Month: Avqust 2020

  • Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

    Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

    Brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev iştirak edir.

    Konfransda ölkədə elan olunan sərt karantin rejimi ilə bağlı məlumat verilir.

  • Azərbaycanda 241 nəfər koronavirusa yoluxdu, 647 nəfər sağaldı

    Azərbaycanda koronavirus infeksiyasına yeni 241 yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

  • Azərbaycanda karantin müddətində toylarla bağlı QƏRAR

    31 avqust tarixinədək Azərbaycanda toy məclislərinin təşkilinə qoyulan qadağa davam edəcək.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın qərarında deyilir.

    Bildirilib ki, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən, bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağandır.

  • İri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti bərpa edilməyəcək – RƏSMİ

    Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonun nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyətinə qoyulmuş məhdudiyyətlər qüvvədədir.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb:

    Nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti;

    İctimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

    Muzey və sərgi zallarının fəaliyyəti;

    Bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);

    Açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması.

  • Çimərliklərin istifadəsinə icazə verildi – RƏSMİ

    Avqustun 5-dən çimərliklərin istifadəsinə icazə veriləcək.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

  • Azərbaycanda karantin rejimi yenidən yumşaldılır: SMS icazə ləğv edilir – RƏSMİ

    Yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir.

    Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunub. Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib.

    • 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur.

    • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

    COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:

    • Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.

    Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda aşağıdakı məhdudiyyətlər qüvvədədir:

    • həftəsonları qeyd olunan tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti:

    8 avqust saat 00:00-dan 10 avqust saat 06:00-dək;

    15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək;

    22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək;

    29 avqust saat 00:00-dan 31 avqust saat 06:00-dək;

    • nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyəti;

    • ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

    • muzey və sərgi zallarının fəaliyyəti;

    • bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);

    • açıq havada idman yarışlarının və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

    Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən və qadağan edilən iş və xidmət sahələrinə dair qaydalar qüvvədə qalır.

    2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində aşağıdakı məhdudiyyətlər qüvvədədir:

    • ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; (xüsusi və çarter reysləri istisna olmaqla)

    • xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; (Naxçıvan Muxtar Respublikası istisna olmaqla)

    • ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

    • tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

    • iri ticarət mərkəzlərinin və “Mall”arın nəzdində olan uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması;

    • əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

    • idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

    • mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

    • dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

    • toy məclislərinin təşkilinin qadağan olunması;

    • bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr və müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla);

    • ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması

    • bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

    • ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

    • tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

    • massaj və hamam xidmətlərinin göstərilməsi;

    Virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməyə, sosial məsafəni saxlamağa, qoruyucu maskalardan istifadəyə çağırırıq.

  • Xəttə az avtobus çıxaran daşıyıcılara XƏBƏRDARLIQ

    Avqustun 2-də sərt karantin rejimi və sanitar-epidemioloji vəziyyətə uyğun olaraq mümkün yumşaldılmalar zamanı sərnişindaşımaların təşkili ilə bağlı daşıyıcı şirkətlərlə video-konfrans formatında müşavirə keçirilib.

    Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, müşavirədə sərnişindaşımaların təşkili, görülən işlər, çatışmazlıqlar və onların həllinə dair məsələlər müzakirə olunub.

    Əsas diqqət günün pik saatlarında müəyyən istiqamətlər üzrə avtobuslarda müşahidə olunan sərnişin sıxlıqlarına yönəldilib. Vurğulanıb ki, pandemiya dövründə avtobus sayının düzgün tənzimlənməsinə dair tapşırıqlar verilsə də, bəzi daşıyıcılar fəaliyyətlərində məsuliyyətsizliyə yol verirlər. Daha çox mənfəət əldə etmək üçün bəzi daşıyıcılar məqsədli şəkildə avtobusların sayını azaldıb. Nəticədə daha çox “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və “20 Yanvar” dairəsi istiqamətində ətraf kənd və qəsəbələrdən hərəkət edən avtobuslarda sərnişin sıxlığı müşahidə olunub.

    Bu kimi hallar vətəndaşlar arasında narahatlıq yaratmaqla yanaşı, dövlətin sərnişindaşıma sahəsində həyata keçirdiyi tədbirlərə də xələl gətirir. Bunun yolverilməz olduğu qeyd edilərək problemlərin qısa vaxtda həllinə dair daşıyıcılara növbəti dəfə xəbərdarlıq olunub.

    Sərnişin tələbatı nəzərə alınmaqla hər bir xətt üzrə avtobus sayı müəyyən edilib və təmin edilməsi üçün tapşırıq verilib. Bildirilib ki, xəttə müəyyən olunan saydan az avtobus çıxaran daşıyıcıya qarşı qanunvericiliyə uyğun ən sərt tədbirin görüləcək. Avtobus sayının qəsdən azaldılması və ya sərnişin sıxlığına səbəb olan digər hallar müəyyən edilərsə, bu həmçinin karantin rejimi qaydalarının pozulması kimi qiymətləndiriləcək və araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

  • Ermənistanın Azərbaycanla sərhəd bölgəsində partlayış baş verib

    Ermənistanın Tavuş vilayətinin Berd şəhərində partlayış qeydə alınıb.

    Median.Az xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi məlumat yayıb.

    Partlayışın Berd Şəhər Polis İdarəsində baş verdiyi bildirilir.

    Rəsmi məlumata görə, ölən və xəsarət alanlar yoxdur.

    Polis idarəsinin binasına ciddi ziyan dəyib. Yaxınlıqda əl qumbaraları tapılıb.

  • “Polad Generalımız” kitabı nəşr edildi

    Qanun Nəşriyyat Evi “Polad Generalımız” adlı kitab nəşr edib.Bu barədə Şahbaz Xuduoğlu məlumat yayıb.

    Tovuzda şəhid olan general-mayor Polad Həşimovun xatirəsinə həsr edilmiş kitab 2000 ədəd nəşr edilib:

    “İnanıram ki, Polad Həşimov haqqında çoxlu kitablar yazılacaq. Nə qədər qanı istidir, biz bu kitabı nəşr edirik. Özü də “Məktəblilər üçün Liderlik dərsləri” seriyasında. Qoy gələcək nəsil Poladdan örnək götürsün, Polad kimi lider olsun.

    Bu nəşrin hazırlanmasında öz xatirələri ilə bizə yardım edən hər kəsə təşəkkür edirəm. Biz bu nəşri generalımızın əziz xatirəsinə “Qanun” ailəsinin töhfəsi olaraq nəşr edirik. Nəşr pulsuz paylanacaq”.

  • Müdafiə Nazirliyi vətəndaşlara çağırış etdi

    Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta “Twitter” hesabı açılıb.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    “Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabı bu linkdədir: (https://twitter.com/wwwmodgovaz)”, – məlumatda qeyd olunub.