Month: July 2020

  • Сеть торговых центров “Твой дом” отказалась от армянских товаров

    Консервированные продукты, минеральную воду и алкоголь армянского производства убрали с прилавков торговых центров сети “Твой дом”.

    Как сообщает РБК, об этом заявил посол Армении в России Вардан Тоганян.

    Напомним, что сеть торговых центров “Твой дом” принадлежит известному российскому предпринимателю азербайджанского происхождения Аразу Агаларову.

  • Azərbaycanlı gənclərin ümumdünya həmrəylik forumu keçirilib

    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə iyulun 23-də “Qarabağ – azərbaycanlı gənclərin həmrəylik amili” mövzusunda forum keçirilib.

    Gənclər Fondunun mətbuat xidmətindən bildirilib ki, Forumda icraçı direktor Fərid Cəfərov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev, Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev, gənclər təşkilatlarının rəhbərləri, Avstraliya, İtaliya, Rusiya, Fransa, İsveçrə, Türkiyə, Almaniya, Macarıstan, Ukrayna, Avstriya və Polşada gənc diaspor nümayəndələri çıxış ediblər. Tədbirdə 400-dən çox gənc iştirak edib. Forum Facebook”da canlı yayımlanıb.

    Azərbaycanın dövlət sərhədində Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq Ermənistanın törətdiyi hərbi təxribatlara etirazlarını bildirmək məqsədilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız nümayiş və yürüşlər keçiriblər. Aksiyalar zamanı həmvətənlərimiz dünyaya Qarabağla bağlı həqiqətləri çatdırmağa çalışaraq, Ermənistan dövlətinin işğalçılıq siyasətini qəti şəkildə pisləyib, dövlət başçımıza, ordumuza və əsgərlərimizə dəstək nümayiş etdiriblər.

    Vətəndə və xarici ölkələrdə yaşayan və təhsil alan gənclər, həmçinin dövlət rəsmiləri, aparıcı gənclər və diaspor təşkilatlarının təmsilçiləri Forumda çıxış edərək, Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları və işğalçılıq siyasəti fonunda gənclərin birliyinin, həmrəyliyinin vacibliyini vurğulayıblar. Bu xüsusda, müxtəlif ölkələrdə keçirilən tədbirlərdə, həmçinin sosial şəbəkələrdə erməni yalanlarına və təhrif olunmuş məlumatlara qarşı mübarizə barədə də danışılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və ordumuzun qəhrəmanlığı sayəsində erməni təxribatının dəf edilməsi və düşmənə layiqli cavab verilməsi bütün dünyada yaşayan soydaşlarımızın vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olub. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar dövlət tərəfindən bu istiqamətdə atılan addımlara dəstək və həmrəylik ifadə etdirirlər. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağın tarixi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Ermənistan dövlətinin işğalçı mahiyyətinin beynəlxalq səviyyədə ifşa edilməsi baxımından gənclərin üzərinə böyük vəzifələrin düşdüyü xüsusi vurğulanıb. Tədbir iştirakçıları bu istiqamətdə fəaliyyətin daha səmərəli şəkildə əlaqələndirilməsinin vacibliyini bildirərək, Azərbaycan naminə səylərini və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklərini ifadə ediblər.

  • Sel Goranboyda fəsadlar törədib – VİDEO

    Sel Goranboyun Aşağı Ağcakənd qəsəbəsində fəsadlar törədib.

    APA-nın məlumatına görə, hadisə ötən gecə qeydə alınıb.

    Gecə saatlarından yağmağa başlayan leysan yağışlar nəticəsində rayonun Aşağı Ağcakənd qəsəbəsində evləri və həyətyanı sahələri sel basıb.

    Aşağı Ağcakənd qəsəbə icra nümayəndəsi Zöhrab Vəliyev bildirib ki, bu, qəsəbədə son bir ayda ikinci təbii fəlakətdir.

    “Bundan əvvəl də leysan yağışlar nəticəsində qəsəbədə bir neçə evi su basmışdı. İndi də seldən 3-4 təsərrüfat ciddi ziyan çəkib. Artıq aidiyyəti qurumlar məlumatlandırılıb və zəruri addımlar atılacaq”.

