Month: August 2020

  • Buynuzlu cərimə meydançası: “qayda pozana” görə iki min ödəyəcəklər

    Dağıstanda inəklər üçün cərimə meydançası yaradılıb. Bura sahibləri tərəfindən nəzarətsiz buraxılan heyvanlar salınır. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bir çox hallarda inəklər çəmənliklərdə yox, dayanacaqlarda peyda olur, qazonları otlayır, avtomobil yollarını bloklayırlar və sürücülərə getməyə imkan vermirlər.

    Ona görə də heyvanları cərimə meydançasına düşən sahiblər onu geri almaq üçün iki min rubl cərimə ödəməli olurlar.

    “Kiməsə güzəştə gedirik, endirim edirik, böyüklərə, nənələrə, pensiyaçılara heyvanlarını elə-belə qaytarırıq və bundan sonra onları çölə özbaşına açıb buraxmamağı xahiş edirik”, – deyə Buynaksk şəhər Administrasiyasının əməkdaşı İbrahim Murtazaliyev bildirib.
    O deyib ki, tərtib edilən qaydalara görə, əgər eyni adamın inəyi yenidən cərimə meydançasına düşərsə, onda sahibi beş min rubl ödəməlidir.

  • Koronavirusun yeni dağlası harada alovlanacaq? – ÜST rəsmiləri elan etdi

    COVİD-19 virusu payız aylarında məktəblərdə yayılmağa başlaya bilər. Bir çox ölkə yazda distant təhsilə keçdi, bunun sayəsində infeksiyanın kütləvi yayılmasının qarşısı alındı. Ancaq sentyabr ayında uşaqlar yenidən məktəblərə qayıdacaq.

    Median.Az xəbər verir ki, bu barədə payızda yeni növ koronavirusa yoluxma risklərini açıqlayan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəsmiləri bildiriblər. ÜST bəzi ölkələrdə təhlükəsiz təhsil şəraitinin yaradılmadığından yeni dərs ilinin Covid-19-ın kütləvi yayılmasına səbəb olacağından narahatdır.

    “Məktəblərdə infeksiyaların qarşısını almaq və mübarizə aparmaq üçün profilaktik tədbirlərin aparılması vacibdir, xüsusilə su, sanitariya və gigiyena xidmətlərində” , – ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus açıqlamasında qeyd edib.

    ÜST-nin hesabatında deyilir ki, 818 milyon uşaq əsas əl yuyucu avadanlıqları olmayan məktəblərdə təhsil alır ki, onların da 295 milyonu Afrikada yaşayır.

    Dünyada isə ümumilikdə 698 milyon uşaq əl sabunun olmadığı məktəblərə gedir.

    Hər üçüncü məktəbin içməli suya çıxışı yoxdur və ya məhduddur. //publika.az

  • Эльдар Гасанов заключен под стражу

    В Сабаильском районном суде рассмотрено представление, поданное следственным органом в отношении посла Азербайджанской Республики в Республике Сербия, Черногории, Боснии и Герцеговины Эльдара Гасанова.

    Как сообщает АПА, в суде в отношении Эльдара Гаджиева избрана мера пресечения в виде заключения под стражу.

  • Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçilib

    Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

    APA-nın məlumatına görə, məhkəmədə Eldar Həsənov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

  • Брат президента США госпитализирован

    Младший брат президента США Дональда Трампа Роберт Трамп госпитализирован.

    Как сообщает АПА, информацию об этом подтвердили и в Белом доме.

    Сообщается, что Д.Трамп поддерживает очень хорошие отношения с братом и ожидается, что сегодня президент навестит его.

    Отметим, в июне Р.Трамп был помещен в реанимационное отделение больницы и находился там одну неделю.

  • Bakıda piyada olmağın çətinlikləri – VİDEO

    Avropa ölkələrində artıq 90-cı illərdən piyadaların yollarda hərəkət etməsi asanlaşdırılmağa başlayıb.

    Yəni o vaxta qədər yanlız nəqliyyatın rahat hərəkəti üçün hesablanan bütün yol mexanizmləri artıq dəyişdirilməyə və piyadaların rahahtlığı əsas götürülməyə başladı.

    Amma təəssüf ki, bizim ölkənin əksər yollarında hələ də piyadalar əziyyət çəkir. Problemlərdən biri, bəlkə də birincisi piyada keçidləridir. Bir yerdə yoxdur, bir yerdə uzaqdadır, bir yerdə isə var, amma yox kimi…

    Ətraflı süjetdə:

  • Millət vəkilləri yay tətillərini necə keçirilər? – VİDEO

    Millət vəkilləri əslində iyulun 15-də məzuniyyətə çıxsalar da, növbədənkənar sessiyasının keçirilməsi səbəbi ilə, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılmışdı.

