Month: August 2020

  • Beyrutdan nümayişçilər XİN binasına girdilər, 100 nəfərdən çox yaralı var

    Livanın paytaxtı Beyrutda nümayişçilər davam edir.

    “RİA Novosti” xəbər verir ki, aksiya iştirakçıları XİN-in binasına giriblər.

    Onlar “Beyrut – silahsızlaşdırılmış şəhər” və “İnqilab paytaxtı” yazılan plakatlar qaldırıblar.

    Artıq güc strukturları ilə nümayişçilər arasında yaranan qarşıdurmalarda xəsarət alanların sayı 100 nəfəri ötüb.

    Qeyd edək ki, Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar tələbi ilə küçələrə çıxaraq hökumət əleyhinə mitinqlərə başlayıblar.

    Nəticədə etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.

  • “Yuventus” Sarrini qovdu

    “Yuventus” baş məşqçisi Maurisio Sarrini istefaya göndərib.

    Bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

    61 yaşlı mütəxəssisə kluba ölkə çempionluğunu qazandırdığı üçün təşəkkür edilib.

    Qeyd edək ki, Sarri 2019-cu ilin yayından Turin təmsilçisini çalışdırırdı. Turin klubu A Seriyasının qalibi olsa da, UEFA Çempionlar Liqasının 1/8 finalında Lion “Olimpik”ini keçə bilmədi.

    Bu səbəbdən italyan məşqçinin istefasına qərar verilib.

  • Samuxda minik maşını aşıb, sürücü xəsarət alıb

    Samux rayonunda yol qəzası baş verib.

    APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

    Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

    Ağır xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • TN: İlin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək

    Ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb.

    Bu barədə APA-ya Təhsil Nazirliyindən (TN) məlumat verilib.

    Bildirilib ki, 2020-ci ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək.

    “Dövlət başçısının 8 avqust 2020-ci il tarixli “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub. Sərəncama əsasən Təhsil Nazirliyinə bunun üçün 7 milyon manat vəsait ayrılıb. Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq”, – deyə məlumatda qeyd olunub.

  • Sumqayıt sakini 2-ci mərtəbədən yıxılaraq ölüb

    Sumqayıt sakini yaşadığı binanın 2-ci mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılıb.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 5-ci məhəlləsində qeydə alınıb.

    Ağır xəsarət alan şəhər sakini, 1996-cı il təvəllüdlü Əliyev Şahin Allahyar oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Polisdən çimərlikdə karantin qaydalarını pozanlara qarşı reyd – FOTO/VİDEO

    Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə birgə şəhər ərazisində yerləşən çimərliklərdə operativ qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunmasına ciddi nəzarəti həyata keçirirlər.

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən mütəmadi olaraq çimərliklərdə reydlər keçirilir, istirahətə gələn vətəndaşlarla izahedici söhbətlər aparılır, onlara sosial məsafənin saxlanılmasının vacibliyi izah edilir.

    Tədbir zamanı çimərliklərə üz tutuanların diqqətinə dəniz kənarında beş nəfərdən artıq toplaşmağın qadağan olunduğu çatdırılıb. Həmçinin, polislər dənizə istirahətə gələn vətəndaşlara çimərliklərdən istifadənin saat 8:00-dan 21:00-dək mümkün olduğunu bildiriblər.

    Qeyd edək ki, tətbiq edilən bu qaydalara əməl etməyən, polis əməkdaşlarının haqlı iradlarını aradan qaldırmayan şəxslər çimərlik ərazisinə buraxılmır və onlar barəsində qanuni tədbir görülür.

    Çimərliyə gələn vətəndaşların əksəriyyəti isə virusun yayılmasının qarşını almaq üçün qəbul edilən qərarlara hörmətlə yanaşır və polis əməkdaşlarının xidmətindən razı qaldıqlarını bildirirlər.

    Sumqayıtda çimərlik ərazilərində avtomobillərin hərəkətini tənzimləmək və yol hərəkəti qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək üçün Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları da xidmətə cəlb olunublar.

    Yol polisləri əsasən çimərliyə müştəri gətirən taksi sürücüləri ilə profilaktik söhbətlər apararaq, onlara nəqliyyat vasitələrində şəffaf arakəsmədən istifadə etmələrini, sərnişinləri isə arxa oturacaqlarda əyləşdirməyi tövsiyə ediblər.

  • Təhsil Nazirliyindən modul tipli məktəblərlə bağlı VACİB AÇIQLAMA

    Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. 2020-ci ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək.

    Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, dövlət başçısının 8 avqust 2020-ci il tarixli “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub:

    “Sərəncama əsasən, Təhsil Nazirliyinə bunun üçün yeddi milyon manat vəsait ayrılıb.

    Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə, xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq”.

  • Cəlilabadda yeddi hektar sahə yandı – YENİLƏNİB

    Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığında yeddi hektar sahədə kol-kos yanıb.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Yaxınlıqdakı sahələr yanğından mühafizə olunub.

    Yanğın söndürülüb.

    * * * * *

    Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığında açıq sahədə yanğın olub.

    Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

    İlkin məlumata görə, iki hektar sahədə quru ot və kol-kos yanır.

    Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

  • Mal bazarında avtomobil oğurlayan şəxs ələ keçdi

    Beyləqan və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonu ərazisindəki mal bazarının yaxınlığından avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2106” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum edilmiş Q. Həsənli saxlanılıb.

    Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

    Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirlir.

  • Metronun fəaliyyətinin bərpası ilə bağlı AÇIQLAMA

    “Metronun açılması bu gün müzakirə olunmur”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

    Onun sözlərinə görə, virusun yayılması riskinin yüksək olduğu amillərdən biri insanların hərəkətidir.

    “Bu isə nəqliyyatla bağlıdır. Buna görə, bir çox ölkələrdə nəqliyyatın məhdudlaşdırılmasına gedilir ki, yoluxma sayı aşağı düşsün. Metroda bu yoluxma yüksəkdir. Ona görə də, metronu bəlli olmayan dövrə qədər qapatmağa məcburuq”.