Month: August 2020

  • Bakıda bir nəfər liftin şaxtasına düşdü

    Bakı şəhəri, Yasamal rayonunda bir nəfər liftin şaxtasına düşüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olub.

    Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş hündürmərtəbəli çoxmənzilli yaşayış binasının damında olarkən ehtiyatsızlıqdan binanın şaxtasına düşüb.

    Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşın şaxtadan çıxarılmasını təmin ediblər.

    Xilas olunan şəxs aidiyyəti üzrə təhvil verilib.

  • Армяне обстреляли азербайджанские позиции из крупнокалиберных пулеметов

    Подразделения вооруженных сил Армении, используя крупнокалиберные пулеметы, в течение суток 34 раза нарушили режим прекращения огня в различных направлениях фронта.

    Об этом 7 августа сообщает пресс-служба Минобороны Азербайджана.

    С позиций в селе Чинари Бердского района и на безымянных высотах в Чамбаракском районе Армении подверглись обстрелу расположения азербайджанской армии в селах Коханеби, Асрик Джырдахан, Агбулаг Товузского района и на безымянных высотах в Гедабейском районе.

    Оборонное ведомство отмечает, что обстрел также велся с позиций близ оккупированных сел Гейарх, Чилябюрт – Тертерского, Мерзили – Агдамского, Куропаткино – Ходжавендского, Гараханбейли, Горган, Горадиз – Физулинского районов, а также с безымянных высот в Тертерском и Ходжавендском районах.

  • Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 34 dəfə pozub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

  • Обнародована последняя мировая статистика по коронавирусу

    По данным на утро 7 августа, число инфицированных коронавирусом (COVID-19) в мире достигло 19 260 188.

    За весь период пандемии скончались 717 704 человека, выздоровели – 12 360 424.

    Больше всего инфицированных в США (5 032 179,). На 2-м месте – Бразилия (2 917 562), на 3-м – Индия (2 027 074). В первую пятерку также входят Россия (871 894) и ЮАР (521 318).

    По числу жертв инфекции лидируют Соединенные Штаты – 162 804, вылечились – 2 576 668 человек.

    Иран с 320 117 заболевшими занимает 11-е место, Турция (237 265) – 17-е.

    В Армении коронавирусом заразились 39 819 человек, в Грузии – 1 206.

    Среди соседних стран наиболее высокая смертность от COVID-19 зафиксирована в Иране – 17 976 летальных исходов.

    На сегодняшний день в Азербайджане подтверждены 33 247 случаев инфицирования коронавирусом, 29 275 человек вылечились, 479 – скончались.

  • Koronavirusla bağlı SON STATİSTİKA

    Dünyada 19 260 188 nəfərdə koronavirus aşkar edilib.

    Virusdan 717 704 xəstənin öldüyü, 12 360 424 nəfərin sağaldığı məlumdur.

    Koronavirus Şimali Amerika qitəsində 5 919 985, Asiyada 5 777 025, Cənubi Amerikada 4 544 254, Avropada 2 983 434, Afrikada 1 011 872 nəfərdə qeydə alınıb.

    Dünyada virus ən çox ABŞ (5 032 179 nəfər), Braziliya (2 917 562 nəfər), Hindistanda (2 027 074 nəfər) müşahidə edilir.

    Rusiya 871 894 yoluxma ilə dördüncü, İran 320 117 yoluxma ilə 11-ci, Türkiyə isə 237 265 yoluxma ilə 17-cidir.

    Ermənistanda 39 819, Gürcüstanda 1 206 nəfərdə koronavirus aşkarlanıb.

    Azərbaycanda koronavirusa yoluxan 33 247 nəfərin 479-u ölüb, 29 275-i sağalıb.

  • Министр о выплате 190 манатов за август – ВИДЕО

    Поручение Президента Азербайджана Ильхама Алиева по поводу единовременной выплаты по безработице в размере 190 манатов по 13 городам и районам, где действует жесткий карантинный режим, будет выполнено в кратчайшие сроки.

    Об этом на брифинге 7 августа сказал министр труда и социальной защиты населения Сахиль Бабаев.

    По его словам, данная мера охватит 278 000 представителей малообеспеченных слоев населения Баку, Джалилабада, Гянджи, Масаллы, Сумгайыта, Евлаха, а также Абшеронского, Бардинского, Геранбойского, Гейгельского, Хачмазского и Сальянского районов, которые остались без работы или осуществляют трудовую деятельность без оформления трудового договора в период коронавирусной пандемии.

    Министр отметил, что на эти цели будет выделено 53 000 000 манатов.

    “Таким образом, в период пандемии COVID-19 общий объем средств, направленных только на реализацию программы единовременной выплаты по безработице, достигнет 333 000 000 манатов”, – сказал С.Бабаев.

  • Nazirdən avqust ayı üçün 190 manatın verilməsi ilə bağlı AÇIQLAMA – VİDEO

    “Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi barədə Prezident İlham Əliyevin tapşırığı qısa müddətdə icra olunacaq və yaxın günlərdə bu ödənişlərin verilməsi təmin ediləcək”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

    O qeyd edib ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərdən ibarət 278 min nəfəri əhatə edəcək bu ödəmələr üçün 53 milyon manat sərf ediləcək:

    “Bununla da COVID-19 dövründə yalnız bir dəstək istiqaməti – birdəfəlik ödəmə proqramı üzrə yönəldilmiş vəsaitin ümumi həcmi 333 milyon manata çatacaq”.

  • “Instagram”da “TikToka”a bənzər yenilik

    “Instagram” yeni video xüsusiyyəti olan “Reels”in tətbiqə əlavə olunduğunu elan edib.

    “Webrazzi” xəbər verir ki, istifadəçilər səs, effektlər və yeni yaradıcı vasitələrdən istifadə edərək, “Reels” ilə 15 saniyəlik videolar çəkə və redaktə edə bilərlər.

    Videolar “Kəşfet” bölməsinin “Reels” hissəsində də göstərilə bilir.

    Video çəkərkən “Instagram”ın musiqi kitabxanasından səsi seçə və ya öz səsinizdən istifadə edə bilərsiniz. Orijinal səs ümumi hesaba aid ediləcək və digərləri öz “Reels” videolarında ondan istifadə edə biləcəklər.

    “Reels” videolarını hekayə, yaxın dostlar və “direkt”də də paylaşmaq mümkündür.

  • Koronavirus xəstələrinin müalicə olunduğu xəstəxana yandı: Səkkiz ölü

    Hindistanın Qərbindəki Qucarat əyalətində COVID-19 xəstələrinin müalicə edildiyi xəstəxanada yanğın baş verib.

    “Haber Global”ın məlumatına görə, yanğın zamanı səkkiz nəfər həlak olub.

    Yanğın səhər saatlarında baş verib. Xəstəxanadakı 45 xəstə digər bir tibb məntəqəsinə köçürülüb.

    Yanğına səbəb kimi naqillərdə yaranan qısa qapanma göstərilib.

  • Qondarma rejimin bayrağını qaldıran erməni UFC-dən qovuldu və cərimələndi

    UFC-də çıxış edən ABŞ ermənisi Edmen Şahbazyan avqustun 1-də Derek Bransonla döyüş öncəsi oktaqona qondarma Dağlıq Qarabağ ilə bayrağı çıxdığı üçün turnirdən qovulub.

    Median.Az xəbər verir ki, 22 yaşlı “Qızıl oğlan” ləqəbli idmançı “UFC Fight Night 173” döyüşündə uduzub. Amma onun qaldırdığı bayraq Azərbaycan tərəfinin qəzəbinə tuş gəlib.

    Azərbaycan və Türkiyə səfirlikləri, Gənclər və İdman Nazirliyi tərəfindən UFC prezidenti Deyna Uayta göndərilən məktublara cavab olaraq idmançı həm turnirdən qovulub, həm də cərimələnib. Bunu onun məşçisi Edmond Tarverdyan deyib:

    “Mənə zəng gəldi və məlumatlandırıldım ki, Rusiyadakı Türkiyə səfirliyi və Türkiyə bayraqdan şikayət edib. Onlar deyib ki, ermənilər terrorçudur və oktaqona bu bayraqla çıxmaq hüquqları yoxdur. Həmçinin Türkiyə və Rusiyadakı Azərbaycan səfirliklərindən də şikayət olunub…

    UFC-nin sponsoru olan “Reebok” tərəfindən bizə çatacaq məbləğdən cərimə kimi məhrum olunduq. Təəssüf ki, Azərbaycan və Türkiyə səfirlikləri məqsədlərinə çatdılar. Bizə görə əziyyət çəkən UFC heyətindən üzr istəyirəm…”