Month: August 2020

  • Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlandı – VİDEO

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

    Brifinqdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, TƏBİB-in Mikrobiologiya işçi qrupunun rəhbəri Qumral Ələkbərova və İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva iştirak edir.

    Konfransda ölkədə elan olunan karantin rejiminin yenidən yumşaldılması çərçivəsində açıq havada kafe və restoranların açılmasına icazə verilməsi və digər məsələlərlə bağlı məlumat verilir.

  • Bakıda 29 dərəcə isti olacaq

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22, gündüz 27-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi norma daxilində – 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz zəif şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

    Avqustun 16-da Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi, gündüz havanın yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 18-23, gündüz 28-32, dağlarda gecə 9-13, gündüz 14-18 dərəcə isti olacaq.

  • Bakıda mülki şəxslər küçədə qadını döyüb? – AÇIQLAMA

    “Sosial şəbəkələrdə Nizami rayonu Qara Qarayev prospektində mülki şəxslər tərəfindən qadına qarşı zorakılıq edilməsi ilə bağlı yayılan iddialar əsassızdır”. 
    Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.
    O bildirib ki, hər hansı cinayət xarakterli fakt qeydə alınmayıb.
    Xatırladaq ki, sosial şəbəkələrdə dünən axşam saatlarında Nizami rayonu Qara Qarayev prospektində yaşayan qadına qarşı zorakılıq edilməsi ilə bağlı məlumatlar yayılıb.

  • Гумрал Алекберова об акции по сдаче крови в день Ашура

    Действующие в стране мечети не функционируют из-за пандемии коронавируса. Поэтому в нынешнем году акция по сдаче крови в день Ашура пройдет в Центральном банке крови Национального центра гематологии и трансфузиологии.

    Об этом на брифинге оперативного штаба при Кабинете министров 15 августа заявила руководитель рабочей группы Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) по микробиологии Гумрал Алекберова.

    По ее словам, в настоящее время этот вопрос обсуждается с Управлением мусульман Кавказа.

    “Акция по сдаче крови будет организована в Национальном центре гематологии и трансфузиологии при условии соблюдения социальной дистанции”, – сказала Г.Алекберова.

  • “Aşura”da qanvermə necə təşkil olunacaq? – AÇIQLAMA

    “Koronavirusla əlaqədar ölkədə fəaliyyət göstərən məscidlər işləməyəcək. Bu il “Aşura” günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək”.

    Bunu TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində deyib.

    Onun sözlərinə görə, hazırda bu məsələ Qafqaz Müsəlmanları İdarəsi ilə müzakirə olunur:

    “Sosial məsafə saxlanılmaq şərti ilə də Milli Hematologiya və Transfuziologiya Mərkəzində də qanvermə aksiyaları keçiriləcək”.

  • Гумрал Алекберова: TƏBİB изучит состояние иммунитета у переболевших коронавирусом

    Со следующей недели в Азербайджане в рамках мер по борьбе с пандемией будут проводиться серологические тесты. Основная цель данного скрининга – изучить состояние иммунитета у людей, переболевших коронавирусом.

    Об этом на брифинге оперативного штаба при Кабинете министров 15 августа заявила руководитель рабочей группы по микробиологии Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Гумрал Алекберова.

    По ее словам, тесты будут проводиться на добровольной основе. Для этого достаточно будет взять 3-5 мг венозной крови.

  • Koronavirusla bağlı seroloji testlərin keçirilməsi barədə AÇIQLAMA

    “Daha əvvəl testlər burundan yaxma üsulu ilə götürülürdü. Bu analizlərin nəticələri aktiv infeksiyanı göstərirdi”.

    Bunu TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində deyib.

    O qeyd edib ki, seroloji testlər isə daha əvvəl bu xəstəliyin keçirilməsini, orqanizmin buna qarşı immunitetinin formalaşmasını yoxlamaq üçündür.

  • Həftəsonları ictimai nəqliyyatın hansı halda bərpa olunacağı açıqlandı – RƏSMİ

    “Hazırkı göstəricilərə görə həftəsonları ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    “Lakin mütəmadi olaraq epidemioloji statistik göstəricilər təhlil olunur. Müsbət tendensiya olduğu halda, qarşıdakı dövrdə ictimai nəqliyyatın hərəkəti bərpa oluna bilər”, – deyə o qeyd edib.

  • Бахрам Багирзаде о периоде в больнице: Я видел цветные фильмы

    Во время подключения к аппарату ЭКМО я ничего не помнил, как будто видел цветные фильмы.

    Как передает Oxu.Az, об этом заявил актер театра КВН “Планета Парни из Баку”, заслуженный артист Бахрам Багирзаде.

    В ходе прямого эфира с Таиром Имановым в Instagram он рассказал о периоде, проведенном в больнице.

    “Некоторые люди говорят, что Бахрам рекламирует коронавирус, сидит у себя на даче отдыхает, ничего с ним не произошло. Не верьте таким людям. Коронавирус есть и он очень опасен. Кто-то переносит эту болезнь в тяжелой, а кто-то в легкой форме. У моих родственников она протекала в легкой форме. В результате хуже всех перенес я. Когда меня доставили в больницу, я уже потерял сознание. В Азербайджане к аппарату ЭКМО впервые подключили меня.

    Будучи в коме, я видел фильмы. Причем цветные. Хуже всего было спустя несколько дней после того, как я пришел в себя. Ты ничего не помнишь: что произошло, почему ты находишься здесь. А теперь, слава Аллаху, я уже не испытываю проблем при общении. Выражаю благодарность всем медработникам Государственного таможенного госпиталя за то, что сделали все возможное для меня”, – сказал Б.Багирзаде.

  • Bakıda 68 yaşlı piyadanı motosiklet vurdu

    Bakıda piyadanın vurulması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

    “Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

    Belə ki, 1952-ci il təvəllüdlü Əlixanova Məlahət Piri qızı yolu keçmək istəyərkən motoskilet onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Ona sol budunun sınığı diaqnozu qoyulub və reanimasiyaya yerləşdirilib.