Month: August 2020

  • Xəzərətrafı ərazilərdə təmizlik və abadlıq işləri aparıldı – VİDEO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Sumqayıtda 12 avqust – Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günü ilə bağlı aksiya keçirib.

    Baku TV xəbər verir ki, hər il bu gün münasibətilə nazirliyin təşəbbüsü ilə Xəzərətrafı rayonların rəsmi dövlət qurumlarının, ictimai təşkilatların və ictimaiyyət nümayəndələrinin, nazirliyin tabeli qurumlarının iştirakı ilə maarifləndirici tədbirlər, təmizlik və abadlıq işləri görülür.

    “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” BMT-nin Ətraf Mühit Proqramının və digər beynəlxalq təşkilatların dəstəyilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanıb.

    Konvensiya mətninin müzakirələri 1995-ci ildən 2003-cü ilədək keçirilən görüşlər zamanı davam edib, 2003-cü il noyabrın 4-də Xəzəryanı ölkələr tərəfindən imzalanıb.

    Təsdiq olunduğu şəhərin adı ilə “Tehran konvensiyası” kimi tanınan bu saziş Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, Xəzərin ətraf mühitinin mühafizəsi, saxlanması və bərpasına qulluq edir.

    Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar da əks olunub. “Tehran konvensiyası” beş Xəzəryanı dövlətin hökumətləri tərəfindən ratifikasiya olunduqdan sonra 2006-cı il avqustun 12-də qüvvəyə minib. Daha sonra bu tarixin Xəzər Günü kimi qeyd edilməsinə başlanılıb.

    Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası onun sahilində yerləşən beş dövlət arasında regionda təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir.

    Aksiya çərçivəsində tədbirlər iki gün davam edəcək.

  • Bu gün Azərbaycan Premyer Liqasının püşkü atılacaq

    Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti – 2020/2021-ci illər mövsümünün püşkü atılacaq.

    AFFA-nın inzibati binasında baş tutacaq püşkatma mərasimi klub və KİV nümayəndələri üçün qapalı olacaq.

    Tədbir saat 15:00-da başlanacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

    Qeyd edək ki, 2020/2021 mövsümündə də Premyer Liqada ötən mövsüm çıxış etmiş səkkiz komanda – “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Sabah”, “Səbail” və “Qəbələ” mübarizə aparacaq.

  • Azərbaycanda “Qaz ilə göyərçinin əhvalatı” adlı qalmaqallı kitab qadağan edildi – FOTO

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə, uşaq ədəbiyyatının spesifik xüsusiyyətlərinə və ona olan tələblərə uyğun gəlməyən, lakin uşaq auditoriyası üçün nəzərdə tutulduğu qeyd edilən “Qaz ilə göyərçinin əhvalatı” adlı kitabla bağlı açıqlama verib.

    Komitədən Oxu.Az-a bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu iddia edilən şairə Aygün Bal müəllifi olduğu kitabında uşaqların yaş xüsusiyyətlərini, həmçinin, seçdiyi mövzunun didaktik və tərbiyəvi əhəmiyyətini nəzərə almayıb:

    “Şübhəsiz ki, bədii ədəbiyyatın tərkib hissəsi olan uşaq ədəbiyyatı birbaşa təlim-tərbiyə və yeni nəslin ədəbi zövqünün formalaşması vasitələrindən biridir.

    Məhz bu səbəbdən hər bir ədəbi nümunə gələcəyimiz olan övladlarımızın formalaşması işinə öz müsbət təsirini göstərməklə yanaşı, həm də uşaq psixologiyasına və marağına müvafiq məzmunda və üslubda yazılmalıdır.

    Adı çəkilən çap məhsulunda istifadə olunan ifadələrin azyaşlı uşaqlara göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq vəsaitin istifadəsinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyini qeyd etmək lazımdır.

    Belə ki, ailə institutunu nüfuzdan salan informasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilib”.

    Qeyd edilib k ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən həmin informasiya məhsullarının uşaqlar arasında yayılması qadağandır:

    “Həmçinin, bu qanunun tələblərinə zidd olaraq sözügedən “kitab” ekspert rəyi olmadan çap edilib. Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən, həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na əsasən informasiya məhsullarının ekspert rəyi olmadan yayılması inzibati məsuliyyətə səbəb olur.





    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq uşaqların istifadəsi üçün bu kimi informasiya məhsullarının yayılmasını məqsədəuyğun olmadığını vurğulamaqla yanaşı, bu barədə məlumatların yayılmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırırıq”.

  • Армяне продолжают нарушать режим прекращения огня

    Подразделения вооруженных сил Армении, используя снайперские винтовки, в течение суток 35 раз нарушили режим прекращения огня в различных направлениях фронта.

    Об этом 12 августа сообщает пресс-служба Минобороны Азербайджана.

    С позиций в селах Айгепар, Мосесгех, Чинари Бердского района и в селе Джил Чамбаракского района Армении подверглись обстрелу расположения азербайджанской армии в селах Алибейли, Агдам, Коханеби, Асрик Джырдахан, Агбулаг Товузского района и на безымянных высотах в Гедабейском районе.

