Month: August 2020

  • Nazirlikdən ölkədə ov lisenziyalarının verilməsi qaydaları barədə AÇIQLAMA

    Azərbaycanda ov lisenziyalarının verilməsi birdəfəlik icazə əsasında həyat keçirilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

    Onun sözlərinə görə, ov lisenziyası əldə etmək istəyən Azərbaycan vətəndaşları nazirliyin dövlət ekoloji təhlükəsizlik xidmətinin regional idarələrinə müraciət etməlidir:

    “Hər bir vətəndaş hansı regionda ov etmək istəyirsə, nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin həmin rejiondakı regional idarəsinə müraciət etməlidir. Müraciət əsasında həmin idarədən ov lisenziyası əldə edə bilər. Ovçuluq təsərrüfatlarında ov lisenziyalarının verilməsi hələlik planlaşdırılmayıb”.

  • Житель Гянджи погиб в результате несчастного случая

    В Гяндже произошел несчастный случай.

    Как передает АПА, инцидент зарегистрирован на улице Исрафила Мамедова.

    Мамедов Руфат Фирдовски оглу (1974 г.р.) упал в подвале своего дома и получил черепно-мозговую травму. Пострадавший мужчина скончался по дороге в больницу.

    По данному факту в Гянджинской городской прокуратуре проводится расследование.

  • Bakıda bu məhsulların istehsalı artdı

    2020-ci ilin yanvar-iyun aylarında Bakıda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 669,9 milyon manat dəyərində məhsul istehsal edilib.

    Axar.az xəbər verir ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə qida məhsullarının istehsalında 8,4 faiz artım, içki istehsalında 6,2 faiz, tütün məmulatlarının istehsalında isə 49,9 faiz azalma müşahidə olunub.

    Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatları istehsalı 70,5 faiz, şirin peçenye istehsalı 2,3 dəfə, insanın qidalanması üçün yararlı olan duz istehsalı 7,2 faiz artıb.

  • Özəl təhsil müəssisələrinin artıq pul tələbi – VİDEO

    Tədris ilinin əvvəlində təhsil alanlar müəyyən təhsil müəssisəsi ilə müqavilə imzalayır və üzərlərinə müəyyən öhdəliklər götürürlər.

    Öhdəliyin əsasını o təşkil edir ki, normal qaydalarda bütün təhsil alanlar auditoriyalarda və siniflərdə tədris prosesinin iştrakçısı olmalıdır. Amma pandemiya səbəbindən ənənəvi təhsil almaq mümkün olmadı. Müqavilənin şərtləri pozuldu və nəticədə müəssisənin öhdəliyinə götürdüyü xidmətlərdən yalnız şagirdin onlayn şəkildə təhsil almaq hüququ qüvvədə qaldı.

    Məktəbin təklif etdiyi digər xidmətlər, məsələn, qidalanma, nəqliyyat və digər psixoloji xidmətlər havada qalsa da, valideynin, yəni ödəyicinin büdcəsindən yan keçmədi.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Azərbaycanda palçıq vulkanları UNESKO-nun siyahısına daxil ediləcək

    Azərbaycanda 300-dən çox palçıq vulkanı var. Bu cür təbiət obyektləri bütün ölkələrdə yoxdur.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

    Onun sözlərinə görə, ölkədə qorunan vulkanlar var ki, onlar qoruq status altındadırlar:

    “Qoruqlar ciddi mühafizə sistemində olan ərazilərdir. Amma qoruq status olmayan vulkanlar da var ki, təhlükəsizlik qaydalarına riayət etməklə o ərazilərə baxmaq mümkündür”.

    A.Səmədova ötən il UNESCO-nun ölkəmizdə keçirilən 43-cü sessiyasında palçıq vulkanları barədə müzakirələrə də toxundu:

    “Palçıq vulkanlarına geopark status verilməsi və bu geoparkların UNESCO-nun mədəni irs siyahına qatılması planlaşdırılır. Geoparkaların artıq əsasnamələri təsdiq edilib. Geopark status əldə ediləndən sonra insanlar vulkanlara baxış keçirərək bələdçilərin köməyi ilə həmin vulkanlar barədə geniş məlumatlar əldə edə biləcəklər”

  • Ağcabədidə bir-birinə bitişik 4 evdə yanğın olub

    Ağcabədi rayonunda yanğın baş verib.

    APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı bir-birinə bitişik tikilən ümumi sahəsi 72 kv/m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 36 kv/m sahədə, ümumi sahəsi 92 kv/m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 50 kv/m sahədə, ümumi sahəsi 83 kv/m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 kv/m sahədə, ümumi sahəsi 100 kv/m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 50 kv/m sahədə yanıb. Evlərin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • В Физули обнаружено кладбище эпохи неолита – ФОТО

    На кургане Лалетепе в Физулинском районе обнаружено поселение людей времен неолита.

