Month: August 2020

  • Vilayət Eyvazov bölmə rəisini işdən çıxartdı

    Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

    Unikal.org-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis polkovnik-leytenantı Məmmədov Cövdət Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi vəzifəsindən azad olunub.

    Nazirin digər əmri ilə, o, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin rəisi vəzifəsinə təyin olunub.

  • Dini mərasim keçirmək adı ilə ictimai qaydanı pozmağa cəhd edənlər həbs olundular

    Astara Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman bir neçə şəxsin edilən xəbərdarlıqlara rəğmən “Aşura” mərasimi keçirmək adı ilə məscidə daxil olmaq istədiyini aşkarlayıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polisin qanuni tələblərinə tabe olmayan və ictimai qaydanı pozmağa cəhd edən həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.

    Onların Astara rayonunun Ərçivan qəsəbə sakinləri İ.Şükürov və N.Məmmədov, Süparibağ kənd sakinləri V.Mikayılov və Ş.Abdullayev olduqları müəyyən edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə onlar inzibati qaydada həbs olunublar.

  • Обнародованы возрастные группы инфицированных коронавирусом в Азербайджане

    В Азербайджане больше всего инфицированных коронавирусом (COVID-19) среди лиц в возрасте 50-59 лет, что составляет 21% от общего числа.

    Об этом свидетельствует статистика, опубликованная на сайте Кoronavirusinfo.az.

    Доля заболевших среди граждан возрастной категории 0-9 лет составляет 5%, 10-19 – 6%, 20-29 – 14%, 30-39 – 18%, 40-49 – 15%, 60-69 – 16%, 70-79 – 4%, старше 80 – 2%.

  • Azərbaycanda koronavirusa yoluxanların yaş qrupu açıqlandı – RƏSMİ

    Azərbaycanda koronavirusa ən çox 50-59 yaş qrupuna aid şəxslərin yoluxduğu müəyyən edilib.

    Bu barədə məlumat koronavirusinfo.az saytında dərc edilib.

    Aparılan statistika nəticəsində ölkədə koronavirusa yoluxanların yaş qruplarına görə bölgüsü aşağıdakı kimi qeydə alınıb:

    Azərbaycanda koronasvirusa – 0-9 yaş arası 5%, 10-19 yaş arası 6%, 20-29 yaş arası 14%, 30-39 yaş arası 18%, 40-49 yaş arası 15%, 50-59 yaş arası 21%, 60-69 yaş arası 16%, 70-79 yaş arası 4%, 80 yaşdan yuxarı isə 2% yoluxma halları baş verib.

    Qeyd edək ki, ölkədə koronavirusa yoluxanların 54%-ni qadınlar, 46%-ni isə kişilər təşkil edir.

  • Азербайджанцев массово депортируют из Германии

    Азербайджанцев массово депортируют из Германии.

    3 сентября будет выполнен чартерный рейс из аэропорта Дюссельдорфа, сообщает BakuPost.

    В соответствии с соглашением о реадмиссии около 50 азербайджанцев, которым было отказано в получении статуса беженца, будут возвращены в Азербайджан.

  • Azərbaycanlılar Almaniyadan kütləvi deportasiya edilir

    Azərbaycanlılar Almaniyadan kütləvi deportasiya ediləcək.

    BakuPost xəbər verir ki, sentyabrın 3-ü Düsseldorf Hava Limanından çarter reysi baş tutacaq.

    Almaniyada qaçqın statusu üçün müraciət etmiş və müraciətlərinə rədd cavabı veriləndən sonra orada qanunsuz yaşayan 50-yə yaxın azərbaycanlı readmissiya sazişinə uyğun olaraq ölkəyə qaytarılacaq.

  • Азербайджанская община Нагорного Карабаха распространила заявление в связи с годовщиной оккупации Губадлы

    Азербайджанская община Нагорно-Карабахского региона Азербайджана выступила с заявлением в связи с 27-й годовщиной оккупации ВС Армении Губадлинского района.

    В заявлении говорится, что Губадлинский район был оккупирован армянами 31 августа 1993 года. В результате 238 жителей Губадлы стали шехидами, 316 – инвалидами, более 100 человек пропали без вести. Административный центр и 93 села района были полностью разграблены и разрушены, более 40 тысяч жителей Губадлы стали вынужденными переселенцами.

    В целом, в результате оккупации района армянами было разрушено 6 988 жилых домов, 1 080 объектов сельского хозяйства, 32 учреждения связи, 86 – здравоохранения, 180 культуры, 6 промышленных предприятий, 650 км автомобильных дорог, 9 мостов, 2 водохранилища, 150 км магистральной водопроводной линии, 4 830 км электрических линий, 165 км магистральной газопроводной линии, 146 зданий управлений, предприятий, 18 мельниц, 4 гидронасосные станции, 120 электрических подстанций и трансформаторов, 13 365 га лесных угодий остались под оккупацией.

    Армяне разграбили также Губадлинский историко-краеведческий музей, в котором хранилось свыше 5 тысяч очень редких экспонатов. В настоящее время под оккупацией находятся святилище “Гавур дяряси”, относящееся к IV веку, памятники “Галалы” и “Гейгала”, относящиеся к V веку, построенная в XIV веке “Демирчиляр тюрбеси”, мосты Гаджи Бедел, Лалезар, а также другие исторические памятники в селах Эйин, Юсифбейли, Сейтас, Гарагаджлы, Ходжамсахлы.

