Month: August 2020

  • Азад Рагимов: «Из-за закрытых залов некоторые азербайджанские спортсмены работают таксистами»

    Министр молодежи и спорта Азад Рагимов провел сегодня видеоконференцию с представителями федераций по неолимпийским видам спорта, на которой выразил крайнюю обеспокоенность тем, что спортсмены не имеют возможности тренироваться.

    «Мы не должны позволить, чтобы пандемия уничтожила те успехи, которые мы годами достигали в спорте», – цитирует Азада Рагимова пресс-служба Минспорта. По его словам, в олимпийских видах спорта ситуация сравнительно стабильная. Там спортсменам национальных команд разрешено тренироваться в закрытых помещениях. А вот неолимпийские виды вызывают серьезное беспокойство.

    «Из-за того, что спортсмены не могут посещать залы, тренироваться, некоторые из них ищут работу в качестве телохранителей, а некоторые уже работают таксистами, – заявил министр. – Это говорит о том, что для них это очень сложный период как в финансовом, так и в моральном плане. Меня это не может не беспокоить.

    Да, Оперштаб разрешил тренировки и соревнования на открытом воздухе. И вы вправе задать вопрос: «А как же залы? Как быть, если залы закрыты, и мы не можем тренироваться?».

    Министр предложил федерациям пока тренироваться на открытых площадках Олимпийских спорткомплексов, которые находятся в ведомстве Минспорта, а также координированно в удобных для занятий спортом городских местах. А.Рагимов отметил, что в таком случае Минспорта может обеспечить спортсменов необходимым оборудованием.

    Были обсуждения и относительно финансовых трудностей, которые испытывают сейчас федерации. Азад Рагимов подчеркнул, что Минспорта готово оказать поддержку, в том числе и для участия наших спортсменов в международных турнирах при условии, что это серьезные соревнования.

    В ходе видеоконференции также выступили вице-президент Национального олимпийского комитета Чингиз Гусейнзаде, ректор Госакадемии физкультуры и спорта Фуад Гаджиев, президент Национального паралимпийского комитета Ильгар Рагимов, глава Национального антидопингового агентства Азербайджана Шафаг Гусейнли, руководитель Главного управления города Баку по делам молодежи и спорта Рагиф Аббасов и другие. Всего в конференции приняли участие более 30 представителей различных неолимпийских видов спорта.

  • Конституционный суд вынес решение по вкладам в закрытых банках

    Сегодня состоялось заседание палаты Конституционного суда Азербайджана, на котором был рассмотрен вопрос выдачи компенсации вкладчикам ряда банков, чьи депозиты в настоящее время считаются заблокированными, сообщает Интерфакс-Азербайджан.

    “Согласно решению суда, договора по вкладам населения, в которые внесены изменения в результате коррекции, согласно статье 12 Конституции АР, в соответствии со статьей 2.1.2.6 Закона АР “О страховании вкладов” и статьями 47 и 48 Закона АР “О банках”, считаются застрахованными вкладами”, – отметили в суде.

    Кроме этого, в соответствии со статьей 944.1 Гражданского кодекса Азербайджана договор банковского вклада считается заключенным с момента передачи вкладчиком депозита в банк и должен приниматься как предварительный (основной) договор. Дата миграции вклада в систему не может считаться моментом заключения депозитного договора.

    “Решение вступает в силу со дня опубликования, является окончательным, не может быть отменено, изменено или официально интерпретировано каким-либо органом или лицом”, – отметили в суде.

    Ранее сообщалось, что, несмотря на запреты регуляторов, AtaBank, AGBank, и NBCBank продолжали принимать вклады населения. В настоящее время банки проходят процедуру ликвидации, и банковские вклады, принятые этими банками в период запрета, не подлежат компенсации. По оценкам ЦБА, по этой причине объем заблокированных вкладов в этих банках оценивается в 80 млн манатов.

    Решение КС позволит вкладчикам, чьи депозиты считались заблокированными, получить компенсацию по своим вкладам.

