Month: July 2020

  • Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir

    Bakıda və Abşeron yarımadasında iyulun 21-də havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 34-39, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan aşağı – 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27, Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28 dərəcə isti olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 22-27, gündüz 36-41, dağlarda gecə 16-21, gündüz 23-28 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 21-də Abşeron yarımadasında isti temperatur diskomfortu və günün bəzi saatlarında durğun hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

  • Президент Ильхам Алиев подарил квартиру народному артисту

    Президент Азербайджана Ильхам Алиев подарил трехкомнатную квартиру народному артисту, актеру и режиссеру Видади Гасанову.

    Об этом сообщил сам актер.

    По его словам, ключи от новой квартиры ему вручили в день рождения.

    “Я очень благодарен Президенту Ильхаму Алиеву за ту радость, которую он подарил мне и моей семье в этот знаменательный день”, – отметил В.Гасанов.

  • İlham Əliyev Xalq artistinə mənzil bağışladı

    Prezident İlham Əliyev Azərbaycanın Xalq artisti, aktyor Vidadi Həsənova mənzil hədiyyə edib.

    Bu barədə Xalq artisti özü məlumat verib.

    Dövlət başçısı tərəfindən aktyora üçotaqlı mənzil hədiyyə edilib.

    O bildirib ki, mənzilin açarları onun ad günündə təqdim olunub.

    “Möhtərəm Prezident! Bu əlamətdar gündə mənə və ailəmə bəxş etdiyiniz sevincə görə Sizə dərin təşəkkürümü bildirirəm”, – deyə o qeyd edib.

  • В Баку в канале утонул 4-летний ребенок

    Несчастный случай, жертвой которого стал четырехлетний ребенок, произошел в Хазарском районе Баку.

    Как передаёт Median.Az, об этом oxu.az сообщили в правоохранительных органах.

    В поселке Бузовна 19 июля, в 18:45, Халиг Аллахвердиев (2016 г.р.) по неосторожности упал в водный канал и утонул.

    Тело ребенка уже извлечено из воды. По данному факту ведется расследование.

  • Bakıda dörd yaşlı uşaq kanalda boğuldu

    Bakının Xəzər rayonunda dörd yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

    Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

    İyulun 19-da, saat 18:45 radələrində Buzovna qəsəbəsində 2016-cı il təvəllüdlü Xaliq Allahverdiyev təsadüfən su kanalına düşərək boğulub.

    Azyaşlının meyiti artıq sudan çıxarılıb.

    Fakt araşdırılır.

  • Serbiya Tovuz döyüşlərinə görə Ermənistana silah yardımı edib? – Dostluq qrupunun rəhbərindən AÇIQLAMA

    “Tovuzdakı ağır döyüşlər zamanı Serbiyanın Gürcüstan üzərindən Ermənistana minaatan mərmiləri göndərməsi xəbərlərini rəsmi mənbələr təsdiqləməyib”.

    Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Məlahət İbrahimqızı deyib.

    O bildirib ki, rəsmi mənbələr məlumat yaymadığına görə, Serbiyadan terrorçu ermənilərə dəstək verməsinə inanmaq çətindir.

    Deputatın fikrincə, Serbiyanın Ermənistana yardımı barədə mətbuatda məlumatlar gedibsə, müvafiq qurumlar bunu araşdıracaq.

    “Fakt təsdiqlənsə, biz sözümüzü necə lazımdırsa, deyəcəyik. Azərbaycanın Serbiya ilə yüksək səviyyədə münasibətləri var. Bəlkə də, ola bilər ki, Azərbaycanın Serbiya ilə münasibətlərinə xələl gətirmək istəyən qüvvələr bu məlumatı yayımlayıblar, belə həssas məqamlarda diqqətli olmaq lazımdır”, – deyə M.İbrahimqızı əlavə edib.

    Ermənistan ordusunun Azərbaycanla sərhəddə iyulun 12-dən başlamış və dörd gün davam edən xain təcavüz əməlinə əvvəlcədən hazırlıq görüldüyünə dair yeni sensasion faktlar üzə çıxıb.

    Bu barədə Virtualaz.org hərbi mənbələrə istinadən məlumat yayıb.

    Bildirilir ki, həmin təcavüz əməliyyatından bir neçə gün əvvəl Serbiyadan Ermənistana iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb. Həmin sursat quru yolu ilə, Gürcüstan üzərindən Ermənistana keçirilib.

  • По факту трагической гибели начштаба части ГПС в Азербайджане проводится расследование – ФОТО

    20 июля утром в ходе выполнения служебного задания на пограничной заставе погранотряда “Худат” вблизи села Хыналыг Губинского района автомобиль УАЗ попал в ДТП, в результате которого погиб начальник штаба воинской части Государственной погранслужбы (ГПС) полковник Шахин Мирзоев, другие военнослужащие получили ранения.

    По данному факту представители ГПС и Военной прокуратуры проводят расследование.



    //oxu.az

  • Azərbaycanda qərargah rəisinin faciəli şəkildə ölümü ilə bağlı araşdırma başladı – FOTO

    Xəbər verdiyimiz kimi, bu gün saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxın­lığındakı sərhəd zasta­vasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.

    Avtomobildə olan hərbi hissənin qərargah rəisi, pol­­kovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat edib.

    Digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Hadisə barədə DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.

    Median.Az pol­­kovnik Şahin Mirzəyevin fotoların təqdim edirik:


  • Sumqayıtda 25 yaşlı gənc amansızlıqla qətlə yetirildi

    İyulun 19-da, saat 23 radələrində Sumqayıt şəhəri ərazisində 1995-ci il təvəllüdlü Ramid Sevindikzadənin öldürülməsi barədə məlumat daxil olub.

    Baş Prokurorluqdan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

    İstintaqla 2003-cü il təvəllüdlü Fərid Əzizlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramid Sevindikzadəyə bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Fərid Əzizli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

  • ABŞ-da azərbaycanlı jurnalistə qarşı erməni təxribatı – VİDEO

    Azərbaycanın ABŞ-dakı səfirliyi önündə keçirilən orduya dəstək aksiyası zamanı erməni təxribatı baş verib.

    Xəzər TV-nin əməkdaşı Vüsalə Abbasova aksiyadan çəkiliş etmək istəyərkən, bir erməni ona yaxınlaşıb və üzərində “Azərbaycan Ermənistan AES-ni vurmaqla hədələyir” yazılı plakat qaldırıb.

    Bu anda azərbaycanlılardan biri onu həmin yerdən uzaqlaşdırmaq istəyib və üzərinə su atıb.

    ABŞ polisi dərhal məsələyə müdaxilə edib və təxribatçı həmin ərazidən uzaqlaşdırılıb.