Month: August 2020

  • BOS Shelf завершила строительство опорного блока платформы для месторождения “Карабах”

    Компания BOS Shelf, оператор Бакинского завода глубоководных оснований имени Гейдара Алиева, завершила строительство опорного блока платформы для месторождения “Карабах”, которая является крупнейшей подводной установкой по добыче нефти и газа в истории разработки ресурсов Каспия.

    Об этом заявил заместитель генерального директора BOS Shelf Назим Гусейнов.

    По его словам, начата погрузка опорного блока на баржу STB1, которая доставит его на месторождение.

    Конструкция высотой 187 м и массой 16 302 т будет установлена на глубине моря 182 м. Опорный блок был построен за два года.

  • Xəzərin tarixində neft və qaz hasilatı üçün ən böyük sualtı qurğu quraşdırıldı – RƏSMİ

    “Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun operatoru olan “BOS Şelf” şirkəti tərəfindən Xəzərin tarixində neft və qaz hasilatı üçün ən böyük sualtı qurğu olan “Qarabağ” dayaq blokunun inşasını artıq başa çatdırılıb”.

    Bunu “BOS Şelf” şirkətinin baş direktor müavini Nazim Hüseynov bildirib.

    Onun sözlərinə görə, “Qarabağ” dayaq blokunun inşası başa çatıb və konstruksiyanın STB1 barjasına yüklənilməsinə başlanılıb:

    “Daha sonra isə dayaq bloku dənizdəki yatağa daşınacaq”.

    Qeyd edək ki, hündürlüyü 187 metr və çəkisi 16,302 ton olan konstruksiya “Qarabağ” dəniz yatağında suyun 182 metr dərinliyində quraşdırılacaq. Dayaq bloku iki il ərzində inşa edilib.

  • Oğuza istirahətə gedənlər cərimələndi

    Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq, istirahətə gələn şəxslərin müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə tədbirlər davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən istirahət mərkəzlərinə gedən yollarda keçirilən reydlər zamanı bəzi şəxslərin qaydaları pozduqları aşkar edilib.

    Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimə protokolu tərtib olunub.

  • Азербайджано-турецкие тактические учения продолжаются с участием Сухопутных войск – ВИДЕО

    Первый этап азербайджано-турецких широкомасштабных тактических учений с боевыми стрельбами продолжается с участием подразделений Сухопутных войск.

    Об этом сообщает пресс-служба Минобороны АР.

    Войсковые подразделения отработали сложные тактические элементы, выполнили задачи по отражению атаки условного противника с использованием новейших боевых средств.

  • Taktiki təlimlərin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir – VİDEO

    Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsi Quru Qoşunları bölmələrinin iştirakı ilə davam edir.

    Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu mərhələdə Quru Qoşunlarının bölmələri mürəkkəb taktiki elementləri məşq ediblər.

    Bölmələr müasir döyüş vasitələrindən istifadə edərək, şərti düşmən hücumunun dəf edilməsi tapşırıqlarını yerinə yetiriblər.

  • Azərbaycan – Lüksemburq oyunu Bakıda keçirilməyə bilər – Karantinə görə

    Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Lüksemburqla ev matçının məkanı dəyişdirilə bilər.

    Bu iddia ilə Lüksemburqun wort.lu saytı çıxış edib.

    Bildirilib ki, 15-20 avqustda UEFA-nın videokonfrans formatında keçiriləcək iclasında Millətlər Liqası müzakirə olunacaq və yekun qərarlar veriləcək.

    Nəşrin yazdığına görə, Azərbaycana girişlə bağlı bəzi məhdudiyyətlər olduğundan, Azərbaycan – Lüksemburq qarşılaşması sentyabrın 5-də neytral meydanda baş tuta bilər.

    Lüksemburq Futbol Federasiyasının (FLF) prezidenti Pol Filip də açıqlamasında bunun müzakirə olunmasının vacibliyini vurğulayıb. O, pulu geri ala bilməyəcəkləri üçün hələlik çarter reysi sifariş etmək istəmədiklərini söyləyib:

    “UEFA milli assosiasiyalarla təmasdadır. Xarici İşlər Nazirliyi Lüksemburqda hansısa komandanı qəbul edə biləcəyimizə təminat verib”.

    Lakin AFFA-nın “apasport”a açıqlamasında bildirilib ki, sentyabrın 5-nə nəzərdə tutulan qarşılaşmanın yerinin dəyişdirilməsi müzakirə mövzusu deyil. Həmin oyun Bakı Olimpiya Stadionunda baş tutacaq.

  • Житель Гянджи повесился на телефонном кабеле

    В Гяндже на стадионе “Металлург” совершено самоубийство.

    Как передает Qafqazinfo, 11 августа местный житель Пюнхан Рзаев (1998 г.р.) повесился на телефонном кабеле.

    По данному факту проводится расследование.

  • Azərbaycanda gənc özünü stadionda naqillə asdı

    Gəncə şəhərində 22 yaşlı gənc intihar edib.

    Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə avqustun 11-də “Metallurq” stadionunda baş verib.

    Şəhər sakini, 1998-ci il təvəllüdlü Rzayev Pünhan Rəhman oğlu özünü stadiondakı yarımtikilidə telefon naqili ilə asaraq, intihar edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Оштрафованы приехавшие в Гусар на отдых в нарушение жесткого карантина – ВИДЕО

    В ходе рейдов, проведенных сотрудниками Гусарского РУП, на территории района были выявлены лица, прибывших с целью отдыха из Баку, а также других городов и регионов республики, где действует жесткий карантинный режим.

    Об этом сообщили в губинской региональной группе пресс-службы МВД.

    В отношении 18 человек были составлены протоколы в соответствии с законодательством, каждый штрафован на 200 манатов.

    Кроме того, были выявлены лица, не использующие медицинские маски. За это нарушение 25 человек были оштрафованы на 100 манатов в соответствии со статьей 211.2 Кодекса об административных проступках.





  • Qusara istirahətə gələnlər cərimələndi – FOTO

    İcazələri olmadan Qusar rayonuna istirahətə gələn 18 nəfər cərimələnib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı Bakı şəhərindən, eləcə də, sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan qaydaları pozaraq, qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.

    Belə ki, istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri yoxlanış məqsədilə şöbə əməkdaşları tərəfindən saxlanılıblar.

    Planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qusar rayonuna gəldikləri məlum olub.

    Keçirilən reyd zamanı 18 nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.

    Reydlər zamanı tibbi maskadan istifadə etməyən şəxslər də aşkarlanıb. Qaydaları pozan 25 şəxs İXM-nin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə) maddəsi ilə 100 manat cərimələnib.