Month: August 2020

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 21 826 634 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 773 074 xəstə ölüb, 14 564 184 nəfər sağalıb.

    Dünyada koronavirusa ən çox yoluxma ABŞ (5 566 632 nəfər), Braziliya (3 340 197 nəfər), Hindistanda (2 647 663 nəfər) müşahidə edilir.

    Azərbaycanın sərhəd qonşularında Rusiya 922 853 yoluxma ilə ölkələr arasında dördüncüdür.

    Digər qonşularımız İranda 343 203, Türkiyədə 249 309, Ermənistanda 41 663, Gürcüstanda 1 336 yoluxma qeydə alınıb.

    Azərbaycanda koronavirusa yoluxan 34 219 nəfərin 506-sı ölüb, 31 875-i sağalıb.

  • На автомагистралях Баку снижена максимальная скорость движения транспорта

    В связи с дождливой погодой в Баку на проспекте Гейдара Алиева, автомагистралях Международный аэропорт Гейдар Алиев – Мардакян и Зыхском шоссе (в направлении аэропорта) снижена максимальная скорость движения транспорта.

    Это сделано в целях обеспечения безопасности на дорогах.

    Водителям рекомендуется соблюдать установленный скоростной режим и учитывать метеорологические факторы.

  • Bakıda sürət həddi endirildi

    Yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

    Məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır.

    “Bir daha bütün sürücülərə diqqətli olmağı, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edirik”, – məlumatda deyilir.

  • Армяне обстреляли азербайджанские позиции из крупнокалиберных пулеметов

    Подразделения вооруженных сил Армении, используя крупнокалиберные пулеметы, в течение суток нарушили режим прекращения огня в различных направлениях фронта 31 раз.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    С позиций в селе Чинари Бердского и на безымянных высотах на территории Чамбаракского районов Армении подверглись обстрелу расположения азербайджанской армии в селах Агдам, Коханеби Товузского и на безымянных высотах на территории Гедабейского районов.

    Оборонное ведомство отмечает, что обстрел также велся с позиций на безымянных высотах и близ оккупированных сел Гейарх, Ярымджа – Тертерского, Новрузлу – Агдамского, Горган, Горадиз – Физулинского и Мехдили – Джебраильского районов.

  • İriçaplı pulemyotlar işə düşdü – Atəşkəs yenidən pozuldu

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 31 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Koxanəbi kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Novruzlu, Füzuli rayonunun Qorqan, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Toyda eyni makiyaj vasitəsindən istifadə edən 35 nəfər koronavirusa yoluxdu

    Türkiyədə toyda kütləvi koronavirusa yoluxma halı baş verib.

    Hürriyət.com-un məlumatına görə, hadisə Ordu şəhərində qeydə alınıb.

    Bildirilib ki, eyni makiyaj vasitəsindən istifadə edən 35 nəfər COVID-19-a yoluxub.

    Yoluxmanın qarşısının alınması məqsədi ilə məhəllə karantinə alınıb.

  • Yeddi yaşlı qızcığaz koronavirusa görə məktəbə gedə bilmədiyi üçün göz yaşı tökdü – VİDEO

    Türkiyədə yeddi yaşlı uşaq koronavirusa görə məktəbə gedə bilmədiyi üçün göz yaşlarına boğulub.

    Sondakika.com-un məlumatına görə, Ceylin adlı qızcığaz 16 mart tarixindən məktəblərdə tətil elan olunduğu üçün məktəbi və sinif yoldaşları üçün darıxdığını bildirərək ağlamağa başlayıb.

    Bu zaman onun anası Ceylini videoya çəkərək sosial şəbəkədə paylaşıb və hər kəsi ehtiyatlı olmağa, qoyulan qadağalara riayət etməyə çağırıb.

  • “Barselona”nın baş məşqçisi qovuldu – RƏSMİ

    İspaniyanın “Barselona” futbol klubunun baş məşqçisi postundan kənarlaşdırılıb.

    Klub prezidenti Xosep Bartomeu COPE radiosuna açıqlamasında bildirib ki, Kike Setyen işindən azad olunub.

    Setyen komandaya bu ilin yanvarında Ernesto Balberdenin əvəzinə təyin olunmuşdu.

    Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının 1/4 finalında Almaniya “Bayern”inə böyük hesabla (2:8) uduzduqdan sonra komandada ciddi dəyişikliklər həyata keçirilir.

  • Müslüm Maqomayev – 78

    Bu gün görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.

    Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub.

    O, ilk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

    1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçib. Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını ifa edib.

    1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

    1975-ci ildə “Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri”nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.

    Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.

    Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.

    Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs istər-istəməz ona diqqət kəsilir, bu səsin sehrindən çıxa bilmirdi. Artıq 15-16 yaşında tanınırdı, öz pərəstişkarları vardı. Onu klublarda, məktəblərdə, institutlarda, hətta Bakı bulvarında oxumağa dəvət edərdilər. O isə bu dəvətlərin heç birini cavabsız qoymazdı.

    Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.

    O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc edir.

    1940-50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazandı. Onun gənc həmkarı Müslüm 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə tanınmağa başladı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.

    Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişdi və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən “La Skala” teatrına təcrübə toplamağa göndərildi.

    O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanırdı. İndi isə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.

    Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və “Seviliya bərbəri” tamaşasında rol alır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. “Seviliya bərbəri” operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.

    O, Eldar Quliyevin filmlərinə musiqi yazıb. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. “İqor polku haqqında dastan” əsərinin motivləri əsasında hazırlanmış “Yaroslavna” tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.

    Müslüm Maqomayev Tamara Sinyavskaya ilə ailə həyatı qurub.

    1971-ci ildə haqqında “Oxuyur Müslüm Maqomayev” adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ Xalq artisti adını alıb.

    Dünya şöhrətli müğənni Müslüm Maqomayev 2008-ci il oktyabr 25-də dünyasını dəyişib və Bakıda Fəxri xiyabanda dəfn olunub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 11 may tarixli Sərəncamına əsasən görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin 70 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.

  • İsmayıllıda 73 yaşlı qadın intihar etdi

    İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

    APA-nın xəbərinə görə, hadisə bu gün rayonun Basqal kəndində qeydə alınıb.

    Kənd sakini, 1947-ci il təvəllüdlü Səyyarə Bağırova yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Onun ağır xəstəliyi ilə əlaqədar bədənindəki ağrılara dözə bilmədiyi səbəbindən özünə qəsd etdiyi bildirilir.

    Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.