Month: August 2020

  • Xəzərin Buzovna sahilində bir nəfər boğulub

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində, dənizdə (qeyri çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

    FHN-dən verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü İbrahimov Kənan Firuz oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Bakıda “Papanin əməliyyatı” – VİDEO

    Polislər sanki cinayətkarları təqib edir…

    Yox, gördükləriniz amerika kinosu deyil. Görüntülər Baku TV əməkdaşları tərəfindən paytaxtda qeydə alınıb.

    Təsəvvür edin bir gün həmişə gedib-gəldiyiniz, hər gün istifadə etdiyiniz yoldan keçirsiz və polis əməkdaşları sizi saxlayıb cərimələyir.

    Ceyhun Səlimov və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsi, DYP əməkdaşlarının isə gəlir mənbəyi. Bəli düz eşitdiniz gəlir mənbəyi… Əbəs yerə bu sözü işlətmirik. Çünki gündə yüzlərlə sürücü bu ərazidə cərimələnir. Buna səbəb isə uzun müddətdir ki, yolda düzünə və sola hərəkət istiqaməti bildirən nişanın yenilənərək yalnız düzünə hərəkət nişanı ilə əvəzlənməsidir. Bu zaman isə sürücü döngəyə daxil olarkən, bu nişanı görür. O zaman artıq iş-işdən keçir.

    DYP əməkdaşları qarşıda kiçik bir post təşkil edərək, bu istiqamətdə hərəkət edən bütün sürücüləri saxlayaraq 3 bal və 100 manat məbləğində cərimə yazır.

    Bu mövzuda ziddiyətli məqamlar çoxdur. Ətraflı videoda:

  • Mayın 22-dən bu günədək 7 950 obyektdə sanitar-epidemioloji tələblər pozulub

    İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl edilməsinin monitorinqini davam etdirir.

    Bu barədə nazirlik məlumat yayıb.

    Məlumata görə, xüsusi karantin rejiminin zəruri qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 7-8 avqust tarixlərində keçirilmiş monitorinqlər zamanı Nəsimi rayonunda “Oba Market”də, “Usuplu”, “Ellips-Z” MMC-lərə məxsus ticarət obyektlərində, Zemfira Əliyevaya məxsus şirniyyat mağazasında, Mərifət Alıyevə məxsus tikinti malları, “İnteqral” QSC-yə məxsus telefon mağazalarında, Nərimanov rayonunda “Nur Market”də, “Arzu Market”də, “Çanakkale Seramik” santexnika satışı mağazasında, “Bamboo Tekstil”də, İlkin Novruzova məxsus “Balıq satışı” mağazasında, Arzu Kərimliyə məxsus gözəllik salonunda, Səbail rayonunda “La Room Butik”, “Hit Woman” mağazalarında, “Totu Market”də, “Fatimə Market”də, “Miks Mağazası”nda, Azər Əlizadəyə və Elidə Ağasiyevaya məxsus gözəllik salonlarında, Nizami rayonunda Yousef Manzoriostada məxsus ayaqqabı mağazasında, Bəxtiyar Əliyevə, Şakir Qurbanova, Vidadi Hüseynova məxsus ticarət obyektlərində, Ceyhun Həşimliyə və Rasim Məmmədova məxsus xırdavat mağazalarında, “Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptekdə, Binəqədi rayonunda “Sulumart” mağazasında, “Shield Aluminium” MMC-yə məxsus plastik materialların satışı mağazasında, Çəmən İsgəndərovaya məxsus emalatxanada, Təliyə Əsədovaya, İsa Mehdiyevə, Saqif Yaqubova məxsus mağazalarda, Xəzər rayonunda “Al Market”də, “Fidan Market”də, Asim Atakişiyevə, Mayil Mustafayevə, Sədaqət Əliyevaya məxsus ərzaq mağazalarında, Ceyhun Məhərrəmova, Nəcib Məlikova məxsus ticarət obyektlərində, Yasamal rayonunda “AMA Market”də, “Lala Şirniyyat Mağazası”nda, Sarvan Bağırova, İradə Məmmədovaya, Şahin İsmayılova məxsus mağazalarda, “VİTA Aptekləri” MMC-yə və “Buta Farm” MMC-yə məxsus apteklərdə, Xətai rayonunda “24 Saat Market Mağazası”nda, Zaur Vəzirova, Vüqar Həsənova, Hafiz Əlizadəyə, Vüsal İsmayılova, Rəşad Mirzəbəyova, Eliza Arzumanovaya, Kənan Lazımlıya, Elçin Səfərliyə, Şəhriyar Cabarlıya, Ramin Əsədova, Sadir Maksimova məxsus pərakəndə ticarət obyektlərində, Suraxanı rayonunda “Maşallah Market”də, “Araz Supermarket”də, Əntiqə Məmmədovaya, Elnur Musayevə məxsus pərakəndə ticarət obyektlərində, Hikmət Məmiyevə məxsus “Kimyəvi Təmizləmə” xidmət obyektində, Qaradağ rayonunda Vahid Zeynalova, Müşkinaz Yusubovaya, Günel Səfərovaya, Saleh İsmayılova, Elçin Məhərrəmova məxsus mağazalarda, Sabunçu rayonunda “Dəniz Market”də, Elçin Axundova məxsus “1001 Xırdavat”da, ümumilikdə, monitorinq aparılmış 1 296 obyektin 132-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

