Month: August 2020

  • İlham Əliyev: “Xəstəxanalar vaxtında tikilməsəydi, çox ağır vəziyyətə düşə bilərdik”

    Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edib.

    AZƏRTAC dövlətimizin başçısının hospitalın açılışındakı çıxışından bəzi məqamları təqdim edir.

    “Hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilmişdir. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Təsəvvür etmək çətin deyil ki, əgər biz bu addımı vaxtında atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər bu xəstəxanalar vaxtında tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz edilib və bu gün də bu proses davam etdirilir. COVID ilə mübarizədə bizim səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır”.

    “Laboratoriyaların sayını böyük dərəcədə – bir neçə dəfə artırmışıq. Pandemiya başlayanda bizim cəmi 6 laboratoriyamız var idi, bu gün biz o laboratoriyaların sayını 45-ə çatdırırıq. Ölkəmizdə 900 mindən çox test keçirilib. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir”.

  • Bakı metrosu fəaliyyətini bərpa edir? – AÇIQLAMA

    Bakıda metronun açılması Nazirlər Kabineti yanında operativ qərargahın qəbul edəcəyi qərardan asılıdır.

    Bu sözləri Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    O bildirib ki, operativ qərargahın qəbul etdiyi qərara görə, metropoliten fəaliyyətini sentyabrın 15-dək dayandırıb:

    “Metronun fəaliyyətinin bərpası ilə bağlı yekun qərarı qərargah verəcək. Stansiyalar sentyabrın 15-i də açıla bilər, daha tez də. Bu barədə mən dəqiq məlumata sahib deyiləm. Lakin, bu, ölkədəki epidemioloji vəziyyətdən asılıdır. Əgər vəziyyət tam stabil qalarsa, metronun fəaliyyəti sentyabrın 15-dən əvvəl də açıla bilər. Amma hələ ki heç bir göstəriş yoxdur”.

    Onu da qeyd edək ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Bakı Metropoliteni” QSC-i sentyabr ayının 13-dən öz fəaliyyətini bərpa edə bilər.

    Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə ölkə ərazisində sərtləşdirilmiş karantin rejiminin müddəti 30 sentyabra qədər uzadılsa da, metro stansiyalarının fəaliyyəti sentyabrın 15-i səhər saat 06:00-a kimi dayandırılıb.

  • Prezident: “Qısa müddətdə 1400 çarpayılıq xəstəxanalar inşa oluna bilər”

    Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edib.

    AZƏRTAC dövlətimizin başçısının hospitalın açılışındakı çıxışından bəzi məqamları təqdim edir.

    “Pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət almışdır. Bu məqsədlər üçün böyük vəsait ayrılmışdır, bütün imkanlar səfərbər edilmişdir. Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılmışdır”.

    “Yeddi modul tipli xəstəxananın tikintisi nəzərdə tutulub. Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa, əlavə 1400 çarpayılıq xəstəxanalar qısa müddət ərzində inşa oluna bilər”.

    “COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar icra edilir, vaxtında və yüksək keyfiyyətlə. Bu və digər amillər imkan verdi ki, biz vəziyyəti nəzarət altında saxlayaq”.

  • В Азербайджане ряд больниц возвращается к обычному режиму работы

    В Азербайджане ряд медучреждений возвращается к обычному режиму работы, сообщает Объединение по управлению медицинскими территориальными подразделениями (TƏBİB).

    Среди них находившиеся в резерве на период пандемии центральные районные больницы Саатлы, Сальяна, Нефтчалы, Гусара и Хызы, а также функционировавшие как медучреждения особого режима Объединенная городская больница №17 и Детская больница инфекционных заболеваний в Сумгайыте.

  • Azərbaycanda yeddi xəstəxana COVID xəstələrinə xidmət göstərməyəcək

    Azərbaycanda bir neçə tibb müəssisəsi yenidən qeyri-COVID xəstəxanalar kimi xidmət göstərəcək.

    Bununla bağlı TƏBİB məlumat yayıb.

    Bildirilib ki, bunlar xüsusi rejimli xəstəxanalara ehtiyat kimi ayrılan Saatlı, Salyan, Neftçala, Qusar və Xızı Rayon Mərkəzi Xəstəxanaları, eləcə də xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərən 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və Sumqayıt şəhər Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasıdır.

