Month: August 2020

  • Назван прирост заболевших коронавирусом в мире за сутки

    Количество случаев заражения коронавирусом в мире возросло за последние сутки более чем на 286 тысяч, скончались еще свыше 6,7 тысячи человек.

    Как передает Report, это следует из данных Всемирной организации здравоохранения (ВОЗ).

    По информации ВОЗ, за последние 24 часа в мире зарегистрировали 286 710 новых случаев заражения, скончались еще 6 713 пациентов с COVID-19.

    Общее число случаев заражения, таким образом, достигло 20 730 456, скончались 751 154 зараженных.

    Всемирная организация здравоохранения 11 марта объявила вспышку новой коронавирусной инфекции COVID-19 пандемией.

  • Dünyada COVID-19-a 286 min yeni yoluxma aşkarlanıb

    Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artıb.

    “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

    Belə ki, son 24 saatda dünyada koronavirusa 286 min 713 yeni yoluxma və 6 713 ölüm faktı qeydə alınıb.

    Bildirilir ki, dünyada COVID-19-a yoluxanların sayı 20 730 456-ya, ölənlərin sayı isə 751 154-ə çatıb.

    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.

  • Torpaq zəbt etdi, polislər gələndə bacısının arxasında gizləndi

    Sabunçu rayonu Balaxanı qəsəbəsidə yerləşən mədən ərazilərində, neft kəmərlərinin mühafizə zonasında yaşayış evlərinin tikilməsi geniş vüsət alıb.

    “Report” xəbər verir ki, SOCAR-ın Təhülkəsizlik İdarəsi insanları mümkün qədər bu ərazilərdə məskunlaşmaqdan çəkindirməyə, onların təhlükəsizliyini təmin etməyə çalışır. Lakin bəzi insanlar mühafizəçilərin xəbərdarlıqlarına məhəl qoymayaraq neft sənayesinə aid torpaqlarda tikinti işlərini davam etdirirlər.

    Sonuncu belə bir fakt Balaxanı qəsəbəsində Şəhər şossesi, döngə 5 ünvanında qeydə alınıb. Belə ki, Eyvazov Babək Məhəmməd oğlu 250 mm-lik Sabunçu-Böyükşor neft kəmərinin mühafizə zonasında boş torpaq sahəsini zəbt edərək qanunsuz tikinti işləri aparmağa cəhd edib. May ayından bəri ona müxtəlif vaxtlarda 10-12 dəfə xəbərdarlıq olunub ki, boru xəttinin mühafizə zonasında tikinti işləri aparmasın. Lakin o, hər dəfə işləri dayandırdığını bildirsə də, 5-10 gündən sonra tikintini davam etdirib. O, bu minvalla tikinti işlərini tamamlayıb evin dam örtüyünü vurmağı planlaşdırıb.

    Avqustun 13-də gecə saatlarında Babək Eyvazovun qanunsuz tikinti işlərinə yenidən start verdiyini aşkarlayan mühafizəçilər Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib. Bundan sonra Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əraziyə gələrək qanunsuz tikinti aparan ustaları və tikintinin sahibini 12-ci Polis Bölməsinə aparıb.

    Bu gün həmin ünvanda Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə yeni tikilən hissələr sökülərək əvvəlki vəziyyətə gətirilib. Bu zaman Babək Eyvazov özü gizlənərək bacısı Sənubər Eyvazova və bir neçə qadını irəli buraxıb. Həmin qadınlar polis və mühafizəçilərə qarşı qadına yaraşmayacaq təhqiredici sözlər, nalayiq ifadələr işlədiblər. Onlar süni şəkildə münaqişə yaratmağa cəhd ediblər, əlindəki telefonu yerə çırpan Sənubər Eyvazova elə bir görüntü yaratmağa çalışıb ki, guya ona qarşı zor tətbiq edilir. Onların hərəkətlərinə reaksiya verilmədiyini görən Sənubər Eyvazova mühafizəçilərə hücum çəkib, onların xidməti avtomobilini daş-qalaq edib. Yaranan qarşıdurma nəticəsində SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları Məmmədov Ruslan Polad oğluna və Səfərli Alim Bəhlul oğluna küt alətlərlə zərbələr endirilib. Ciddi xəsarət alan əməkdaşlar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırlıb, tibbi yardım aldıqdan sonra onlar ambulator müalicə üçün evə buraxılıb. Öz xidməti vəzifələrini icra edən SOCAR əməkdaşlarına qarşı törədilən qanun pozuntuları ilə bağlı hazırda hüquq mühafizə orqanlarında müvafiq araşdırmalar aparılır.

