Month: August 2020

  • Ronaldu Çempionlar Liqasında mövsümün rəmzi komandasına düşmədi

    UEFA Çempionlar Liqasında 2019/2020 mövsümünün rəmzi komandası açıqlanıb.

    Median.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 23 futbolçunun adı yer alıb.

    Portuqaliya millisinin və “Yuventus”un hücumçusu Kriştianu Ronaldu rəmzi komandadan kənarda qalıb.

    Qapıçılar: Manuel Noyer (“Bavariya”, Almaniya), Yan Oblak (“Atletiko”, İspaniya), Antoni Lopeş (“Lion”, Fransa)

    Müdafiəçilər: Alfonso Deyvis, David Alaba, Yozua Kimmix (hamısı “Bavariya”), Vircil van Deyk (“Liverpul”, İngiltərə), Dayo Yupamekano, Anhelinyo (hər ikisi “Leyptsiq”, Almaniya)

    Yarımmüdafiəçilər: Tiaqu Alkantara, Leon Qoretska, Tomas Müller (hamısı “Bavariya”), Ussem Aua (“Lion”), Kevin De Bröyne (“Mançester Siti”, İngiltərə), Markinyos (PSJ, Fransa), Marsel Zabitser (“Leyptsiq”), Alexandro Qomes (“Atalanta”,İtaliya)

    Hücumçular: Serj Qnabri, Robert Levandovski (hər ikisi “Bavariya”), Neymar, Kilian Mbappe (hər ikisi PSJ), Lionel Messi (“Barselona”, İspaniya), Rahim Sterlinq (“Mançester Siti”)

    Qeyd edək ki, finalda PSJ-ni 1:0 hesabı ilə məğlub edən “Bavariya” Çempionlar Liqasının qalibi olub.

  • В Шамахы не нашедший деньги вор избил пожилую супружескую пару – ФОТО

    В Шамахы вор проник в дом 80-летнего Полада Ниязова и его 72-летней супруги Зарифы и, не найдя деньги, избил хозяев.

    Об этом Trend сообщила сестра пострадавшей Хадиджа ханум.

    По ее словам, инцидент произошел в 02:00 23 августа в доме на улице Гусейна Джидди, где проживают Ниязовы.

    “Сестра и ее муж были в тот момент дома и спали. Полад проснулся на шум и сперва подумал, что это его жена что-то ищет в шкафу. Однако вскоре понял, что это вор в маске. Увидев, что его заметили, злоумышленник напал на хозяина и тростью стал бить по лицу, сломал нос.

    В этот момент на шум проснулась и моя сестра, однако не смогла сдвинуться с места и начала кричать. Вор оглушил Полада, а затем ударил мою сестру и, приставив нож к ее горлу, потребовал деньги”, – рассказала сестра З.Ниязовой.

    Она отметила, что недавно супруги похоронили своего сына, а последние деньги отдали на изготовление надгробного камня.

    “Когда вору сказали об этом и о том, что в доме нет денег, он еще больше разозлился и стал бить женщину. В этот момент сестре удалось стянуть маску с лица вора, однако из-за темноты она не смогла узнать, кто это был. Вор же, желая остаться неузнанным, оглушил хозяйку и выбежал из дома”, – подытожила Хадиджа ханум.

    Отметим, что после инцидента пострадавшие супруги Ниязовы обратились в полицию.

    По данному факту проводится расследование.

  • Azərbaycanda ağır koronavirus xəstələrinin sayı açıqlandı

    Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1998 nəfərdir.

    TƏBİB-dən verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 141, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 16-dır.

    Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 97 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

    Azərbaycanda indiyədək ümumilikdə 35986 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 33461 nəfər müalicə olunaraq sağalıb, 527 nəfər vəfat edib, aktiv xəstə sayı 1998 nəfərdir.

    Ölkədə son sutka ərzində 6014, hazırkı dövrədək isə 904 506 test aparılıb.

  • Nura Suri dəyişib belə oldu – Foto

    Tanınmış müğənni Nura Suri imicində dəyişilik edib.

    Median.Az xəbər verir ki, uzun müddətdir ki, sarı uzun saçları ilə gördüyümüz ifaçı yeni stiliylə diqqət çəkib. Uzun sarı saçlarından imtina edən müğənni qısa saçları seçib.

    Müğənninin yeni obrazını təqdim edirik:


    (azxeber.com)

  • Минобразования обнародовало порядок раздачи учебников школьникам

    Учащиеся или их родители (другие законные представители) должны быть приглашены в школы, до 4 сентября должна быть обеспечена доставка учебников по всем классам.

    Как сообщает АПА, об этом говорится в письме заместителя министра образования Махаббат Велиевой в Министерство образования, во все районные (городские) отделы (управления) образования, территориальные финансовые расчетные центры Нахчыванской Автономной Республики.

