Month: August 2020

  • Ильхам Алиев наградил Вагита Алекперова орденом “Достлуг” – ОБНОВЛЕНО

    Президент Азербайджана Ильхам Алиев наградил главу нефтяной компании “ЛУКОЙЛ” Вагита Алекперова орденом “Достлуг”.

    Распоряжение о награждении глава государства подписал 31 августа.

    Вагит Юсуфович Алекперов награжден орденом “Достлуг” за особые заслуги в развитии взаимных связей между АР и РФ.

    Текст документа опубликован АЗЕРТАДЖ.

    * * * * *

    Президент Азербайджана Ильхам Алиев 31 августа поздравил главу нефтяной компании “ЛУКОЙЛ” Вагита Алекперова с днем рождения.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Сердечно поздравляю Вас со знаменательным юбилеем – 70-летием со дня рождения.

    Благодаря Вашему профессионализму и организаторскому таланту “ЛУКОЙЛ” сегодня является одной из крупнейших нефтегазовых компаний в мире.

    Многолетняя плодотворная деятельность компании “ЛУКОЙЛ” в нашей стране вносит важный вклад в расширение азербайджано-российского экономического взаимодействия, способствуя тем самым развитию и укреплению дружественных отношений между Азербайджанской Республикой и Российской Федерацией.

    Желаю Вам долгих лет жизни, крепкого здоровья, благополучия и новых успехов”.

  • İlham Əliyev Vahid Ələkbərovu təltif etdi – YENİLƏNİB

    Prezident İlham Əliyev Vahid Yusifoviç Ələkbərovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Bununla bağlı AZƏRTAC xəbər yayıb.

    Bildirilib ki, V.Ələkbərov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.

    * * * * *

    Azərbaycan Prezidenti İlham Əliyev “LUKOYL” neft şirkətinin prezidenti Vahid Ələkbərova təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli Vahid Yusuf oğlu,

    Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

    Sizin peşəkarlığınız və təşkilatçılıq istedadınız sayəsində bu gün “LUKOYL” dünyada ən iri neft-qaz şirkətlərindən biridir.

    “LUKOYL” şirkətinin bizim ölkəmizdə çoxillik səmərəli fəaliyyəti Azərbaycan-Rusiya qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsinə mühüm töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə şərait yaradır.

    Sizə uzun ömür, möhkəm cansağlığı, firavanlıq və yeni uğurlar arzu edirəm”.

  • Bakıda kişi 30 il görmədiyi arvadından boşandı

    Bakıda 30 il öncə ailə həyatı quran kişi ötən ilin dekabr ayında boşanmaq üçün məhkəməyə müraciət edib.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, R. Həsənov Nəsimi rayon məhkəməsinə müraciət edərək bildirib ki, 1990-cı ildə N. Aşumova ilə nikaha daxil olub:

    “Ailə qurduğumuz ilk vaxtlar münasibətimiz normal olsa da, sonradan pozuldu, xasiyyətimiz uyğun gəlmədi. Bir il yarım birlikdə yaşadıq, daha sonra o çıxıb getdi. O vaxtdan onu görməmişəm, harada olduğunu da bilmirəm. Artıq ailəmiz dağılıb, bərpasına ümid yoxdur. Övladımız da olmadı. Nikahımız da formal xarakter daşıyır, saxlanılmasına lüzum yoxdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam”.

    İddiaçı R. Həsənov məhkəmə prosesində iştirak etsə də, arvadı N. Aşumovaya iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməyib.

    Məhkəmə onlar arasında nikahın pozulmasına qərar verib.

  • Prezident: “Azərbaycan peyvəndi əldə edən birinci ölkələr sırasında olacaq”

    Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edib.

    AZƏRTAC dövlətimizin başçısının hospitalın açılışındakı çıxışından bəzi məqamları təqdim edir.

    “Biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri aparılandan, beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik. Ondan sonra ümid edirəm demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb”.

    “Hazırda ölkəmizdə hər gün 100-dən 200-ə qədər insan yoluxur. Əvvəlki aylarla müqayisədə bu, əlbəttə ki, daha yaxşı nəticədir. Ancaq vəziyyəti daim nəzarət altında saxlamaq üçün gündəlik monitorinq aparılır və aparılacaqdır. Eyni zamanda, yumşalma addımları elə atılmalıdır ki, xəstələrin sayı kəskin artmasın. Bu, əsas məsələdir və burada biz əlbəttə ki, öz addımlarımızı çox ehtiyatla atacağıq”.

  • İlham Əliyev: “Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub”

    Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edib.

    AZƏRTAC dövlətimizin başçısının hospitalın açılışındakı çıxışından bəzi məqamları təqdim edir.

