Month: August 2020

  • Sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən şəxs ələ keçdi – VİDEO

    Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan daha bir şəxs saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Cəlilabad rayonu Privolnoye kənd sakini Könül Ağayeva saxlanılıb.

    O, ifadəsində sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini boynuna alıb. Təyin olunan ekspertizaların nəticəsində Könül Ağayevanın narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.

    Könül Ağayeva barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə protokol tərtib edilib. Onun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

  • Məhkəmələrin fəaliyyəti sabahdan tam şəkildə bərpa olunur

    Azərbaycanda məhkəmələrin fəaliyyəti 20 avqust 2020-ci il tarixindən tam şəkildə bərpa olunur.

    Bu barədə Ali Məhkəmədən məlumat verilib.

    Məlumatda deyilir:

    “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və Azərbaycan Respublikasının ərazisində karantin rejiminin yumşaldılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını nəzərə alaraq məhkəmələrə aşağıdakılar tövsiyə edilsin:
    2020-ci il 20 avqust tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrdə bütün işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunsun.

    Azərbaycan Respublikasının bütün məhkəmələrində:

    Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun;

    Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet vasitəsi ilə həyata keçirilsin;

    Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin. Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun.

    Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin”.

  • Число умерших от коронавируса в Иране превысило 20 000

    В Иране за сутки выявлено 2 444 новых случая заражения коронавирусом. Общее число инфицированных достигло 350 279.

    За последние 24 часа в стране от COVID-19 скончались 153 человека.

    Количество летальных исходов за весь период пандемии составило 20 125, число выздоровевших – 302 528.

  • İranda koronavirusdan ölənlərin sayı 20 min nəfəri keçdi

    İranda koronavirusdan ölənlərin sayı 20 min nəfəri keçib.

    “Mehrnews” İran Səhiyyə Nazirliyinin açıqlamasına əsasən xəbər verir ki, ölkədə son 24 saatda 153 nəfər ölüb. Bununla da ölənlərin ümumi sayı 20 125-ə çatıb.

    Səhiyyə Nazirliyinin sözçüsü Sima Lari bildirib ki, ötən gün ərzində koronavirusa 2 444 nəfər yoluxub.

    O, ölkədə yoluxma sayının 350 279 olduğunu qeyd edib.

  • Президент Ильхам Алиев назначил главу правления Азербайджанского инвестхолдинга

    Президент Азербайджана Ильхам Алиев 19 августа подписал распоряжение о назначении Метина Баласен оглу Эйнуллаева на должность председателя правления Азербайджанского инвестиционного холдинга.

    Текст распоряжения опубликован АЗЕРТАДЖ.

  • İnvestisiya Holdinqinin İdarə Heyətinə sədr təyin edildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Mətin Balasən oğlu Eynullayevin Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Sənəd AZƏRTAC-da dərc olunub.

  • В Израиле начали выявлять COVID-19 за 30 секунд

    Израильские ученые провели исследование нового теста на коронавирус, точность которого составляет более 96 процентов, что даже больше классического ПЦР, сообщает Министерство туризма страны.

    Анализ брали у 250 человек, стоимость самого теста составляет не более одного шекеля. Для прохождения требуется образец слюны человека. После полоскания рта соляным раствором она анализируется в пробирке с помощью прибора, излучающего свет, который выявит, заражен ли человек COVID-19. Данный прибор способен определять и другие вирусы.

    Кроме того, израильская медицина презентовала технологию выявления COVID-19 за 30-40 секунд. А также приложение, позволяющее получить ответ в течение 20 минут дома, не имея рядом специального оборудования.

  • Zamiq Anar Nağılbazın məşhur mahnısını oxudu – VİDEO

    Müğənni Zamiq Hüseynov mərhum reper Anar Nağılbaz və Xalq artisti Brilliant Dadaşovanın məşhur dueti “Mən səni sevirəm”i ifa edib.

    Sözü və musiqisi A.Nağılbaza məxsus olan mahnı üçün kamera qarşısına keçən Z.Hüseynov müxtəlif libaslarda olub.

    Klipin rejissorluğu Dele Orucluya, montajı Emin Muradova, makiyaj stilist Elnur Həsənova, mahnının aranjımanı isə Samir Şirinova həvalə olunub.

  • Baş infeksionist koronavirusun ikinci dalğasının hansı şəraitdə yarana biləcəyi barədə danışdı

    Ölkədə koronavirus pandemiyasının ikinci dalğasının baş verməməsi üçün tövsiyə olunan və qoyulan qaydalara riayət etməliyik.

    Bunu Trend-ə açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, xəstəliyin yenidən kəskinləşəcəyi ilə bağlı problem bütün dünyanı narahat edir:

    “Koronavirusun ikinci dalğası barədə söhbətlər tək Azərbaycanda deyil, bütün dünyada gedir. Bəli, əgər yoluxma varsa, artma ehtimalı da var, ancaq hazırda bu barədə proqnozlar vermək tezdir. Hər şey özümüzdən asılıdır, qoyulan tələblərə riayət etsək, bu olmaya da bilər”.

    C.İsayev xəstəliyin niyə məhz payız aylarında arta biləcəyi barədə suala da aydınlıq gətirib. Onun sözlərinə görə, koronavirus soyuq temperatura dözümlüdür: “Bu aylarda bədənin mühitə uyğunlaşması baş verir və orqanizmdə müəyyən geriləmələr ola bilər. Həmçinin payızda digər infeksiyaların baş qaldırması və orqanizmi zəiflədən faktorların artması bu xəstəliyin inkişafına şərait yarada bilər. Ona görə də payız fəsli virusun inkişafı üçün əlverişli dövrdür”.

  • Завтра в Азербайджане будет до 35 градусов тепла

    Национальная служба гидрометеорологии Министерства экологии и природных ресурсов обнародовала прогноз погоды в Азербайджане на 20 августа.

    В Баку и на Абшеронском полуострове ожидается погода без осадков, северный ветер днем сменится юго-восточным.

    Температура воздуха на Абшероне составит ночью 20-23, днем – 29-33, в Баку ночью – 21-23, днем – 30-32 градуса тепла.

    Атмосферное давление – 755 мм ртутного столба, относительная влажность ночью – 60-70%, днем – 35-40%.

    На северных пляжах полуострова (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 23-24, на южных (Тюркан, Говсан, Сахиль, Ших) – 24-25 градусов тепла.

    В некоторых горных районах Азербайджана завтра вечером ожидаются грозы, местами дожди, град, порывистый восточный ветер.

    Температура воздуха составит ночью 17-22, днем – 30-35, в горах ночью – 9-14, днем – 15-18 градусов тепла.