  • Bərdədə 17 yaşlı qızı qaçıran kişinin keçmiş həyat yoldaşı danışdı – AUDİO

    Bərdə rayonunda azyaşlı qızı qaçırdan şəxsin keçmiş həyat yoldaşı danışıb.

    17 yaşlı qızı qaçırmaqda ittiham edilən Bərdə rayon sakini, 26 yaşlı İsgəndərli Nurlan Ramiz oğlunun keçmiş həyat yoldaşı ailədən şikayətçi olub.

    O, bildirib ki, N.İsgəndərli onu da qaçırıb. O, ailədə ona qarşı müxtəlif təhqir və həqarətlər gördüyünü qeyd edib.

    Qeyd edək ki, sosial şəbəkələrdə N.İsgəndərlinin iki dəfə evlənib boşandığı bildirilib. Eləcə də onun universitetə hazırlaşan azyaşlını zorla qaçırdığı iddia edilir. Azyaşlının atası qızını geri almaq istəsə də, vermirlər.

    Ətraflı N.İsgəndərlinin keçmiş həyat yoldaşının səsinin audioyazısını təqdim edirik:

  • Ильхам Алиев на онлайн-открытии госпиталя модульного типа – ФОТО

    31 августа состоялось открытие очередного госпиталя модульного типа при медицинском центре Министерства по чрезвычайным ситуациям республики, предусмотренного для лечения инфицированных коронавирусом (COVID-19).

    Как сообщает АЗЕРТАДЖ, Президент Азербайджана Ильхам Алиев принял участие в открытии медучреждения, проведенном в онлайн-формате.


  • İlham Əliyev modul tipli növbəti hospitalın videoformatda açılışında – FOTO

    Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hospitalın videoformatda açılışında iştirak edib.


  • Yüz minlərlə manat rüşvətə görə həbs edilən sabiq icra başçısından xəbər var

    Bakı Apellyasiya Məhkəməsində Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı, daha sonra isə Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri vəzifəsində işləmiş Məharət Mustafayev barəsində seçilmiş həbs qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb.

    Bu barədə APA-ya onun vəkili məlumat verib.

    Vəkil bildirib ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib, Binəqədi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

    Qeyd edək ki, M.Mustafayevin qanunsuz əməlləri ilə əlaqədar vətəndaşların çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    İstintaq zamanı əldə olunmuş ilkin sübutlar əsasında müəyyən edilib ki, Məharət Mustafayev Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən qabaqcadan əlbir olduğu Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti bölməsinin müdiri Əli Rüstəmli və icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girməklə, onların vasitəsilə ayrı-ayrı şəxslərdən müxtəlif vaxtlarda fərdi yaşayış evlərinin layihələndirilməsi və tikinti işlərinin aparılmasına icazə verilməsi, eləcə də, digər qanunsuz məqsədlər üçün ümumilikdə 194 min 300 manat məbləğində pul vəsaitini rüşvət qismində ələ keçirməsinə, həmçinin, istehsal fəaliyyətinin davam etdirilməsinə şərait yaradılmasını vəd etməklə, vətəndaşa məxsus 175 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub.

    Bundan başqa, M.Mustafayevin Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyərkən torpaq sahəsinə dair müvafiq sənədləşmənin aparılması üçün rəhbəri olduğu şöbənin mühəndisi vasitəsi ilə vətəndaşdan doqquz min manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək almasına və qeyd edilən hərəkətləri ilə vətəndaşların qanunla qorunan maraqlarına ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

    24 avqust 2020-ci ildə Məharət Mustafayev, Əli Rüstəmli, eləcə də, həmin cinayətlərin törədilməsində vasitəçi qismində iştirak etmiş Razin Qəhrəmanov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda təkrar rüşvət alma), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrikçilik), 29, 178.2 (öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluğa cəhd etmə) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan edilib, Məharət Mustafayev və Əli Rüstəmli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Razin Qəhrəmanov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

  • Вилаят Эйвазов произвел кадровую перестановку

    Приказом министра внутренних дел Азербайджана генерал-полковника Вилаята Эйвазова полковник-лейтенант Джовдат Мамедов освобожден от должности начальника 24-го отделения полиции Низаминского РУП Баку.

    Другим приказом министра он назначен руководителем 6-го отделения полиции Бинагадинского РУП столицы.