Month: August 2020

  • Şəmkirdə su anbarında iki nəfər qayıqda köməksiz vəziyyətdə qaldı

    Şəmkirçay su anbarında iki nəfər qayıqda köməksiz vəziyyətdə qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Nazirliyin “112” qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində Şəmkirçay su anbarında iki nəfərin qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan əraziyə cəlb olunub.

    Əlavə məlumat veriləcək.

  • Сахиль Бабаев назвал условие получения пособия в 190 манатов за август

    Единовременное пособие по безработице в размере 190 манатов за август будет выплачено после проведения повторной проверки.

    Об этом на брифинге 7 августа сказал министр труда и социальной защиты населения Сахиль Бабаев.

    “Ведь одни за это время могли найти официальный источник дохода, а другие – преодолеть критерий нуждаемости. Поэтому будет проведена проверка соответствия этим критериям, по результатам которой станет известно, сколько человек получат четвертую по счету выплату”, – сказал он.

  • Avqust ayı üzrə 190 manatlıq ödənişlərin hansı halda veriləcəyi bilindi – RƏSMİ

    “Avqust ayı üzrə 190 manatlıq sosial ödəniş təkrar yoxlama aparıldıqdan sonra insanlara veriləcək”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, bu dövrdə kimlərsə yenidən işləyə bilər, əmək müqaviləsi imzalaya bilər, kimlərsə aztəminatlı meyardan çıxa bilər:

    “Buna görə meyarlar üzrə təkrar yoxlama aparılacaq və yekun rəqəm bundan sonra açıqlanacaq ki, dördüncü ödəniş nə qədər insanı əhatə edəcək”.

    “Sosial ödənişlərin 210 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun keçən il aparılan islahatlar, saxta işlərin ləğvi hesabına ödənilir”, – deyə nazir qeyd edib.

  • Deputatlar DSMF-nin gəlir və xərclərinin azaldılmasına razılıq verdilər

    Milli Məclisin iclasında “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    2020-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri 4 milyard 825 milyon 508 min 800 manat həcmində təsdiqlənmişdi. Xərclər də eyni məbləğdə müəyyən olunub.

    Layihədə isə bildirilib ki, Fondun gəlir və xərcləri bərabər olmaqla 4 milyard 784 milyon 700 min manat həcmində təsdiqlənsin.

    Bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır.
    2020-ci ilin dövlət büdcəsinə dəyişiklə bağlı layihənin izahatında DSMF-nin gəlir və xərclərinin azalma səbəbləri göstərilib.

    Qeyd olunub ki, azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunub.

    “Dürüstləşmə ilə cari ilin əvvəlinə Fondun hesabında formalaşan 197,2 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 40,8 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla – cəmi 238,0 milyon manat vəsait hesabına dövlət büdcəsindən Fonda ayrılan transfertin məbləği 238,0 milyon manat azaldılıb.

    Bu məbləğ pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldilir”, – deyə, izahatda bildirilib.

    Layihə səsə qoyularaq qəbul edilib.

  • Милли Меджлис принял изменения в госбюджет-2020

    Милли Меджлис (парламент) Азербайджана на пленарном заседании 7 августа принял в третьем, заключительном, чтении изменения в госбюджет на 2020 год.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, согласно поправкам, доходы госбюджета составят 24 124 000 000 манатов (снижение на 0,1% по сравнению с ранее утвержденным показателем), расходы – 27 492 200 000 манатов (рост на 2,2%).

    В результате дефицит госбюджета на текущий год увеличивается до 3 368 200 000 манатов, или 4,9% ВВП, против утвержденных ранее 2 760 200 манатов.

    Его доходы в результате пересмотра рассчитаны из цены на нефть в 35 долларов за баррель (ранее – 55 долларов за баррель).

  • Parlament büdcəyə dəyişiklikləri təsdiqlədi

    Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

    Oxu.Az-ın xəbərinə görə, layihə səsə qoyularaq qəbul edilib.

