Month: August 2020

  • Rusiyanın turizm şəhəri yüz faiz turistlə doldu

    Bu il turizm mövsümünün başlanmasından bəri Rusiyanın kurort şəhəri Soçi artıq təxminən bir milyon yarıma yaxın turisti qəbul edib.

    TASS şəhər meriyasının açıqlamasına istinadla xəbər yayır.

    Bildirilir ki, Soçidə yüklənmə pik həddə çatıb, şəhər 100 faiz turistlə dolub.

    Epidemioloji vəziyyət imkan verərsə, həm mövsümdə, həm də qışda şəhərin turistlərsiz qalmayacağı gözlənilir.

    2019-cu ilin sonunda Soçidə turist axını 6,2 milyon nəfər, ümumilikdə Krasnodar vilayətində təxminən 17,3 milyon nəfər təşkil edib. Bu mövsüm bölgədə təxminən yeddi milyon turistin olacağı gözlənilir.

  • Kimlərə yemiş yemək olmaz?

    Kəskin xora xəstəliyi, həmçinin hamilə və uşaq əmizdirən qadınlara yemiş yemək tövsiyə olunmur.

    Bunu Rusiya İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) açıqlayıb.

    Mütəxəssislərin sözlərinə görə, yemiş ağır məhsul hesab olunur. Onunla əsas yemək qəbulları arasında qidalanmaq daha məqsədəuyğundur, lakin tam acqarına və ya yeməkdən dərhal sonra yemək məsləhət görülmür.

    Qeyd olunub ki, yemişin əsas zərərli maddələri onun qabığındadır.

    Mütəxəssislər həmçinin yemişi su, süd məhsulları (pendir, qatiq), süd və alkoqol ilə istehlak etməyi tövsiyə etmirlər, çünki bu, mədə pozuntusuna gətirib çıxara bilər.

    Bildirilib ki, ən keyfiyyətli yemişlər avqustun sonu-sentyabrın əvvəli yetişir.

  • Qaydaları pozan sahibkarlıq subyektləri barədə protokollar tərtib olundu

    Anti-pandemiya tələblərini pozan sahibkarlıq subyektləri barədə protokollar tərtib olunub.

    İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, Nazirliyin karantin rejiminin zəruri qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə avqustun 14-də keçirdiyi monitorinqlər zamanı Nəsimi rayonunda “Alfredo” qadın geyimləri mağazasında, “Damla” geyim mağazasında, “Kimone” ərzaq mağazasında, “Karahanlı lahmacun”da, Qaradağ rayonunda Ağamusa Şərifova, Ədil Niftəliyevə, Könül Vəliyevaya məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda “Total inşaat” mağazasında, “Ordubad market”də, “Avrora aptek”də, Məhəmməd Abdullayevə, Zəka Rəsulzadəyə məxsus parça mağazalarında, Binəqədi rayonunda “Soliton” mağazasında, İlhamiz Məmmədova, Məhəmməd Məmmədova, Yaşar Həbibzadəyə, Gündüz Əhmədliyə məxsus ticarət obyektlərində, Xəzər rayonunda Vəfa Məmmədovaya, Məlikrza Rzayevə, Akif Quliyevə məxsus mağazalarda, “Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptekdə, Yasamal rayonunda Şahin Kərimova, Ceyhun Bünyadova, Elxan Əliyevə, Vüqar Əşrəfova məxsus mağazalarda, “SZ Lux Dent Stomatoloji Kabinet”də, Nərimanov rayonunda “Ayşən gözəllik salonu”nda, “Həcər gözəllik salonu”nda, “Müasir Psixologiya Mərkəzi”ndə, Gülayə Xanəliyevaya, Anar Kərimova məxsus mağazalarda, Sabunçu rayonunda “Panda market”də, “24 saat market”də, Musa İmanova, Fərhad Ağaverdiyevə məxsus geyim mağazalarında, Suraxanı rayonunda Əsəd Abdullayevə, Ərtoğrul Əliyevə məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda Orxan Məmmədova, Elmar Zeynalova, Orxan Dünyamalıyevə, Aysel Bəhramovaya, Emil İzqilova, Minayə Kazımovaya, Elman Hacıyevə, Zaur Quliyevə, Zaur Məmmədova məxsus mağazalarda, Xətai rayonunda “Elfa” geyim mağazasında, “Naz butik” ticarət obyektində, “Əli” idman malları mağazasında, “Şəbəkə market”də, “Despina” geyim mağazasında, ümumilikdə, monitorinq aparılmış 1021 obyektin 86-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

