Month: August 2020

  • Стало известно имя еще одного подозреваемого в убийстве “Лоту Гули” – ВИДЕО

    По подозрению в убийстве криминального авторитета Надира Салифова, известного как “Лоту Гули”, в турецком городе Денизли задержаны два человека – 26-летний Амир Гамидли и 25-летний Хан Зейналов.

    Об этом сообщает агентство DHA.

    По его данным, получив информацию о том, что подозреваемые в убийстве Н.Салифова прибыли в Денизли, правоохранительные органы провели операцию и задержали их.

    “Лоту Гули” был убит в турецком городе Анталья.

  • “Lotu Quli”nin qətlində şübhəli bilinən daha bir nəfərin adı məlum oldu – VİDEO

    Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun qətlində şübhəli bilinən iki nəfər – 26 yaşlı Əmir Həmidli və 25 yaşlı Xan Zeynalov Dənizlidə saxlanılıb.

    Bu barədə “Demirören Haber Ajansı” (DHA) məlumat yayıb.

    N.Səlifovun qətlində şübhəli bilinən şəxslərin Dənizli şəhərinə gəldiyini öyrənən hüquq-mühafizə orqanları əməliyyat keçirərək, hər iki şəxsi yaxalayıblar.

    Qeyd edək ki, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində şam etdiyi zaman yaxınları tərəfindən sui-qəsdə məruz qalıb.

    O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

  • ÜST rəsmisi karantin rejiminə nəzarətdən danışdı

    “Azərbaycanda regionlar koronavirusa yoluxma sayına görə rəng olaraq fərqləndirilib. Bu səbəbdən yüksək riskli hesab olunan regionlarda karantin qaydalarına nəzarət nisbətən ciddi aparılır”.

    Bu barədə Oxu.Az-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı açıqlama verib.

    H.Harmancının sözlərinə görə, belə tədbirlərin görülməsi doğru addım hesab olunur:

    “Regionların rəng sisteminə bölünməsi, həmin bölgələrdə daha sərt karantin tədbirlərinin tətbiqi müsbət nəticələr verir. ÜST belə tədbirlərin görülməsini dəstəkləyir”.

  • Miqrasiya Xidmətinin əcnəbilərə MÜRACİƏTİ

    Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

    Qurumdan bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, Azərbaycan Respublikasının vətəndaşlığından çıxma və vətəndaşlığa bərpa ilə bağlı əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikası vətəndaşlarının müraciətləri bu gündən etibarən həftənin I-V günləri saat 09:00-dan 18:00-dək (13:00-dan 14:00-dək nahar fasiləsi) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin mərkəzi aparatında və regional miqrasiya idarələrinin (Bakı şəhər regional miqrasiya idarəsi istisna olmaqla) inzibati binalarında qəbul ediləcək.

  • Ханде Харманджи об уровне инфицирования коронавирусом в Азербайджане – ЗАЯВЛЕНИЕ

    В Азербайджане фиксируется значительное сокращение числа случаев заражения коронавирусом.

    Об этом Oxu.Az сказала глава азербайджанского представительства Всемирной организации здравоохранения (ВОЗ) Ханде Харманджи.

    По ее словам, уровень инфицирования удалось снизить благодаря принятию превентивных мер.

    “Во время длившейся месяцами пандемии некоторые страны следовали рекомендациям ВОЗ, и там заболеваемость коронавирусом пошла на спад. В государствах, где этому не уделяется должного внимания, наблюдается обратная картина. Сегодня в Азербайджане зафиксировано значительное снижение числа случаев заражения коронавирусом”, – сказала она.

    По словам Х.Харманджи, пандемия оказала негативное влияние на образ жизни людей и экономическую ситуацию во всех странах.

    Кенуль Джафарли

  • Hande Harmancıdan Azərbaycanda koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA

    “Azərbaycanda koronavirusa yoluxma sayında ciddi azalma müşahidə edilir”.

    Bu barədə Oxu.Az-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı açıqlama verib.

    O bildirib ki, aylardır davam edən koronavirus pandemiyası ilə bağlı bir çox ölkələrdə qabaqlayıcı tədbirlərin nəticəsi olaraq yoluxma saylarında azalmalar qeydə alınıb:

    “Aylardır davam edən pandemiya dövründə bəzi ölkələr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əməl etdilər. Nəticədə, ictimai səhiyyənin bütün dünya ölkələrində müsbət təsir etdiyi məlum oldu.

