Month: August 2020

  • Gəncədə qadın itkin düşdü

    Gəncə şəhərində qadının itkin düşməsi barədə xəbər yayılıb.

    Trend-in məlumatına görə, hadisə şəhərin Natavan-2 qəsəbəsində baş verib.

    Qəsəbə sakini Şəfiyeva Çinarə Xəlil qızı yaşadığı evdən çıxaraq, naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılıb.

  • Gədəbəydə avtomobil dərəyə aşdı: Sürücü öldü

    Gədəbəydə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, avqustun 17-də, saat 15:00 radələrində Gədəbəy rayonunun Qaradağ kəndi ərazisində rayon sakini M.Həsənov idarə etdiyi “VAZ-21061” markalı avtomobili dərəyə aşırıb və nəticədə, hadisə yerində ölüb.

    Faktla bağlı Gədəbəy Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

  • DSX sədri: “Düşmənlə təmas xəttində 89 ədəd yeni sərhəd məntəqəsi istifadəyə verilib”

    Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silahlar, döyüş texnikası, xüsusi avadanlıqlar, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat vasitələri, sualtı əməliyyat və müşahidə, istehkam avadanlığı və qoruyucu vasitələr alınır.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində qeyd olunub.

    “Ölkəmizin sərhəd təhlükəsizliyinin texniki yolla təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sərhəd məntəqələrində bir neçə ildir ki, səyyar radiolokasiya sistemləri tətbiq olunur.

    Sərhəd zastavalarının daxili təhlükəsizliyi üçün texniki vasitələr komplekslərinin və çevik müşahidə postlarının tətbiqi, sərhəd məntəqələrinin istiliyə həssas olan səyyar və stasionar müşahidə vasitələri ilə komplektləşdirilmiş elektron-optik vasitələrlə təchiz edilməsi, rəqəmsal informasiya-telekommunikasiya texnologiyası əsasında qurulmuş vahid elektron informasiya sisteminin yaradılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir.

    Bununla yanaşı, ölkəmizin MDB regionunda telekommunikasiya peykinə sahib olan üç ölkədən birinə, Cənubi Qafqaz regionunda isə yeganə dövlətə çevrilməsi, kosmik sənayenin yaradılması və milli peyklərimizin orbitə çıxarılması bir çox digər sahələrlə yanaşı, dövlət sərhədlərinin mühafizəsi istiqamətində də yeni imkanlar yaradıb”, – məqalədə qeyd edilir.

    Məqalədə həmçinin şəxsi heyət üçün zəruri xidməti və yaşayış şəraitinin yaradılması üzrə Ali Baş Komandan qarşısında qaldırılan bütün məsələlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər zaman xüsusi diqqətlə yanaşması qeyd olunub:

    “Məhz bunun nəticəsidir ki, 2001-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin büdcə ayırmaları 146 dəfə artıb, 17 hərbi hissə və struktur qurum, o cümlədən bütün sərhəd dəstələrinin qarnizonları, “Sərhədçi” idman olimpiya kompleksi, Abşeron rayonunun Görədil qəsəbəsində və Lənkəran rayonunun Vel qəsəbəsində istirahət mərkəzləri, Türkan qəsəbəsində DSX Sahil Mühafizəsinin yeni bazası və yaşayış binaları kompleksi, DSX Akademiyası inşa olunub, Dövlət Sərhəd Xidmətinin aparatının binası əsaslı təmir edilib. Sərhədçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Bakı şəhərində 312 mənzilli yaşayış binaları inşa olunub, 624 mənzildən ibarət yaşayış şəhərciyinin inşası və güzəştli ipoteka şərtləri ilə DSX əməkdaşlarının mülkiyyətinə verilməsi layihəsi uğurla icra olunub. 154 binadan ibarət 1441 xidməti mənzil tikilərək və ya əsaslı təmir edilərək sərhədçilərin istifadəsinə verilib.

    Bu müddət ərzində 115 sərhəd zastavası və sərhəd komendantlığı kompleksləri inşa edilib yaxud əsaslı təmir olunub. Ümumiyyətlə, Dövlət Sərhəd Xidmətinin fəaliyyəti müddətində 757 xidməti bina istifadəyə verilib”.