  • В Сумгайыте легковой автомобиль столкнулся с автобусом, есть погибший

    Согласно информации, поступившей на горячую линию “112” Министерства по чрезвычайным ситуациям, в городе Сумгайыт столкнулись легковой автомобиль марки Mercedes и автобус марки İkarus.

    Об этом АПА сообщили в МЧС.

    Прибывшие на место происшествия спасатели Сумгайытского регионального центра МЧС извлекли тело Амрахова Шамкира Гейдар оглу (1962 г.р.) из деформированного транспортного средства и передали по назначению.

  • Sumqayıtda ağır yol qəzası baş verib, ölən var

    Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində “Mercedes” markalı minik avtomobili və “İkarus” markalı avtobus toqquşub.

    Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Əmrahov Şəmkir Heydər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

  • Bakıda təhlükəsizlik kamerasına elə görüntülər düşdü ki… — VİDEO

    Bir neçə gün öncə “Doggie Countre by Nelya” adlı it mərkəzində xoşagəlməz hadisə baş verib.

    Median.Az parla.az-a istinadən xəbər verir ki, Aydan adlı xanımın iddiasına görə, “Gucci” ləqəbli itini sözügedən mərkəzdə öldürüblər.

    Belə ki, o itini xüsusi baxım üçün həmin mərkəzə aparıb. Salonun işçiləri Aydan xanıma deyiblər ki, 2 saat sonra onunla əlaqə saxlayacaqlar və xanım gəlib itini apara bilər. Ancaq aradan 2 saatdan çox vaxt keçsə də, salondan Aydan xanıma zəng edən olmayıb. Xanım “Doggie Countre by Nelya” mərkəzinə gələndə isə itinin öldüyünü görüb.

    Daha sonra videolara baxan zaman məlum olub ki, itin səhhətində problem yaranıb və işçilər iti 40 dəqiqə soyuq suda saxlayıblar. Baytar belə çağırmayıblar. Nəticədə sahibəsi gələnə kimi it ölüb.
    İtin sahibəsi Aydan xanım sosial şəbəkədə açdığı canlı yayımda bildirib ki, məsələni belə qoymayacaq, məhkəməyə müraciət edəcək.

  • Как Пашинян опозорился на BBC – полная версия интервью на азербайджанском языке

    На днях премьер-министр Армении Никол Пашинян отвечал на вопросы ведущего передачи “HardTalk” на канале BBC Стивена Сакура.

    В интервью Пашинян в очередной раз опозорился перед мировой общественностью.

    Median.Az представляет полную версию беседы главы армянского правительства с ведущим ВВС, переведенную на азербайджанский язык:

  • Paşinyanın BBC-də biabır olduğu müsahibəsi Azərbaycan dilində – TAM VİDEO

    Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan BBC-yə müsahibə verib.

    Telekanalda yayımlanan “Hard talk” verilişində aparıcı Stiven Sakurun suallarını cavablandıran Paşinyan növbəti dəfə dünya ictimaiyyəti önündə özünü biabır edib.

    Median.Az Paşinyanın Stiven Sakurla müsahibəsinin Azərbaycan dilinə tam tərcümə olunmuş versiyasını təqdim edir:

  • Bakıda 550 küçə dezinfeksiya edildi

    Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin strukturları paytaxtdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə artıq 10-cu dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 550 küçədə dezinfeksiya işləri görüb.

    Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

    Bildirilib ki, görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcək.

  • Prezident İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

    Prezident İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb.

    Median.Az-in məlumatına görə, təbrikdə deyilir:

    “Hörmətli cənab Prezident,

    Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

    Azərbaycan ilə İndoneziya arasında ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur.

    Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının İndoneziya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya Respublikasına daim rifah arzulayıram”.