Month: July 2020

  • В Сабирабаде за нарушение карантина наказаны участники свадьбы

    Сотрудники Сабирабадского районного управления полиции в ходе рейда выявили факт нарушения карантинного режима в селе Бала Гашимханлы.

    Как говорится в сообщении бардинской региональной группы пресс-службы МВД, установлено, что местный житель Э.Асадов устроил во дворе своего дома свадьбу с участием 20 человек.

    В отношении девяти участников торжества были составлены протоколы, выписаны штрафы.

  • Azərbaycanda karantində toy məclisi təşkil edənlər cərimələndi

    Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

    Bununla bağlı DİN Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir. Belə ki, Sabirabad RPŞ-nin Qaragüney Polis Bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Bala Həşimxanlı kəndində E.Əsədovun öz evinin həyətində toy məclisi təşkil etdiyi müəyyən edilib.

    Həmin məclisdə 20 nəfərə yaxın şəxs toplaşaraq xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.

    Polis əməkdaşları tərəfindən məclisdə iştirak edən doqquz nəfər saxlanılıb. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

  • Metro stansiyalarından birinə Polad Həşimovun adının verilməsi ilə bağlı AÇIQLAMA

    İyulun 12-dən Tovuz istqamətində gedən döyüşlərdə Azərbaycan ordusunun 12 hərbi quluqcusu şəhid olub.

    Şəhid olanların arasında general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev də var. Qeyd edək ki, Azərbaycan xalqı ilulun 14-də şəhərin müxtəlif ərazilərində orduya dəstək yürüşləri təşkil etmişdi. Bundan əlavə bir çox sosial şəbəkə iştirakçıları metro stansiyalarına şəhidlərin adının verilməsini təklif edirlər.

    Median.Az bildirir ki, bununla bağlı konkret.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu, yalnız Nazirlər Kabinetinin səlahiyyətinə daxil olan məsələdir. Adların verilməsi və dəyişdirilməsi Nazirlər Kabinetinin müstəsna səlahiyyətindədir. “Bakı Metropoliteni” QSC-nin adla bağlı təklif vermək səlahiyyəti yoxdur. Yəni, bu məsələlər yalnız Nazirlər Kabinetində müzakirə oluna və qərar verilər bilər. Düşünürəm ki, insanlarımız bununla bağlı təkliflərini Nazirlər Kabinetinə də ünvanlamalıdırlar”.

  • Azərbaycanda məhkəmələrin fəaliyyəti bərpa olundu

    Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarının inzibati ərazisində məhkəmələrin fəaliyyəti ilə bağlı qərar qəbul olunub.

    Ali Məhkəmədən verilən məluamata görə, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 iyul tarixli 256 nömrəli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, xüsusi karantin rejiminin sərtləşdirildiyi 2020-ci il 20 iyul saat 06:00-dan 05 avqust saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrə işlərə baxılması ilə bağlı aşağıdakılar tövsiyə edilib:

    Azərbaycan Respublikasının Ali Məhkəməsində və apelyasiya instansiyası məhkəmələrində bütün kateqoriya işlərə baxılması təmin edilsin.

    Birinci instansiya məhkəmələri üzrə aşağıdakı işlərə baxılması təmin edilsin:

    Mülki və kommersiya mübahisələri üzrə – ailə-nikah münasibətlərindən irəli gələn mülki mübahisələrə (nikahın pozulması, aliment, uşaqla ünsiyyət, əmlak bölgüsü və digər.), tərəflərin sayı 2-dən artıq olmayan kommersiya mübahisələrinə, əmr icraatına, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata, təxirəsalınmaz qaydada baxılmalı olan xüsusi icraat işlərinə, habelə bütün kateqoriya işlər üzrə iddianın təmin tədbirləri ilə bağlı məsələlərə. Digər kateqoriya mülki və kommersiya mübahisələri üzrə isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadəsi davam etdirilsin;

    Cinayət işləri üzrə – həbsdə saxlanılan 2 nəfərədək təqsirləndirilən şəxs barəsində olan cinayət işlərinə; Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi mümkün olan digər cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına, xüsusi ittiham qaydasında şikayət üzrə materiallara; tibbi xarakterli məcburi təbirlərinin tətbiq edilməsi haqqında materiallara; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlərə; hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında təqdimatlara və ərizələrə;

    İnzibati xətalara dair işlər üzrə – inzibati həbs nəzərdə tutulan, habelə təxirəsalınmaz qaydada baxılmalı olan digər kateqoriya işlərə;

    İnzibati mübahisələr üzrə – sosial təminat hüququnun həyata keçirilməsi kateqoriyasına aid işlərə. Digər kateqoriya inzibati mübahisələr üzrə isə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilsin.

    Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin.

    Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun.

    Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin.

    Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin. Vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.

  • DYP: 983 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

    Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 19 iyul 2020-ci il saat 00:00-dan 20 iyul 2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 919 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 64 nəfər olmaqla, ümumilikdə 983 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

    Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 35-i rayon, 45-i paytaxt istiqamətinə olmaqla 80, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 30-u rayon, 55-i paytaxt istiqamətinə olmaqla 85, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 60-ı rayon, 60-ı paytaxt istiqamətinə olmaqla 120 avtomobil geri qaytarılıb, ümumilikdə 285 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

  • Daxili İşlər nazirindən yeni TƏYİNAT

    Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

    Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, İsmayıllı Rayon Polis Şöbəsi rəisinin əməliyyat üzrə müavini Əbülfət Abdullayev vəzifəsindən uzaqlaşdırılıb.

    Onun yerinə Nicat Vəliyev təyinat alıb.

  • Mehriban Əliyeva Tovuzda şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verdi – FOTO

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələrində olub.

    Bununla baölı APA məlumat yayıb.

    Ötən gün Heydər Əliyev Fondunun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət edib.

    Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət göstərildiyi vurğulanıb.

    Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı bildirilib. Qarşıdakı günlərdə Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcək.




  • 70-ə yaxın şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya daha yüngül rejimli müəssisəyə keçirilib

    “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmana əsasən, dövlət başçısının humanist siyasətinin təzahürü olaraq bu il mayın 1-də qəbul olunmuş qanunla cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllər dekriminallaşdırılıb, zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunub.

    Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, bununla əlaqədar nazirlik tərəfindən yeni Qanunun tətbiqinin təmin edilməsi məqsədilə artıq 600 məhkumun işləri öyrənilib və onların qanunun təsiri altına düşməsi təhlil edilib.

    COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin elan olunduğu indiki dövrdə bu innovasiyanın tətbiqi xüsusi əhəmiyyət kəsb etməklə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və əlçatanlığın asanlaşdırılmasına, tərəflərin təhlükəsizliyinin və məsafədən dindirilməsinin təmin olunmasına, əlavə vaxt itkisinin və xərclərin, süründürməçiliyin qarşısının alınmasına xidmət edir.

    15 iyuldan yeni Qanunun qüvvəyə minməsi ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal zəruri tədbirlər görülüb və məhkəmələrin karantin rejiminə uyğun fəaliyyət göstərməsi nəzərə alınaraq iyulun 16-dan cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb.

    Nazirliyin vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu Komissiyasının rəyləri nəzərə alınmaqla göndərdiyi təqdimatlara məhkəmələr tərəfindən təxirəsalınmadan onlayn qaydada baxılaraq, 70 nəfərə yaxın şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya daha yüngül rejimli müəssisəyə keçirilib.

    Eyni zamanda, cəza siyasətinin humanistləşdirilməsinə dair yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı təqdimatlara baxılaraq artıq 130 nəfərə yaxın şəxs müxtəlif cəzadan azad olunub və ya cəzası azaldılıb.

  • Vilayət Eyvazov generalı təqaüdə göndərdi

    Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

    Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

    Onun yerinə hələlik təyinat yoxdur.

  • 10-19 yaşlı insanlarda koronavirusun yayılma sürəti daha böyükdür – ARAŞDIRMA

    Koronavirusun 10-19 yaşlı şəxslər arasında böyüklərdən daha sürətlə yayıldığı aşkar edilib.

    “HaberGlobal” məlumat verir ki, yeni növ koronavirus daha kiçik yaşlı uşaqlara və yetkinlərə nisbətən 10-19 yaşlı şəxslər arasında aktiv şəkildə yayılır.

    Cənubi Koreyada 5 706 kronavirus xəstəsi və onların əlaqə saxladığı 59 073 nəfər üzərində araşdırma aparılıb.

    Ümumilikdə, evdə koronavirus xəstəsi ilə əlaqə quran insanların 11,8 faizinin nəticələrinin müsbət olduğu halda, 10-19 yaşlarında olan xəstələrdə bu nisbət 18,6 faiz təşkl edib.

    Mütəxəssislər 10 yaşına çatmamış uşaqlarda COVID-19-a yoluxma nisbətinin ən aşağı olmasına baxmayaraq, məktəblər açılanda həmin göstəricinin dəyişə biləcəyini istisna etmirlər.