Month: August 2020

  • “WhatsApp”da yeni funksiya tətbiq olunacaq

    “WhatsApp” yeni funksiyaya sahib olacaq: istifadəçilər “Android” və iOS cihazları arasında keçid edərək, söhbət tarixçəsini saxlaya biləcəklər.

    Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

    Qeyd olunur ki, bu funksiya hələlik istifadəyə verilməyib.

    “Android” və iOS platformalarında işləyən qurğular arasında keçid edərək, söhbətləri saxlamaq imkanının messencerin növbəti yenilənməsində görünəcəyi gözlənilir.

  • KİV: Yeni dərs ili ilə bağlı təlimatlar verilib

    Məktəb direktorlarına yeni tədris ili ilə bağlı təlimat göndərilib.

    Bu barədə News24.az-a daxil olan məlumatda bildirilir.

    Təlimatda aşağıdakılar qeyd olunub:

    I. Dərs ilinin başlanmasına qədər:

    Tədris həftəsi müddətində hər məktəbdə bir həkim və ya tibb bacısının olması təmin olunsun.

    TƏBİB-lə məlumat mübadiləsi aparılsın, koordinasiya işi həyata keçirilsin.

    Xəstəliyə yoluxmuş ailələr, onların yaxınları, xroniki, digər yoluxucu və təhlükəli xəstəlikləri olan şagirdlər, onların daşıyıcıları dərslərə gəlməsin. Onların təhsili mərkəz məktəblər tərəfindən məsafədən təşkil olunsun. Həmin şagirdlərin müəyyən olunaraq, qeydiyyatının aparılması, əyani iştirak edə bilmədiyi dərslərinin cədvəllərinin müəyyən olunması oxuduğu məktəblə mərkəz məktəb arasında əlaqələndirilsin.

    Şagirdlərin dəyişmə vərəqələri Səhiyyə Nazirliyi ilə paralelləşdirilsin – sənədlər elektronlaşdırlısın. Məzun sistemi, UTİS, Şagird yerdəyişmə sistemi, Səhiyyə Nazirliyinin sistemi əlaqələndirilsin. Şəxsi işlər elektronlaşdırılsın. Sənəd mübadilələrində kağız daşıyıcılarından istifadə minimuma endirilsin.

    Valideynin məcburi köçməsi və digər zəruri hallarla bağlı olmayan (daha yaxşı məktəbə və s.) şagird yerdəyişmələrinin qarşısı alınsın.

    Tədris planlarında dərnəklər və fakültətivlərə saat ayrılmasın. Operativ və mobil tədris planları müəyyənləşdirilsin, maliyyə itkisinə yol verməmək üçün real tədris planları hazırlansın.

    I, V, IX siniflər həftədə üç dəfə, ara siniflər həftədə iki dəfə tədrisi nəzərdə tutan cədvəllər hazırlasın. X və XI siniflərdə tədris tam onlayn qaydada təşkil edilsin (Onların dərsdən sonra şəhərin müxtəlif ərazilərində repetitorluq fəaliyyəti ilə məşğul olaraq vuris daşıyıcısı olma ehtimalları nəzərə alınsın).

    Baza və praktiki fənlər (tədris dili, xarici dil, riyaziyyat, kimya, fizika) əyani, digər fənlər onlayn-məsafədən tədris edilsin (qarışıq tədris modeli).

    Fiziki tərbiyə və həyat bilgisi dərsləri mütləq keçirilsin. Həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətləri daxil edilsin. Bu fənlər, xüsusilə fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq tədris oluna bilər.

    Psixoloqlarla bağlı yeni təlimat – 500 şagirdə 1 psixoloq uyğunluğu reallaşdırılsın. Psixoloqlarla bağlı yeni davranış qaydaları müəyyən edilsin.

    Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə şagirdlərin məktəb binasına müxtəlif qapılardan daxil olmasının təmin edilməsi üçün mövcud olan bütün giriş qapılarından istifadə qaydaları (fərqli siniflər və fərqli otaqlar) müəyyən edilsin.

    Məktəb binalarının qarşısında sosial məsafəni gözləmək üçün nişanlayıcı xətlər çəkilsin.

    Şagirdlərə dərslik komplektləri xüsusi bağlamalarda verilsin.

    Lazımi elektron avadanlığı olmayan (onlayn dərslər üçün) müəllim və şagirdlər üçün bunlar təmin olunsun.

    II. Dərs başlayarkən məktəbdə:

    Məktəb heyəti müvafiq qoruyucu vasitələrlə (lazım olduqda xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska, dezinfeksiya vasitələri) təmin olunsun.

