Month: July 2020

  • 6G-nin tətbiq tarixi bilindi

    Hələ 5G barədə müzakirələr getdiyi vaxtda Samsung 6G-nin tətbiq ediləcəyi tarixi açıqlayıb.

    Median.Az ted.az-a istinadən bildirir ki, şirkətin məlumatına görə, bu texnologiya 2028-ci ildə hazır olacaq. 2030-cu ildə isə istifadəçilərin ixtiyarına veriləcək.

    Ehtimallara görə, yeni texnologiya 5G-dən 50 dəfə daha sürətli olacaq.

    Xatırladaq ki, 2G-dən 3G-ə keçid 15, 3G-dən 5G-ə keçid isə 8 il davam etmişdi. Bunu nəzərə alaraq, 6G-nin daha az müddətdə başa gələcəyini ehtimal etmək olar.

  • Lavrov Qod Nisanovla görüşdü

    Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyadakı Azərbaycan və Ermənistan icmalarının tanınmış nümayəndələri ilə görüşüb.

    APA-nın Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Lavrov “Kiyevskaya ploşad” şirkətinin rəhbəri Qod Nisanov və Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanla görüşüb.

    Görüşdə Rusiya Federasiyası ərazisində hazırkı qanunvericiliyə müvafiq olaraq millətlərarası sülhün və razılığın dəstəklənməsində Azərbaycan və erməni icmalarının rolu müzakirə olunub.

    Rusiya vətəndaşlarının hüquqlarının milli zəmində pozulması hallarının qarşısının alınması və aradan qaldırılması üçün ortaq izahedici və maarifləndirmə işlərinin əhəmiyyəti qeyd edilib.

    Bakı və Yerevan arasında münasibətlərin normallaşdırılmasına şərait yaradılması üçün Azərbaycan və Ermənistan icmalarının konstruktiv töhfəsinin zəruriliyi vurğulanıb.

  • Задержан молодой человек, совершивший кражу в 65 магазинах – ВИДЕО

    Сотрудники Главного управления полиции города Баку, Наримановского РУП и 18-го отделения полиции задержали молодого человека, совершившего кражи в 65 магазинах в Баку и на Абшеронском районе.

    Как сообщили в пресс-службе Министерства внутренних дел, задержан житель Шамкирского района Сардар Панахов.

    В ходе расследования было установлено, что он ограбил 65 магазинов, выносил продукты питания, одежду и мобильные телефоны. С.Панахов также совершал кражи в аптеках.

    В своих показаниях он отметил, что совершил сотни краж.

    По указанным фактам возбуждено уголовное дело по соответствующей статье УК АР, продолжается расследование.

    Граждане, пострадавшие от действий С.Панахова, могут обратиться в территориальные органы полиции или в службу “102” МВД.

  • Hikmət Hacıyev: “Erməni tərəfi qarşısına qoyduğu məqsədə çata bilmədi”

    Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatı ilə bağlı Rusiyanın “Kommersant” qəzetinə verilmiş müsahibəni diqqətinizə təqdim edirik:

    – Azərbaycan hakimiyyəti son günlər baş verən gərginləşmədən hansı nəticəni çıxaracaq?
    – Vəziyyətin gərginləşməsi Ermənistan Silahlı Qüvvələri tərəfindən qəsdən törədilmiş təxribat və hərbi-siyasi avantüra idi. Biz bunu təcavüz, terror aktı, o cümlədən Azərbaycana qarşı silahlı qüvvələrin qanunsuz istifadəsi və dövlət sərhədini pozmaq cəhdi kimi qiymətləndiririk. Bütün bunlara baxmayaraq, erməni tərəfi qarşısına qoyduğu məqsədə çata bilmədi.
    – Gələcəkdə oxşar vəziyyətin təkrarlanmasının qarşısını almaq üçün nə edə bilərsiniz?
    – Bu bir daha ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, ABŞ və Fransa), bütün beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün fəaliyyətini gücləndirməyin zəruriliyini vurğulayır. Regional sülhə və təhlükəsizliyə əsas təhdid mənbəyi münaqişənin həll olunmamasıdır. Sonuncu münaqişə bir daha göstərdi ki, erməni tərəfi həmişə belə hərbi avantüralardan istifadə edərək bölgədəki vəziyyəti çətinləşdirir, təmas xəttində və iki ölkə arasında dövlət sərhədi boyunca gərginlik yaradır.
    Müsahibəni bütöv şəkildə bu keçiddən oxuya bilərsiniz. 

  • У берегов Антарктиды нашли угрозу всей цивилизации

    Ученые Университета штата Орегон в США впервые нашли активную утечку метана с морского дна в Антарктике. Об этом сообщается в статье, опубликованной в журнале Proceedings of the Royal Society B: Biological Sciences.

    По мнению исследователей, на дне океана у побережья Антарктиды находится большое количество метана, который образовался при разложении водорослей, оказавшихся погребенными под осадочными породами. Метан представляет угрозу как сильный парниковый газ. При глобальном потеплении происходит нагревание слоя воды над дном, что способствует высвобождению газа. Исследователи опасаются, что в атмосферу попадет столько метана, что планета необратимо нагреется до температур, несовместимых с жизнью современной цивилизации.

    В данном случае высвобождение метана происходит не по причине нагревания океана, хотя истинная причина остается неизвестной. Ученые также отметили отсутствие микробов, которые обычно начинают поглощать метан, выделяемый дном. Это указывает на то, что парниковый газ попадает в атмосферу. Если микроорганизмы не смогут проникнуть в район достаточно быстро, существует риск, что они не успеют предотвратить высвобождение огромных объемов метана.

