Month: August 2020

  • Göyçayda yaşayış binasında uçqun olub, xəsarət alanlar var

    Göyçayda yaşayış binasında uçqun olub.

    APA-nın məlumatına görə, hadisə rayonun Əli Kərim küçəsi bina 2/1, mənzil 18 ünvanında qeydə alınıb.

    Binanın birinci mərtəbəsindəki pilləkənin uçması nəticəsində orada olan, 1951-ci il təvəllüdlü Eyvaz Şamilov və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Fəridə Şamilova zirzəmiyə düşüblər.

    Xəsarət alan ər-arvad xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ильхам Алиев выделил средства на ликвидацию последствий землетрясения в Агсуинском и Шамахинском районах

    Президент Азербайджана Ильхам Алиев 20 августа подписал распоряжение о дополнительных мерах по продолжению работ по ликвидации последствий землетрясения в Агсуинском и Шамахинском районах.

    Согласно документу, для продолжения работ по устранению ущерба, нанесенного произошедшим землетрясением жилым домам в Агсуинском и Шамахинском районах, из предусмотренного в государственном бюджете Азербайджанской Республики на 2020 год резервного фонда Президента исполнительным властям указанных районов выделяется по 3 000 000 манатов.

    Министерству финансов поручено обеспечить финансирование в сумме, указанной в настоящем распоряжении, Кабинету министров – решить вытекающие из него вопросы.

  • Prezident evlərin təmirinə altı milyon manat ayırdı – SƏRƏNCAM

    Prezident İlham Əliyev Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, zəlzələlər nəticəsində Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu və Şamaxı rayon icra hakimiyyətlərinin hər birinə 3,0 (üç) milyon manat ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

    Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • ARB-də ixtisarlarla bağlı rəsmi mövqe

    “Son zamanlar bəzi xəbər saytlarında ARB telekanalında ixtisarlar olması barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, bu, reallığı əks etdirmir”.

    APA-ya açıqlamasında ARB telekanalının mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib.

    Bildirilib ki, pandemiya başlamazdan əvvəl 2020-ci ilin yanvar ayında ARB24 MMC-nin tərkibindəki ARB və ARB24 telekanallarında 344 nəfər əmək müqaviləsi ilə çalışırdısa, hazırda bu rəqəm 341-dir:

    “Yanvardan indiyədək bir neçə əməkdaş işdən çıxıb, eləcə də yeniləri işə götürülüb. Bu, təbii haldır. Bütün telekanallarda cari mövsüm bitəndə reytinqi aşağı olan bəzi layihələr dayandırılır, növbəti mövsüm üçün yeni layihələr hazırlanır. Buna görə də yeni mövsümlə əlaqədar bəzi əməkdaşların işdən çıxması və yenilərinin işə götürülməsi baş verir. Bildirmək istəyirik ki, qarşıdakı televiziya mövsümündə 20-dən çox yeni əməkdaşın işə götürülməsi nəzərdə tutulur. Buna görə də pandemiya dövründə ARB telekanalında guya ixtisarların olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir və spekulyasiya xarakteri daşıyır”.

    O. İbrahimli həmçinin qeyd edib ki, aparıcı Rövşanə Ağasəfqızının ittihamına gəlincə, hələ bu ilin əvvəlində ona verilişin baxımlılıq səviyyəsinin aşağı olması ilə bağlı xəbərdarlıq edilib: “Rövşanəyə verilişin keyfiyyətinin artırılması və yeniliklər edilməsi ilə bağlı xəbərdarlıq olunub. Lakin o, tələbləri yerinə yetirməyib və verilişin səviyyəsini artırmağa nail ola bilməyib. Buna görə də yeni mövsümdə layihənin davam etdirilməsi məqsədəuyğun hesab edilməyib. Bundan sonra R. Ağasəfqızına başqa veriliş təklif olunub, lakin o, bundan imtina edib. Bu səbəbdən onunla əmək müqaviləsinin uzadılmamasına qərar verilib. R. Ağasəfqızına bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq”.

    ARB telekanalının reytinqinin aşağı olması ilə bağlı səsləndirilən iddiaya gəlincə, Ozal İbrahimli bildirib ki, 2016-2017-ci il mövsümündə telekanalın ümumi reytinqi 2.18% idisə, 2019-2020-ci il mövsümündə bu rəqəm 7.47% olub:

    “Göründüyü kimi, ilk mövsümlə müqayisədə hazırda reytinq 3.4 dəfədən çox artıb. 2019-2020-ci il mövsümünün nəticələrinə görə, ARB ölkə telekanalları arasında reytinqinə görə üçüncü olub”, – deyə o əlavə edib.