    Bədən hərarəti yüksək olan şagirdlər məktəbdəki həkimin rəyinə uyğun olaraq məktəbə buraxılmasın.

    Qapıda termometr və dezinfeksiya aparatı qoyulsun, hər kəs ondan məcburi istifadə etsin.

    Şagirdlərin dərs başlayarkən və dərs yekunlaşarkən əllərini sanitar qovşaqda yuması təmin edilsin. Bunun üçün məktəbdə infrastruktur qaydaya salınsın.

    Məktəb həyəti və məktəb daxilində şagirdlərin bir yerə toplaşması qadağan olunsun.

    Təşkilatçı müavin, UBTR, bəzi laborantlar və növbətçi müəllimlər şagirdlərin siniflərə gəlməsi və davranışlarına nəzarət etsinlər. Bunun üçün müvəqqəti normalar müəyyən olunsun.

    Risk qrupu altında olan müəllimlər və digər işçilər işə cəlb edilməsin. Onların dərsləri onlayn keçilmə mümkün olmadıqda, əvəzçilik qaydasında digər müəllimlərə həvalə edilsin. Mümkün olan hallarda onlayn cədvəllər hazırlansın.

    Sanitar qovşaqlarda, otaqlarda, dəhlizlərdə müntəzəm dezinfeksiya işləri aparılsın.

    Davamiyyət məcburi olmasın.

    Şagirdlər tibbi maskadan məcburi istifadə etsin. Müəllimlər, işçilər maska və mümkün olduqda üz örtüyündən (dərs keçməyən rəhbərlik mütləq) istifadə etsin.

    Məktəb daxilində şagird hərəkəti lazımi sosial məsafəni gözləməklə təşkil edilsin.

    III. Dərslərin təşkili:

    Siniflərdə mümkün və lazım olduğu vəziyyətdə qoruyucu örtüklərdən istifadə olunsun.

    Tez-tez sinif otaqlarının havasının dəyişməsi təmin olunsun.

    Nəm, havalanması normadan az olan, gün işığı zəif düşən otaqlarda dərslər təşkil edilməsin.

    Bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə müəyyən edilsin.

    Bir gün ərzində maksimum beş dərs (əyani və ya onlayn) müəyyənləşdirilsin.

    Onlayn dərslərin uçotu aparılsın. Bununla bağlı qanunverici bazaya müvəqqəti əlavə edilsin.

    Əyani dərslərdə şagird sıxlığını azaltmaq üçün siniflər iki yerə bölünsün: məsələn, 5a1 və 5a2. Dərs yükü bu iki sinif arasında bərabər bölünsün. Məsələn, tədris dili altı saatıdırsa, üç saat 5a1 və + üç saat 5a2.

    8. Tədris materialının yeni və optimal bölgüsü müəyyənləşdirilsin.

    IV. Şagirdlərlə bağlı tövsiyələr:

    İctimai nəqliyyatdan mümkün olduqca daha az istifadə etsinlər.

    Məktəbə gələrkən tibbi maska və üz sipərindən istifadə etsinlər.

    Şəxsi əşyalarını digər şəxslərlə, sinif yoldaşları ilə paylaşmaqdan çəkinsinlər.

  • Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələndilər – VİDEO

    Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən iki fərdi yaşayış evində karantin qaydalarının pozularaq, gizli nişan mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həmin məlumat əsasında polis əməkdaşları şəhər sakini Firəngiz Məmmədovaya və rayonun Danaçı kənd sakini Rauf Əliyevə məxsus evlərə gəliblər.

    Həmin ünvanların hər birində 20-dən artıq şəxsin bir yerə toplaşaraq, karantin qaydalarını pozduqları aşkar edilib.

    Ev sahibləri və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət edilib. Onlara ölkədə elan edilən karantin rejiminin tələb və qaydaları izah olunub.

    Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib.

  • Представительная военная делегация Турции едет в Азербайджан

    12 августа Азербайджан посетят министр национальной обороны Турции Хулуси Акар, начальник Генштаба генерал армии Яшар Гюлер, командующие видами войск и другие высокопоставленные офицеры.

    Об этом сообщает пресс-служба Минобороны АР.

    В рамках Дня высокопоставленных наблюдателей за совместными широкомасштабными тактическими и летно-тактическими учениями с боевыми стрельбами Сухопутных войск, ВВС Азербайджана и Турции турецкая военная делегация в расширенном составе будет наблюдать за заключительным эпизодом первого этапа маневров.