    Qabaqlayıcı tədbirlərin tətbiq edildiyi ölkələrdə virusa yoluxma və ölüm sayları azaldı, laqeyd yanaşılan ölkələrdə isə rəqəmlərdə artım özünü göstərdi. Bu gün Azərbaycanda da koronavirusa yoluxma sayında ciddi azalma qeydə alınıb”.

    H.Harmancı ictimai səhiyyə dedikdə, sosial məsafənin gözlənilməsi, qoruyucu maskalardan və dezinfeksiya üsullarından istifadənin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

    “Virus bütün ölkələrdə insanların həyat tərzinə və ölkələrin iqtisadi vəziyyətinə ciddi ziyan vurub”, – deyən H.Harmancı xəstəliklə mübarizədə bütün ölkələri diqqətli olmağa çağırıb.

  • Öz ayaqları ilə əcəlinə qaçanlar – VİDEO

    Kiminin rahatlıq axtarışı, kiminin vaxtına qənaət etmək istəyi, kiminin də sadəcə məsuliyyətsizliyi avtomobil yollarının piyadalarla dolmasına gətirib çıxarır. Avtomobillərlə piyadaların nizamlanmayan yerdə perpendikulyar hərəkəti isə nə rahatlıq, nə vaxta qənaət, nə də başqa bir xeyir gətirir. Bu, təhlükədən başqa bir şey deyil.

    ARB TV-nin efirində məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

    Piyada keçidlərinin olmadığı yerlərdə insanları anlamaq olar. Bu cür ərazilərdə təhlükəsizliyi gözləmək şərtilə yolu keçən piyadaya bəlkə də deyiləcək söz yoxdur. Amma başının üstündə və ya ayağının altında olan piyada keçidini qoyub yolun üstü ilə qarşı tərəfə keçmək istəyirsənsə bunun yalnız bir adı var: məsuliyyətsizlik.

    Ətraflı süjeti təqdim edirik:

  • Председатель БТА Вусал Керимли заразился коронавирусом

    Делегация Бакинского транспортного агентства (БТА) отправилась в турецкий город Измир для осмотра 115 новых автобусов, которые будут доставлены в азербайджанскую столицу.

    В соответствии с временными правилами организации пассажироперевозок воздушным транспортом в период пандемии, лица, входящие в ее состав, перед вылетом сдали тест на COVID-19.

    Как сообщили Oxu.Az в БТА, результаты тестов председателя агентства Вусала Керимли и другого члена делегации оказались положительными. Они оба были помещены на карантин, их состояние оценивается как стабильное.

    Учитывая важность приобретения новых автобусов для Баку, поездку не отложили. Сотрудники БТА, результаты тестов которых оказались отрицательными, в настоящее время находятся в Турции.

  • Azərbaycanda yüksək vəzifəli şəxs koronavirusa yoluxdu – RƏSMİ

    Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin COVID-19 testinin nəticəsi pozitiv çıxıb.

    Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

    “Paytaxta gətiriləcək yeni 115 ədəd avtobuslara baxış keçirilməsi üçün Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti Türkiyənin İzmir şəhərinə yola düşüb. Pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalara uyğun olaraq nümayəndə heyətinin üzvləri uçuşdan əvvəl COVID-19 testindən keçiblər.

    Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin və nümayəndə heyətinin digər bir üzvünün test müayinəsinin nəticələri pozitiv çıxıb”, – məlumatda bildirilir.

    “İdarə Heyətinin sədri və digər əməkdaş karantinə alınıb. Zəruri müayinə və müalicə tədbirləri görülür.

    Vüsal Kərimlinin və əməkdaşımızın səhhəti stabildir, hər hansı bir narahatlıq müşahidə olunmur”, – deyərək BNA-dan qeyd ediblər.

  • Pekində yeddi aydan sonra ilk dəfə əhali küçəyə maskasız çıxacaq

    Çinin paytaxtı Pekində yanvar ayından bəri ilk dəfə sakinlərə qoruyucu maska olmadan küçəyə çıxmağa icazə verilib.

    TASS bu barədə ölkənin Kütləvi Xəstəliklərə Qarşı Mübarizə Mərkəzinin yaydığı bəyanata istinadla xəbər verir.

    Bildirilir ki, yad insanlarla çox yaxın olan zaman maskadan istifadə edilməlidir. Təşkilat rəhbərliyi ilə razılaşdırılarsa, stadionlarda və idman salonlarında maska taxmaq istəyə bağlı olacaq.

    Hazırda Pekin xəstəxanalarında yalnız iki koronaviruslu xəstə qalıb. Paytaxtın bütün rayonlarında epidemioloji təhlükənin azalması müşahidə olunur.

    Qeyd edək ki, koronavirus dünyaya 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərindən yayılıb.