Оперативный штаб при Кабинете министров 20 июля проводит очередной брифинг для представителей СМИ.
В пресс-конференции принимают участие помощник Президента Азербайджана, завотделом по экономическим вопросам и политике инновационного развития Администрации главы государства Шахмар Мовсумов, глава аппарата Минздрава Надир Зейналов и завсектором по работе с прессой и электронным коммуникациям Государственного экзаменационного центра (ГЭЦ) Ханлар Ханларзаде.
Month: July 2020
-
Оглашаются последние данные по COVID-19 в Азербайджане – ПРЯМОЙ ЭФИР
-
Azərbaycanda sərt karantin rejimi və koronavirusla bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM
Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.
Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov, Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri iştirak edir. -
Bakı zooparkında təmir nə vaxt başa çatacaq? – AÇIQLAMA
“Bakı Zooloji Parkında gedən təmir işlərinin ilin sonuna qədər yekunlaşacağı gözlənilir”.
Bu barədə Oxu.Az-a Bakı Zooloji Parkının direktoru Azər Hüseynov məlumat verib.Onun sözlərinə görə, Bakı Zooloji Parkında başlanan təmir işləri hələ ki, davam edir:
“Düzdür, bu istiqamətdə dəqiq məlumat verə bilmərəm. Amma düşünürəm ki, ilin sonuna qədər işlər yekunlaşar. Biz də xəbər gözləyirik ki, tədricən heyvanları yeni yerlərinə köçürək”.
A.Hüseynov karantin rejiminə baxmayaraq, zoorparkda hər şeyin qaydasında olduğunu bildirib:
“Heyvanlarımızın baxımına diqqət edirik. Bu günlərdə dişi şir əməliyyat olunub. Səhər adlı türk həkim, Baytarlıq Elmi Tədqiqat İnstitutunun həkimi İltifat Hacıyev, Bakı Zooloji Parkının həkimləri bu əməliyyatda iştirak ediblər. Təxminən üç saata qədər davam edən əməliyyatdan sonra şirin vəziyyəti normaldır”.
Bakı Zooloji Parkına Belarusdan yeni heyvanların gətiriləcəyini deyən A.Hüseynov bu istiqamətdə danışıqların aparıldığını bildirib:
“Hazırda sənədləşmə işləri aparılır, razılıq artıq alınıb. Biz ora dişi qamış pişiyi göndərəcəyik, Bakı Zooloji Parkına isə üç çay timsahı, bir-iki növ ilan gətirilməsi nəzərdə tutulur. Bizim digər ölkələrdəki zooparklarla sıx əlaqələrimiz var. Heyvanları dəyişmə üsulu ilə zooparkdakı kolleksiyanı genişləndirməyə çalışırıq”.
“Bu müddət ərzində bir neçə xırda quş istisna olmaqla, kütləvi heyvan tələfatı yoxdur”, – deyə, direktor qeyd edib.
-
Azərbaycanda vergi hesabatlarını vaxtında təqdim edə bilməyənlərin NƏZƏRİNƏ
Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” Qanununa edilmiş dəyişikliklərlə bağlı hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron vergi idarəsində hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılır.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.Qurum bu prosesi qısa bir zaman çərçivəsində həll edəcəyini bildirir və vergi ödəyicilərinin nəzərinə çatdırır ki, hesabatları son tarixə təqdim edə bilməyən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları tətbiq edilməyəcək.
-
Ильхам Алиев распорядился о мерах по устранению ущерба, нанесенного в результате обстрела Товуза
Президент Азербайджана Ильхам Алиев 20 июля подписал распоряжение о мерах по устранению ущерба, нанесенного гражданскому населению, государственному имуществу, в том числе инфраструктурным объектам, на территории Товузского района АР в результате интенсивного обстрела вооруженными силами Армении.
Текст документа опубликован АЗЕРТАДЖ.Согласно распоряжению, министерствам экономики и по чрезвычайным ситуациям поручено в кратчайшие сроки оценить ущерб, нанесенный населенным пунктам Товузского района в результате вражеского обстрела, а соответствующие данные представить Кабинету министров.
В свою очередь, правительство должно внести на рассмотрение Президента предложения по финансовым средствам, необходимым для устранения нанесенного ущерба, полного восстановления поврежденных объектов и ускоренного проведения ремонтно-строительных работ.
Отметим, что в результате интенсивного обстрела с 12 июля населенных пунктов на товузском направлении азербайджано-армянской госграницы с применением крупнокалиберного оружия и тяжелых артиллерийских установок вооруженные силы Армении нанесли серьезный ущерб гражданскому населению, госимуществу, в том числе инфраструктурным объектам.
-
İlham Əliyevdən Tovuzun atəşə tutulması nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə qısa müddətdə təmin edib, bu barədə məlumatları Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir.Nazirlər Kabineti bu sərəncama əsasən təqdim edilmiş məlumatlara uyğun olaraq, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Qeyd edək ki, Ermənistan Respublikası Silahlı Qüvvələrinin 2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
-
Sərt karantinlə bağlı vacib açıqlama: Yumşaldılma olacaq, hazır olun (RƏSMİ)
“Karantin rejimi çox ciddi əhəmiyyət kəsb edir, çünki bu tədbirlər insanlar arasında yoluxma sayının artmasına imkan vermir”.
Bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.O əlavə edib ki, yumşaldılma tədbirlərinə gediləcək və bu tədbirlərə hamı hazır olmalıdır:
“Kafelər, restoranlar, digər ictimai iaşə obyektləri, “mall”lar, çimərliklər – hamısı hazır olmalıdır ki, təlimatlar və sanitar gigiyenik normalara mütləq şəkildə riayət edilsin. Əks təqdirdə yenə yoluxma sayında artım müşahidə olunacaq. Dövlət yenə məcbur olacaq ki, yenidən karantin tədbirlərinin sərtləşdirilməsinə getsin. Çünki burada insan sağlamlığından söhbət gedir.
Eyni zamanda biznes sahibləri bütün hazırlıq işlərini görməli və vətəndaşlardan istər nəqliyyat, istər metro, istərsə də supermarketlərdə tələb etməlidir ki, sanitar gigiyenik normalara riayət etsinlər. Supermarket bunu etmədikdə, alış-verişə gedən insanlar yoluxacaq və ailə üzvlərini də yoluxduracaq”.
//Baku.ws -
“Qanlı göl”ü qurutmaqla aparılan tikinti işləri dayandırılıdı – VİDEO
Paytaxtın Yasamal rayonu ərazisində “Qanlı göl” yaxınlığında aparılan tikinti işləri dayandırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.O bildirib ki, paytaxtın Yasamal rayonu ərazisində, “Tri korona” yaşayış kompleksinin arxasındakı gölün qurudulması və ərazidə tikinti işlərinin aparılması ilə bağlı daxil olan şikayət ETSN-nin əməkdaşları tərəfindən araşdırılıb:
“Ərazidə tikinti işləri dayandırılıb və faktla bağlı akt tərtib olunub. Təqsirkarlar barəsində müvafiq tədbirlər görüləcək”.
Xatırladaq ki, sözügedən ərazidəki “Qanlı göl”ün qurudulması və yerində yaşayış binasının tikiləcəyi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər paylaşılıb. Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti isə görüntülərin köhnə olduğunu demişdi.
-
Serbiyanın Ermənistana silah-sursat yardımı göstərdiyi təsdiqləndi – RƏSMİ AÇIQLAMA
Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.Görüşdə X.Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən, Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla, böyük həcmdə silah-sursatın göndərildiyini qarşı tərəfə bildirib.
O, Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minomyotlardan istifadə edildiyini, sərhədyanı yaşayış məntəqələri və mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycanın hərbi qüvvələrinin mövqelərinin artilleriya və minomyot atəşlərinə məruz qaldığını, Ermənistan hərbi qüvvələrinin xain hücumlarının qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı və 10 hərbi qulluqçusunun, o cümlədən, bir nəfər sərhəd kəndinin sakininin həlak olduğunu qeyd edib.
Nazir müavini Azərbaycan Respublikası və Serbiya Respublikası atasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu, bu xüsusda, 2013-cü ildə iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamənin və 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planının imzalandığını Serbiya müvəqqəti işlər vəkilinin diqqətinə çatdırıb.
Həmin sənədlərdə Azərbaycan və Serbiyanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığı qeyd olunub. Serbiya tərəfinin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinin tərəfdarı olduğu təsdiq olunub.
Nazir müavini xatırladıb ki, strateji tərəfdaşlıq sənədinə əsasən tərəflər sülhə və sabitliyə təhlükə zamanı adekvat reaksiya vermək məqsədilə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı prioritet istiqamətlər kimi müəyyən ediblər.
X.Xələfov bildirib ki, Azərbaycan Respublikası iki ölkə arasında strateji tərəfdaşlığa sadiq qalaraq çətin vaxtlarda dost Serbiyaya həmişə yardım əlini uzadır və bu Serbiya rəhbərliyi tərəfindən dəfələrlə minnətdarlıqla qeyd edilib. O bildirib ki, Azərbaycan Serbiyanın ərazi bütövlüyünə dəstək məsələsində də hər zaman ardıcıl mövqe nümayiş etdirib.
Nazir müavini, Ermənistana silah göndərilməsi məsələsinin hər zaman, o cümlədən də ikitərəfli əlaqələrimizin gündəliyində duran həssas bir mövzu olduğunu vurğulayıb.
Bu xüsusda, Serbiya tərəfinin Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu bildirilib.
X.Xələfov bu cür qeyri-dost fəaliyyətlərin Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığa xələl gətirdiyini, yüksək səviyyədə mövcud qarşılıqlı etimada kölgə saldığını vurğulayıb.
Nazir müavini Azərbaycan tərəfinin Ermənistanın Cənubi Qafqaz istiqamətində vəziyyətin destabilizasiyasına səbəb olan, regiondakı təhlükəsizlik və sabitliyə xələl gətirən hərbi təxribatının məkrli dərin qatlı məqsədlərinə işarə edərək, Serbiya Respublikasından izahat və bu cür hərəkətlərə gətirib çıxaran səbəblərin aradan qaldırılmasını gözlədiyini bildirib.
Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib, baş vermiş bu hadisələrdən təəssüf hissi keçirdiyini və bu hadisələrin Serbiya-Azərbaycan strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğunu qeyd edib.