    “Усиление в последние годы Арменией политики незаконного расселения на оккупированных азербайджанских землях, включая Губадлы, показывает, что РА намерена и дальше держать наши территории под оккупацией, а также не заинтересована в мирном урегулировании конфликта.

    Заявляем, что урегулирование конфликта возможно только после вывода вооруженных сил Армении со всех оккупированных азербайджанских территорий и возвращения на родные земли азербайджанцев, подвергшихся этнической чистке.

    Как и все вынужденные переселенцы, губадлинцы вернутся на свои родные земли”, – отмечается в заявлении.

  • Dağlıq Qarabağın azərbaycanlı icmasından Qubadlının işğalının 27-ci ildönümü ilə bağlı BƏYANAT

    Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

    Bəyanatda deyilir:

    “1993-cü ilin 31 avqust tarixində Azərbaycan Respublikasının Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Ermənistanın təcavüzü nəticəsində 238 Qubadlı sakini şəhid olub, 316 nəfər əlil, 100-dən çox insan isə itkin düşüb. İşğal nəticəsində rayonun inzibati mərkəzi və 93 kəndi tamamilə dağıdılaraq talan edilib, 40 mindən çox Qubadlı sakini məcburi köçkünə çevrilib.

    Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, dörd tibb ocağı, altı uşaq bağçası, 61 ümumi təhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, bir tarix-diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb, talan ediblər. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində doqquz, Əliquluuşağı kəndində beş, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid bir qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda Qalalı qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.

    Ermənistanın münaqişənin əvvəlində iddia etdiyi əzəli torpaqlarımız olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən Qubadlı rayonu da daxil olmaqla ətraf yeddi rayonu işğal etməsi, münaqişənin məhz Ermənistanın Azərbaycan ərazilərini güc yolu ilə ilhaq etmək niyyətindən qaynaqlandığını sübut edir. Son illərdə Ermənistan tərəfindən Qubadlı da daxil olmaqla, işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma siyasətinin daha da gücləndirilməsi onu göstərir ki, Ermənistan ərazilərimizi işğal altında saxlamaq və işğalın nəticələrini möhkəmləndirmək niyyətindən əl çəkməyib və münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.

    Bəyan edirik ki, münaqişənin həlli yalnız Ermənistan Silahlı Qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma torpaqlarına qayıdışından sonra mümkündür. Bütün məcburi köçkünlər kimi qubadlılar da öz doğma torpaqlarına geri dönəcəklər”.

  • Джалал Исаев: В школах риск инфицирования COVID-19 может значительно возрасти

    Важно контролировать использование школьниками медицинских масок.

    Как передаёт Median.Az, об этом oxu.az  заявил главный инфекционист Министерства здравоохранения Азербайджана Джалал Исаев.

    По его словам, было бы лучше, если все школьники, независимо от возраста, носили бы маски.

    “Как вы знаете, школы являются закрытым пространством, и риск распространения заболевания там довольно высокий. Если ВОЗ рекомендует использовать маски, значит это важно. Необходимо принять меры, чтобы дети привыкли. Над этим должны работать родители и учителя”, – сказал врач.

    Дж.Исаев также высказался о возможных случаях массового заражения коронавирусом в школах.

    “Это сложно предсказать. Да, риск есть, но все зависит от того, насколько ответственно люди относятся к соблюдению правил и рекомендаций. Тяжело во время занятий сидеть в медицинской маске, но это необходимо”, – сказал он.

    Отметим, что в Азербайджане с 15 сентября на определенных условиях и с учетом эпидемиологической ситуации возобновится образовательный и учебно-воспитательный процесс.

  • Cəlal İsayev: “Məktəblərdə yoluxma riski qat-qat çox ola bilər”

    Məktəblərdə də uşaqların maskadan istifadəsinə nəzarət etmək çox vacibdir.

    Bu sözləri açıqlamasında Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, yaşından asılı olmayaraq hər bir məktəblinin maska taxması gözəl olardı:

    “Bilirsiniz ki, məktəblər də qapalı məkandır və belə yerlərdə xəstəliyin yayılma riski qat-qat çoxdur. Camaat 12 yaşında gedib kəşflər edir. ÜST tövsiyə edirsə, maskanı taxmaq vacibdir. Uşaqların bu vərdişlərə yiyələnməsi üçün lazımi tədbirlər də görülməlidir. Valideynlər, müəllimlər bu sahədə işləməlidir. Bu gün şahidi oluram ki, bəzi marketlərdə nə işçilər, nə də müştərilər maskalardan istifadə etmir. Təəssüf ki, onlara irad bildirdikdən sonra qaydalara riayət etməyə başladılar”.

    C.İsayev məktəblərdə kütləvi yoluxma hallarının baş verə biləcəyi ilə bağlı məqama da aydınlıq gətirib:

    “Bunu proqnozlaşdırmaq çətindir. Düzdür, qapalı məkanlar olduğu üçün risk var. Amma bu, insanların qaydalara, tövsiyələrə əməl etməsindən asılıdır. Doğrudur, məktəbdə dərs saatlarında maskada oturmaq çətindir, amma bütün hallarda qaydalara əməl edilməlidir”.

    Xatırladaq ki, Azərbaycanda sentyabrın 15-dən təhsil və təlim prosesi bərpa olunacaq. Bu, müəyyən şərtlər daxilində və ölkədəki epidemioloji vəziyyət nəzərə alınmaqla təşkil ediləcək.