  • Bitki çaylarının qəbul edilməsi təsirli vasitədir

    Dünyada ən çox sevilən içkilərdən biri çay sayılır. Xüsusən də insan orqanizmi üçün faydalı olan bitki çayları əvəzolunmazdır. Bitki çaylarının qəbulu sağlamlığın qorunmasında, çəki atmaq, immunitet sisteminin gücləndirilməsi və bəzi xəstəliklərin müalicəsində istifadə edilən ən mühüm alternativ tibb üsullarından biridir. Ona görə də hansı bitki çayının nəyə yaxşı təsir etdiyini və hazırlanma qaydasını bilmək də vacibdir.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Elnur Eldaroğlu deyib: “Bitki çaylarını dəmləyərkən onun temperaturu 70-80 dərəcədən çox olmamalıdır, çünki daha yüksək temperaturda dəmləyəndə təsiri bir qədər zəifləyir. Elə çay ola bilər ki, allergiyaya, mədə-bağırsaq sisteminin işinin pozulmasına səbəb olsun, ona görə də bunları nəzərə almaq lazımdır. Bitki çayları ilə müalicə iki aya qədər davam edə bilər”.

    Bitki çayları tərkibindəki efir yağları, antioksidantlar və digər birləşmələrə görə sağlamlıq üçün faydalı hesab olunur. Həkim-fitoterapevtin dediyinə görə, qida qəbulundan sonra həzm narahatlığı olduqda nanənin limonlu çaya qarışdırıb içilməsi ən yaxşı yardımçı vasitədir. Qara çaya razyana qatılıb içilməsi köp problemini aradan qaldırır. Qara çaya bir çubuq darçın əlavə edilməsi insulin çatışmazlığı zamanı faydalı təsir göstərir. Darçın şəkərə olan tələbatı və insulin çatışmazlığını aradan qaldırır.

    Bitki çaylarını mütəmadi olaraq həddindən artıq istifadə etdikdə sağlamlığa ciddi ziyan verə bilər. Mütəxəssislər hesab edirlər ki, bitki çaylarını istifadə etməzdən əvvəl onların tərkibi haqqında məlumatlı olmaq lazımdır.

    Həkim-fitoterapevt deyib: “Yuxarı tənəffüs yollarının problemi ilə üzləşəndə cökə çayından istifadə etmək olar, bal və limon əlavə edilmiş itburnu çayı da təsirli vasitədir. Sarıkök və zəncəfil çayı içilməsi də mikrobları məhv edir, iltihabı prosesin qarşısını alır”.

    Vitamin və minerallarla zəngin olan bitki çayları bədənin bir çox tələbatını ödəyir və bəzi fizioloji problemləri həll edir.

  • İlham Əliyev: “Bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır”

    “Ona görə mən vəziyyəti tam təhlil edərkən bu il aprel ayında xüsusi komissiya yaratmışam. Artıq komissiya üç aydır ki, işləyir və bu müddət ərzində gördüyü işlər, mövcud problemlərlə bağlı müntəzəm olaraq mənə məlumat verib”.

    Bu fikirləri iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

    “Komissiyanın rəhbəri Baş Nazirin müavini Şahin Mustafayevdir. Komissiyanın tərkibində nazirlər, aidiyyəti qurumların rəhbərləri fəaliyyət göstərirlər. Əgər bütün aidiyyəti qurumlar öz işini düzgün qursaydılar, bu komissiyaya ehtiyac olmayacaqdı. Necə ola bilər ki, üç ay ərzində işləyən komissiya bəlkə də son 20 il ərzində görülən, təhlil və təklif baxımından daha dəyərli, əhəmiyyətli nəticə hasil edib? Deməli, bunu etmək mümkündür.

    Sadəcə olaraq, heç kimin vecinə deyildi, biri-birinin üstünə yıxırdı. Ortalıqda da nə – quraqlıq. Bu problem iki ildir var və gələn il də ola bilər. İndi iqlim dəyişikliyi elə məsələdir ki, bunu bütün dünya müzakirə edir. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək. Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır”, – dövlət başçısı bildirib.

  • Назначен главврач Джалилабадской центральной районной больницы – ФОТО

    Назначен главврач Джалилабадской центральной районной больницы.

    Как передает Median.Az, согласно приказу председателя правления Объединения по управлению медицинскими территориальными подразделениями(TƏBİB) Рамина Байрамлы, на эту должность назначен Вусал Абдуллаев.

    Ранее он работал в Центральной клинической больнице.

