Month: August 2020

  • В пригородные села и поселки Баку будут организованы пять экспресс-линий

    С целью предотвращения плотного пассажиропотока будут организованы пять дополнительных экспресс-линий.

    Автобусы будут работать с 06:30 до 21:00. Экспресс-линии будут запущены поэтапно в ближайшие дни.

    Проезд в автобусах M1A, M2A будет стоить 30 гяпиков, M8 – 40 гяпиков, M9, M10 – 50 гяпиков.

    Экспресс-линии и их маршруты:

    1. M1 A / прос. Г.Гараева. ( напротив ТЦ “Лачин”) – станция метро “Гянджлик”.

    2. M2 A / станция метро “Нефтчиляр”– станция метро “Эльмляр Акаемиясы”.

    3. M8 / пос. Маштага – станция метро “Гянджлик”.

    4. M9 / центр отдыха Sea Breeze– станция метро “Н.Нариманов”.

    5. M10 / пос. Мярдякан (станция) – станция метро “Н.Нариманов”

  • İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu AAYDA-nın balansına verilib

    İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu İsmayıllı Rayon İcra Hakimiyyətinin balansından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilib.

    APA-nın məlumatın görə, bu, Nazirlər Kabinetinin “İsmayıllı RİH-in balansında olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansına verilməsi barədə” qərarında əksini tapıb.

    Həmçinin “Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının siyahısı”nda da dəyişiklik edilib.

    Uzunluğu 29 km olan İvanovka-Hacıhətəmli-Mollaisaqlı yolu bu siyahıya əlavə edilib.

  • Xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərə xidməti zərurətlə əlaqədar hərəkət edəcək şəxslər müəyyənləşib

    Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə xidməti zərurətlə əlaqədar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilən ezamiyyə vərəqələri əsasında hərəkət edəcək şəxslər müəyyənləşib.

    APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında əksini tapıb.

    Qərara əsasən, bu şəxslər aşağıdakılardır:

    – Bu Qərarın 1.2.1-ci yarımbəndində (Milli Məclisinin deputatları və ezamiyyə vərəqələri olduğu halda Milli Məclisin Aparatının əməkdaşları; mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri; dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri; hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər ezamiyyə vərəqələri olduğu halda; Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti) istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşları;

    – “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə-könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllüləri;

    – bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin işçiləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçiləri;

    – fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları;

    Eyni zamanda qərara əsasən, kənd təsərrüfatı məhsullarının toplanılması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə məlumatlar (o cümlədən ezamiyyə barədə məlumatlar) işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslər barəsində məlumatlar isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə olunmaqla “icaze.e-gov.az” portalına daxil edilməklə hərəkət edə biləcəklər.

  • Xüsusi karantin rejiminin sərtləşdirildiyi ərazilərə xidməti zərurətlə əlaqədar giriş-çıxış qaydaları məlum olub

    Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə xidməti zərurətlə əlaqədar giriş-çıxış qaydaları məlum olub.

    APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında əksini tapıb.

    Qərara əsasən, aşağıdakı şəxslər xidməti vəsiqələri əsasında xüsusi sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlara giriş-çıxış edə biləcəklər:

    – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları ezamiyyə vərəqələri olduğu halda;

    – Azərbaycan Respublikası Milli Məclisinin deputatları və ezamiyyə vərəqələri olduğu halda Milli Məclisin Aparatının əməkdaşları;

    – mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;

    – dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;

    – hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər ezamiyyə vərəqələri olduğu halda;

    – Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlərNazirliy i tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

  • Bakı metrosu avqustun 31-dək işləməyəcək

    Avqustun 31-dək Bakı Metropoliteni işləməyəcək.

    APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında öz əksini tapıb.

  • “WhatsApp”da yeni funksiya yaradıldı

    “WhatsApp”a göndərilmiş mesajların həqiqiliyini yoxlamaq üçün funksiya əlavə edilib.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu yenilik qrup çatları və dəfələrlə ünvanlanmış mesajlara aid ediləcək.