    Qeyd edək ki, qüvvədə olan normativ-hüquqi aktlara əsasən isə neft kəmərlərindən hər iki istiqamət üzrə minimum 50 metr, neft quyularından isə 300 metr məsafədə hər hansı şəxsi tikinti işlərinin aparılması qadağandır. Qanunla müəyyən edilmiş bu mühafizə zonaları boru xəttləri, habelə neft quyuları kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət kəsb edir.

  • Стало известно, в чем обвиняют Эльдара Гасанова

    Стало известно, в чем заключаются обвинения, выдвинутые против посла Азербайджана в Сербии, Черногории, Боснии и Герцеговине Эльдара Гасанова.

    Как передает Report, Эльдар Гасанов обвиняется по статьям 308.2 (злоупотребление служебные полномочиями) и 308-1.1 (нецелевая трата бюджетных средств) УК АР.

  • Eldar Həsənova qarşı irəli sürülən ittihamlar məlum oldu

    Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənova qarşı irəli sürülən ittihamlar məlum olub.

    “Report” xəbər verir ki, Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələrilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Eldar Həsənov barəsində noyabrın 3-dək həbs-qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

    Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

    Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

    Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Bəhram Bağırzadə xəstəxanada yatdığı dönəmdən danışdı: “Rəngli filmlər görürdüm”

    “EKMO aparatına qoşulduğum vaxt heç nə xatırlamırdım, sanki rəngli filmlər görürdüm”.

    Oxu.Az xəbər verir ki, bunu “Planet Parni iz Baku” KVN teatrının aktyoru, əməkdar artist Bəhram Bağırzadə deyib.

    O, bu gün Tahir İmanovla canlı yayım zamanı xəstəxanada yatdığı dönəmdən danışıb:

    “Kimlərsə deyir ki, Bəhram koronavirusu reklam edir, bağda oturub, dincəlir, heç nə olmayıb. Amma inanmayın belə cahillərə. Koronavirus var və çox təhlükəlidir. Kimsə bunu yüngül keçirir, kimsə ağır. Mənim qohumlarımda yüngül forması idi. Nəsildə ən ağır məndə oldu. Xəstəxanaya çatdırılanda özümdə deyildim. Azərbaycanda EKMO aparatına qoşulan ilk insanam.

    Komada olduğum müddətdə filmlər görürdüm. Özü də rəngli. Ən pisi ayıldıqdan sonrakı 4-5 gündür. Adam heç nə xatırlamır, nə baş verdiyini, burda niyə olduğunu başa düşmür. Çox qəmgin olursan. İki həftəyədək belə danışa bilmirdim. İndi isə şükür Allaha, danışmağımda da heç bir problem qalmayıb. Dövlət Gömrük Hospitalının mənim üçün əlindən gələni edən bütün tibb işçilərinə təşəkkürümü bildirirəm”.

  • “Qarabağ”ın rəqibi Bakıya xal itkisi ilə gəlir

    Şimali Makedoniya çempionatında II tura start verilib.

    Median.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olacaq “Sileks” növbəti görüşünü keçirib.

    Kratovo təmsilçisi doğma meydanda “Pelister”lə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

    Bu nəticədən sonra xallarını 4-ə yüksəldən “Sileks” hələlik turnir cəvdəlinə başçılıq edir. Eyni xala malik “Pelister” isə 2-ci sırada qərarlaşıb.

    Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu saat 20:00-da başlayacaq.