  • DİM: “Qaydaları pozan 7 nəfər imtahandan xaric olunub”

    11-ci sinif şagirdləri üçün 2-3 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün Naxçıvanda keçirilmiş qəbul) imtahanlarında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub.

    Dövlət İmtahan Mərkəzindən (DİM) “Report”a verilən məlumata görə, bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.

    Qeyd olunub ki, bu imtahanlarda iştirakı nəzərdə tutulan 9 180 nəfərdən 353 nəfər imtahana gəlməyib. Qaydalarını pozduğu üçün 7 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

  • JP: Азербайджан является успешным примером в борьбе с COVID-19

    Несмотря на то, что Азербайджан является относительно маленькой страной, борьба с COVID-19 в стране до сих пор была успешной и эффективной.

    Как сообщает Report, об этом говорится в статье израильского политического аналитика Арье Гута, опубликованного в Jerusalem Post.

    В статье отмечается, что с самого первого дня Азербайджан воспринял угрозу вируса крайне серьезно. Под руководством Президента Ильхама Алиева были приняты комплексные меры по предотвращению распространения вируса, применяя одну из самых высоких в мире схем тестирования на душу населения.

    В добавок к более чем 20 государственным больницам, лечащим пациентов с COVID-19, с начала вспышки были открыты четыре модульных больницы. Планируется построить и сдать в эксплуатацию еще две модульные больницы за счет правительства, а также четыре с частным финансированием в ближайшие месяцы.

    По меньшей мере, трое из соседних стран сообщили о более высоком числе случаев COVID-19 на душу населения. Похоже, что Азербайджан преуспевает в сдерживании и предотвращении распространения коронавируса, а также в смягчении неблагоприятных последствий пандемии для своей экономики и людей.

    “Сегодня надежный партнер и союзник Израиля в Евразии, Азербайджан, является сильным, независимым государством и лидером геополитических и геоэкономических процессов в регионе Южного Кавказа, участвующим в различных совместных проектах, способствующих миру, стабильности и процветанию в регионе и за его пределами. Другими словами, Азербайджан сегодня является экспортером безопасности и стабильности. Более того, страна напрямую поддерживает усилия международного сообщества по предотвращению современных угроз”, – говорится в статье.

  • Lənkəranda tank əleyhinə minalar tapıldı

    Bu gün saat 10:24-də Dövlət Sərhəd Xidmətindən (DSX) Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 3 ədəd tank əleyhinə minanın tapılması barədə məlumat daxil olub.

    ANAMA-dan verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, DSX və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib və əraziyə baxış keçirilib.

    Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.

    Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd tank əleyhinə TM-62M minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Minaların ətrafında 1 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

  • 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticəsi elan olundu

    11-ci sinif şagirdləri üçün 2-3 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün Naxçıvanda keçirilmiş qəbul) imtahanlarının nəticələri elan olunub.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edən 11-ci sinif şagirdləri http://eservices.dim.gov.az/2020/netorta/?frm=egov linkinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

    Naxçıvan MR-da keçirilən əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və kolleclərə qəbul imtahanında iştirak edənlər isə imtahan nəticələri ilə http://eservices.dim.gov.az/2020/netbak1/?frm=egov linkində tanış ola bilərlər.

    Şagirdlər (abituriyentlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

    Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

    Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

    Bu imtahanlarında iştirakı nəzərdə tutulan 9180 nəfərdən 353 nəfər imtahana gəlməyib. Qaydaları pozduğu üçün yeddi nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

    İmtahan iştirakçıları arasında ən yüksək nəticəni 291.8 bal toplayan Naxçıvan şəhəri, Heydər Əliyev adına məktəbin məzunu göstərib. İkinci ən yüksək nəticəni 286 bal toplayan Ağcabədi rayonu, 11 saylı şəhər tam orta məktəbin məzunu göstərib. Naxçıvan MR Babək rayonu, Güznüt kənd tam orta məktəbin və Şirvan şəhəri, 16 saylı şəhər tam orta məktəbin məzunları isə hər biri 285.3 bal toplayıb.

    Buraxılış imtahanlarında iştirak etməyən və ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməyən şagirdlər üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək. Həmin şəxslərin yekun qiymətləndirilməsi aparılaraq onlara attestat veriləcək.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 5 avqust 2020-ci il tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

    Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 29-31 iyul tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.