  • Правительство Ливана уходит в отставку на фоне протестов

    Правительство Ливана уходит в отставку в полном составе.

    Как передает ТАСС, об этом заявил в понедельник во дворце Серай после заседания кабинета министр здравоохранения Хамад Хасан.

    “Премьер-министр Ливана Хасан Диаб вскоре объявит об уходе в полном составе нашего правительства”, – сообщил он журналистам, покидая дворец.

    Таким образом ливанские власти выполняют одно из требований местных жителей, которые с пятницы выходили на митинги, переросшие в массовые столкновения.

    Демонстранты забрасывали полицейских камнями и петардами, в ответ в них кидали гранаты со слезоточивым газом. Они также требовали роспуска парламента и реформ.

    В пятницу митингующие захватили здания четырех министерств, но армии удалось вытеснить их из правительственных комплексов.

    В результате беспорядков, как сообщили в МВД, погиб сотрудник сил безопасности, пострадали более 700 человек.

  • Livan hökuməti tam tərkibdə istefa verir

    Livan hökuməti tam tərkibdə istefa verib.

    “Haber Global” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Hamad Hasan açıqlama verib.

    Seray sarayında hökumətin toplantısından sonra çıxışda jurnalistlərə qısa açıqlama verən hökumət rəsmisi bildirib ki, bu barədə baş nazir Hassan Diyab rəsmi bəyanat verəcək.

    Qeyd edək ki, bir neçə gün əvvəl paytaxt Beyrutda limanda baş vermiş şiddətli partlayışdan sonra ölkədə dörd nazir və altı millət vəkili istefa vermişdi.

  • Avqustun 11-də dolların manata qarşı məzənnəsi

    Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb.

    Mərkəzi Bankdan verilən məlumata görə, 11.08.2020-ci il tarixindən etibarən Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.

  • Sevda Ələkbərzadə aylar sonra yeni mahnısını təqdim etdi – VİDEO

    Əməkdar artist Sevda Ələkbərzadə aylar sonra yeni mahnısı “Ən”i təqdim edib.

    Sözləri və musiqisi Nicat Məlikova aid olan mahnının fərqli tərzdə olması sosial şəbəkədə müzakirə edilib.

    Mahnıda Şərq, Qərb, eləcə də Muğam və Afrika cərəyanlarının uğurlu harmoniyası yer alıb.

    “Cover” videodakı fotonu lentə alan Toğrul Qurbanov, S.Ələkbərzadənin imici üzərində işləyən isə stilist Leyla Məmmədova olub.

  • “Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkət məhdudiyyəti ADY ilə bağlı deyil” (AÇIQLAMA)

    Bildiyimiz kimi, Bakı ilə Sumqayıt arasında istifadə edilən alternativ nəqliyyat vasitəsi kimi elektrik qatarları mühüm əhəmiyyət kəsb edir. Pandemiya şəraitində bir sıra nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulsa da, Abşeron Dairəvi Dəmiryolu xətti ilə hərəkət edən elektrik qatarları Sumqayıt, Xırdalan şəhərləri, eləcə də Bakı kəndlərindən paytaxta gələn sərnişinlərin hərəkətini asanlaşdırıb. Bakı -Xırdalan-Sumqayıt elektrik qatarlarının hərəkətinin dayandırılması bu baxımdan insanlarda istər-istəməz müəyyən narazılıqlara səbəb olub.

    Dəmiryolu körpüsünü ADY deyil, Avtomobil Yolları Dövlət Agentliyi sökür.

