Month: August 2020

  • Президент Ливана принял отставку правительства

    Президент Ливана Мишель Аун принял в понедельник отставку премьер-министра Ливана Хасана Диаба и его правительства.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом говорится в сообщении пресс-службы главы государства.

    “Премьер-министр Диаб вручил письменное прошение об отставке президенту Ауну, который принял ее и поручил кабинету выполнять свои обязанности до формирования нового правительства”, – отмечается в сообщении. В ходе беседы Аун и Диаб обсудили последнее развитие событий в Ливане после взрыва в морском порту Бейрута 4 августа. Глава государства поблагодарил членов ушедшего в отставку правительства за проделанную работу.

    “Бог хранит Ливан!”, – сказал Диаб, покидая дворец. Ранее в своей прощальной речи ушедший в отставку премьер сообщил, что “система коррупции оказалась сильнее ливанского государства”. “Мы не преследовали никаких личных амбиций и стремились к одному – спасти свою страну, но те круги, которые находились у власти на протяжении 30 лет, развернули травлю правительства и настроили против него народ”, – сказал он.

    Диаб пояснил, что своим шагом надеется открыть дверь внутриполитическому урегулированию в Ливане.

  • Livan prezidenti hökumətin istefasını qəbul edib

    Livan prezidenti Mişel Aun Baş nazir Həsən Diyab və hökumətin istefasını qəbul edib.

    Median.Az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında deyilir.

    Lakin, istefa verən hökumət yeni kabinet qurulana qədər işini davam etdirəcək.

    Tərəflər görüş zamanı Beyrut dəniz limanında partlayışdan sonra Livandakı son hadisələri müzakirə ediblər. Dövlət başçısı istefada olan hökumət üzvlərinə görülən işlərə görə təşəkkür edib.

  • В Институте нефтехимических процессов установлена дезинфицирующая рамка – ФОТО

    В рамках превентивных мер против пандемии COVID-19 на входе в Институт нефтехимических процессов имени академика Ю.Х.Мамедалиева при Национальной академии наук Азербайджана (НАНА) установлена дезинфицирующая рамка.

    Как сообщает Oxu.Az со ссылкой на сайт НАНА, созданная в Баку дезинфицирующая рамка дистанционно фиксирует температуру человека, предупреждает его не входить в здание без маски. В течение трех секунд образуется дезинфицирующее вещество BIOSANIS, которое совместно с ультрафиолетовыми лучами проводит дезинфекцию опрыскиванием.

    Отметим, что дезинфицирующее вещество BIOSANIS создано в сотрудничестве Института нефтехимических процессов, резидента парка высоких технологий НАНА INCOR MMC, компаний RD Group и Feram Group. Он не содержит свободного хлора и формалина, поэтому не представляет опасности для организма человека.

  • Neft – Kimya Prosesləri İnstitutunda biodezinfeksiya keçidi quraşdırılıb – FOTO

    COVID-19 pandemiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun girişində biodezinfeksiya keçidi quraşdırılıb.

    AMEA-dan Oxu.Az-a verilən məlumata görə, Bakıda istehsal olunan biodezinfeksiya keçidi distant olaraq insanın temperaturunu qeydə alır, maskasız keçməmək üçün xəbərdarlıq edir.

    Üç saniyə müddətində ultrabənövşəyi şüa ilə birlikdə yeni yaradılmış dezinfeksiyaedici maddə “BİOSANİS” püskürməklə (duman halında) dezinfeksiya həyata keçirir.

    Qeyd edək ki, “BİOSANİS” dezinfeksiyaedici maddə Neft-Kimya Prosesləri İnstitutu, AMEA Yüksək Texnologiyalar Parkının rezidenti “İNKOR MMC”, “RD Group” və “Feram Group” şirkətlərinin əməkdaşlığı ilə yaradılıb. Sərbəst xlor və formalinə malik deyil və orqanizm üçün təhlükə yaratmır.

  • Qoruyucu maskalar həyatımızdan nə vaxt çıxacaq?

    Tibb elmləri doktoru, epidemioloq, viral infeksiyalara nəzarət və qarşısının alınması üzrə mütəxəssis Mixail Favorov payızda koronavirus infeksiyasının ikinci dalğasının meydana gəlmə ehtimalının yüksək olduğunu bildirib.

    Median.Az xəbər verir ki, bu barədə o, RT efirində məlumat verib. Mütəxəssis virusun daha da aqressivləşə biləcəyini qeyd edib. Həkim əlavə olaraq mövsümi yüksəlişin oktyabr ayında başlayacağını və bu dövrdə COVID-19-a yoluxanların yayda xəstələnənlərə nisbətən infeksiyanı daha çətin keçirəcəyini açıqlayıb.

