Month: August 2020

  • Bakıda uzun müddətdən sonra kafe və restoranlar açılışa hazırlaşır – VİDEOREPORTAJ

    Üç aya yaxındır ki, kafe və restoranların fəaliyyətinə məhdudiyyət qoyulub. Amma yaxın günlərdə bu obyektlərin yenidən fəaliyyətə başlaması operativ qərargahın müzakirə mövzusudur. Bəs bu aylar ərzində sahibkarlara nə qədər ziyan dəyib, hansı çətinlikləri olub, ümumiyyətlə, yenidən fəaliyyətə hazırdırlarmı?

    Baku TV bu mövzunu araşdırıb və bir neçə restoranda olub.

    Restoran inzibatçısı Bəhruz Qənizadənin sözlərinə görə, bütün biznes sahələri kimi restoranlar üçün də çətin oldu:

    “Nə qədər də olsa, ödənişləri verməkdə, pul qazanmaqda çətinlik çəkirik. Ən əsası, personalın evdə qalması idi. Bizə də gəlir yoxdur. Ona görə onların maaşlarını ödəyə bilmirik. Açılışdan sonra, inşallah, daha yaxşı olar”.

    Əgər yaxın müddətdə kafe və restoranlar açılacaqsa, insanlarımızın qoyulacaq qaydalara əməl etməsi vacibdir. Bu məsələdə arxayın olmaq olmaz. Yadımıza salaq, təxminən üç ay bundan öncə yumşalma olan zaman yoluxanların sayı kəskin artdı və bu səbəbdən də yoluxma daha çox olan rayon və şəhərlərdə sərt karantin rejimi yenidən tətbiq edildi. Ona görə də biz bu bəlanı unutmayıb, özümüzü qorumağı öyrənməliyik.

  • В Азербайджане племянник генерал-лейтенанта задержан с крупной партией героина

    Сотрудники Главного управления по борьбе с наркотиками задержали в ходе оперативных мероприятий родственника бывшего заместителя министра внутренних дел Аскера Алекберова.

    Как передает Report, в ходе операции на территории Абшеронского района были задержаны Рамин Алекберов, Абдул Умаров, Сафар Алекберли и Орхан Мехдиев.

    Сообщается, что Рамин Алекберов является племянником бывшего заместителя министра.

    Согласно официальной информации Министерства внутренних дел, в ходе личного досмотра у Р.Алекберова было изъято около пяти грамм, а в его автомобиле – более 10 килограмм героина.

    У пассажиров его автомобиля – вышеотмеченных лиц также был обнаружен героин. В ходе обыска квартиры Р.Алекберова в поселке Бакиханова было выявлено дополнительно 495 г метамфетамина и 501 г героина.

    В ходе очередных мероприятий, проведенных сотрудниками управления на территории Хатаинского района, был задержан житель столицы Тельман Алиев. Во время личного досмотра у него было изъято 4 кг 210 г героина, 2 кг 20 г опиума и 11 г метамфетамина.

    По данному факту возбуждено уголовное дело.

    Отметим, что генерал-лейтенант полиции Аскер Алекберов в 1995-2014 гг. занимал должность заместителя министра внутренних дел.

  • В Тертере скончался 8-летний ребенок, ранивший себя ножом

    В Тертере 8-летний ребенок скончался в результате несчастного случая.

    Как сообщает АПА, житель Тертерского района Мамедов Юсиф Рамин оглу (2012 г.р.) ранил себя, играя с ножом.

    Ребенок был немедленно госпитализирован в отделение реанимации Бардинской центральной районной больницы.

    Несмотря на усилия врачей, спасти его не удалось.

    По данному факту начато расследование.

  • Tərtərdə bıçaqla özünə xəsarət yetirən səkkiz yaşlı uşaq vəfat edib

    Tərtərdə səkkiz yaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.

    APA-nın xəbərinə görə, Tərtər rayon sakini, 2012-ci il təvəllüdlü Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib.

    Azyaşlı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

    Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma başlanıb.

  • Vitse-prezident cəzalandırılan idmançımız barədə: “Olimpiadada iştirak etmək istəyirdi”

    “AMADA-dan bizə Ramin Əzizovun cəzalandırılması ilə bağlı rəsmi məktub gəlməyib. Pandemiya ilə bağlı ofisimiz həftədə iki dəfə işləyir. Ola bilər ki, məktub işləmədiyimiz zaman göndərilib və bizə gəlib çatmayıb. Amma mətbuat vasitəsilə onun cəzalandırılmasından xəbərimiz var”.

    Bunu Oxu.Az-a Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev bildirib.

    IV İslam Həmrəyliyi Oyunlarının qalibi, dünya və iki dəfə Avropa çempionatı mükafatçısı Ramin Əzizov iki illik cəzalandırılıb. N.Paşayev idmançının karyerasını bitirdiyini, özü üçün məşq etdiyini bildirib:

    “Dekabrda o, Azərbaycan çempionu oldu. Sonra yığma komandaya cəlb olunub, Olimpiya Oyunlarında iştirak etmək istəyirdi. Ancaq bunun alınmayacağını görüb, federasiyaya karyerasını bitirdiyini bildirdi. 32 yaşı olduğu üçün biz də onun qərarına müdaxilə etmədik.

    Ramin Əzizov fevral ayından sonra idman karyerasını bitirib. O, dopinq nəzarətindən keçəndə də AMADA-ya yazılı olaraq bildirmişdi ki, idmançı karyerasını başa vurub.

    O, özü üçün məşq edirdi. Məşq etdiyi zaman gəlib ondan test götürüblər. WADA ilə AMADA-nın siyahısında qeydiyyata alınmış altı taekvondoçumuz var. Onların arasında Ramin Əzizovun da adı var. AMADA istədiyi vaxt bu idmançılardan dopinq testi götürməkdə sərbəstdir. AMADA da məşq zamanı gəlib ondan test götürüb və qanında dopinq aşkarlanıb”.

    Qeyd edək ki, Ramin Əzizov fevralın 22-də İsveçin Helsinqborq şəhərində keçirilmiş açıq çempionatda bürünc medal qazanıb. Bu, onun yığmada son medalı olub.

  • Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu vətənə qayıtdı

    NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

  • Yas mərasimi keçirənlər cərimələndi – FOTO

    Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar operativ qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunması istiqamətində tədbirlər davam etdirilir.

    DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayon sakini Məzahir Mustafayevin karantin rejiminin qaydalarını pozaraq öz evinin həyətində vəfat etmiş atası üçün yas mərasimi keçirdiyini aşkarlayıblar.

    Polis əməkdaşları tərəfindən mərasim dərhal dayandırılıb, ev sahibi M.Mustafayev və mərasimdə iştirak edən altı nəfər polis şöbəsinə gətiriliblər.

    Burada onlarla izahedici söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

  • Avqustun ortalarında hava sərin keçəcək

    Avqust ayının ortalarında hava sərin keçəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, avqust ayı yay fəslinin ən isti ayıdır.

    Xüsusən son onilliklərdə ən davamiyyətli isti hava dalğaları və ən yüksək temperatur göstəriciləri məhz bu ayda qeydə alınıb.

    Ötən illərdən fərqli olaraq, bu il 35 dərəcədən yüksək temperatur Bakıda yalnız bir dəfə qeydə alınıb. Ayın əvvəlindən bu günədək orta temperatur beş gün ərzində iqlim normasından 2,3 dərəcəyədək aşağı olub.

    Bu cür hava şəraiti Rusiyanın cənubundan, Qara dəniz üzərindən bizim regiona atmosfer hava cəbhələrinin daxil olması ilə bağlıdır.

    Növbəti nisbətən sərin hava dalğasının təsiri avqust ayının 14-dən ikinci ongünlüyün sonunadək hiss olunacaq.

    Belə ki, arabir güclənən şimal küləyinin fonunda havanın temperaturu çoxillik normadan aşağı enəcək. Paytaxtda maksimal temperatur 25-30 dərəcədən yüksək olmayacaq. Rayonlarda hava arabir yağışlı olacaq.

  • DTX-dən əməliyyat: Azərbaycanlı səfir Bakıda tutuldu – RƏSMİ

    Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

    Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

    Bildirilib ki, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

    Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

    Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

    Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Cinayət işi istintaqı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

  • Tarixi “Gəncə Bazarı” yenidən bərpa olunur – VİDEO

    Gəncəlilərin vaxtilə “Gəncə Bazarı” və ya “Kolxoz bazarı” kimi tanınan tarixi bazarı uzun illər istər şəhər sakinləri, istərsə də ətraf bölgələrdə yaşayanların üz tutduğu bir məkan idi.

    Tarixi mənbələrə görə, bazarın yaşı bir əsrə yaxındır.

    Gəncənin mərkəzində yerləşən bazar təxminən dörd il öncə tamamilə sökülüb.

    Baku TV-nin məlumatına görə, bu günlərdə isə yenidən inşa edilir.

    Bildirək ki, qədim bazar ən müasir tələblər çərçivəsində tikiləcək.

    Layihəyə əsasən bazarın inşası iki əsas istiqamət üzrə aparılacaq. Tikintidə şəhərin qədimliyi, həmçinin, müasirliyi əks olunmalıdır. Ayrıca Gəncə şəhərini tərənnüm edən tarixi ornamentlərdən də istifadə ediləcək.

    “Gəncə Bazarı”nın bir hissəsi ilin sonunadək, tam istifadəyə verilməsi bir il ərzində nəzərdə tutulub.