    Как сообщает АПА, курган Лалетепе находится на территории села Горадиз Физулинского района. Общая площадь кургана составляет один гектар, высота – шесть метров. В прошлом году после предварительных раскопок ученые пришли к выводу, что курган представляет собой древнее поселение.

    В настоящее время раскопки проводятся на территории 95 квадратных метров. Уже изучен слой примерно в 2,5 метра, относящийся к эпохе неолита. Здесь обнаружены круговые строения, крупное строение в форме платформы и самое древнее и первое кладбище, относящееся к Кавказскому неолиту.

    Сотрудник Института археологии и этнографии Национальной академии наук Азербайджана Аждар Бабазаде отметил, что археологи натолкнулись на очень редкий для Кавказа и Карабаха феномен:

    “Люди, которые здесь жили, уже начали использовать как кладбище окраины дома. Привлекает внимание то, что детей хоронили с бусами, а в могилах пожилых людей не обнаружено никаких украшений”.

    По словам археологов, на кургане обнаружено около 10 скелетов детей и взрослых.

    Ведущий научный работник института Хагани Алмамедов сказал, что неолит Лалетепе имеет признаки памятников эпохи неолита, находящихся в Нахчыване и Карабахского неолита: “Этот памятник является древнейшим памятником эпохи неолита на территории Карабаха”.

    Находки будут переданы в Физулинский историко-краеведческий музей.

  • Gəncə sakini yıxılaraq ölüb

    Gəncədə bədbəxt hadisə baş verib.

    APA-nın əldə etdiyi məlumata görə, hadisə şəhərin İsrafil Məmmədov küçəsində qeydə alınıb.

    1974-cü il təvəllüdlü Məmmədov Rüfət Firdovsi oğlu yaşadığı evin zirzəmisində yıxılıb. Bu zaman 46 yaşlı kişi başından kəllə-beyin tranması alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

  • Qaz Emalı Zavodu tender elan edir

    SOCAR Qaz emalı zavodunun Yanğınsöndürmə vasitələri və nişanlarına olan tələbatını təmin etmək məqsədi ilə tenderin müddətinin uzadılmasını elan edib.

    Tenderdə iştirak etmək üçün müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi təqdim edilməlidir.

    Müsabiqədə iştirak haqqında müraciət və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 3 sentyabr 2020-ci il, saat 16:30-a qədər Azərbaycan və ya ingilis dillərində satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

    Tələb olunan sənədlərin surətləri satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək satınalan təşkilata təqdim edilməlidir.

    Müsabiqə təklifi bir əsli və 2 surəti olmaqla ən geci 9 sentyabr 2020-ci il, saat 11:00-a qədər satınalan təşkilata təqdim olunmalıdır. Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla hazırlanmalı və təqdim edilməlidir.

    Müsabiqə zərflərinin açılışı günü texniki təkliflər ayrı, maliyyə təklifi ayrı zərflərdə qəbul ediləcək.

    Müsabiqə təkliflərinin açılışı iki mərhələli formada yerinə yetiriləcək. Yəni, maliyə və texniki təkliflər hər biri möhürlənmiş ayrı zərfdə qəbul edildikdən sonra ilk olaraq texniki təkliflərin qiymətləndirilməsi aparılacaqdır.

    Texniki və maliyyə təklifləri eyni zərfdə təqdim etmiş iddiaçıların təklifləri qəbul edilməyəcəkdir.

    Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.

    Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və ya ingilis dilində əldə etmək istəyənlər LOT 2 üzrə – 59,00 manat və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafada göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:00-a kimi ala bilərlər.

    Geniş məlumatı və əsas şərtlər toplusunu bu keçiddən əldə edə bilərsiniz.

  • Роналду не попал в сборную сезона Лиги чемпионов

    УЕФА объявил символическую сборную сезона-2019/2020 в Лиге чемпионов.

    Как передает Median.Az, в команду попали 23 футболиста, среди которых не оказалось нападающего “Ювентуса” Криштиану Роналду.

    Вратари: Нойер (“Бавария”), Облак (“Атлетико”), Лопеш (“Лион”)

    Защитники: Дэвис, Алаба, Киммих (все – “Бавария”), ван Дейк (“Ливерпуль”), Юпамекано, Анхелиньо (оба – “РБ Лейпциг”)

    Полузащитники: Алькантара, Горетцка, Мюллер (все – “Бавария”), Ауа (“Лион”), Де Брёйне (“Манчестер Сити”), Маркиньос (ПСЖ), Забитцер (“РБ Лейпциг”), Гомес (“Аталанта”)

    Нападающие: Гнабри, Левандовски (оба – “Бавария”), Неймар, Мбаппе (оба – ПСЖ), Месси (“Барселона”), Стерлинг (“Манчестер Сити”).

    Ранее УЕФА по итогам голосования болельщиков назвал пять лучших голов Лиги чемпионов сезона-2019/2020. Первое место занял мяч Роналду в матче с “Лионом” (2:1) в 1/8 финала.