    Beləliklə, deputatlar avqustun 7-dən yenidən məzuniyyətə gediblər.

    Maraqlıdır, hazırkı pandemiya şəraitində millət vəkilləri harada və necə istirahət edirlər?

    Baku TV-nin məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov məzuniyyətini Bakıda keçirdiyini bildirib. Məzuniyyətdə olmasına baxmayaraq, millət vəkili jurnalistlərlə intensiv işlədiyini qeyd edib.

    Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov isə məzuniyyətini Ağdaşda keçirir. Millət vəkili Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədri olduğu üçün orada da işə çıxdığını deyir.

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə deyir ki, məzuniyyətdə olmasına baxmayaraq, o da hazırda iş başındadır.

    Məlumat üçün bildirək ki, “Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.

    Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır.

    Parlament Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat), Milli Məclis Sədrinin müavini – 85 faizi (2 103,75 manat), Qanunverici orqanın komitə və komissiya sədri – 80 faizi (1 980 manat), Parlamentin komissiya sədrinin müavini – 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

  • Вещание ARB и Xəzər TV будет прервано на 3 часа

    Состоялось заседание Национального совета по телевидению и радио (НСТР) в видеоформате.

    Как сообщили АПА в НСТР, на заседании были обсуждены результаты мониторинга телеканалов, проведенного 1-10 августа.

    В связи с показом 5 августа в эфире телеканала «Xəzər» рекламы на протяжении 16 минут 50 секунд между 18.00 и 19.00, были нарушены требования статьи 35.7 Закона Азербайджанской Республики «О телерадиовещании». Руководствуясь статьей 23.1 данного закона, совет принял решение приостановить на 3 часа (с 08:00 до 11:00) 23 августа 2020 года трансляцию программ в эфире телеканала «Xəzər».

    Кроме того, в связи с показом 8 августа в эфире телеканала «ARB» рекламы на протяжении 16 минут 20 секунд между 09.00 и 10.00, были нарушены требования статьи 35.7 Закона Азербайджанской Республики «О телерадиовещании». Руководствуясь статьей 23.1 данного закона, совет принял решение приостановить на 3 часа (с 08:00 до 11:00) 17 августа 2020 года трансляцию программ в эфире телеканала «ARB».

  • İpoteka kağızının dövlət qeydiyyatına alınması qaydası məlum olub

    Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası “İpoteka haqqında” Qanuna uyğun olaraq hazırlanıb və daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi, onun dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı məsələləri tənzimləyir.

    APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası”nda əksini tapıb.

    Qaydaya əsasən, İpoteka kağızı ipoteka qoyan tərəfindən, o, üçüncü şəxs olduqda, həm də əsas öhdəlik üzrə borclu tərəfindən ipoteka kağızının elektron sistemində tərtib edilir.

    Elektron sistemin sahibi və operatoru Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyidir. Elektron sistem Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmaqla fəaliyyət göstərir. Elektron sistemin digər dövlət informasiya ehtiyatları və sistemlərinə inteqrasiyası və məlumat mübadiləsinin təşkili Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir.

    Elektron sistem ipoteka kağızının tərtib olunması, onda düzəlişlər edilməsi, həmin ipoteka kağızı ilə bağlı elektron sistemdə aparılmış əməliyyatlar (əsas öhdəliyin icrası ilə bağlı qeydlər, ipoteka kağızı üzrə hüquqların digər şəxsə verilməsi ilə bağlı ipoteka kağızında verilmə qeydləri (indossament), ipoteka kağızının dövlət və əlavə dövlət qeydiyyatı, ipoteka kağızına xitam verilməsi) barədə bildirişlərin əldə edilməsi, ipoteka kağızı üzrə çıxarışı çap etmək hissələrində ipoteka qoyan, o, üçüncü şəxs olduqda, həm də əsas öhdəlik üzrə borclu üçün açıqdır. Elektron sistem ipoteka kağızına mülkiyyət hüququ rəsmiləşdirilmiş ipoteka saxlayan üçün həmin ipoteka kağızına münasibətdə açıqdır. Elektron sistemdə aparılmış bütün əməliyyatlar arxivləşdirilir.

