Month: August 2020

  • Bakı və Sumqayıtda kafelərdə reyd keçirilib – VİDEO

    Sumqayıt şəhərində fəaliyyətinə icazə verilən kafe və restoranlarda monitorinqlər aparılıb.

    Baku TV xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat nazirliyi, Səhiyyə nazirliyi, Bakı şəhər və yerli icra hakimiyyəti, Bakı Şəhər Baş Polis İdarəsinin məsul əməkdaşları tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə kafe və restoran kimi fəaliyyət göstərən sahibkarlıq subyektlərində reydlərə başlanılıb.

    Monitorinqlər ilkin olaraq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aparılıb.

    Obyekt sahibləri də qoyulan bütün qaydalara əməl etdiklərini və müştəri qəbuluna xüsusiylə diqqət yetirdiklərini bildirirlər.

  • Bakıda qəza tıxac yaratdı – FOTO

    Ziya Bünyadov prospekti Əhməd Rəcəbli küçəsi ilə kəsişmədə yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə hər iki istiqamətdə sıxlıq müşahidə edilir.

    Sıxlıq avtobusların intervalının da uzanmasına səbəb olub.

  • Müdafiə Nazirliyi Serj Sarqsyana cavabını verdi

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın sabiq prezidenti Serj Sarqsyana cavab verib.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bu gün keçirilən mətbuat konfransında çıxış edən Ermənistanın sabiq prezidenti Serj Sarqsyan 2016-cı ilin aprel döyüşləri barədə danışarkən guya Azərbaycan Ordusunun tərkibində Türkiyə və İsraildən hərbi təlimatçıların olması haqqında sərsəm fikir səsləndirib: “Bəllidir ki, məhz Ermənistan silahlı qüvvələrində hərbi xidmətə çağırışçı və səfərbərlik ehtiyatlarının çatışmazlığı səbəbindən xarici ölkələrdən gətirilən muzdluların istifadə edilməsi praktikası geniş tətbiq olunur.

    Aprel döyüşlərindən aldığı zərbənin təsirindən 4 il sonra qismən özünə gələn Serj Sarqsyanın bəraət qazanmaq üçün bu cür cəfəng fikirlər səsləndirməsi heç də təəccüblü deyil. Belə ki, bir tərəfdən Ermənistan ordusunun həmin döyüşlərdəki məğlubiyyətinin fəsadları, digər tərəfdən isə parlament komissiyasının bu uğursuzluqların səbəb və səbəbkarlarını müəyyən edərək onlara ağır cəza vermək çağırışı Serj Sarqsyanı belə bir addım atmağa məcbur edib.
    Bildiririk ki, bu gün Azərbaycan Ordusu ölkəmizdə və dünyanın ən nüfuzlu hərbi təhsil müəssisələrində ixtisaslaşmış peşəkar hərbi qulluqçularla komplektləşdirilmiş və arsenalında ən müasir silah-sursat, hərbi texnikası olan ordudur.

    Serj Sarqsyanın səsləndirdiyi yalan və gülünc fikirlər onun öz tərəfdaşları, erməni ictimaiyyəti qarşısında itən nüfuzunu bərpa etməyə, xüsusilə də parlament komissiyasının qəbul edəcəyi qərarlara təsir etməyə yönələn uğursuz cəhddir. Erməni xalqı bilməlidir ki, Ermənistan ordusunun Aprel döyüşlərindəki alçaldıcı məğlubiyyətinin günahkarı məhz Serj Sarqsyan və onun hərbi-siyasi rejimi olub.

    Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hazırkı hakimiyyətinin törətdiyi hərbi avantüranın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu bundan sonra da düşmənin istənilən təxribatlarının qarşısını almağa qadirdir”.

  • Оскорбивший азербайджанца московский чиновник армянского происхождения уволен – ВИДЕО

    В Москве уволен чиновник армянского происхождения, который допустил незаконные действия в отношении азербайджанца в период боев в Товузском районе.

    Об этом сообщил председатель Коллегии адвокатов Анар Багиров.

    Он сказал, что по данному факту было направлено обращение действующим в России адвокатам Сурие Рзаевой и Нариману Агасиеву. После этого дело было рассмотрено.

    Работавший завотделом в окружной администрации города Мытищи Московской области Роман Радикович Шагинян был наказан и уволен за незаконные действия.

    По словам Багирова, главной задачей сейчас является привлечение Шагиняна к уголовной ответственности.

