Month: August 2020

  • В ряде районов Азербайджана отменяется жесткий карантинный режим

    Города Джалилабад, Гянджа, Масаллы, Мингячевир, Евлах и Бардинский, Геранбойский, Гейгельский, Хачмазский, Сальянский районы с 31 августа 2020 года исключаются из зоны действия жесткого карантинного режима.

    Об этом 29 августа сообщает оперативный штаб при Кабинете министров.

    Данное решение принято в соответствии с динамикой заражения вирусом и текущей санитарно-эпидемиологической ситуацией.

  • Bəzi rayonlarda sərt karantin rejimi ləğv edilir – SİYAHI

    Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqustdan etibarən sərt karantin rejimi zonasından çıxarılır.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

    Bildirilib ki, bu qərar həmin ərazilərdə virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq verilib.

  • Azərbaycandan beynəlxalq uçuşların bərpası ilə bağlı AÇIQLAMA

    Azərbaycanla müxtəlif ölkələr arasında hava reyslərinin bərpa edilməsi ilə bağlı danışıqlar aparılır.

    Oxu.Az-ın müxbiri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    Onun sözlərinə görə, Azərbaycanla müxtəlif ölkələr arasında hava reyslərinin bərpa edilməsi ilə bağlı danışıqlar davam etdirilir:

    “Almaniyanın “Lufthansa” şirkətinə Frankfurt-Bakı reysinin bərpa olunması ilə bağlı müraciət edilib. Eyni zamanda, digər aviaşirkətlərdən də müraciətlər daxil olub. Ümumilikdə, aviareyslərin bərpa olunması istiqamətində danışıqlar aparılır”.

  • В Азербайджане карантинный режим продлен до 30 сентября – ВИДЕО

    В результате осуществляемых в Азербайджанской Республике превентивных мер по предотвращению угрозы распространения инфекции нового вида коронавируса (COVID-19), а также неукоснительного соблюдения населением карантинных и гигиенических правил, благодаря государственной и гражданской солидарности санитарно-эпидемиологическая ситуация в стране стабилизировалась, достигнуто резкое снижение случаев инфицирования.

    Об этом 29 августа сообщает оперативный штаб при Кабинете министров.

    В соответствии с санитарно-эпидемиологической ситуацией, в городах и районах, где с 5 августа действует жесткий карантинный режим, а также по республике были сняты некоторые ограничения и введен ряд послаблений.

    Вместе с тем с целью закрепления достигнутых результатов, эффективной защиты жизни и здоровья людей, а также, учитывая, что ситуация с пандемией COVID-19 в мире все еще остается неудовлетворительной, было принято решение продлить до 00:00 30 сентября 2020 года особый карантинный режим на территории Азербайджана.

    Также в соответствии с динамикой заражения вирусом и текущей санитарно-эпидемиологической ситуацией, города Джалилабад, Гянджа, Масаллы, Мингячевир, Евлах и Бардинский, Геранбойский, Гейгельский, Хачмазский, Сальянский районы с 31 августа 2020 года исключаются из зоны действия жесткого карантинного режима.

    В Баку, Сумгайыте и Абшеронском районе, где уровень инфицирования остается высоким, некоторые ограничения сохранятся.

    По всей республике отменяются ограничения, связанные с деятельностью музеев и выставочных залов.

    Разрешается оказание индивидуальных учебных и репетиторских услуг с соблюдением правил особого карантинного режима и в группах не более 10 человек.

    По итогам анализа санитарно-эпидемиологической ситуаций будет пересмотрен вопрос о полном открытии межрайонного транспортного сообщения.

    В городах и районах, где действует жесткий карантинный режим, общественный транспорт не будет функционировать по выходным:

    с 00:00 5 сентября по 06:00 7 сентября;

    с 00:00 12 сентября по 06:00 14 сентября;

    с 00:00 19 сентября по 06:00 21 сентября;

    с 00:00 26 сентября по 06:00 28 сентября.

    Чтобы не допустить дальнейшего роста числа новых случаев заражения вирусом, еще раз призываем граждан соблюдать требования действующего карантинного режима и медико-профилактических правил, соблюдать безопасную дистанцию, пользоваться медицинскими масками.

  • Azərbaycanda karantin rejimi sentyabrın 30-dək uzadıldı – RƏSMİ + VİDEO

    Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

    Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb:

    Bildirilib ki, Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabiləşmiş, yoluxma hallarının kəskin azalmasına nail olub.

    Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, avqustun 5-dən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də, ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılıb və yumşalmalar təmin edilib.

    Bununla bərabər, əldə olunmuş uğurların möhkəmləndirilməsi, insanların həyat və sağlamlığının səmərəli qorunması məqsədilə, eləcə də, dünyada COVID-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ də qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq, Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

    Həmçinin, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.

    Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək.

    Ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır.

    Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.

    Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq.

    Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək:

    5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;

    12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;

    19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

    26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək.

    Virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha bütün vətəndaşlarımızı tətbiq olunmuş karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafə saxlamağa, tibbi maskalardan istifadə etməyə çağırırıq.

  • İstirahət gününün havası: Yağış yağacaq, dolu düşəcək

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

    Şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 28-32, Bakıda gecə 19-21, gündüz 30-32 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək – 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-40 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.

    Azərbaycan rayonlarında havanın yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

  • Cəlilabadda kişi arvadını bıçaqladı

    Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Bu barədə Cəlilabad Rayon Prokurorluğu məlumat yayıb.

    Bildirilib ki, rayonun Uzuntəpə kənd sakini Elnur Əliyev yaşadıqları evdə arvadı Natavan Nəsirovaya bıçaqla xəsarət yetirib. Bununla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

    Qeyd olunub ki, rayon prokurorluğunun əməkdaşları tərəfindən Elnur Əliyev təqsirləndirilən şəxs qismində qeyd edilən maddə üzrə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    İş üzrə müvafiq ekspertizalar təyin olunub. Şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Bakıda saxta spirtli içkilər satan şəxslər saxlanılıb

    Paytaxtda saxta spirtli içkilər satan şəxslər yaxalanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə avqustun 20-də Nəsimi rayonu ərazisində yerləşən mağazaların birində işçinin Bakı şəhər sakini A. Əhmədovu aldadaraq 550 manat dəyərində kustar üsulla hazırlanmış keyfiyyətsiz spirtli içkilər satması barədə müraciət daxil olub.

    Keçirilən əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R. Zairov, Sumqayıt şəhər sakinləri Ş. Hüseynov, V. Ağababayev, Z. Fərəcov və Gəncə şəhər sakini Z. Əsədov saxlanılıblar.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə cinayət işi başlanıb.

  • Kreml Ermənistanı silahlandırıb Azərbaycanla savaşa hazırlayır – YENİ FAKTLAR

    Müdafiə naziri Bakıda soyuq qarşılanan Rusiya, Türkiyə ilə hərbi gücünü birləşdirmiş Azərbaycanı Cənubi Qafqazda böyük müharibə ilə təhdid edir… Cənubi Qafqaz regionu diqqət mərkəzindədir. Bu region ətrafında cərəyan edən geopoltik proseslər gərginləşməkdə davam edir. Və belə anlaşılır ki, yaxın gələcək üçün Cənubi Qafqaz “nifaq alması” statusunu qoruyub, saxlayacaq.

    Bu barədə Musavat.com-da yayımlanan yazıda bildirilir.

    Qeyd olunur ki, əslində, bu, o qədər də gözlənilməz deyil. Belə ki, Cənubi Qafqazda bəzi nəhəng siyasi iradə mərkəzlərinin maraqları mövcuddur. Həmin beynəlxalq siyasi iradə mərkəzləri öz maraqlarından və mənafelərindən imtina etmək niyyətində deyillər. Ona görə də, onların arasındakı kəskin ziddiyyətlərdən qaynaqlanan geopolitik qarşıdurma Cənubi Qafqazı dünyanın “qaynaq nöqtə”lərindən birinə təhlükəsini yaradır.

    Onu da qeyd edək ki, Ermənistanın son hərbi avantürası bu regionun gələcək taleyi baxımından, yeni situasiyanın yaranmasına səbəb olub. Himayəli erməni hərbi təxribatlarına cavab olaraq, Azərbaycan-Türkiyə ittifaqı yaranıb. Türkiyə Cənubi Qafqaza hərbi məzmunlu yerləşmə mərhələsinə qədəm qoyub. Türkiyənin Rusiya ilə kəskin beynəlxalq rəqabət yaşadığı NATO-nun əsas üzvlərindən biri olması, bu regionda qüvvələr nisbətini ciddi şəkildə dəyişdirib.