    Layihəyə əsasən, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri isə 27 milyard 492 milyon manat həcmində təsdiqlənir.

    Bundan əvvəl 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat həcmində təsdiqlənmişdi. Büdcənin xərcləri isə 26 milyard 894 milyon 700 min manat həcmində müəyyən olunmuşdu.

    2020-ci ilin dövlət büdcəsində icmal büdcənin xərclərinin yuxarı həddi 29 milyard 488 milyon 124 min manat məbləğində müəyyən olunmuşdu. Layihədə isə yazılıb ki, həmin rəqəm 30 milyard 308 milyon 342 min 200 rəqəmi ilə əvəzlənsin.

    Sənəddə neftin bir barelinin qiymətinin 55 dollardan 35 dollara endirilməsi təklif olunub.

    Layihədə o da yazılıb ki, “Büdcə sistemi haqqında” qanunun 11.1-ci maddəsində nəzərdə tutulan büdcə qaydasının tətbiqi 2022-ci ilin yanvarın 1-dək dayandırılır.

  • Сахиль Бабаев назвал число граждан, охваченных адресной соцпомощью

    В Азербайджане в период пандемии была обеспечена непрерывность и заблаговременность социальных выплат. В целом более 2 300 000 человек (23% населения) за семь месяцев 2020 года получили около 3 300 000 000 манатов выплат по пенсиям, пособиям, стипендиям и адресной социальной помощи.

    Об этом на брифинге 7 августа сказал министр труда и социальной защиты населения Сахиль Бабаев.

    По его словам, это на 30%, или на 719 000 000 манатов больше, чем за аналогичный период прошлого года.

    “Число охваченных системой соцобеспечения выросло на 130 000 – 150 000 человек, в том числе около 60 000 членов 14 000 семей включены в программу оказания адресной соцпомощи, которая уже охватывает 350 000 человек. Среднемесячный размер этой помощи на каждую семью превысил 225 манатов”, – сказал С.Бабаев.

  • Ünvanlı sosial yardıma cəlb edilənlərin sayı açıqlandı – RƏSMİ

    “Pandemiya dövründə sosial ödənişlərin davamlılığının, hətta hər ay vaxtından əvvəl ödənilməsi təmin edilib. Təkcə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımlar üzrə bu ilin yeddi ayında 2,3 milyondan çox şəxsə, (əhalinin 23 faizinə) 3,3 mlrd. manata yaxın vəsait ödənilib”.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, bu da ötən ilin eyni dövrünə nisbətən təqribən 30 faiz çox olmaqla, 719 milyon manat çoxdur:

    “Sosial təminat sistemi ilə əhatə olunanların da sayı 130-150 min nəfər artıb, o cümlədən, əlavə olaraq 14 min ailə üzrə 60 minə yaxın şəxs ünvanlı sosial yardım proqramına cəlb edilib, proqram artıq 350 min insanı əhatə edir və sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də 225 manatı ötüb”.

  • Xırdalanda zibil maşını küçələri təmizləyir, yoxsa əksinə? – VİDEO

    Abşeron rayonunda zibil maşını daşıdığı zibilləri yola dağıdıb.

    Hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan maşından zibillər yola dağılıb. Bu da yolla hərəkətdə olan sürücülərə maneə yaradıb.

    Ətraflı videonu təqdim edirik:

  • Tramp “TikTok”u qadağan edən fərman imzaladı

    ABŞ Prezidenti Donald Tramp “TikTok” təhdidi ilə mübarizə haqqında” fərman imzalayıb.

    Bu barədə BBC məlumat yayıb.

    Bundan əlavə, Ağ Ev rəhbəri “WeChat” mobil tətbiqi ilə bağlı da oxşar sərəncam imzalayıb.

    Sənəddə qeyd olunur ki, Çində yerli şirkətlər tərəfindən hazırlanan mobil tətbiqlərin ABŞ-da yayılması Birləşmiş Ştatların milli təhlükəsizliyini, xarici siyasətini və iqtisadiyyatını təhdid edir.