Month: August 2020

  • Naxçıvana uçuşların sayı artırılır? – RƏSMİ AÇIQLAMA

    “Naxçıvana uçuş reyslərinin sayının artırılması istiqamətində müzakirələr gedir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

    O qeyd edib ki, yaxın zamanda bununla bağlı qərar veriləcək:

    “Beynəlxalq reyslər bir neçə istiqamətdə həyata keçirilir. Antalya, Bodrum və digər istiqamətlərdə əvvəlcədən bilet alanların getməsi üçün reyslər açıldı. Lakin burada arqument var ki, rayonlara getmək üçün icazə vermirik, amma beynəlxalq uçuşlar açılır. Ona görə, həmin proses bir yerdə olmalıdır”.

    “Nə zaman rayonlara gediş-gəliş açılarsa, o zaman da beynəlxalq uçuşlara icazə verilər”, – deyə, köməkçi əlavə edib.

  • Nazir müavinindən toylara icazə verilməsi ilə bağlı AÇIQLAMA – VİDEO

    “Hazırda toyların keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmur”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib.

    O qeyd edib ki, toyların keçirilməsi birinci və ikinci addımda mümkün deyil:

    “Toyda çoxlu sayda insan qapalı məkanlarda toplaşır. Bu qərar müəyyən dövrdən sonra veriləcək. Hər şey sosial-epidemioloji vəziyyətdən, qaydalara əməl edilməsindən asılı olacaq”.

  • Nazir müavini: “Kiçik və fərdi sahibkarlara 250 manat ödənilməsi barədə qərar təsdiq olunub”

    “Sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyi ilə bağlı qərar verilib. Bu qərara görə, vergi ödəyicilərinə və onların sayına uyğun olaraq, aylıq əməkhaqqı məbləğində ödənişlər ediləcək”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf bildirib.

    O qeyd edib ki, kiçik və fərdi sahibkarlara 250 manat ödənilməsi barədə qərar təsdiq edilib:

    “Dövlət mütəmadi olaraq sahibkarlarla görüşür, təkliflər dinlənilir. Bizneslərə dəstək göstərilməsi və açılması istiqamətində məsələlər də müzakirə olunub.

    Hazırda hökumət biznes fəallığının mərhələli olaraq artırılması istiqamətində müzakirələr aparır. Ardıcıl olaraq qərarların verilməsi gözlənilir”.

    “İlkin olaraq daha az insanların toplaşdığı yerlərin açılmasına qərar verilib”, – deyə, o qeyd edib.

  • Шахмар Мовсумов: В пассажироперевозках задействовано максимально возможное количество автобусов – ВИДЕО

    Сегодня в общественном транспорте Баку, естественно, наблюдается плотный пассажиропоток. Это объясняется закрытием метрополитена, который мог бы перевозить 600 000 пассажиров [за день].

    Об этом на брифинге оперативного штаба при Кабмине 8 августа сказал помощник Президента Азербайджана, завотделом по экономическим вопросам и политике инновационного развития Администрации главы государства Шахмар Мовсумов.

    По его словам, в пассажироперевозках задействовано максимально возможное количество автобусов.

    “В гаражах нет резервных машин. В часы пик в автобусах наблюдается плотный пассажиропоток. Если люди никуда не торопятся, то пусть они спланируют время выхода из дома таким образом, чтобы не попасть в часы пик.

    Это нам очень помогло бы. Ни в одном городе невозможно снизить плотность пассажиропотока путем увеличения количества автобусов”, – сказал Ш.Мовсумов.

  • Şahmar Mövsümov nəqliyyatdakı sıxlıq barədə: “600 min sərnişini daşıyan metronun bağlanması…” – VİDEO

    “İctimai nəqliyyatda, təbii ki, sıxlıq müşahidə olunur. Bir aydan çoxdur ki, metro qapalıdır. 600 min sərnişini daşıyan metronun bağlanması ictimai nəqliyyatda sıxlıq yaradır”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

    O qeyd edib ki, prosesə mümkün qədər çoxlu sayda avtobus cəlb olunub:

    “Qarajlarda ehtiyatda avtobus yoxdur. Günün pik saatlarında sıxlıq müşahidə olunur. Əgər insanlar harasa tələsmirsə, evdən çıxma vaxtını elə planlaşdırsınlar ki, pik saata düşməsinlər.