    Yəni, inkaredilməz reallıqdır ki, Cənubi Qafqazda yeni situasiya yaranıb. Və bu yeni situasiya Rusiya-Ermənistan cütlüyünün geopolitik mövqelərinin sarsılması ilə diqqəti çəkir. Kremldə anlamağa başlayıblar ki, Rusiya regional hegemonluğu şübhə altına düşməkdə olan Cənubi Qafqazı həmişəlik itirmək təhlükəsiylə üzləşib.


    Təbii ki, Kremldəkilər bununla barışmaq əhvalında deyillər. Vəziyyətdən çıxış yolu tapmaq üçün bütün mümkün ssenariləri sınaqdan çıxartmağa çalışırlar. Bir tərəfdən, səhnəarxasından çökməkdə olan Ermənistanı silahlandırıb, gücləndirməyə, digər tərəfdənsə, yüksəksəviyyəli təmaslarla Azərbaycan-Rusiya münasibətlərini əvvəlki məzmun və keyfiyyətə qaytarmağa cəhd göstərirlər.

    Belə anlaşılır ki, Rusiya öz vərdişlərinə sadiq qalaraq, “ikibaşlı oyunlara” üstünlük verməkdədir. Buna misal kimi, Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatlardan sonra Rusiyanın bu düşmən ölkəyə hava yolu ilə silah daşımasını göstərmək olar.

    Bəzi məlumatlara görə, bu müddət ərzində Ermənistana silah daşınması daha da intensivləşdirilib. Belə ki, avqustun 25-dən etibarən hər gün Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan istiqamətində uçuşlar həyata keçirilir. İL-76 hərbi-nəqliyyat təyyarələri vasitəsi ilə Rusiyadan Ermənistana silah və sursat daşınır. (Bax: yazıya əlavə olunmuş xəritələrə…)


    Təbii ki, rəsmi Bakı Kremlin bu davranışlarından qətiyyən məmnun deyil. Azərbaycan ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan Rusiyanın Ermənistana silah daşımasını qəbuledilməz davranış kimi dəyərləndirir. Çünki münaqişə tərəflərindən birini intensiv şəkildə silahlandırmaqla Rusiya, əslində, Dağlıq Qarabağ probleminin həlli prosesində özü də maraqlı və iştirakçı tərəfə çevrilmiş olur.

    Ona görə də, prezident İlham Əliyev və Kreml sahibi Vladimir Putin arasında bir müddət öncə reallaşdırılmış telefon danışığında bu mövzuya toxunulması qətiiyən gözlənilməz olmadı. Bəzi məlumatlara görə, Azərbaycanın dövlət başçısı rusiyalı həmkarına narazılığını bildirməklə yanaşı, baş verənlərə aydınlıq gətirilməsini də istəyib.

    Böyük ehtimalla Azərbaycan prezidentinin israrçı mövqeyi Kremldə narahatlıqlar doğurub. Ola bilsin ki, baş verənlərin Azərbaycanla Türkiyə arasında daha yüksək səviyyədə ortaqlığa səbəb ola biləcəyini nəzərə alaraq, vəziyyəti düzəltməyin, rəsmi Bakının könlünü almağın lazım olduğunu düşünüblər. Və Rusiyanın müdafiə naziri Sergey Şoyqunu “hərbi dəniz donanmalarının oyunlarında iştirak etmək” adı altında tez-tələsik Bakıya göndərmək qərarı veriblər. Hər halda, Rusiya mətbuatı Sergey Şoyqunun Bakı səfərini məhz belə təqdim edir.


    Halbuki Azərbaycanda Rusiyanın hansı səhnəarxası “oyunlar”dan çıxdığını anlamamış deyillər. Elə Rusiyanın müdafiə naziri S.Şoyqunun rəsmi Bakının Ermənistana hər gün silah daşınması ilə bağlı iradlarına verdiyi izahat də əslində, başdan-ayağa “oyun” təsiri bağışlayır.

    Belə ki, S.Şoyqu Rusiyanın Azərbaycan əleyhinə heç bir addım atmadığını qeyd etməklə yanaşı, Ermənistana silah daşınmadığını da deyib.


    S.Şoyqu deyib ki, hər gün Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan istiqamətində uçuşlar həyata keçirən İL-76 hərbi-nəqliyyat təyyarələri Ermənistana guya silah deyil, məhz Gümrüdəki Rusiya bazası üçün inşaat materialları daşıyır.