  • Türkiyənin müdafiə naziri və Baş qərargah rəisi Azərbaycana gəlir

    Avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

  • DİM: “Qəbul imtahanlarının I mərhələsinə qatılmayanlar II mərhələdə iştirak edə biləcək”

    Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayının 10-dan iyulun 30-dək buraxılış (qəbul imtahanlarının birinci mərhələsi) imtahanları keçirilib. Qeyd olunan imtahanlarda təqribən 200 mindən çox şagird (abituriyent) iştirak edib.

    Mərkəzdən verilən məlumata görə, bu müddət ərzində ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin üzrlü səbəblərdən (temperatur, xəstəlik və s.) imtahanlarda iştirak edə bilməyənlər üçün də DİM-ə sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra növbəti imtahan günlərinin birində imtahan verməsi üçün şərait yaradılıb.

    Çünki buraxılış (qəbul) imtahanları bir neçə dəfə (müxtəlif şəhər və rayonlar üzrə) keçirilib və ay yarımdan artıq davam edib. Buna görə həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb.

    Son vaxtlar isə Dövlət İmtahan Mərkəzinə ali təhsil müəssisələrinə sənəd verən, lakin hər hansı əsaslı bir səbəb olmadan qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyentlərin də imtahanların ikinci mərhələsinə buraxılmalarına icazə verilməsi ilə bağlı müraciətləri daxil olub.

    COVID-19 infeksiyası ilə əlaqədar yaranan çətinliklər, xüsusi karantin rejimi, pandemiya şəraitinin məhdudiyyətləri və qeyd olunan müraciətlər nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə sənəd verən, lakin hər hansı bir səbəbdən qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən bütün abituriyentlərin (1000-ə yaxın) imtahanların ikinci mərhələsinə buraxılmasına icazə verilib.

    Həmin abituriyentlər seçdikləri ixtisas qrupuna uyğun şəhər və rayonun imtahan günündə – avqustun 13, 14, 20 və ya 21-də keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsində iştirak edə bilərlər.

    Lakin bu abituriyentlər nəzərə almalıdırlar ki, onlar ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə qəbul imtahanlarının ikinci mərhələsindən topladıqları bal əsasında iştirak edəcəklər.

    Qeyd edək ki, abituriyentlərin qəbul imtahanlarının ikinci mərhələsində maksimal olaraq 400 bal toplamaq imkanı var.

  • Baş Prokurorluqdan sosial şəbəkələrdə yayılan işgəncə şəkilləri ilə bağlı AÇIQLAMA

    “Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən iyulun 14-dən 15-nə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil olunması, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə guya bir neçə şəxsin işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkildiyi iddia olunan fotolar yayılıb”.

    Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunan fotoların ölkə ərazisində çəkilməsi barədə iddialar tamamilə yalan və uydurma xarakter daşımaqla ictimai-siyasi sabitliyi pozmaq məqsədi güdür və cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edir.

    Azərbaycan Respublikası Baş Prokurorluğu qəti olaraq bildirir ki, fotolarda yer alan şəxslər şahid, şübhəli, o cümlədən, təqsirləndirilən şəxs və ya hər hansı digər statusda istintaqa cəlb olunmamış, həmin şəxslərlə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində heç bir istintaq hərəkəti aparılmayıb.

    Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin informasiya sahəsində milli maraqlarına zidd olmaqla qanunvericilik aktlarının tələblərini qəsdən pozaraq həyata keçirilən məqsədyönlü tədbirlərə inamsızlıq yaratmağa xidmət edən, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən dezinformasiyaların yayılması yolverilməzdir.

  • Prezident “Azərsu”ya vəsait ayırdı

    Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

    Sərəncama əsasən, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti əhalisi 65122 nəfər olan 15 rayonun 24 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 ədəd subartezian quyusunun qazılmasını təmin etməlidirlər.

    Bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 756,0 (yeddi yüz əlli altı) min manat ayrılıb.

    Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

  • Bakıda kişi liftin şaxtasına yıxıldı – VİDEO

    Bakının Yasamal rayonunda bir nəfər liftin şaxtasına düşüb.

    Vətəndaş yarımtikilidə ehtiyatsızlıqdan şaxtaya düşüb və yaralanıb.

    Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub və o, şaxtadan çıxarılıb.

    Yaralı aidiyyəti üzrə təhvil verilib.

  • Belarusda aksiyalara görə pirotexniki məhsulların satışı qadağan edildi

    Belarusda pirotexnika məhsullarının topdan və pərakəndə satışına qadağa qoyulub.

    “BelTA” xəbər verir ki, bu barədə Belarusun Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi məlumat yayıb.

    Qadağa Belarus Nazirlər Şurasının qərarından sonra qəbul edilib.

    Sənəd avqustun 12-dən qüvvəyə minib.