Month: August 2020

  • Bakı sakinləri operativ qərargahın və TƏBİB-in fəaliyyətindən razıdırlar? – VİDEO

    Bəlli olduğu kimi, martın 24-dən ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunur. Buna müvafiq olaraq, xidmət sahələri, iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Elə bu səbəbdən də minlərlə insan müvəqqəti də olsa işini itirib.

    Son günlər koronavirusa yoluxma dinamikasının aşağı düşdüyü müşahidə edilir. Ciddi karantin rejiminin yumşaldılması səbəbi ilə ölkə ərazisində SMS icazə sistemi ləğv edilib və çimərliklərin fəaliyyətinə icazə verilib. Bu qərardan razı olanlar da oldu, narazı qalanlar da.

    Görəsən, paytaxt sakinləri operativ qərargahın və TƏBİB-in fəaliyyətindən razıdırlarmı?

    Baku TV-nin sakinlər arasında keçirdiyi sorğunu təqdim edirik:

  • Azərbaycanda sahibkar restoranı “zooparka” çeviribmiş

    İsmayıllı rayonunda, “Günəş Park” restoranında heyvanların qəfəsdə saxlanılması ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, aparılan araşdırma zamanı sözügedən istirahət mərkəzində qəfəslərdə saxlanılan zebra, dovşan, dəvə, meymun, maral, tovuzquşu, qırqovul və dəvəquşunun xaricdən gətirilməsinə dair rəsmi təsdiqedici sənədlərinin olduğu, lakin saxlanılması üçün müvafiq icazə sənədinin olmadığı məlum olub.

    “Faktla bağlı istirahət mərkəzinin rəhbəri Sərxan İsgəndərov barəsində akt, protokol tərtib olunub və o, 2000 manat məbləğində cərimə edilib.

    Zooloji kolleksiyanın yaradılması məqsədilə icazə sənədinin alınması üçün restoran sahibinə icrası məcburi olan “məcburi göstəriş” verilib”.

    R.Bağırov onu da qeyd edib ki, aparılan araşdırma zamanı heyvanların vaxtında qidalandığı, onlara baytar nəzarətinin həyata keçirildiyi və saxlanıldığı yerlərin təmizləndiyi müəyyən olunub.

  • Polad Həşimov küçəsindən VİDEOREPORTAJ

    General Polad Həşimovun adına küçə verilib.

    Baku TV xəbər verir ki, Qəbələ şəhərinin ən böyük küçələrindən birinə şəhid general Polad Həşimovun adı verilib.

    P.Həşimov küçəsi şəhərin giriş qapısı hesab olunur. Artıq küçənin yeni adı rəsmiləşib və ad qeyd olunmuş lövhələrdə asılıb.

    Qeyd edək ki, Prezident İlham Əliyev Qəbələyə səfəri zamanı general Polad Həşimovun qəhrəmanlığından danışıb və şəhidimizin xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələdəki küçələrin birinə onun adının verilməsi barədə tapşırıq verib.

  • Nazir: “İctimai işlər təklif olunanların heç bir faizi bununla razılaşmır”

    “190 manatdan imtina alan və şikayət edən kifayət qədər insan var”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

    Nazir qeyd edib ki, son üç ayda 20 minə yaxın şəxs 190 manatın onlara da verilməsi ilə bağlı yenidən müraciət edir.

    “Biz onlara ictimai işləri təklif etdik. Lakin bunların heç 1 faizi bununla razılaşmır”.

  • 190 manat ödənilən şəxslərin sayı azaldılıb? – RƏSMİ AÇIQLAMA

    “190 manat sosial ödəniş iş yerləri bağlandığı, işini və gəlirini itirən qeyri-formal şəxslərə dəstək üçün verilirdi. Həmçinin, aztəminatlılıq meyarlarına əsasən ödənilirdi”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, 600 min insana aprel və may aylarında bu ödəniş həyata keçirildi:

    “Həmçinin, növbəti məhdudiyyətlərdə də sərt karantin tətbiq edilən rayon və şəhər sakinlərinə bu müavinət ödənildi. Burada hər hansı say azalmasına gedilməyib. Sosial ödəniş üçün müraciət edən digər vətəndaşlar üçün haqqı ödənilən ictimai işlər təklif edildi”.