    Monitorinqlərdə müvafiq qayda və tələblərə əməl edilməsinin zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.

    Eyni dövrdə nəzarət-yoxlama tədbirləri keçirilmiş 1 296 obyektin 132-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

    Qeyd edək ki, mayın 22-dən avqustun 10-dək monitorinq aparılmış 23 004 sahibkarlıq subyektindən 7 950-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

  • “Qəbələ” albaniyalı futbolçu ilə anlaşdı

    Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

    Median.Az xəbər verir ki, “qırmızı-qaralar” albaniyalı müdafiəçi Yurgen Qoxa ilə müqavilə imzalayıb.

    28 yaşlı futbolçu ilə 1+1 illik anlaşma əldə olunub.

    Qeyd edək ki, karyerası ərzində yalnız vətənində çıxış edən müdafiəçi ötən mövsüm icarə əsasında “Bilis”in uğurları üçün çalışıb. O, bu komandanın heyətində Superliqada 13 matçda 3 qol vurub.

    Bunadək arxa xətt oyunçusu “İliriya” (2014-2015), “Erzeni” (2015-2016, 2017-2018), “Beseldja” (2016), “Şenkoli” (2017) və “Tirana” (2019-2020) klublarında forma geyinib.

  • Elektron qolbaq daşıyacaq şəxslərlə bağlı yeni qayda

    Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

    Median.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin avqustun 10-da imzaladığı “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda öz əksini tapıb.

    Qanuna dəyişikliyə əsasən, icra məmuru barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin qeydiyyatını aparır, onlara tənbehin icrasının qayda və şərtlərini izah edir, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsini təqdim etməklə, həmin vasitəni ictimai işlərin yerinə yetirildiyi vaxtların cədvəlinə uyğun üzərlərində daşımalı, istifadə etməli olduqlarını, işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydalarını, habelə hər hansı müdaxilənin və ya elektron nəzarət vasitəsindən istifadədən imtina edilməsinin yolverilməzliyini izah edir və bu barədə protokol tərtib edir, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin davranışına, onların ictimai işlərin yerinə yetirilməli olduğu yerlərə vaxtında gəlmələrinə və həmin yerləri müəyyən olunmuş vaxtdan sonra tərk etmələrinə nəzarət edir, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş şəxslərin işləmiş olduğu vaxtın uçotunu aparır, ayda iki dəfədən az olmayaraq, şəxsin ictimai işləri yerinə yetirməli olduğu vaxtlarda həmin işlərin görüldüyü yerlərə baş çəkməklə protokol tərtib edir, ictimai işlər növündə inzibati tənbehin bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün digər tədbirləri görür.

    Dəyişikliklə barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Elektron nəzarət vasitələrinin tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxslərin müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. Elektron nəzarət vasitələri tətbiq edilmiş şəxslərə elektron nəzarət vasitəsi təqdim olunur və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin yolverilməzliyi, həmçinin bu əməlin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.

    Eyni zamanda dəyişikliklə elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etmək, onu zədələmək və ya digər üsulla yararsız vəziyyətə salmaq, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməmək inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq sayılacaq.