    “Bütün tənəffüs xəstəliklərində mövsümilik var. Payız və qışda qripə yoluxma halları artır. Yay aylarında virus günəşin ultrabənövşəyi radiasiyasına məruz qalması səbəbindən azalır”, – Favorov bildirib.

    Onun sözlərinə görə, insanlar özünü qorumaq üçün təxminən iki il ərzində qoruyucu maskalar taxmalıdır:

    “Qarşıdakı iki-üç il ərzində istəsək də, istəməsək də maska taxmalı olacağıq. Maskaya nifrət edirəm, amma taxıram. Bunun nəinki sizi, başqalarını da qoruduğunu başa düşün. Virus ötürdüyünüz dozadan asılıdır. Maska taxdığınız zaman doza azalır”.

    Favorovun fikrincə, effektiv peyvənd yaradılsa belə, koronavirus epidemiyası daha iki il davam edəcək. Əgər tapılmazsa, üç-dörd il çəkə bilər. O qeyd edib ki, ölənlərin sayını azaltmaq üçün ilk növbədə risk altında olan insanları peyvənd etmək lazımdır. (publika.az)

  • Xəzərdə batan neftçinin meyiti tapılıdı – YENİLƏNİB

    “Abşeronneft” NQÇİ-nin stasionar dəniz özülündə operator vəzifəsində işləyən, dünən itkin düşən 1975-ci il təvəllüdlü Kazımov Elşən Səfiyar oğlunun meyiti tapılıb.

    Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq “Azneft” İstehsalat Birliyindən məlumat verilib.

    Mərhumun meyiti aidiyyəti üzrə ekspertizaya göndərilib.

    ***

    “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsinin 3-cü mədəninin operatoru, 1975-ci il təvəllüdlü Kazımov Elşənin meyiti dənizdən çıxarılıb.

    Bu barədə hüquq müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı feysbuk hesabında məlumat verilib.

    Xatırladaq ki, ötən gün “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlunun növbənin sonunda – saat 19:00 radələrində iş yoldaşları tərəfindən özüldə olmadığı müəyyən edilmişdi.

  • Nişan mərasimi keçirmək istəyən şəxslər saxlanıldı – FOTO

    Şabranda karantin rejiminin qaydalarını pozaraq nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinə rayon sakini Saleh Salahova məxsus fərdi yaşayış evində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub. Dərhal RPŞ-nin əməkdaşları adıçəkilən ünvana gələrək nişan mərasimini dayandırıblar, məclisin təşkilatçısı və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.

    Şöbədə onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ev sahibi və 7 məclis iştirakçısı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.//milli.az

  • Cəlilabadda 50 yaşlı kişi intihar edib

    Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Həsənabad kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 50 yaşlı Niyaz Əsgərov yaşadığı evində özünü asaraq intihar edib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakı çimərliyində kütləvi dava – Qızlara görə – VİDEO

    Pirşağı çimərliyində qadına söz atmaq üstündə dava düşüb.

    Median.Az oxu24.com-a istinadla xəbər verir ki, istirahətə gələnlərdən birinin digər şəxsin yanında olan qadına söz atması əvvəlcə mübahisə, sonra isə dava ilə nəticələnib.

    Tərəfləri ətrafdakların köməyi ilə sakitləşdirmək mümkün olub.

    Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan həmin görüntüləri təqdim edirik:

    Qeyd edək ki, bir neçə gün öncə də çimərlikdə dava düşmüşdü.

  • Ətrafa atılan maskalar: Ən böyük təhlükə mənbəyi – VİDEO

    Yer kürəsi üçün pandemiyaya qədər ən böyük təhlükə plastik çirklənmə idisə, indi bu təhlükəli tullantılar sırasında demək olar ki birinciliyi tibbi tullantılar, ən çox da tibbi maska alıb.

    Artıq 10 nəfərdən 9-u tibbi maskadan istifadə edir, amma kaş, deyə biləydik ki, 10 nəfərdən 9-u da maskanı istifadə edib onu ətrafa yox, xüsusi zibil qabına atır.

    Sakinlərin fikrincə, yaxşı olardı ki, sırf maska üçün nəzərdə tutulan zibil qutuları qoyulsun və sonra da həmin qablar utilizasiya edilsin. Bəzi insanlar tibbi maskadan, əlcəkdən istifadə etdikdən sonra onu ətrafa atır. Belə olduqda da yoluxma riski artmış olur.

    Bundan başqa şəhərin bir çox yerində gördüyünüz plastik əşyalar üçün nəzərdə tutulan konteynrlərdən təəssüf ki, tibbi tullantılar üçün qoyulmayıb.

    Məsələ ilə bağlı ətraflı süjetdə: