Month: August 2020

  • “Xınayaxdı” keçirənlər saxlanıldı – FOTO

    Astara rayon Polis Şöbəsinə rayonun Şahağacı kəndində yaşayan İ.Nuriyevin karantin rejiminin qaydalarını pozaraq qızına “xınayaxdı” mərasimi keçirməsi barədə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər və 40 nəfərlik məclisin keçirilməsinin qarşısı alınıb. Həmin şəxslərlə profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Məclisdə iştirak edən bir neçə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

    Məclisin təşkilatçısı İ.Nuriyev və onun qudası Lənkəran sakini M.Allahverdiyev barəsində toplanmış materiallar baxılması üçün Rayon Məhkəməsinə göndərilib.



  • Bakıda karantin rejimi qaydalarını pozan ictimai iaşə obyektləri aşkarlanıb – FOTO

    Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb.

    Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi, 12-ci, 13-cü və 14-cü polis bölmələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər zamanı Ramana qəsəbəsindəki üç kafedə 19 nəfər, Sabunçu qəsəbəsi şəhər şosesində yerləşən digər kafedə yeddi nəfər, Bakıxanov qəsəbəsində bir restoranda 11 nəfər müəyyən olunub.

    Restoran və kafelərdə sanitar-epidemioloji normaları pozan 37 nəfər müvafiq polis bölmələrinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.

    Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin rəhbərləri və xidmət personalı zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıblar.
    İctimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət davam etdirilir.




  • Bakıda gizli fəaliyyət göstərən idman zalı aşkarlandı – FOTO

    Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan idman zalı aşkarlanıb.

    Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Mircəlal küçəsində yerləşən idman-məşq zalında doqquz nəfər müəyyən olunub.

    Sanitar-epidemioloji normaları pozan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

    İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib edilib.

  • Назначен директор Республиканской нейрохирургической больницы

    В Республиканскую нейрохирургическую больницу назначен новый директор.

    В соответствии с приказом председателя Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Рамина Байрамлы, им стал Фархад Гасанов.

    Ранее эту должность занимал Кабус Дадашов.

    В TƏBİB Oxu.Az подтвердили эту информацию.

  • Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

    Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni direktor təyin olunub.

    Bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Fərhad Həsənov bu vəzifəyə təyinat alıb. F.Həsənov avqustun 7-dən vəzifəsinin icrasına başlayıb.

    Bundan əvvəl müvafiq vəzifəni Kabus Dadaşov icra edib.

    TƏBİB-dən faktı Oxu.Az-a təsdiq ediblər.

  • Azərbaycanda qadın narkotacir tutuldu

    Biləsuvar rayonunda biri qadın olmaqla, iki narkotacir saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakinləri G.Həsənova və R.Yəhyayev sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobildə saxlanılıblar.

    Şəxsi axtarış zamanı onlardan üç ədəd bağlamada ümumi çəkisi 1 kiloqram 847 qram narkotik vasitə heroin və bir bağlamada 67 qram psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

    Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

  • Позиция Азербайджана в рейтинге УЕФА вновь изменилась – ФОТО

    Азербайджан вновь опустился в рейтинге УЕФА.

    На это повлияли результаты вчерашних матчей первого квалификационного раунда Лиги чемпионов.

    Наша страна, которая днем ранее поднялась в рейтинге на две позиции благодаря победе “Карабаха”, вновь опустилась на 26-ю строчку.

  • Azərbaycan reytinqdə öz yerinə qayıtdı – FOTO

    Azərbaycan yenidən UEFA reytinqində geriləyib.

    Dünən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçirilən görüşlərin nəticələri Azərbaycanın reytinqindəki mövqeyinə də təsir edib.

    Bir gün əvvəl “Qarabağ” klubunun qələbəsi ilə iki pillə irəliləmiş Azərbaycan yenidən 26-cı sıraya düşüb.

  • В Азербайджане проводятся очередные экзамены по приему на работу учителей

    В Азербайджане продолжается тестовый этап конкурса по приему на работу учителей.

    Как сообщили в Министерстве образования, 20 августа пройдут экзамены по азербайджанскому языку и музыке.

    Ожидается, что в них примут участие 2 282 кандидата.

    Тестирование организовано в 17 городах и районах республики.

    Участникам будет предложено выполнить 40 заданий по специальности и 20 – по методике обучения.

  • Müəllimlərin işə qəbulu üzrə növbəti imtahanlar keçirilir

    Avqustun 20-də Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, imtahanlarda 2282 namizədin iştirakı nəzərdə tutulub.

    Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla, ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir.

    Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.