    Bu cütün qalibi II raundda “Şerif” (Moldova) – “Fola Eş” duelinin güclüsü ilə qarşılaşacaq.//oxu.az

  • Novxanıda qadının göstərişi başına bəla oldu

    Abşeron rayonu, Novxanı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

    Bu barədə Sputnik Azərbaycan-a xidmətin rəis müavini Ramal Bağırov bildirib.

    O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı Kərim Kərimov küçəsində 10 sərv ağacının kəsildiyi, 5 sərv ağacının isə budandığı məlum olub.

    Araşdırma zamanı ağacların kənd sakini Solmaz Fətəliyevanın göstərişi ilə kəsildiyi və təbiətə 1960 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

    “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Abşeron rayon Prokurorluğuna göndərilib”.

  • Flora Kərimova: “Bu yaxınlarda bilmişəm ki, yaxşı oxuyuram”

    “O dövrün mühiti, ab-havası mahnılarda da özünü göstərirdi. Ona görə də o illərin mahnıları indi yoxdur. O mahnıların dövründə münasibətlər də fərqli idi. Gələcəyə ümid var idi. İndi koronavirus, nə-bilim-nə virus insanların ruhunu korlayıb”.

    Bu sözləri Xalq artisti Flora Kərimova Xəzər TV-də yayımlanan “Kinomən” proqramında deyib. Sənəti ilə bağlı suallara cavab verən müğənni tərifi sevmədiyini söyləyib: “Bunu utana-utana deyirəm: nə filmə, nə televizora baxa bilirəm. Təriflərdən zəhləm gedir. Gözümün önündə o qədər səmimiyyətdən uzaq komplimentlər deyilib ki… Səhnə arxasında isə o müğənnini yıxıb-sürüyüblər. Adam rəhmətə gedib deyə adını çəkmirəm. Onun səhnə davranışından, görünüşündən, danışığından, oxumağından o qədər danışırdılar ki, amma onunla üz-üzə gələndə təriflər söyləyirdilər”.

    Xalq artisti bildirib ki, səhnəyə yeni addımları atdığı dönəmlərdə yolunu kəsməyə çalışanlar olub: “Yeni gələndə çox çarpışırdılar ki, məni yıxsınlar. “Mama qurban, ay can”la böyüyən uşaq birdən-birə ikiüzlü insanlarla qarşılaşdı. Balaca olanda səhnəyə çıxanda deyirdilər, nələr etdin, səndən yoxdur. Özümü itirirdim, qaçırdım. Birdən-birə ikiüzlülük gördüm. Nə ailədə, nə evdə görmüşdüm”.

    Əfsanəvi müğənni hərdən bəzi mahnıların yaranma tarixini belə xatırlamadığını qeyd edib: “Bu yaxınlarda bilmişəm ki, yaxşı oxuyuram. Bunu son bir-iki ildə anladım. Buna inanmayacaqsınız, amma həqiqətən belədir. “Gözləməyim, gözləməyim, neyləyim” mahnısını sonradan bilmişəm ki, ilk dəfə mən oxumuşam. Özüm özümün vurğunu olmadığımdan səsimi eşidəndə əsəbləşirdim. Ona görə də “Gün keçdi” filmində səsləndirdiyim “Bir axşam taksidə” saundtrekinin taleyini izləmirdim. Mən özümü bəyənmirdim deyə mahnının taleyi ilə maraqlanmırdım”, – deyə əlavə edib.

  • Bir yerə yığışmaq olmaz, amma şəkil çəkdirmək olar

    “Bu gün qeydiyyat şöbələrində təntənəli nikah otaqları var. Nikahının təntənəli keçirilməsini arzu edən şəxslər buna görə müraciət edirlər”.

    Median.Az xəbər verir ki, bu barədə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova deyib. O, məhdudiyyətlər haqda da danışıb: “Qeyd edim ki, bu zaman təntənəli nikah mərasiminə gələn şəxslərin sayında məhdudiyyət olur. Bu zaman doğmalar həmin mərasimdə iştirak etmirlər. Lakin xatirə şəklinin çəkilməsi üçün doğmalara şərait yaradılır”.//sputnik.az