    В письме отмечено, что прием и раздача учебников школьникам должны проводиться по графику, составленному с учетом требований особого карантинного режима и с условием строгого соблюдения санитарно-эпидемиологических правил.

  • Dərsliklərin şagirdlərə paylanılması qaydası açıqlandı

    “Şagirdlər və ya onların valideynləri (digər qanuni nümayəndələri) məktəblərə dəvət edilməli və bütün siniflər üzrə dərsliklərin sentyabrın 4-dək şagirdlərə çatdırılması təmin olunmalıdır”.

    APA-nın məlumatına görə, bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, bütün rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ərazi maliyyə hesablaşma mərkəzlərinə ünvanladığı məktubda qeyd edilib.

    Məktubda bildirilib ki, dərsliklərin qəbulu və şagirdlərə paylanması xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq müəyyən edilmiş növbəli qrafik üzrə və sanitar-epidemioloji qaydalara ciddi riayət edilməklə (sosial məsafənin gözlənilməsi, kitabları təhvil verən və qəbul edən şəxslərin tibbi maskadan və əlcəklərdən istifadə etməsi, otaqları mütəmadi havalandırılması və s.) həyata keçirilməlidir.

  • Ceyhun Bayramov Küveytin Azərbaycandakı səfirini qəbul edib – FOTO

    28 avqust 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Səud Əbdüləziz Əlrumini qəbul edib.

    XİN-dən Oxu.Az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycan ilə Küveyt arasında dərin tarixi köklərə dayanan və dostluq prinsipləri əsasında qurulmuş ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib. Nazir bir sıra sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

    Səfir Səud Əbdüləziz Əlrumi Nazir Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib və bu xüsusda Küveyt Xarici İşlər nazirinin səmimi təbriklərini çatdırıb.

    Görüşdə tərəflər ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələsinə dair fikir mübadiləsi aparıblar.

    Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Küveyt səfirinə məlumat verərək, bölgənin təhlükəsizliyinə ən böyük hədə olan münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Həmçinin Küveyt tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan Respublikasının haqlı mövqeyinin hər zaman dəstəkləndiyi vurğulanıb.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Xaçmazda həmyerlisini bıçaqlayıb öldürən şəxsin məhkəmə işi başlayır

    Bu il aprelin 20-də Xaçmaz rayonu ərazisində rayon sakini, 1978-ci il təvəllüdlü Ceyhun Sadıqova bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

    Bununla bağlı Xaçmaz rayon prokurorluğu məlumat yayıb.

    İstintaqla Xaçmaz rayon sakini, 1973-cü il təvəllüdlü Kamran Məmmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ceyhun Sadıqovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirlib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Темп распространения коронавируса в мире падает

    Число подтвержденных случаев заражения коронавирусом в мире увеличилось за минувшие семь дней на 1,8 млн – на этом уровне недельный прирост держится с конца июля.

    Как сообщает Median.Az со ссылкой на ТАСС, в относительном выражении он опустился до минимума с начала пандемии – 7,5%.

    В общей сложности коронавирус нашли у 24,5 млн человек, или более 0,3% населения Земли. При этом 65,4% из них уже здоровы: за неделю число вылечившихся возросло на 1,45 млн, до 16 млн.

    Условный уровень летальности новой инфекции (окончательный можно будет определить только после завершения пандемии) обновил минимум, снизившись до 3,4%. Но эксперты прогнозируют, что осенью с ростом заболеваемости этот показатель может повыситься.

    За семь дней из-за коронавируса, как и неделей ранее, умерли около 38 тыс. человек. Всего в мире зарегистрировано примерно 832 тыс. летальных исходов, связанных с новым заболеванием.

  • Koronavirusun yayılma sürəti nisbətən səngiyib

    Son 7 gündə dünyada COVID-19 virusuna təsdiqlənmiş yoluxma halları 1,8 milyon artıb. Bu da iyul ayının axırından etibarən həftəlik miqdarın bir səviyyədə olduğunu göstərir.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, pandemiyanın ilk günlərinə nisbətən həftəlik yoluxma miqdarı minimum hədd olan 7,5 faizədək geriləyib.

    Bütövlükdə indiyədək dünyada yoluxanların sayı 24,5 milyon, yəni dünya əhalisinin 0,3 faizindən artıqdır. Son həftə sağalanlar 1,45 milyon artaraq 16 milyona, yəni yoluxanların 65,4 faizinə çatıb.

    Koronavirusdan ölənlərin xüsusi çəkisi də 3,4 faizədək azalaraq minimum həddə geriləyib. Belə ki, son 7 gündə daha 38 minə yaxın xəstə dünyasını dəyişməklə ölənlərin sayı 832 minə çatıb.