    Отметим, в период боев в товузском направлении госграницы Азербайджана и Армении между Шагиняном и продавцом овощей в Москве произошел конфликт, в ходе которого чиновник начал оскорблять азербайджанца, применять физическую силу. После распространенных в соцсетях видеокадров с места инцидента Шагинян на следующий день пришел и извинился перед нашим соотечественником.

  • Moskvada azərbaycanlıya təzyiqə görə erməni məmur işdən çıxarıldı – VİDEO

    Tovuz döyüşləri ərəfəsində Moskvada həmyerlimizə qarşı edilən qanunsuzluğa görə Moskva Vilayəti Mıtişi şəhər dairəsi Administrasiyasında şöbə müdiri vəzifəsində çalışan erməni məmur Roman Radikoviç Şaqinyan cəzalanaraq işdən azad olunub.

    Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov özünün “Facebook” səhifəsində məlumat yayıb.

    O qeyd edib ki, bununla bağlı Rusiyada fəaliyyət göstərən vəkillər Suriyə Rzayeva və Nəriman Ağasıyeva müraciət edib: “Dərhal bütün zəruri tədbirlər görüldü, təmənnasız qaydada hüquqi müstəvidə mübarizə aparıldı. Və Roman Radikoviç Şaqinyan cəzalanaraq işdən çıxarılıb. Hal-hazırda qarşımızda duran vəzifə Şaqinyanın cinayət məsuliyyətinə cəlb olunması məsələsidir. Artıq bunun üçün də dəyərli vətənpərvər vəkillərimiz tərəfindən bütün zəruri müraciətlər edilib”.

  • Livan prezidenti Beyrutdakı partlayışın üç əsas versiyasını açıqladı

    Livan Prezidenti Beyrutdakı partlayışın üç əsas versiyasını açıqlayıb.

    Kp.ru xəbər verir ki, Mişel Aun Beyrut limanında silah anbarlarının olmadığını deyib.

    O, əminliklə qeyd edib ki, Beyrutdakı partlayış limanın anbarlarındakı “Hizbullah”a aid silahlar səbəbindən baş verə bilməz:

    “Əldə etdiyimiz məlumata görə, “Hizbullah”ın limanda silahları olmayıb, amma yenə də bu versiyanı daha ətraflı araşdıracağıq”.

    Onun sözlərinə görə, hazırda Beyrutda faciənin üç əsas səbəbi araşdırılır: qəza, ammonium nitratın saxlanma şəraitinin pozulması və xarici müdaxilə.

    Xatırladaq ki, avqustun 4-də Beyrut limanı yaxınlığında güclü partlayış nəticəsində 171 nəfər ölüb, altı mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, yüzlərlə əmlaka zərər dəyib.

  • Azərbaycanda distant təhsil diplomları tanınacaq?

    “Azərbaycanda distant təhsil diplomları tanınacaq”.

    “Sputnik Azərbaycan”-a açıqlamasında bu məlumatı Milli Məclisin Elm və Təhsil Komissiyasının üzvü Etibar Əliyev verib.

    Deputat bildirib ki, bu məsələ yeni qəbul olunacaq “Ali təhsil haqqında” qanunda öz əksini tapacaq: “Ali təhsil haqqında” qanun hələki qəbul olunmayıb. Birinci oxunuşdan da keçməyib. Amma tezliklə qəbulu gözlənilir. Pandemiya dövrü bu qanunun qəbulunu xeyli sürətlənəcək. Çünki, pandemiya dövründə distant təhsil məsələsi gündəmə gəlib. Köhnə qanunda isə distant təhsil məsələsi yoxdur. Yeni qanunda distant təhsilin diplomunun tanınması məsələsi öz əksini tapacaq. Xüsusilə pandemiya dövründə distant təhsil formasının tətbiqi çox vacibdir. Elə pandemiyasız da distant təhsilin imkanlarından istifadə etməliyik” – deyə deputat “Sputnik Azərbaycan”-a açıqlamasında bildirib.

    “Sputnik Azərbaycan” distant təhsilin ölkəmizdəki ali təhsil müəssisələrində tətbiqinin nə qədər real olduğunu araşdırıb.

    Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov açıqlamasında bildirib ki, dünyanın tətbiq etdiyi distant təhsil formatının Azərbaycanda da reallaşdırılması dövrün tələbidir: “Azərbaycan ali təhsil müəssisələri içərisində hələki bu infrastrukturu tam quran ancaq UNEC-dir. Pandemiya dövründə bu ali təhsil müəssisəsi məhz distant təhsilə hazır olduğu üçün vəziyyətdən çıxmağı bacardı. Artıq Azərbaycanda distant təhsillə bağlı təcrübə var. Mart ayından ənənəvi təhsilə fasilə veriləndən, digər ali təhsil ocaqları virtual təhsilə qoşulsalar da, bu distant təhsil qədər effektli olmadı. Türkiyədə ali təhsil müəssisəsi var ki, onun 100-150 min tələbəsi var. Onların hamısı ənənəvi təhsil almırlar, bir qismi məhz distant təhsil alır. Distant təhsil tələbələr üçün həm də ən sərfəli təhsil növüdür. Azərbaycanda bir çox ali təhsil müəssisələri illərdir inkişafdan geri qalıb. Halbuki, ali məktəb əmək bazarı üçün kadr hazırlayırsa, mütləq yenilikləri tətbiq etməlidir. Bu yolla onlar xaricdən də xeyli tələbə cəlb edib gəlirlərini artıra bilərlər”.

    Amma İ. Orucov deyir ki, pandemiya dövründə ali məktəblərin distant təhsil istiqamətində işə başlayıblar. O, bildirib ki, ali təhsil müəssisələri müəllim kontingentində İKT bacarıqları olan gənc müəllimlərə yer verməlidirlər. Onun sözlərinə görə, artıq ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ) təlim-tədris prosesinin məsafədən təşkilini təmin edirlər: “Digər ali təhsil müəssisələri də distant təhsillə bağlı iş aparırlar. Yeni tədris ilindən ali məktəblərin bir çoxu distant təhsil infrastrukturunu quraraq bu işə başlayacaqlar”.

    Qeyd edək ki, UNEC Azərbaycanda distant təhsilin tətbiqi üçün lazımi infrastrukturu quran ilk ali təhsil ocağıdır. Universitetin Marketinq və Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Elnarə Ömərova bildirib ki, pandemiya dövründə təhsilin davamlılığının təmin edilməsi məqsədilə UNEC-də bütün dərslər distant formada təşkil edilib.

    Onun sözlərinə görə, distant təhsilə qoşulmaq üçün mobil internet yetərlidir: ““UNEC EXTERN” Mərkəzində yaradılmış yüksək səviyyəli, Avropa standartlarına uyğun infrastruktur, həm də professor-müəllim heyətinin peşəkarlığı distant təhsilin verilməsi üçün şərait yaradır”.
    E. Ömərova deyir ki, universitetin distant təhsil vermək imkanı olsa da, bundan əsasən pandemiya dövründə yararlanıb: “Azərbaycan Dövlət İqtisad Universitetində distant təlimlər aparılıb. Hətta buna görə sertifikatlar verilib. Universitetimizdə Çin dili distant tədris edilir. Amma ölkə üzrə distant təhsilə başlanılmadığından, UNEC-də distant təhsilin tətbiqi ləngiyir”.

  • В Азербайджане выявлены 146 новых случаев инфицирования COVID-19, скончался еще один человек – ФОТО

    В Азербайджане за минувшие сутки выявлены 146 новых случаев инфицирования коронавирусом, еще 162 человека вылечились и были выписаны домой.

    Об этом 19 августа сообщает оперативный штаб при Кабинете министров.

    За минувшие сутки от COVID-19 скончался еще один пациент.

    До сегодняшнего дня коронавирусом в Азербайджане заразились 34 620 человек, 510 из которых скончались, 32 363 – излечились, 1 747 – находятся в активной фазе лечения в больницах особого режима.

    В республике на сегодня проведены 849 628 тестов (за последние 24 часа – 6 359) на COVID-19.

  • Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 146 yeni yoluxma – FOTO

    Azərbaycanda koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.

    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6359 test aparılıb.

    Aktiv xəstə sayı isə 1747 nəfərdir.

  • Bakıda açıq sahədə yanğın – YENİLƏNİB

    Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq sahədə başlayan yanğın söndürülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.

    Onun sözlərinə görə, ərazidə yanğın olması ilə bağlı daxil olan məlumat əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin əməkdaşları sözügedən ünvana yollanıb:

    “Yanğın qeydə alınan ərazinin yaxınlığında neft buruqları olub. Əməkdaşlarımız tərəfindən yanğın tam söndürülüb və yanğının yaxınlıqdakı neft buruqlarına keçməsinin qarşısı alınıb”.

    * * * * *

    Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq sahədə yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

    Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.