    “Bundan başqa, Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan – Ermənistan dövlət sərhədi Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürüldükdən sonra qısa müddət ərzində bilavasitə düşmənlə təmas xəttində sərhədçilərimiz üçün 89 ədəd ən müasir tələblərə cavab verən sərhəd məntəqəsi, dörd hərbi hissə kompleksi tikilərək istifadəyə verilib, bir hərbi hissə kompleksi və üç sərhəd məntəqəsində isə tamamlama işləri aparılır”, – məqalədə qeyd edilir.

    Xidməti ərazilərdə düşmən tərəfindən törədiləcək istənilən təxribatın qarşısını almağa imkan verən əlverişli xidmət şəraitinin yaradılması, təhlükəsiz xidmətin təşkili, bütün cəbhəboyu ərazidə üstünlük əldə edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilib, sərhəd-döyüş məntəqələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, sərhədçilərimizin ən müasir silahlarla, aşkaretmə cihazları və digər texniki vasitələrlə təmin edilməsi, mühəndis təchizatının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir”, – deyə Elçin Quliyev əlavə edib.

  • Cəzadan azad edilən məhkumlarla bağlı VACİB ADDIM

    Penitensiar xidmətin tabe qurumlarının digər əməkdaşlarının tərbiyə işinin təşkili sahəsində funksional vəzifələri məlum olub.

    APA-nın məlumatına görə, bu Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzalara məhkum olunmuş şəxslərlə tərbiyə və psixoloji yardım işinin təşkili haqqında Təlimat”da əksini tapıb.

    Təlimata əsasən, tərbiyə işinin təşkili şöbəsinin baş inspektoru cəza müddətinin sonuna üç ay qalmış məhkumlarla əmək və məişət təminatı ilə əlaqədar fərdi söhbətlər aparır və lazımi tədbirlər görəcək.

    Həmçinin, o, hər bir məhkumla onun əməyinə və məişət şəraitinə, habelə azadlığa buraxılması ilə əlaqədar hazırlıq tədbirlərinə dair məsələlər üzrə söhbətlər aparacaq, cəzaların icrası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada azad edilən məhkumlar haqqında yerli icra hakimiyyəti orqanlarına və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə göndərilməsi üçün məlumatlar hazırlayacaq.

  • “Azərbaycan əsgəri, səninləyik” aksiyası təşkil olunub – FOTO/VİDEO

    “ASAN xidmət”in təşəbbüsü ilə 18 avqust – sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə “Azərbaycan əsgəri, səninləyik” sosial aksiyası təşkil olunub.

    Sosial aksiya çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında hərbi qulluqçulara sovqatlar təqdim edilib.

    Həmçinin, hərbi qulluqçulara “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən ünvanlanmış məktublar çatdırılıb. Eyni zamanda, orada xüsusi “Əsgərə məktub” guşəsi yaradılıb və əsgərlər tərəfindən Silahlı Qüvvələrin digər bölmələrinə məktublar ünvanlanıb.

    Tədbirin məqsədi Azərbaycan əsgərinə, o cümlədən, sərhəd qoruyucularına daimi dəstəyi nümayiş etdirmək olub.

    “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsi çərçivəsində şanlı Aprel döyüşlərində olduğu kimi hazırkı vəziyyətdə də xalqımızın birliyini simvolizə edən bütün məktublar cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılır.

    ASAN könüllüləri bu təşəbbüsün ölkəmizin qazanacağı böyük qələbəyə kiçik töhfə olacağına inanırlar.








  • Dövlət Sərhəd Xidməti 200 milyon manat dəyəri olan qaçaqmalın sərhəddən keçirilməsinin qarşısını alıb

    Dövlət Sərhəd Xidməti sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsini, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasını, maddi-texniki bazanın möhkəmləndirilməsini, yeni silah-sursat, texnika və vasitələrin alınaraq xidmətdə tətbiqini müvəffəqiyyətlə həyata keçirir, Vətən sərhədlərinin toxunulmazlığını təmin etməklə, dövləti maraqlara sədaqətlə xidmət edir.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində qeyd olunub.

    Məqalədə Dövlət Sərhəd Xidmətində quruculuq, inkişaf, təkmilləşdirmə proseslərinin uğurla davam etməsinin, sərhədlərimizin mühafizəsinin səviyyəsinin də yüksələn xətlə inkişaf etməkdə olması vurğulanıb:

    “Xidmətin bütün sahələrində ardıcıl həyata keçirilən islahatların səmərəliliyi ilk növbədə xidməti göstəricilərdə öz əksini tapır. Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 11 min 557 sərhəd pozucusu, 160 min 870 nəfər rejim pozucusu, 40 min 779 nəfər axtarışda olan şəxs saxlanılıb, təxmini dəyəri 196,8 milyon manat olan qaçaqmalın, o cümlədən 9 ton 281 kq narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb”.