  • Bu xəstəxanaya yeni baş həkim təyin olundu

    Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyinat olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Vüsal Abdullayev Xəstəxananın baş həkimi vəzifəsinə təyin edilib.

    Bu barədə V.Abdullayev özü “Facebook” səhifəsində məlumat verib: “Bir həftədir ki, Bakidakı işimdən-Mərkəzi Klinik Xəstəxanadan öz istəyimlə azad olundum. Buna səbəb Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) nəzdində fəaliyyət göstərən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunmağımdır. İlk növbədə Mərkəzi Klinik Xəstəxananın rəhbərliyinə və həkim-personal yoldaşlarıma minnətdarlığımı bildirirəm.

    10 il ərzində sizinlə işləmək olduqca xoş idi. Yeni vəzifəmdə başlıca amalım, xalqıma xidməti Dövlətimiz və Ölkə Rəhbərliyimizin dəst-xətti ilə davam etdirmək və göstərilən böyük etimadı doğrultmaqdır. Bundan sonrakı həkimlik fəaliyyətimi Cəlilabad rayonunda davam etdirərək, regionumuzun səhiyyə sahəsinə öz tövhəmizi vermək, xəstəxanamızı peşəkar kadrlarla təmin etmək və gələcək kadrları doğru yetişdirmək istiqamətində olacaq”.

    TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva faktı APA-ya təsdiqləyib.

  • Aya Sofyaya imam və müəzzin təyinatı olub

    Yenidən məscid statusunu bərpa etmiş Aya Sofyaya imam və müəzzin təyinatı olub.

    “Anadolu” agentliyi xəbər verir ki, bu barədə məlumatı Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaş təsdiqləyib.

    Bildirilir ki, Aya Sofyaya üç imam və beş müəzzin təyin olunub.

  • Mövlud Çavuşoğlu Azərbaycan XİN başçısını Türkiyəyə səfərə dəvət edib

    Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral arasında görüş keçirilib.

    XİN-dən verilən nəlumata görə, Türkiyə səfirini salamlayan Ceyhun Bayramov xarici ölkə səfirlərindən ilk olaraq məhz Türkiyə səfiri ilə görüşün təsadüfi xarakter daşımadığını, bunun iki ölkə arasında dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin təzahürü olduğunu diqqətə çatdırıb.

    Ölkələrimiz arasında dövlət başçıları səviyyəsindən başlayaraq bütün digər sahələrdə və müxtəlif formatlarda mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayan C.Bayramov bu əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

    Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbətinə istinad edən nazir gələcəkdə iki ölkə arasında birgə mühüm layihə və təşəbbüslərin davam etdiriləcəyinə inamını ifadə edib.

    Səfir Erkan Özaral, öz növbəsində, işbirliyinin bundan sonra daha geniş şəkildə davam etdirilməsi üçün imkanların olduğunu, eyni zamanda bu xüsusda hər iki tərəfin iradəsinin olduğunu qeyd edib. Azərbaycanı öz vətəni olaraq gördüyünü bildirən səfir Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun azərbaycanlı həmkarını Türkiyəyə dəvət etdiyini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.

    Görüş zamanı nazir Ceyhun Bayramov, həmçinin son zamanlar diplomatik nümayəndəliklərimizə və Ermənistan tərəfindən törədilmiş təxribata etiraz edən dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən vandalizm və aqressiya hərəkətlərinə yol verildiyini qeyd edib və bu xüsusda qəbul edən ölkələrin Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin binalarının və diplomatların təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıdığını xatırladıb. Radikal ermənin daşnaklarının son zamanlar fəallaşdığını bildirən nazir onlar tərəfindən diplomatik nümayəndəliklərimizə qarşı yeni təxribatların olacağını istisna etməyib.

    Görüş zamanı səfir Erkan Özoral cari ilin 28 iyul tarixində video konfrans formatında Antalya Diplomatiya Forumunun keçiriləcəyini qeyd edib və sözügedən tədbirə dəvət məktubunu Nazir Ceyhun Bayramova təqdim edib. Nazir tədbirə məmnuniyyətlə qatılacağını bildirib.

    Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Hərbi xidməti başa vuran matroslar ehtiyata buraxılıb

    “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən Hərbi Dəniz Qüvvələrində xidmətini başa vurmuş matrosların ehtiyata buraxılması mərasimi keçirilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbirdə xidmət müddətində fərqlənmiş və nailiyyətlər əldə etmiş hərbi qulluqçulara mükafatlar təqdim edilib.

  • Bakıda və Abşeronda 65 mağazadan oğurluq edən şəxs tutulub – VİDEO

    Bakı şəhər Baş Polis idarəsi, Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxtda, eləcə də Abşeron rayonunda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı Şəmkir rayon sakini Sərdar Pənəhov tutulub.

    Araşdırma zamanı onun paytaxt və Abşeron rayonunda ümumilikdə 65 ərzaq, geyim və mobil telefon mağazasından, o cümlədən apteklərdən oğurluq hadisəsi törətdiyi sübuta yetirilib.

    S.Pənəhov ifadəsində törətdiyi oğurluqların sayının yüzlərlə olduğunu bildirib.

    Qeyd edilən faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

    Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə müraciət edə bilərlər.