    “Pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərmişdir. Bu təsirin fəsadlarını azaltmaq üçün praktiki addımlar atılır. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar – bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib. Bu, bir daha onu göstərir ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir”.

    “Pandemiyanın ilk günlərindən demişdim ki, bizim üçün insanların sağlamlığı prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik. Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də labüd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Ümumi dünyada mövcud olan mənzərəni nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir”.

  • Азербайджанские танкисты вышли в полуфинал конкурса “Танковый биатлон” – ВИДЕО

    Азербайджанские танкисты, участвующие в конкурсе “Танковый биатлон”, который проходит в рамках Армейских международных игр – 2020 в России, на следующий день соревнований приняли участие в этапе “Индивидуальная гонка”, сообщает пресс-служба Минобороны АР.

    В своей группе азербайджанские танкисты продемонстрировали индивидуальное мастерство в соревнованиях с участниками из Китая, Беларуси и Сербии.

    Согласно условиям конкурса, наши танкисты точным огнем уничтожили три цели и, преодолев расстояние по маршруту за короткое время, вышли в полуфинал.

  • Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə yüksəlib – VİDEO

    “Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tank heyəti yarışların növbəti günündə “Fərdi sürücülük” mərhələsində iştirak edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan tankçıları yer aldıqları qrupda Çin, Belarus və Serbiya tankçıları ilə yarışlarda fərdi ustalıqlarını nümayiş etdiriblər.

    Tankçılarımız müsabiqənin şərtlərinə əsasən sərrast atəşlə 3 hədəfi məhv edib və marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə keçərək yarımfinal mərhələsinə yüksəliblər.

  • Prezident: “Son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir”

    Xəbər verdiyimiz kimi, avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edib.

    AZƏRTAC dövlətimizin başçısının hospitalın açılışındakı çıxışından bəzi məqamları təqdim edir.

    “Pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir. Prinsip etibarilə, səhiyyə sistemində çalışan insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir və həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı olub”.

    “Görülən bütün işlər öz səmərəsini verir. Təsadüfi deyil ki, son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir. Biz müsbət dinamikanı görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaq”.

    “Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk günlərdən sıx təmasda idik. Bu gün də bu təmaslar davam edir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir və Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Bu, həqiqətən də belədir. Yəni, görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi, bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır. Ona görə bu gün də bu təmaslar davam edir və əminəm ki, birgə səylərlə biz bu məsələni – COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik”.

  • Azərbaycanda qəribə hadisə: Oğurladığı maşını evakuatorla geri qaytardı

    İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Qalacıq kənd sakini E.Əhmədov ona məxsus “VAZ 2106” markalı avtomobilin qarajdan oğurlandığını və daha sonra küçədə aşkar etdiyini bildirib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirildikdən sonra o, sahibinə qaytarılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlayan şəxsin zərərçəkmişin qonşusu, Qalacıq kənd sakini Əziz Şıxıyev olduğu müəyyən edilib.

    O, şübhəli şəxs qismində saxlanılaraq, Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı Ə.Şıxıyevin avtomobili oğurlayaraq, Qəbələ rayonu Vəndam qəsəbəsi istiqamətində hərəkətdə olan zaman nasazlıq səbəbindən onu sürə bilməmiş və həmin zaman oradan keçən evakuator avtomaşını ilə onu Qalacıq kəndi ərazisinə gətirib, daha sonra qaçaraq oradan uzaqlaşıb.

    Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.

  • Azərbaycandan başqa, daha altı komanda Avroliqada olmayacaq

    Çimərlik futbolu üzrə builki Avroliqanın Superfinalında pandemiya ilə əlaqədar Azərbaycan millisi ilə birgə yeddi komanda iştirak etməyəcək.

    Beynəlxalq Çimərlik Futbolu Federasiyasının saytı xəbər verir ki, Portuqaliyanın Nazare şəhərində 1-6 sentyabrda keçirilməsi planlaşdırılmış yarış altı gün yox, beş gün davam edəcək.

    Buna səbəb Azərbaycan, Rusiya, İtaliya, İspaniya, Belarus, Polşa və Türkiyə millilərinin yarışa gələ bilməməsi olub. 2-6 sentyabrda keçiriləcək yarışda isə cəmi beş komanda – Ukrayna, Almaniya, Fransa, Portuqaliya və İsveçrə mübarizə aparacaq. Yarış dairəvi sistemlə keçiriləcək.

    Qeyd edək ki, pandemiyaya görə A Divizionunun və qadınların Avroliqa Superfinalı ləğv olunub.