    İpoteka kağızının forması bu Qayda ilə nəzərdə tutulmuş məlumatlar əsasında elektron sistemdə müəyyən edilir. Ipoteka kağızının formasında əsas öhdəliyin icrası ilə bağlı qeydlərin edilməsi, habelə ipoteka kağızı üzrə hüquqların digər şəxsə verilməsi ilə bağlı verilmə qeydlərinin (indossamentin) edilməsi üçün hissələr olmalıdır.

    Elektron sistemdə əməliyyatların aparılması ilə bağlı ödənişlərin real vaxt rejimində elektron sistem vasitəsilə ödənilməsi imkanı Nazirlik tərəfindən təmin edilir.

    Bu Qaydada istifadə olunan anlayışlar Mülki Məcəllədə və Qanunda nəzərdə tutulmuş mənaları ifadə edir.

    Qaydaya əsasən, İpoteka müqaviləsində nəzərdə tutulduğu halda, ipoteka kağızı aşağıdakı qaydada tərtib edilir:

    -ipoteka qoyan ipoteka müqaviləsi notariat qaydada təsdiq edildiyi gün “Elektron hökumət” portalında yaratdığı elektron kabinet vasitəsilə gücləndirilmiş elektron imzadan istifadə etməklə elektron sistemdə müəyyən edilmiş formaya uyğun, ipoteka müqaviləsinin əsasında aşağıdakı məlumatları göstərməklə ipoteka kağızını tərtib edir:

    -sənədin tərtib edildiyi yer və tarix;

    -ipoteka qoyanın adı və ünvanı, yaxud ipoteka qoyan hüquqi şəxsdirsə, onun adı və olduğu yer;

    -ipoteka saxlayanın adı və ünvanı, əgər ipoteka saxlayan hüquqi şəxsdirsə, onun adı və olduğu yer;

    -əsas öhdəlik üzrə borclu ipoteka qoyan deyildirsə, borclunun adı və ünvanı, əgər borclu hüquqi şəxsdirsə, onun adı və olduğu yer;

    -ipoteka müqaviləsinin bağlanıldığı yer və tarix;

    -əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsinin əsasları, icra müddəti;

    -əsas öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlanıldığı yer və tarix;

    -əsas öhdəlik hissə-hissə icra olunmalıdırsa, müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər (əsas borc, faizlər və s.);

    -ipoteka predmeti olan əşyanın təsviri və yerləşdiyi yer;

    -ipoteka predmeti olan əşyanın hansı hüquqla ipoteka qoyana məxsus olduğu və bu hüququ qeydə almış orqanın adı, dövlət qeydiyyatının nömrəsi, tarixi və yeri;

    -ipoteka predmeti olan əşyanın digər yüklülükləri barədə məlumat;

    -ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ipoteka saxlayanın hüquqlarının notariusun icra qeydi əsasında həyata keçirilməsi barədə qeyd;

    -ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtləri;

    -ipoteka predmetinin satış üsulu;

    -ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər;

    -ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs;

    -ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi;

    -ipoteka qoyanın, o, üçüncü şəxs olduqda, həm də əsas öhdəlik üzrə borclunun elektron poçt ünvanları;

    -ipoteka kağızı ipoteka qoyan tərəfindən, o, üçüncü şəxs olduqda, həm də əsas öhdəlik üzrə borclu tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

    Həmçinin qaydaya əsasən, İpoteka kağızı tərtib edildikdən sonra ipoteka qoyana və ipoteka saxlayana bu barədə elektron sistemdə bildiriş göndərilir. İpoteka kağızının tərtib edilməsi ilə bağlı müvafiq məlumat elektron sistemdə Nazirlik tərəfindən əldə edilir.

    Qayda ilə İpoteka kağızının dövlət qeydiyyatına alınması da məlum olub.

    -İpoteka dövlət qeydiyyatına alındıqdan sonra ipoteka saxlayan “Elektron hökumət” portalında yaratdığı elektron kabinet vasitəsilə ipoteka kağızının dövlət qeydiyyatına alınması üçün tələb olunan dövlət rüsumunu “ASAN ödəniş” sistemi üzərindən ödədikdən sonra gücləndirilmiş elektron imza ilə imzaladığı ərizə vasitəsilə elektron sistemdə Nazirliyə müraciət edir.

    -Nazirlik ərizəni qəbul etdikdən sonra 1 (bir) iş günü müddətində Qanunda ipoteka kağızına dair nəzərdə tutulan tələblərə əməl edilməsini, ipoteka predmeti barədə məhkəmə mübahisəsinin olub-olmamasını və ya ipoteka predmeti üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılıb-məhdudlaşdırılmamasını araşdırır.