    “Əgər vətəndaş 190 manat üçün müraciət edirsə və özünü aztəminatlı hesab edirsə, ona təklif edilən iş yeri minimum əməkhaqqı olan iş yeridir. Əgər şəxs ali savadlı və yüksək ixtisaslıdırsa və bu işləri istəmirsə, onlar üçün 47 min vakansiya var və ora müraciət edə bilər. Pandemiya dövründə iş yerləri azalır və zəmanət yoxdur ki, onların hamısı iş tapacaq.

    İctimai işlərin hədəf kütləsi bəllidir. Bu işlərə dövlət sektorunda ehtiyac yoxdur, bu, sosial layihədir, aztəminatlı işsiz şəxslər üçündür. Minimum əməkhaqqı səviyyəsi ilə işləyən 10 minlərlə insan var”, – deyə nazir qeyd edib.

  • Сахиль Бабаев: К концу года ожидается открытие двух новых центров DOST

    К концу 2020 года в Азербайджане планируется открытие двух новых центров Агентства устойчивого и оперативного социального обеспечения (DOST).

    Об этом на брифинге 7 августа сказал министр труда и социальной защиты населения Сахиль Бабаев.

    “В Баку в мае открылся новый центр DOST №3. Ожидается, что в течение года он обслужит 15 000 граждан при ежедневной нагрузке в 500 человек”, – сказал глава ведомства.

    По его словам, до конца года откроется аналогичный центр, деятельность которого охватит Бинагадинский и Наримановский районы столицы.

    “Также в указанный срок завершится строительство центра в Абшеронском районе, а к следующему году – в Губе, Хачмазе, Сабирабаде и Шеки”, – сказал он.

    С.Бабаев также отметил, что в целом более 140 000 граждан воспользовались услугами центров DOST, и 96% из них остались ими довольны.

  • Bakıda daha iki “DOST” Mərkəzi açılacaq – RƏSMİ

    “Bu ilin sonuna kimi Binəqədi və Nərimanov rayonunu əhatə edəcək “DOST” Mərkəzinin tikintisi yekunlaşacaq”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

    Nazir bildirib ki, bu il ərzində, həmçinin, səkkiz reabilitasiya mərkəzi açılacaq.

    “Gələn ilin sonuna kimi 132 xidmətdən 90-ı tam elektronlaşdırılaacaq”, – deyə o qeyd edib.

  • Nazirlik rəsmisindən Xəzərlə bağlı həyəcanlı ÇAĞIRIŞ

    “Bu gün Xəzər dənizi şimaldan cənuba onlarla axar vasitəsilə çirkləndirilir və çirkləndirici subyektlərə qarşı xəbərdarlıqlar, müraciətlər, cərimə və iddialar tətbiq olunur, toplanmış materiallar məhkəmələrə göndərilir.

    Sadəcə, soruşuruq: Sizin üçün hansı daha rahatdır, cərimə ödəmək, yoxsa işinizi düzgün qurmaq və rahat fəaliyyət göstərmək? Uşaqlarınızı, doğmalarınızı zəhərləmək, yoxsa onların səhhətini düşünmək?”

    Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Xəzərin çirkləndirilməsinə etiraz olaraq bildirib.

    “Bu gün Xəzəri çirkləndirən kimdir? Biz özümüzük, vətəndaşlar, müəssisələr, fabrik, təşkilat, ictimai-iaşə obyektləridir.

    ETSN-nin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən dənizə çirkab su axıdan axarlar müəyyən edilib və bütün cavabdeh qurumlara, çirkləndiricilərə xəbərdarlıqlar olunub. Niyə biz bu gün öz təbii sərvətlərimizi çirkləndiririk? Bu, dənizə də, çaylara da, göllərə də aiddir. Nə vaxta qədər biz çirkləndirməyə davam edəcəyik?

    Nə qədər xəbərdarlıq, cərimə etmək, məcburi göstəriş vermək olar, nə qədər məhkəmə çəkişmələri olar, biz yorulmadıqmı bundan? Nəyə görə biz sərvətlərimizi qorumuruq? Yəni bu qədər özümüz özümüzə biganəyik?

