • В Баку пропали без вести четверо несовершеннолетних

    В столичные подразделения МВД за минувшие сутки поступило сразу пять заявлений о семерых без вести пропавших, в том числе четверых несовершеннолетних.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    Жительница поселка Гала Хазарского района Фатима Абдулова (2005 г.р.) ушла из дома 22 июля, в 16:00, и не вернулась. Ее ровесница – жительница поселка Говсан Сураханского района Диана Кириева пропала без вести в тот же день, в 14:00.

    А в поселке Маштага Сабунчинского района ушли из дома и не вернулись три члена одной семьи – Тарана Алиева (1978 г.р.), а также ее дочери – Гюлясар (2014 г.р.) и Танар (2010 г.р.).

    В настоящее время районные отделения полиции занимаются их поиском.

  • Bakıda dörd azyaşlı itkin düşüb

    Ötən gün ərzində Daxili İşlər Nazirliyinin paytaxt şöbələrinə dördü yeniyetmə olmaqla, beş nəfərin itkin düşməsi ilə bağlı məlumat daxil olub.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından xəbər verilib.

    2005-ci il təvəllüdlü Xəzər rayonunu Qala qəsəbə sakini Fatimə Abdulova iyulun 22-də, saat 16.00 radələrində evdən çıxıb və geri qayıtmayıb. Onun həmyaşıdı, Suraxanı rayonunun Hövsan qəsəbə sakini Diana Kiriyeva da həmin gün, saat 14:00 radələrində itkin düşüb.

    Sabunçu rayonunun Maştağa qəsəbəsində eyni ailənin üç üzvü – 1978-ci il təvəllüdlü Təranə Əliyeva, həmçinin qızları – 2014-cü il təvəllüdlü Güləsər və 2010-cu il təvəllüdlü Tanar evdən çıxıb və geri qayıtmayıblar.

    Hazırda rayon polis şöbələri onları axtarır.

  • Ermənistan və Rusiya birgə hərbi təlimlər keçirir

    Ermənistan silahlı qüvvələri Rusiya hərbçiləri ilə birgə hərbi təlimlərə başlayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz “Facebook” səhifəsində yazıb.

    Onun sözlərinə görə, hərbçilər təlimdə kəşfiyyat və silahlı PUA-lara qarşı müqavimət bacarıqlarını inkişaf etdirəcəklər.  

  • Məhkəmə Milli Məclisdə təxribat törədənlərlə bağlı qərar verdi – VİDEO

    İyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verən daha bir qrup şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Məlum olduğu kimi, iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə dinc və vətənpərvər ruhda keçən yürüşün sonunda bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması hallarına yol verilib.

    Həmin şəxslər Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.

    Nəticədə, bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.

    Fakt üzrə başlayan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərdən daha bir qrupunun şəxsiyyəti müəyyən edilərək saxlanılıblar. Onlar şübhəli şəxs qismində istintaqa cəlb edilib və barələrində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılaraq məhkəmənin müvafiq qərarları ilə həbs olunublar.

    Hazırda qanunsuz hərəkətlərə yol verən şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir.

  • Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılacaq

    Gecə saatlarından paytaxt küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

    Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar iyulun 23-dən 24-nə keçən gecədən etibarən Nizami küçəsinin Kövkəb Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.

    Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

  • Тест Бахрама Багирзаде на коронавирус показал отрицательный результат

    21 июля заслуженный артист Азербайджана Бахрам Багирзаде сдал ПЦР-тест на наличие коронавирусной инфекции, результат оказался отрицательным. Отметим, что до этого результаты всех сданных им тестов были положительными.

    Об этом сообщили Oxu.Az в пресс-службе Центрального таможенного госпиталя.

    Несмотря на отрицательный тест, состояние Бахрама Багирзаде по-прежнему остается тяжелым и не позволяет выписать его домой или перевести в другую больницу (не пандемическую – ред.), уточнили в медучреждении.

    Напомним, заслуженный артист Бахрам Багирзаде заразился коронавирусом. В связи с резким ухудшением состояния 13 июня он был переведен в отделение реанимации Центрального таможенного госпиталя и подключен к аппарату ЭКМО.

    Лечение артиста находится под непосредственным контролем Первого вице-президента Азербайджана Мехрибан Алиевой.

  • Bəhram Bağırzadə koronavirusdan sağaldı

    Bir müddətdir koronavirusdan müalicə alan Əməkdar artist Bəhram Bağırzadənin sonuncu test nəticələri neqativ çıxıb.

    Bu barədə Oxu.Az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

    Bildirilib ki, iyulun 21-də Bəhram Bağırzadədən koronavirus infeksiyası üçün PCR testi götürülüb. Testin nəticəsi mənfi (neqativ) olub.

    Xatırladaq ki, Bəhram Bağırzadənin bu günə qədər verdiyi test nəticələri müsbət (pozitiv) olub.

    Onu da qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci ildə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

    Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

  • В Азербайджане выявлено 347 новых случаев инфицирования COVID-19, скончались еще шесть человек

    В Азербайджане выявлено 347 новых случаев инфицирования коронавирусом, еще 531 человек вылечился и был выписан домой.

    Об этом 23 июля сообщает оперативный штаб при Кабинете министров.

    За последние сутки от COVID-19 скончались еще шесть пациентов.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 28 980 человек, 391 из которых скончался, 20 974 – излечились, 7 615 – продолжают лечение в больницах особого режима.

    В республике на сегодняшний день проведено 658 782 теста (за последние 24 часа – 8 829) на COVID-19.

  • Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 347 yeni yoluxma

    Azərbaycanda koronavirus infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.

  • Azərbaycanlılar və ermənilər arasında növbəti qarşıdurma – VİDEO

    Moldovada Ermənistan səfirliyi qarşısında azərbaycanlılar və ermənilər arasında qarşıdurma baş verib.

    Baku TV xəbər verir ki, 50-yə yaxın soydaşımız erməni təxribatına qarşı etirazlarını bildirmək üçün səfirliyə gəlib.

    Ancaq dinc aksiya bu dəfə də erməni təxribatına məruz qalıb.

    Soydaşlarımızı təhqir edən ermənilər aksiyanı qızışdırıblar.

    Soydaşlarımız və ermənilər arasında toqquşma baş verib. Soydaşlarımız arasında xəsarət alanların olub-olması barədə hələlik məlumat verilmir.