  • Dondurulmuş qidadan koronavirusa yoluxma riski ilə bağlı XƏBƏRDARLIQ – VİDEO

    Soyuq depolar və ət kəsim mərkəzləri koronavirusun yayılması üçün əlverişli mühit yaradır.

    “HaberGlobal”ın məlumatına görə bu barədə mütəxəssislər xəbərdarlıq ediblər.

    Honkonq Universitetinin Biostatistik və Epidemiologiya bölməsinin rəhbəri Benjamin Koulinq virusun dondurulduqda belə ölmədiyini bildirib. Onun sözlərinə görə, bu hal infeksiyanın donmuş qidalar vasitəsi ilə yayıla bilməsinin mümkünlüyünü göstərir.

    Bununla belə, mütəxəssis bu yolla koronavirusa yoluxma ehtimalının az olduğunu bildirib.

    “Qidanın donu açıldıqdan sonra kiminsə əlinə dəyməli və həmin adam da əlini burnuna və ağzına aparmalıdır ki, yoluxma baş versin. Düşünürəm ki, bu yolla yoluxma ehtimalı azdır, ancaq mümkündür”, – deyə o, əlavə edib.

    Yeri gəlmişkən qeyd edək ki, Braziliya və Ekvadordan Çinə idxal edilən bəzi dondurulmuş qida məhsullarında COVID-19 təsbit edilib. Bununla əlaqədar olaraq Pekin bəzi məhsulların ölkəyə idxalını dayandırıb.

  • Apellyasiya mərhələsinə start verilir

    Avqustun 21-dən müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri üçün qeydiyyat başlanılır.

    Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, həmin şəxslər 24 avqust, saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq, apellyasiya müraciətlərini təsdiq edə bilərlər.

    Namizədlərin apellyasiya müraciətlərinə baxılması məqsədilə təkrar onlayn müsahibələr keçiriləcək. Apellyasiya müraciətini təsdiq edən namizədlərin şəxsi səhifəsinə keçiriləcək onlayn müsahibənin vaxtı barədə məlumat göndəriləcək.

    Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə 4-20 may 2020-ci il tarixləri aralığında, eyni zamanda, 10 iyul 2020-ci ildə onlayn müsahibələr keçirilib.

  • Кямран Алиев произвел новые назначения

    В органах прокуратуры произведены кадровые изменения.

    Приказом генпрокурора Кямрана Алиева военный прокурор Карабаха Фарид Шукюров освобожден от занимаемой должности и назначен военным прокурором города Баку.

    Другим приказом главы надзорного ведомства новым военным прокурором Карабаха стал Сурхай Гусейнов.

  • Kamran Əliyevdən yeni TƏYİNATLAR

    Prokurorluq orqanlarında yeni təyinatlar olub.

    Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

    Əmrə əsasən, Qarabağ hərbi prokuroru Şükürov Fərid Əli oğlu tutduğu vəzifədən azad edilərək, Bakı şəhər hərbi prokuroru vəzifəsinə təyinat alıb.

    Baş prokurorun digər əmri ilə Fərid Şükürovun yerinə isə Qarabağ hərbi prokuror vəzifəsinə Surxay Hüseynov təyin edilib.

  • Ранее судимый житель Баку задержан с крупной партией героина

    В результате оперативных мероприятий, проведенных сотрудниками отдела по борьбе с наркотиками Управления полиции Низаминского района Баку, задержан житель столицы Игбал Гахраманов (1968 г.р.), ранее судимый по статьям 126.1 (умышленное причинение тяжкого вреда здоровью), 181 (разбой), 186 (умышленное уничтожение или повреждение имущества), 221 (хулиганство) и 228 (незаконное хранение оружия) Уголовного кодекса АР.

    Об этом сообщает Trend.

    В ходе личного досмотра у него было обнаружено и изъято 520,542 г героина.

    По данному факту проводится расследование.

  • Bakıda əməliyyat: Dəfələrlə məhkum olunmuş şəxs külli miqdarda heroinlə tutuldu

    Bakıda narkotik alverçilərinə qarşı əməliyyat keçirilib.

    Trend-in məlumatına görə, Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin 126.1-ci ( qəsdən sağlamlığa ağır zərər vurma), 181-ci (quldurluq), 186-cı (əmlakı qəsdən məhv etmə və zədələmə), 221-ci (xuliqanlıq) və 228-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə məhkum olunmuş Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü İqbal Qəhrəmanov saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 520, 542 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

    Xəzər rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi və 1-ci polis bölməsinin əməkdaşları isə Bakı şəhər sakinləri Müxtar Babayevdən 0,332 qram, əvvəllər məhkum olunmuş Ramil Əliyevdən isə 378 qram narkotik maddə olan heroin aşkar edilib.