    Kaşki belə olaydı. Və S.Şoyqunun dediklərinə inanmaq bu qədər çətinlik törətməyəydi. Axı, buna heç Rusiyada yaşayan ruslar belə, inanmaz…

    Görəsən, Rusiya uzun illər ərzində mövcud olan Gümrü hərbi bazasında nə tikir ki, hər gün “inşaat materialları” daşınmasına ehtiyacı yaranıb. Hətta həmin baza üçün “inşaat materialları”na ehtiyac yaranmış olsa belə, bunu Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan kimi qəliz marşrut üzərindən niyə daşıyırlar? Ermənistanda “inşaat materialları” – məsələn, sement, kərpic, daş, qum və s. yoxdurmu? Parasını ödəyib, belə uzun və qəliz marşruta və onun əlavə xərclərinə qatlanmadan sementi, kərpici, daşı, qumu və s. Ermənistanda almaq mümkün deyilmi?


    Məsələ ondadır ki, Rusiya Ermənistanı dəstəklədiyini ilk dəfə bu qədər açıq şəkildə biruzə vermiş oldu. Hər halda, Minvodı-Mozdok-Aktau-Türkmənbaşı-Novşəhr-Rəşt-Mehri-İrəvan marşrutu üzrə Rusiyadan Ermənistana silah daşınmasının ifşa edilməsi Kremlin öz dəstəyini gizlətməsinin qarşısını aldı. Və bəzi məlumatlara görə, Rusiya son 20-25 gün ərzində Ermənistana daha 500 tondan artıq silah-sursat daşıyıb.

    Belə anlaşılır ki, Rusiya Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdırır. Böyük ehtimalla, çox tezliklə Rusiyadan Ermənistana daşınan “inşaat materialları”nın hərbi çeşidləri ortaya çıxmağa başlayacaq. Yəqin ki, Azərbaycan Rusiyadan Ermənistana göndərilən “şalbanlar”dan atılan raketləri, “kərpiclər”dən açılan mərmi atəşini və s. dəf etməli olacaq.

    Əmin olun ki, o raketlərin, mərmilərin “inşaat materialları” və yaxud başqa necə adlandırılmasından asılı olmayaraq, Azərbaycan Ermənistanın bütün hərbi təxribatlarını layiqincə dəf edə biləcək. Çünki Azərbaycan artıq Cənubi Qafqazın ən güclü dövlətidir, regionun hərbi-siyasi lideridir. Öz nəhəng hərbi potensialı ilə Türkiyənin də yanında yer aldığı Azərbaycanın yenidən boyunduruğa salınmasına ümid bəsləyənlər, növbəti dəfə məyus olacaqlar.

  • İsmayıllıda COVID-19 reydi keçirildi

    İsmayıllı rayonunda davamlı olaraq tibbi maskadan istifadə etməyən şəxslərə, xüsusən də sürücü və sərnişinlərə qarşı reyd keçirilib.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, sərtləşdirilmiş karantin rejimi elan olunan gündən insanların tibbi maskadan istifadə etmələri tövsiyə olunub.

    Lakin bir sıra vətəndaşlar nəinki öz sağlamlığını düşünmür, hətta digərlərini də təhlükə altına atırlar. Bu kimi neqativ hallar reydlər zamanı daha çox üzə çıxır və ictimai qınaq obyektinə çevrilir. Bu səbəbdən polis əməkdaşları nəqliyyat vasitələrində maskasız hərəkət edən sürücüvə sərnişinlərlə maarifləndirici söhbətlər aparırlar.

    Reyd zamanı tövsiyələri dinləyib səhvini başa düşənlər də olur, günahı ola-ola polis əməkdaşları ilə mübahisə edən və ya qanunsuz əməllərinə qanuni don geydirməyə çalışanlar da. Bütün hallarda qanunu pozan vətəndaşlar saxlanılır, cərimələnir və marifləndirilir.

    Ən çox rastlanan qayda pozuntularından biri də avtobuslarda özünü göstərir. Sərnişinlər ya maskadan istifadə etmirlər, ya da oturacaqlarda sıx-sıx otururlar. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən nəqliyyatda və ictiami məkanlarda baş verə biləcək istənilən bir qayda pozuntusunun qarşısının alınması istiqamətində tədbirlər görülür. Bu kimi reydlərin rayon ərazisində mütəmadi olaraq keçiriləcəyi bildirilir.