Month: August 2020

  • Hava yenidən isinir

    Azərbaycanda 20 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 15-18 dərəcə isti olacaq.

  • AZAL-dan gündəmdə olan suallara cavab – VİDEO

    “Azərbaycan Hava Yolları” (AZAL) quruma tez-tez ünvanlanan suallara cavab verib.

    Qurumun hazırladığı videoçarxda aşağıdakı suallara cavab verilib:

    1. Niyə AZAL müntəzəm reysləri bərpa etməyə başlamır?

    2. Bakıdan uçuşlar hansı terminaldan həyata keçirilir?

    3. Türkiyəyə turist kimi səyahət etmək mümkündürmü?

    4. Xüsusi reyslərdə “AZAL Miles” bonus proqramından yararlanmaq mümkündürmü?

    5. İstifadə olunmadığı təqdirdə ballar “silinəcək”?

  • Yolun ortasında qalan ağaclar – FOTO

    Bakıda avtobuslar üçün ayrılan yeni dayanacaq yeri diqqəti çəkib.

    Məsələ ilə bağlı fotolar sosial şəbəkədə paylaşılıb. Söhbət paytaxtın Nizami rayonu, Cəmşid Naxcivanski küçəsindən gedir. Məlumatda qeyd olunub ki, son illər ərzində yüz minlərlə yaşlı ağac müxtəlif səbəblərdən məhv edilib:

    “Ağacların kəsilməsi məsələsini hər kəs bilir. Lakin, bu qeyri-adi addım ilə adiyyatı qurum təbiəti qoruduğunu göstərmək istəyib. Avtobuslar üçün dayanacaq təşkil edilib və guya təbiəti qorumaq məqsədilə bu iki ağacı kəsilməyib. Ağaclar da indi anormal formada qalıb yolun ortasında. İndi bu nə yoldur, nə dayanacaq, nə də səkidir”.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı Oxu.Az-a açıqlama verib. O bildirib ki, sosial şəbəkədə yayılan fotolarla əlaqədar agentliyin əməkdaşları əraziyə baxış keçirib:

    “Hazırda əməkdaşlarımız tərəfindən məsələ araşdırılır. Nizami rayonu Cəmşid Naxcivanski küçəsində AAYDA tərəfindən asfalt örtüyü çəkilməyib. Məsələ tərəfimizdən araşdırıldıqdan sonra ictimaiyyətə yekun məlumat veriləcək”.






  • Şəhid ailələri və müharibə əlilləri üçün 800 fərdi yaşayış evi inşa olunur

    Prezident İlham Əliyevin tapşırığına əsasən bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin rekord sayda olmaqla ən azı 1500 mənzil və fərdi evin təmin edilməsi işləri aparılır.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu ilin ötən dövründə artıq 554 mənzil qeyd edilən kateqoriyalardan olan vətəndaşlara təqdim edilib. İlin sonuna qədər yeni yaşayış binalarından alınmaqla daha 200-dən çox mənzilin və 800 fərdi yaşayış evinin şəhid ailələrinə və müharibə əlillərinə verilməsi nəzərdə tutulub.

    Hazırda həmin fərdi evlərin inşası işləri aparılır. Onlardan bir hissəsinin tikintisi artıq yekunlaşmaq üzrədir, yaxın bir ay ərzində sahiblərinə təqdim edilməsi planlaşdırılıb.

    Qeyd edək ki, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib.

  • В Азербайджане задержаны глава ИВ и его заместитель – ФОТО

    В ходе спецоперации, которую проводит 19 августа Главное управление по борьбе с коррупцией при генпрокуроре, задержан глава Исполнительной власти (ИВ) Кюрдамирского района Джейхун Джафаров.

    Как передает Virtualaz.org, также задержаны его первый заместитель Таджеддин Новрузов, заведующий отделом территориального управления Натиг Керимов и другие.

    Сообщается, что они подозреваются в получении взятки, присвоении государственного имущества и злоупотреблении служебными полномочиями.




  • İcra başçısı və müavini saxlanıldı – FOTO

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb.

    Virtualaz.org-a məlum olduğu kimi, Ceyhun Cəfərovla birgə icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları saxlanılıblar.

    Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.




  • Sərhəddən minlərlə telefon keçirmək istədilər – FOTO

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları avtomobil ehtiyat hissələrinin və telefon aksessuarlarının ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

    Bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında ölkəmizdən beynəlxalq tranzit yolu ilə göndərilən, “Qara metallardan metal konstruksiyalar və onların hissələri” və “Qara metallardan qolf meydançaları üçün hissələr” kimi bəyan olunan yüklərə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Karqo Terminalında gömrük baxışı keçirilib.

    Yoxlama zamanı yüklərin içərisində gömrük nəzarətinə bəyan edilməyən 47 adda avtomobil ehtiyat hissələri və 2400 ədəd telefon aksessuarları aşkar edilib.




  • Karantin rejimi qaydalarına əməl etməyən restoran və kafelər aşkarlandı – FOTO

    Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran və kafelər aşkarlanıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Sabunçu Rayon Polis İdarəsi, 13-cü və 15-ci Polis Bölmələrinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunan vaxtdan kənar, Bakıxanov qəsəbəsindəki bir restoranın qapalı zallarında 30 nəfər, Zabrat qəsəbəsindəki iki kafedə isə səkkiz nəfər müəyyən olunub.

    Əsasən, restoran və kafelərin qapalı zal və kabinetlərində sanitar-epidemioloji normaları pozan 38 nəfər müvafiq polis idarəsinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib edilib.

    Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin rəhbərləri və xidmət personalları zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıblar.

    İctimai iaşə sektorunda açıq havada müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət davam etdirilir.

  • Məşhur aktyor Ben Kross vəfat etdi

    “Odlu döyüş arabaları” filmi ilə şöhrət qazanan Böyük Britaniya aktyoru Ben Kross 72 yaşında vəfat edib.

    “İzvestiya” agentliyi xəbər verir ki, bu barədə aktyorun qızı Loren “Facebook” səhifəsində məlumat yayıb.

    Aktyorun səhhətində qəfil pisləşmə olub, bir neçə gün sonra isə Vyana şəhərində vəfat edib.

    B. Kross sonuncu dəfə premyerası 2021-ci ildə baş tutacaq “Şeytanın işığı” filmində rol alıb.

  • Azərbaycanda meşəbəyinin meyiti dərədən tapıldı

    Yardımlı rayonunda dərədə kişi meyiti tapılıb.

    Report-un məlumatına görə, Tahirli kənd sakini Təyyar Sərhadalı oğlu Məhərrəmov üç gün əvvəl meşə gözətçisi olduğu əraziyə getmək üçün avtomobilini aşağı kənddəki həyətlərdən birində saxlayıb.

    Ailə üzvləri iki gün ərzində T.Məhərrəmovun qayıtmadığından narahat olduqlarına görə polis şöbəsinə məlumat veriblər.

    Bu gün meşəbəyinin meyiti Hanoba meşəsindəki dərədə aşkar olunub.

    Hadisənin hansı şəraitdə baş verməsi barədə hələlik məlumat yoxdur.

    Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

    T.Məhərrəmovun üç ay əvvəl meşəbəyi təyin olunduğu bildirilir.

    Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.