    Nəqliyyat üzrə ekspert Yasin Mustafayev “MediaPost”a açıqlamasında qeyd edib ki, Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində genişləndirmə işləri həyata keçirilir: “Bakı-Sumqayıt yolu ən problemli yollardan biridir. Yoldakı zolaqların sayının az olması, tıxaca, yolda ensiz boğazların (butulka effekti) yaranmasına səbəb olurdu. Bu da yolda genişləndirmələrin aparılmasını zəruri edirdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Sumqayıt yolunun genişləndirilməsi işlərini həyata keçirilir. Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsü isə genişləndirmə işlərinə maneçilik törədir. Bu səbəbdən Agentlik köhnə körpünü söküb və onun yerində yeni biraşırımlı tağlı dəmir yolu körpüsü inşa edəcək. Yəni, dəmiryolunda hərəkətin məhdudlaşdırılması ADY ilə bağlı deyil, AAYDA-nın yolun genişləndirilməsi işləri ilə əlaqəlidir”.

    Y. Mustafayev deyib ki, bu körpülər adətən istismar müddəti bitdiyi üçün sökülüb yenisi ilə əvəzlənir. Adıçəkilən körpü isə köhnə deyildi və sökülməsi sırf yolun genişləndirilməsi zərurətindən yaranıb.

    “Vətəndaşlar dözüm göstərməli, aidiyyatı qurum da işi vaxtında bitirməlidir”

    Ekspert bildirib ki, körpünün sökülməsi müəyyən müddət dəmiryolunun hərəkətini iflic edəcək, eyni zamanda avtomobillərin hərəkətini məhdudlaşdıracaq. Vətəndaşların buna səbr, dözüm göstərməsi çox önəmlidir. Aidiyyatı qurumun isə qısa müddətdə tikinti işlərini sürətləndirməsi və başa çatdırması lazımdır.

    Sumqayıta bu qatarla getmək olacaq

    Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən “Mediapost”a bildirilib ki, Bakı-Xırdalan-Sumqayıt qatarları avqustun 10-dan noyabrın 10-dək hərəkətdə olmayacaq. Bu müddətdə Bakı-Sumqayıt istiqamətində digər elektrik qatarından istifadə etmək mümkündür: “Körpünün tikintisi müddətində Sumqayıta gedən və ya ordan Bakıya gələn sərnişinlər Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarından istifadə edə bilərlər”.

  • Bakıda iş adamlarına bənzəyən dələduzlar peyda olub

    Bakıda iş adamlarına bənzəyən dələduzlar peyda olub.

    Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumatda bildirilir ki, həmin dələduzlar pul yükləmək üçün “e manat”, ”milliön” aparatı qoyulan marketlərə girir:

    “Onlar saxta pulu marketdə işləyənlərə verirlər ki, bəs bu pulu aparat götürmür, xahiş edirəm bunu dəyişin. Bir neçə gün öncə qonşu marketə 300 manat atıblar”.

    Məlumatda onu da qeyd ediblər ki, həmin dələduzlar səliqəli geyinirlər və özlərini iş adamlarına bənzədirlər.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilən məlumata görə, belə bir hadisə ilə bağlı hər hansı fakt və şikayət qeydə alınmayıb.

  • Konstitusiya Məhkəməsi əmanətlərin sığortalanması ilə bağlı qərar verdi

    Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

    İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

    Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri E.Rüstəmovun, Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru T.Piriyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun və mütəxəssis – Azərbaycan Banklar Assosiasiyasının prezidenti Z.Nuriyevin yazılı mülahizələrini, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

    Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

    Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə uyğun olaraq, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.

  • Bakıda ağacları zədələyən şəxs cəzalandırılıb

    Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nərimanov küçəsi 22A ünvanında ağacların zədələnməsi ilə bağlı daxil olan şikayət Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

    Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda fərdi yaşayış evinin tikintisi məqsədilə qəsəbə sakini Məmməd Ramazanov tərəfindən qanunsuz olaraq üç şam ağacının gövdəsinin üst hissəsindən budandığı məlum olub.

    Faktla bağlı təqsirkar barəsində akt və protokol tərtib edilib və o, 600 manat məbləğində cərimələnib.

    R.Bağırovun sözlərinə görə hazırda ağaclar bioloji inkişafdadır, bundan sonra da ağaclara qulluq olunması və zədələnməsi hallarına yol verilməməsi üçün M.Ramazanova “məcburi göstəriş” verilib.