    “Bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 19 nəfər və əlaqədə şübhəli bilinən 93 nəfər Azərbaycan, 28 nəfər xarici vətəndaş aşkar olunub, terrorçuluğa qarşı mübarizə çərçivəsində 98 şəxs saxlanılıb, 409 nəfərin şəxsiyyəti müəyyən edilib. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 173 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Bu statistik rəqəmlərin arxasında zabit və gizirlərimizin, çavuş və əsgərlərimizin gündəlik fədakar xidməti, göstərdikləri rəşadət və qəhrəmanlıqlar durur”, E.Quliyevin məqaləsində qeyd edilir.

  • Neftçalada qanunsuz odlu silah gəzdirən şəxs tutuldu

    Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Neftçala RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən rayonun Bankə qəsəbə sakini Anar Məmmədov saxlanılıb.

    Keçirilən şəxsi axtarış zamanı A.Məmmədovun üzərindəki “LLAMA” markalı tapança və həmin silaha aid bir ədəd sandıqça aşkar olunaraq götürülüb.

    Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Məşhur ssenarist və şair Boris Pasternak intihar edib

    Rusiyanın tanınmış ssenaristi və musiqi sözləri yazarı Boris Pasternak intihar edib.

    Bu barədə “Moskovskiy komsomolets” “Telegram” kanalı xəbər yayıb.

    84 yaşlı ssenaristin meyiti müalicə aldığı Rusiyanın Federal Tibbi-bioloji Agentliyinin Federal Elmi-Kliniki Mərkəzinin ərazisində tapılıb. Onun palatasının binanın səkkizinci mərtəbəsində olduğu vurğulanıb.

    Şairin ölümünün təfərrüatı açıqlanmayıb.

    Qeyd edək ki, Pasternak Sovet televiziyasında işləyərkən titrlərdə Boris Purqalin kimi qeyd olunub. O, Nobel mükafatı laureatı, şair və yazıçı Boris Pasternakın qohumu olub.

  • Elçin Quliyev: “Ermənistanla sərhəddə mövqelərimiz 1700 metrə qədər irəli çıxarılıb”

    Ermənistan silahlı bölmələrinin sərhədboyu ərazidə təxribatlarının, həmin bölmələrin dəfələrlə öz döyüş mövqelərini dövlət sərhədinə doğru irəli çəkmə cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyevin “Azərbaycan” qəzetində dərc edilən məqaləsində qeyd olunub.

    Həmin məqalədə cavab tədbirləri nəticəsində dövlət sərhəd xəttinə iki min metrə qədər məsafədə olan bir çox mövqelərimizin 1500-1700 metr irəli çıxarılması yaxınlıqdakı yaşayış məntəqələrimizin və magistral yolların, həmçinin şəxsi heyətin təhlükəsizliyini artırmağa, strateji cəhətdən əlverişli istiqamətlərdə yeni sərhəd döyüş məntəqələrinin yaradılmasına imkan verdiyi qeyd olunub:

    “Eyni zamanda düşmənin yaşayış məntəqələrinə, magistral yollarına və strateji əhəmiyyətli obyektlərinə nəzarət imkanları artırılıb. Mühəndis işləri görən silahsız sərhədçilərimizə və mülki şəxslərə qarşı silah tətbiq etməkdən çəkinməyən namərd düşmənin bütün təxribatlarına sərhədçilərimiz tərəfindən layiqli cavab verilib, atəş nöqtələri susdurulub, hərbçiləri məhv edilib, düşmənin 5-6 qat artıq tələfat verməsinə nail olunub.

    Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının göstəricisi olaraq Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olmaqla yanaşı, Lələtəpədən başlamış zəfər yürüşünün davamıdır”.

  • Президент Ильхам Алиев принял верительные грамоты новоназначенного посла Узбекистана – ФОТО

    18 августа Президент Азербайджана Ильхам Алиев принял верительные грамоты новоназначенного чрезвычайного и полномочного посла Республики Узбекистан в нашей стране Бахрома Ашрафханова.

    Об этом сообщает АЗЕРТАДЖ.