    Xəzər kimi belə bir unikal dəyərə malik sərvəti niyə qiymətləndirə bilmirik? Yoxsa övladlarımızın sağlamlığını, təmiz ətraf mühitdə yaşamasınımı istəmirik? Bəlkə bu, sadəcə etinasızlıqdır, doğmalarımıza, təbiətə və özümüzə olan etinasızlıq”.

    Nazirliyin sözçüsü hesab edir ki, verilən bu qədər vaxt, müddət ərzində işlərində dönüş yaratmamağın səbəbi, yəqin ki, bunlardır:

    “Xəzəri çirkləndirən subyektlərin cavabdehlərini bu barədə yenidən düşünməyə və sağlam qərarları ilə Xəzərimizə öz töhfələrini verməyə çağırırıq. Bu işdə bizə sizin, hamının dəstəyi lazımdır. Bir daha müraciət edirik, tullantı sularının dənizə axıdılmasına yol verməyin! Bununla öz yaxınlarınızın səhhətinə təhlükə yaratmış olursunuz.

    Bu, bizim ümumi sərvətimizdir, xalqımızın, dövlətimizin sərvətidir. Təkcə Xəzərə yox, çaylara, göllərə də axıdılan çirkab suların qarşısı alınmalı, aidiyyəti təşkilatlar, qurumlar bu işlə daha ciddi məşğul olmalı, işlərinə daha planlı və məsuliyyətlə yanaşmalıdır”.

    Təbiət pandemiya dövründə antropogen təsirlərdən nisbətən az zərər alır, özünü daha sağlam reabilitasiya etməyə çalışır. Gəlin, hamımız təbiətə töhfəmizi verək, onu çirklənmədən qoruyaq”, – deyə İ.İbrahimova çağırış edib.

  • Kanadada yaşayan azərbaycanlı şagird növbəti uğura imza atıb

    Xarici ölkələrdə yaşayan soydaşlarımızın övladları təhsil sahəsində uğurlu nəticələr göstərməkdə davam edirlər. Bununla bağlı növbəti xoş xəbər Kanadadan gəlib.

    Bu ölkədə yaşayan azərbaycanlı ailənin övladı Sibel Cahangirli ABŞ-ın Dyuk Universitetinin (Duke University) xüsusi istedadlı şagirdlər üçün nəzərdə tutulmuş proqramının “Data Science” (“Məlumatlar haqqında Elm”) kursunu müvəffəqiyyətlə bitirərək 98%-lik nəticə əldə edib.

    Sibel hələ 12 yaşında SAT imtahanı verərək sözügedən proqrama qəbul olunub. Elə həmin il bu proqramın Dyuk Universitetinin düşərgəsində təşkil edilən “Problemlərin Riyazi Həlli”, növbəti il isə “Riyazi Modellər və Tətbiqi Statistika” yay kurslarını yüksək göstəricilərlə başa vurub.

    Torontodan əvvəl ABŞ-ın Atlanta şəhərində yaşayan Sibel hələ 11 yaşında ikən Yüksək Akademik Nailiyyətlərə görə ABŞ Prezidentinin Təhsil Mükafatı Proqramının sertifikatı ilə təltif edilib.

    Hazırda ailəsi ilə birlikdə Toronto şəhərində yaşayan Sibelin 15 yaşı var. Məktəbli soydaşımızı təhsil sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə təbrik edir və gələcək elmi karyerasında ona daha böyük uğurlar arzulayırıq.

  • Nazirdən əsassız iddialarla məhkəmələrə müraciət edənlərlə bağlı AÇIQLAMA

    “Əsassız iddialarla məhkəməyə müraciət edən və müxtəlif yollarla Dövlət Sosial Müdafiə Fondu əleyhinə qərarlar əldə edənlərin qarşısı alınıb”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, əgər 2017-ci ildə 10 min 800-ə yaxın DSMF əleyhinə qərar olubsa, bu gün bu rəqəm 1200-ə düşüb:

    “Sayda 87 faizlik azalma olub. Rəqəmlərdə bu göstərici 63 milyondan 3,7 milyona düşüb. Məbləğdə 95 faizlik azalma var. Nəticədə, 238 milyon manatlıq dövlət büdcəsində əlavə təminat yaradılıb”.

    “Həmin məbləğin 210 milyon manatı 190 manatlıq sosial ödənişin verilməsinə yönəldilir”, – deyə nazir qeyd edib.