    Оборонное ведомство отмечает, что обстрел велся и с позиций близ оккупированных сел Чилябюрт – Тертерского, Куропаткино – Ходжавендского, Горадиз – Физулинского, Нюзгяр – Джебраильского районов, а также с безымянных высот в Тертерском и Агдамском районах.

  • Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 35 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • В Сумгайыте нетрезвый водитель после ДТП пытался свести счеты с жизнью – ВИДЕО

    В Сумгайыте произошло дорожно-транспортное происшествие.

    Как передает Baku TV, 33-летний водитель грузовика “КамАЗ” Сахават Абилов не справился с управлением, в результате чего машина вылетела с дороги и упала в Самур-Абшеронский канал.

    Полицейские извлекли мужчину из кабины. После этого С.Абилов попытался броситься с моста, но правоохранители помешали ему совершить суицид.

    Сообщается, что водитель находился в состоянии алкогольного опьянения.

    В результате аварии “КамАЗ” получил серьезные повреждения.

    По данному факту проводится расследование.

  • Sumqayıtda sərxoş sürücü maşını kanala aşırdığı üçün özünü körpüdən atmaq istədi – VİDEO

    Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Baku TV xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə qeydə alınıb.

    Belə ki, 33 yaşlı Səxavət Əbilov idarə etdiyi “KamAZ” markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman nəqliyyat vasitəsi yoldan çıxaraq, Samur-Abşeron kanalına aşıb.

    Qubadlı Rayon Polis Şöbəsinin “Stansiya Sumqayıt” yaşayış massivində yerləşən polis məntəqəsinin əməkdaşları sürücünü avtomobildən çıxarıb.

    S.Əbilov hadisənin həyəcanından özünü körpüdən atmağa cəhd etsə də, polis əməkdaşları onun bu istəyinin qarşısını alıb.

    Sürücünün sərxoş vəziyyətdə olduğu və yük maşınını icarə əsasında idarə etdiyi bildirilib.

    Hadisə zamanı nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

    Faktla bağlı araşdırma aparılır.

  • 18 yaşlı gənc Tibb Universitetindən imtina edib, arzularının dalınca getdi – VİDEO

    Ötən il valideynlərinin arzusu ilə 652 balla Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil olan 18 yaşlı Lənkəran şəhər sakini Mirənvər İsmayılov seçiminin ürəyincə olmadığını görüb.

    Baku TV xəbər verir ki, bir neçə ay Tibb Universitetinin auditoriyasında oturan gənc anidən ürəyinin səsinə qulaq asaraq, ərizə yazıb, ali məktəbdən imtina edir.

    Yenidən qəbul imtahanlarına hazırlaşmağa başlayır. Beləliklə, gənc 11-ci siniflər üçün keçirilən qəbul imtahanının birinci mərhələsində maksimum nəticə olan 300 bal toplayıb.

    O, nəinki oxuduğu məktəbin, eləcə də, respublikanın maksimum nəticə göstərən abituriyenti olub.

    Onun hədəfi isə Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olmaqdır.

    Qeyd edək ki, Mirənvər İsmayılov ötən il ABŞ universitetlərinə keçirilən qəbul imtahanlarında da yüksək nəticə göstərib. Azərbaycan Tibb Universitetinə daxil olduğu üçün orada ixtisas seçimində iştirakdan imtina edib.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    Число инфицированных коронавирусом в мире достигло 20 524 118.

    От коронавируса в мире скончались 745 937 человек, выздоровели – 13 443 787.

    Больше всего инфицированных в США (5 305 957). На 2-м месте по этому показателю находится Бразилия (3 112 393), на 3-м – Индия (2 330 327), на 4-м – Россия (897 599), а на 5-м – Южная Африка (566 109).

    В Иране выявлено 331 189 случаев инфицирования COVID-19, в Турции – 243 180, в Армении – 40 593, в Грузии – 1 264.

    В Азербайджане коронавирусом до сегодняшнего дня заразился 33 731 человек. 30 856 пациентов выздоровели, 495 – скончались.

  • Koronavirusla bağlı son STATİSTİKA

    Dünyada 20 524 118 nəfərdə koronavirus aşkarlanıb.

    Virusdan 745 937 nəfər ölüb, 13 443 787 nəfər sağalıb.

    Koronavirusun ən çox yayıldığı beş ölkə ABŞ (5 305 957 nəfər), Braziliya (3 112 393 nəfər), Hindistan (2 330 327 nəfər), Rusiya (897 599 nəfər), Cənubi Afrikadır (566 109 nəfər).

    Azərbaycanın sərhəd qonşularından İranda 331 189, Türkiyədə 243 180, Ermənistanda 40 593, Gürcüstanda 1 264 nəfərdə koronavirus qeydə alınıb.

    Azərbaycanda koronavirus indiyə qədər 33 731 nəfərdə müşahidə edilib. Virusa yoluxanların 30 856-sı sağalıb, 495-i ölüb.