Month: August 2020

  • Aynişan həyat yoldaşı ilə barışıb?

    Xəbər verdiyimiz kimi, Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva həyat yoldaşı Kənandan ayrılıb.

    Axşam.az xəbər verir ki, cütlük bir-birini sosial şəbəkədən izləmədən çıxartmış, fotolarını silmişdi.

    Aynişan ötən gün həyat yoldaşının sosial şəbəkədəki paylaşımlarını bəyənməyə başlayb. Bu isə sosial şəbəkə izləyicilərinin diqqətindən yayınmayıb.

    Qeyd edək ki, cütlük fevralda ailə qurub.

  • Xırdalanda ər-arvadı döyüb bıçaqladılar

    Abşeronda bıçaqlanma və döyülmə hadisəsi baş verib.

    “Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

    1999-cu il təvəllüdlü Hüseynov Həsən Murtuz oğlu və onun həyat yoldaşı 2002-ci il təvəllüdlü İsmayılova Zöhrə Etibar qızı tanıdıqları şəxslər tərəfindən əvvəlcə döyülüblər. Daha sonra isə H.Hüseynova bıçaq zərbəsi endirilib.

    Hər iki yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.

    Müayinə zamanı Z.İsmayılovaya qarnının küt travması, H.Hüseynova isə kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Bərdədə qəza zamanı sərnişin avtomobilin on şüşəsindən çıxaraq səkiyə çırpılıb – FOTO

    Bərdə şəhərinin Nuşabə küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    APA-nın yerli müxbirinin xəbərinə görə, “VAZ 21 07” markalı avtomobillə qarşıdan gələn “Jeep” markalı minik avtomobili toqquşub.

    Nəticədə “VAZ 2107” markalı avtomobildə olan rayon sakini, 1978-ci il təvəllüdlü Əsgərova Gülnarə Fərhad qızı avtomobilin on şüşəsindən çıxaraq yol kənarında səkiyə çırpılıb.

    Ağır xəsarətlər alan qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, G.Əsgərovaya ağır kələ-beyin travması və alın nahiyəsinin yarılmış və sağ qolun sınmış diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Глава ИВ Агстафинского района назначил себе нового заместителя

    В Исполнительной власти Агстафинского района произведены новые назначения.

    Как сообщает Qafqazinfo, глава ИВ района Сеймур Оруджев назначил Ибрагимова Кянана Ильхам оглу заместителем главы Исполнительной власти, заведующим отделом анализа и прогнозирования социально–экономического развития.

    Мехтиев Нагиф Вагиф оглу назначен заведующим сектором информационного обеспечения и анализа.

    Другим приказом главы Исполнительной власти от занимаемой должности был освобожден заместитель заведующего отделом по общественно-политическим и гуманитарным вопросам – организатор работы с религиозными структурами Азиз Масмалыев. Эта должность пока остается вакантной.

  • İcra başçısı özünə yeni müavin təyin etdi

    Ağstafa Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.

    “Qafqazinfo”nun məlumatına görə, rayon rəhbəri Seymur Orucov İbrahimov Kənan İlham oğlunu icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

    Mehdiyev Naqif Vaqif oğlu isə İnformasiya təminatı və təhlil sektoru müdiri vəzifəsinə təyinat alıb.

    İcra başçısının digər əmri ilə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə hələ yeni təyinat olmayıb.

  • Уничтожен очередной тактический БПЛА Армении

    15 августа в 16:20 подразделения вооруженных сил Армении, используя тактический беспилотный летательный аппарат (БПЛА), предприняли попытку осуществить разведывательный полет над позициями подразделений азербайджанской армии в направлении Товузского района на армяно-азербайджанской государственной границе.

    По информации Министерства обороны, очередной БПЛА противника был немедленно обнаружен и уничтожен подразделениями ПВО Азербайджана.

  • Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

    Avqustun 15-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

  • Bakıda qonşular arasında davada bir nəfər bıçaqlanıb

    Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

    1990-ci il təvəllüdlü Mustafayev Elman Əsgər oğlu avtomobilini park edən qonşusu ilə mübahisə edib. E.Mustafayev qonşusuna küçədə düzgün parklama etmədiyi üçün irad tutub. Onlar arasında dava düşüb. Dava zamanı E.Mustafayev bıçaqlanıb. Yaralı qarnın ön divarının çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi tərəfindən araşdırma aparılır.

  • Gün altında qaralmağın uşaqlar üçün bilmədiyiniz TƏHLÜKƏSİ

    Tanınmış ukraynalı pediatr Yevgeniy Komarovskiy öz youtube kanalında uşaqlar üçün “zaqar” almağın təhlükəsi haqqında danışıb.

    Pediatrın sözlərinə uşaqlar ümumiyyətlə gün şüalarının altında olmamalıdır, onlar yalnız kölgədə, çətirin altında “zaqar” ala bilərlər. Məsələ burasındadır ki, uşaqların dərisi çox nazikdir və onlarda gün yanıqları çox tez inkişaf edir.

    Median.Az saglamolun.com-a istinadən bildirir ki, gün yanıqları insanlarda dəri xərçənginin riskini artırır. Uşaqlar üçün belə yanıqlar xüsusilə təhlükəlidir. Həkimin sözlərinə görə, uşaq vaxtı 5 günəş yanığı epizodu böyüyəndə dəri xərçənginin riskini 80% (!) artırır.

    Komarovskiy bildirib ki, çimərliyə yollananda və ya günəşli havada gəzməyə gedəndə uşağın bədəninin açıq yerlərinə mütləq günəşdən qoruyan krem çəkilməlidir. Uşaqlar üçün nəzərdə tutulan kremlərdən istifadə etmək lazımdır.

  • Azarkeşlər “Barselona” futbolçularını fitə basdı

    “Barselona” azarkeşləri Çempionlar Liqasında “Bavariya”ya rüsvayçı şəkildə məğlub olan komandalarını kəskin narazılıqla qarşılayıblar.

    Bu barədə “Daily Mail” məlumat yayıb.

    Azarkeşlər “Barsa” futbolçularını fitə basaraq onların ünvanına təhqirlər səsləndiriblər. Yalnız Ansu Fati və Riki Puiq azarkeşlər tərəfindən alqışlanıb.