    Məlumata görə, həmin mesajların yanında lupa işarəsi olacaq. Həmin düymə vasitəsilə proqram “Google”da həmin mesajı axtarışa verəcək.

    Beləliklə, istifadəçi həmin mövzu ilə əlaqədar xəbər və məlumatlar əldə edə biləcək.

    “Fact cheking” adlanan funksiya artıq ABŞ, Böyük Britaniya, İspaniya, Braziliya, Meksika, İtaliya və İrlandiyada işə salınıb.

  • Azaldılan elm xərclərindən ən çox pay Elmlər Akademiyasına düşür

    “Azərbaycan Respublikasının 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsinə əsasən azaldılan elm xərclərindən ən böyük pay sahibi Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) düşür.

    Oxu.Az-ın məlumatına görə, bununla bağlı Hesablama Palatasının 2020-ci ilin dövlət büdcəsinə dəyişiklikliyi nəzərdə tutan layihəyə verdiyi rəydə bildirilib.

    Belə ki, AMEA-ya ayrılması nəzərdə tutulan vəsait 3,3 milyon manat və ya 2,7 % azaldılıb. Azaldılan məbləğ “elm” köməkçi bölməsi üzrə cəmi azalma məbləğinin 52,4%-ni təşkil edir.

    Qeyd edək ki, 2020-ci ilin təsdiqlənmiş dövlət büdcəsində AMEA və onun tabeliyində olan müəssisələrin saxlanılmasına 122 milyon 339 min 620 manat vəsaitin ayrılması bildirilirdi. Bu ilin dövlət büdcəsində elm xərcləri 193 milyon 662 min 887 manat məbləğində təsdiqlənmişdi.

    Dəyişiklik layihəsində isə bildirilir ki, elm xərcləri 187 milyon 317 min manat məbləğində təsdiqlənsin. Hesablama Palatasının rəyini Milli Məclisin növbədənkənar sessiyasının iclaslarında baxılacaq.

  • Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib

    Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib.

    APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan silahlı bölmələri Ağdamın işğal altında olan Qızılı Kəngərli kəndinin ərazisinə od vurub.

    Yanğının miqyası getdikcə genişlənir. Dağ massivində baş verən yanğın cəbhəyanı bütün yaşayış məntəqələrindən müşahidə olunur.

    Qeyd edək ki, işğalçı Ermənistan ordusu nəzarəti altında olan Azərbaycan ərazilərində mütəmadi yanğınlar törədir.

  • Bakının mərkəzindən ətraf qəsəbələr də daxil olmaqla, beş ekspres xətt təşkil olunacaq

    Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin təlabatının qarşılanması məqsədi ilə beş əlavə ekspres xətti təşkil ediləvək.

    Bu ekspres xətlər üzrə də avtobusların iş qrafiki saat 06:30-dan 21:00-dək olacaq.

    Ekspres xətlər qarşıdakı günlərdə mərhələ ilə fəaliyyətə başlayacaq.

    M1 A və M2 A xətti üzrə gediş haqqı 0.30, M8 xətti üzrə 0.40, M9 və M10 xətləri üzrə isə gediş haqqı 0.50 azn müəyyən edilib.

    Təşkil olunacaq ekspres xətləri və istiqamətləri:

    1. M1 A / Q.Qarayev pros. (Laçın t/m-nin qarşısı) – Gənclik m/st.

    2. M2 A / Neftçilər m/st – Elmlər Akademiyası m/st

    3. M8 / Maştağa qəsəbəsi – Gənclik m/st

    4. M9 / “Sea Breeze” istirahət mərkəzi – N.Nərimanov m/st

    5. M10 / Mərdəkan qəsəbəsi (stansiya) – N.Nərimanov m/st.

  • Göygöldə 32 yaşlı kişi arı sancmasından ölüb

    Göygöl sakini arı sancmasından ölüb.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Kənd sakini, 32 yaşlı Aqil İsmayılov arı sanmasından dünyasını dəyişib.