  • Borclu şəxslərlə bağlı notariat hərəkətləri barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında veriləcək – QANUN TƏSDİQLƏNDİ

    Prezident İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliyə əsasən, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin on ikinci-on dördüncü hissələri müvafiq olaraq on üçüncü-on beşinci hissələr hesab edilir və aşağıdakı məzmunda on ikinci hissə əlavə olunur:

    “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar borclu şəxslərlə bağlı notariat hərəkətləri (vərəsəlik, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr, müqavilələr və etibarnamələr) və vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında real vaxt rejimində verilir.”.

  • Bu şəhərlər və bu rayon üzrə pensiyalar ödənilib

    Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar artıq ödənilib.

    Median.Az APA-ya istinadən bildirir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, pensiya vəsaitləri həmin şəhər və rayonlarda qeydiyyatda olan pensiyaçıların hesablara köçürülüb.

    Ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq, pensiyaçılar istənilən bankın bankomatlarından öz pensiyalarını əldə edə bilərlər. Bu zaman hər hansı bir faiz tutulmayacaq.

    Respublikanın digər rayonları üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların isə ayın 15-də ödənilməsi nəzərdə tutulub.

  • Geyim mağazaları bu gündən yerində xidmətə başladı – VİDEO

    Artıq bu gündən etibarən bir çox müəssisələrlə yanaşı, geyim dükanlarında da böyük bir canlanma müşahidə olunur.

    Uzun müddətdir ki, onlayn xidmət göstərən bu sahələr artıq qapılarını müştərilərinin üzünə açıblar. Alıcılar isə yenidən yerində xidmətdən yararlanaraq çoxdan gözlədikləri alış-veriş məşğuliyyətlərinə başlayıblar.

    Baku TV xəbər verir ki, yerində xidmət isə pandemiyanın qaydaları çərçivəsində, tibbi maskadan istifadə və ara məsafə saxlamaqla həyata keçirilir. Mağaza sahibləri bildirir ki, yay aylarında mağazaların fəaliyyəti məhdudlaşdırıldığından daha çox bu mövsümün geyimlərinə üstünlük verilir. Amma bununla yanaşı, payız geyimləri tələb edən istehlakçılar da az deyil.

    Baku TV əməkdaşları da mağazalarda olub, vəziyyəti müşahidə ediblər:

  • “Arsenal” transferlərə 110 milyon ayırdı

    “Arsenal” yeni mövsümün transferləri üçün 110 milyon avro xərcləməyi planlaşdırır.

    Median.Az goal.az-a istinadən xəbər verir ki, London təmsilçisi gəlir qazanmaq üçün Lukas Torreyra, Eynsli Meytlend-Naylz, Matteo Gündüzi və Şkodran Mustafi kimi futbolçuları satmaq fikrindədir.

    “Topçular”ın hədəfində Tomas Parti (“Atletico”), Qabriel Meqalaes (“Lille”) və ötən mövsüm “Real”dan icarəyə götürdüyü Dani Sebalyos var. “Arsenal”ın bu 3 futbolçunun keçidi üçün 110 milyon avro xərcləyəcəyi gözlənilir.

  • Сотни приложений оказались инструментом слежки за миллионами людей

    Компания Anomaly Six, связанная с правительством США, попалась на слежке за миллионами людей, сообщает The Wall Street Journal. По информации издания, организация встроила в более чем 500 приложений собственное программное обеспечение, благодаря которому смартфоны превратились в инструмент слежки, позволяющий устанавливать геопозицию пользователей.

    Отмечается, что Anomaly Six является подрядчиком американских правительственных учреждений, а также сотрудничает с частными компаниями. В маркетинговых материалах организации указано, что ее ПО было установлено в сотни приложений, что позволяет следить за местоположением пользователей, если он разрешает определять сервису его координаты.

    В комментарии для The Wall Street Journal представители Anomaly Six отметили, что полученные данные продаются только частным компаниям, но не правительственным институтам. При этом эксперты, опрошенные изданием, подчеркнули, что деятельность Anomaly Six является законной: собранная информация не привязывается к конкретному юзеру. Тем не менее, регулярное отслеживание этих данных может помочь выяснить, например, место жительства человека.