    -Bu Qaydada qeyd edilən hallar olduqda, ipoteka kağızının dövlət qeydiyyatına alınmasından Nazirlik tərəfindən imtina olunur və həmin gün imtinanın səbəbləri göstərilməklə, bu barədə ipoteka saxlayana elektron sistemdə bildiriş göndərilir.

    -Bu Qaydanın tələbləri pozulan hallar olmadıqda, ipoteka kağızı 1 (bir) iş günü müddətində dövlət qeydiyyatına alınır və ipoteka saxlayanın ipoteka kağızına mülkiyyət hüququ rəsmiləşdirilir. Nazirlik tərəfindən ipoteka kağızında onun dövlət qeydiyyatına alındığını təsdiq edən aşağıdakı qeydlər edilir:

    -elektron sistemdə ipoteka kağızına qeydiyyata alınma ardıcıllığına uyğun olaraq altırəqəmli dövlət qeydiyyat nömrəsi verilir;

    -. ipoteka kağızında dövlət qeydiyyatını aparan orqanın adı və qeydiyyat anı (tarixi və saatı) göstərilir;

    -ipoteka kağızı qeydiyyat orqanının səlahiyyətli şəxsinin gücləndirilmiş elektron imzası ilə imzalanır.

    İpoteka kağızı dövlət qeydiyyatına alındığı gün bu barədə ipoteka saxlayana və ipoteka qoyana, o, üçüncü şəxs olduqda, həm də əsas öhdəlik üzrə borcluya elektron sistemdə bildiriş göndərilir.

    -İpoteka kağızının dövlət qeydiyyatından imtina olunduqda, ipoteka saxlayan imtinanın səbəbləri aradan qaldırıldıqdan sonra ipoteka kağızının dövlət qeydiyyatına alınması üçün təkrar müraciət edə bilər.

    Qaydaya əsasən. İpoteka kağızına xitam verilməsi halları da müəyyənləşib.

    -İpoteka saxlayan ipotekaya xitam verilməsi barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etdikdən və ipotekanın dövlət qeydiyyatı ləğv edildikdən sonra ipoteka kağızına dərhal xitam verilir.

    -Nazirlik ipoteka kağızına xitam verilməsi ilə bağlı müvafiq reyestrdə qeydlər aparılmasını təmin edir və qeydlərin aparıldığı gün bu barədə ipoteka saxlayana, habelə ipoteka qoyana elektron sistemdə bildiriş göndərilir.

  • Polşa XİN: “Aİ sanksiyaya məruz qalacaq Belarus vətəndaşlarının siyahısını tərtib etmək niyyətindədir”

    Avropa İttifaqı sanksiyaya məruz qalacaq Belarus vətəndaşlarının siyahısını tərtib etmək niyyətindədir.

    Median.Az-ın xəbərinə görə, bunu Polşanın Xarici İşlər naziri Yatsek Çaputoviç Aİ-yə üzv ölkələrin Xarici İşlər nazirlərinin video formatda görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, bəzi nazirlər sanksiya tətbiq edilməsinin tərəfdarı olublar.

    “Seçki saxtakarlığı və güc tətbiq edilməsi faktlarına məhəl qoymaya bilmərik. Polşa saxtalaşdırma və güc tətbiq edilməsində iştirak edənlərə qarşı sanksiyaları dəstəkləyir. Aİ sanksiya tətbiq ediləcək şəxslərin siyahısı üzərində işləyəcək”, – deyə Polşa XİN başçısı bildirib.

    Qeyd edək ki, bu gün Aİ ölkələrinin Xarici İşlər nazirlərinin fövqəladə videokonfransı keçirilib. Videokonfransda Belarusdakı vəziyyət və digər məsələlər müzakirə olunub.

    Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S.Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.

    Seçkilərdən sonra paytaxt Minsk də daxil olmaqla, ölkənin müxtəlif şəhərlərində nəticələrə etiraz edən vətəndaşlarla polis qüvvələri arasında toqquşmalar artıq 5 gündür davam edir. 7000-dək etirazçının saxlanıldığı, 2 nəfərin toqquşmalarda həlak olduğu, yüzlərlə insanın yaralandığı bildirilir. Seçkidə A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskya təhlükəsizliyi ilə əlaqədar Belarusu tərk edib, o, hazırda Litvadadır.