    Bu, bizə həddən çox kömək edərdi. Avtobusların sayını artırmaqla sıxlığı aradan qaldırmaq heç bir şəhərdə mümkün deyil”.

  • TƏBİB rəsmisi payızda yoluxmanın artmasından danışdı: “Bizə irad bildirirlər ki…”

    “Azərbaycanda yoluxma ilə bağlı müsbət dinamika müşahidə olunur”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

    O qeyd edib ki, son həftələrdə hər gün yoluxanların sayı sağalanların sayından daha aşağı olur:

    “Həyatını itirən xəstələrin də sayı azalır. Bu, həkimlərin səyi nəticəsində olur. Xəstə sayı artdıqca, verilən xidmətin keyfiyyəti aşağı düşə bilər. Yumşalmalara gedilir. Bizə irad bildirilir ki, insanları qorxuduruq və payız-qış mövsümünə gedirik.

    Lakin biz bunları deməliyik. Bütün dünya bu dövrdə yoluxmaların sayının artmasına hazırlaşır və biz də bunu edirik. Biz açılışa gedirik. Qapalı yerlərdə insanlara xidmət göstərən sahələr açılır. Burada qaydalara riayət edilməsi məsuliyyəti həm sahibkarın, həm vətəndaşın üzərinə düşür”.

  • Prezidentin köməkçisindən məktəblərin açılması ilə bağlı VACİB AÇIQLAMA

    “Məktəblərin açılması ilə bağlı məsələ üzərində bir neçə vaxtdır iş gedir və dünya təcrübəsi öyrənilir”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

    O qeyd edib ki, hazırda vəziyyət dinamik olduğu üçün qərarların verilməsi çətin olur.

    “Bütün çətinliklər nəzərə alınaraq, gərgin iş gedir. Tədris məsələlərinə dair xüsusi brifinq keçiriləcək və suallar cavablandırılacaq”.

  • Rayonlara gediş-gəlişin bərpa oluna biləcəyi tarix açıqlandı – RƏSMİ

    “Növbəti həftədə rayonlara gediş-gəlişin bərpa olunması müzakirə olunur”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

    O qeyd edib ki, burada vacib məsələ sanitar-epidemioloji vəziyyətə nəzarətdir.

  • Prezidentin köməkçisindən karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlı VACİB AÇIQLAMA

    “İyul ayında ölkədə koronavirusa yoluxanların sayında müəyyən artım müşahidə edildi. Bu, iyulun 14-də kütləvi şəkildə küçələrdə maskasız, məsafəsiz yürüş etməklə əlaqələndirilə bilər”.

    Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

    Onun sözlərinə görə, Bakı küçələrində çəkilmiş şəkillərdən də sıxlıq aydın görünür:

    “Belə hiss var ki, insanlar riski qəbul etmir. Hələ kafe və restoranlar açılmayıb. Hələ bu vəziyyətdə insanlar maskasız hərəkət edirlər. Bu, belə davam etməyəcək. Qısa zamanda yenidən bağlanmaya gedəcəyik. Hökumətin düzgün etmədiyini deyib, yükü onun üzərinə qoymaq yanlışdır. Məsuliyyətli olmaq lazımdır”.

  • В США появится аналог Евровидения

    В США появится аналог международного песенного конкурса Евровидение. Американский аналог популярного музыкального международного состязания, который получил название American Song Contest, будет запущен в следующем году. Об этом, в пятницу, 7 августа сообщает издание Variety.

    В американской версии соревноваться за победу будут представители 50 штатов. Принять участие смогут сольные исполнители, дуэты и группы до шести человек, передает Day.Az со ссылкой на Корреспондент.

    Состоять конкурс будет из отборочных туров, полуфиналов и большого финала.

    По данным издания, до проведения American Song Contest будет создана академия, посвященная конкурсу. Члены этой академии будут отбирать из артистов и деятелей культуры жюри.

    “Представьте, если бы музыка была олимпийским видом спорта и артисты со всего мира объединились в борьбе за золото. Это и есть конкурс “Евровидение”. Американская версия будет отличаться от всего, что вы видели раньше по американскому телевидению, сочетая азарт “Мартовского безумия” (чемпионат по баскетболу среди мужских сборных 1-го дивизиона NCAA) и плей-офф НФЛ с артистизмом и красотой музыкальных выступлений мирового уровня”, – отметили продюсеры проекта.